Azlogos
  • Qaydalar
  • Kimlər var

488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət? Mesud Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim - Məsud Aşina Tənha insanın monoloqu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Erkin Qədirli: “İblis”dən başlamadım”

Erkin Qədirli Erkin Qədirli
., Mövqe
19 Avqust 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Erkin Qedirli 4
Paylaş

Yazılarının birində Seymur Baycan məni, başqa şeylərlə yanaşı, öz ədəbiyyatımızı bilmədiyimə görə tənqid etmişdi. Mən də həmin tənqidlə, müəllifin yazısını səhifəmdə paylaşmaqla, razılaşmışdım. Doğru sözə nə deyəsən? “Rus sektoru”nun məhsulu olaraq, öz ədəbiyyatımızı oxumadan böyüdüm, yetişdim. Klassik Rus ədəbiyyatını yaxşı bilsəm də, öz ədəbiyyatımızı bilmədiyimə görə özümü həmişə, belə demək olarsa, axsaq saymışam. Sadəcə, Seymur Baycan bu faktın üzərində daha böyük bir iddia qurdu – yazdı ki, öz ədəbiyyatını bilməyən kəs, öz ölkəsində yaxşı siyasətçi ola (xalqını tanıya) bilməz.

Seymur Baycana o zaman da təşəkkürümü bildirmişəm, indi də, bir daha təşəkkürümü bildirirəm – içimdə güclü bir etiraz oyada bildiyinə görə. Onun iddiasıyla heç zaman razı olmasam da, onun tənqidinə hər zaman haqq qazandırmışam. Nəticədə, öz ədəbiyyatımızı oxumağa girişdim. Hüseyn Caviddən başladım. “İblis”dən deyil, “Şeyx Sənan”dan başladım. “Peyğəmbər”i də sonraya saxladım. “İblis”dən ona görə başlamadım ki, Götenin “Faust”undan, Bulqakovun “Master və Marqarita”sından sonra, “İblis”də mənə bugün lazım ola biləcək nəsə tapa bilməyəcəyimi güman etmişəm. Bəlkə də yanılmışam, amma bu, keçicidir. “İblis”i də, növbəsi çatanda, “Peyğəmbər”dən sonra, oxuyacağam.

Doğrusu, bədii ədəbiyyatla aram yoxdur. Vaxtiə (uşaqlıqda və erkən gəncliyimdə) nə oxumuşamsa, odur. Mən çox oxuyuram, amma oxuduqlarımın arasında bədii ədəbiyyat, demək olar ki, yoxdur. Oxuduqlarım, ilk öncə, təbii ki, hüquq sahəsinə aiddir. Onun da üzərində, fəlsəfə, tarix, siyasət, sosial elmlər, din və coğrafiya oxuyuram. Bunların arasında fəlsəfə özəl yer tutur. İşin istehzalı tərəfi ondadır ki, mənim fəlsəfəyə gəlməyimdə bədii ədəbiyyatın təsiri həlledici oldu.

Sovet məktəbinin, yanılmıramsa 8-ci sinfində, Puşkinin “Yevgeniy Oneqin” poemasını keçirdik. Poemanın əvvəlində, Puşkinin öz oxucularını əsərin əsas qəhrəmanlarıyla tanış etdiyi yerlərdə, bir məsələ diqqətimi cəlb etdi. Puşkin Oneqini Adam Smitə sayğıyla yanaşan, Larinanı Jan-Jak Russonu orijinalda oxuyan, Lenskini də “Haydelberq ruhlu (İmmanuil Kantı oxumuş) adam” kimi təsvir edib. Orasını oxuyandan sonra poemada “Oneqin – Larina – Lenskiy” sevgi üçbucağı deyil, “Smit – Russo – Kant” fəlsəfə üçbucağı məni düşündürdü. Fəlsəfəyə marağım və sevgim oradan başladı.

İndi də, yuxarıda yazdığım kimi, Hüseyn Cavidin “Şeyx Sənan”ını oxuyuram, bitirməyimə az qalıb. İndidən deyə bilərəm ki, bütün əsərdə diqqətimi çəkən Şeyx Kəbirin iki misralıq sözləri oldu:

Şübhə artarsa, həp yəqin artar,
Mərifət nuru şübhədən parlar.

(Rene Dekartdan tutmuş, Karl Popperə qədər -“Eşq!”)

Ədəbiyyat bilicilərindən, yüksək zövq daşıyıcılarından üzr istəyirəm. Ağlım belə işləyir. Mənə bu iki misra yetər və çox şeyə dəyər. Üzərində çoxdan işlədiyim kitabın içində hüquqda şübhənin yerilə bağlı bir bölüm var. Fəlsəfədə şübhə mövzusunu dərindən öyrənəndən sonra, dərinə getmədən, bədii ədəbiyyatda da bu mövzuya baxdım. Hüseyn Cavidin yazdığı bu iki misra çox böyük mənaları bildirə, istənilən araşdırmanı bəzəyə bilər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Tenha Insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
17233651831262236500 1200x630
.

Rəhilə Həsənova – Mükəmməl tarazlığa doğru

Vəfa Abbasova
14 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: [email protected]

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör