Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Degenerat deputat

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
05 Fevral 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
WhatsApp Image 2018 01 28 at 00.37.34
Paylaş

Daimi izləyicisi deyiləm, Youtube növbəti video kimi Navalnının «reperlər, degenerat deputatlar və polis üçbucağı»na həsr olunmuş vlogunu çıxardı qarşıma. Navalnı deyirdi ki, Rusiyanın vəziyyəti çox ağırdır, ölkədə qaragüruhun təntənəsidir. Çelyabinsk şəhərinin deputatı (Navalnı onu degenerat adlandırır) hansısa reperin mahnısından «təhqir olunub»muş. «Hisslərinə xəsarət yetirilib»miş. Polisə ərizə yazıb ki, bu reper əxlaqsızlığı, pozğunluğu, kannibalizmi (belə də yazıb), narkotikləri, spirtli içkiləri, zorlamanı, qrup seksi təbliğ edir. Polis də degenerat deputatın ərizəsi əsasında reperin Çelyabinskə gəlişini qadağan edib.

Skandaldan sonra deputat internet ulduzuna çevrilir. Baxır ki, əcəb yaxşı şey imiş, hər dəfə ürəyim ulduzluq istəyəndə kimisə narkoman, adamyeyən çıxarıb hayp tuta bilərəm. Navalnı çox böyük təhlükəyə diqqət çəkir, prinsipcə istənilən vəzifəli, imtiyazlı şəxs mənəvi dəyərləri rəhbər tutaraq başqasını ittiham edə, bununla da «gündəmə» otura, xal toplaya bilər. Maraqlısı isə, bütün bu pornoqrafiyada polisin canla-başla iştirak etməsidir.

Azərbaycanda vəziyyət fərqlidirmi? Prinsipcə, bizdə də erməni məsələsini, milli-mənəvi dəyərləri nəinki deputat, demək olar ki, istənilən adam cəza aləti kimi istifadə edə, polisi də yanına alaraq rəqiblərinə, bəyənmədiklərinə zərər yetirə bilər. Deputat dediyin adam qanunverici orqanda təmsil olunduğunun, qəbulunda iştirak edəcəyi qanunların onilliklərlə qüvvədə qalacağının, milyonlarla vətəndaşın həyatına təsir göstərəcəyinin idrakında olan ciddi adamdır. Deputat mandatı parlament binasında hansısa fərdi hadisə və halları dilə gətirərək bambılılıq etmək, sosial şəbəkənin küyü ilə «milli qəhrəman» müzakirələrinə qoşulmaq haqqı vermir. Deputat dediyin adam «filan şair belə dedi, müğənni elə oxudu, yazıçı niyə o romanı yazdı, filankəs ermənidir» kimi doğrudan da degeneratlıq əlaməti olan mülahizələrlə, üstəlik ali qanunverici orqanda efiri zibilləmir. Vəkil vəkilliyin nə olduğunu hər şeydən əvvəl gərək dərk eləsin. Yeni parlament də degenerat deputatlardan xali olmayacaq, amma saylarının azalacağına ümid var, ən azından.

Bambılılığa, matışkəliyə qarşı mübarizədə maarifçilik alternativ tanımır. Adminstrativ resurslar hesabına «maarifçi diktatura» qurmaqla, Seymurun «Ha-ha-ha virusu» yazısında toxunduğu problemləri həll etmək mümkün olmayacaq, əksinə, başqa tipli münafiq ordusu yetişəcək. Hazırda çuşkalıq, məişət zəminli vəhşiliklər ölkəni bürüyüb. Məndə belə hiss var ki, Azərbaycanda həqiqətən azad seçkilər keçirilsə, hər kəsə bərabər təbliğat imkanları yaradılsa seçici ən bambılısına, həyasızına, degeneratına səs verib yuxarı başa keçirəcək.

Çox ciddi problemdir. Amma hökumətin deyin, dərin dövlətin deyin – parlamentə dair başqa qorxusu var – Qərbə işləyən təsir agentlərinin MM-ə sızması. Qərbin humanitar, iqtisadi, hüquqi və siyasi layihələrinə aktiv qoşulmuş, xarici donorlar qarşısında müntəzəm hesabatlılığı və donorlarına «dərin sadiqliy» olan adamların, yəni kollektiv Qərbin bu vacib institutda «təmsil» olunmasını istəmirlər. Hazırda namizədlərə ən ciddi «pretenziya» budur. Fərqli fikirdəsən, müxalif mövqedəsən, bunlar problem deyil – Qərbə işləyirsən, ya yox? Məsələ budur.

Konseptual olaraq belə bir «diskriminasiya»nın nəyə xidmət etdiyini başa düşürəm. Mübahisə açmayacam, əsas məsələ bu deyil. Məsələ budur ki, seçkilərə dörd gün qalıb. Kültürlü azərbaycanlılar da gərək parlamentdə təmsil olunsun. Bunu demək istəyirdim. Qızıldiş daydaylar onlarla məzələnəcəklər orda, söhbəti yox. Kültürlü adamda bütün bu işlər ikrah hissi oyatsa da, gərək dözsün, öz kültürlü mübarizəsini aramsız davam etdirsin. Cəmiyyət onlar sayəsində parlamentdə fərqli üzlər görsün, sözlər eşitsin.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör