Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Daşnak” Armine Adibekyana cavab

Hacı Hacıyev Hacı Hacıyev
Mövqe
28 Mart 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Paylaş

Bu günlərdə, AzLogos-da erməni sosioloqu Armine Adibekyanın müsahibəsi yayımlandı. Reaksiyalar gözlənildiyi qədər sərt və müxtəlif oldu. Onu, ədavəti qızışdıran «adi daşnak» da adlandırdılar, həqiqəti söyləyən müşahidəçi də.

Əsas mətləbə keçməmiş onu deyim ki, mən Armineni facebook-da çoxdan izləyirəm. Onu «adi daşnak» adlandırmaq, məncə səthi yanaşmadır. Armine kifayət qədər intellektual, ciddi tənqid və özünütənqid qabiliyyəti olan şəxsdir. «Azərbaycanda ermənifobiya» kitabının və informasiya müharibələrinə dair bir sıra məqalələrin müəllifidir. Onu deyim ki, Armine Sarkisyan iqtidarı dövründə Sarkisyanı, indi isə Paşinyanı çox sərt tənqid edib və edir. Paşinyan hələ müxalifətdə olan zaman, insanları mitinqə səslədiyi günlərin birində, əlində səsgücləndirici ilə təsadüfən Arminegilin həyətinə daxil olub və onun qarajının üstünə dırmaşıb. Armine isə bunu telefonunun kamerasına çəkib və o gün-bu gündür hər imkanda paylaşır və Nikol Paşinyanı dolayır. Hər halda, sizin qarajınızın üstünə hər gün Baş nazir dırmaşmır. Yoxsa siz də çəkər və yayardınız.

İndi isə keçək Armine Adibekyanın fəaliyyətinə və müsahibədə söylədikləri fikirlərə.

Armine həqiqətən də Azərbaycan mətbuatını və məktəb dərsliklərini ksenofobiya və ermənifobiya əlamətlərinə görə araşdırır. Bu, onun sosioloq kimi işi və mövzusudur. Amma o, özündən məqalələr, hekayələr uydurmur. Sadəcə, Azərbaycanın yazılı mənbələrindən, olduğu kimi iqtibas edir, aşkara çıxarır. Onu da deyim, gələcəkdə Azərbaycan tədqiqatçılarının onun gördüyü işlərdən yararlanacağına heç şübhə etmirəm.

Bu fəaliyyətin sülhəmi, ədavətin daha da qızışdırılmasınamı xidmət etməsinə gəldikdə, mənim fikrimcə məsələyə obyektiv yanaşsaq, bu fəaliyyət ilk növbədə səmimiyyətə xidmət edir.

Biz bunu etiraf etməliyik ki, həqiqətən də ciddi əsası olmayan “ermənilər öz körpələrinin qulağına ilk gündən «türk sənin düşmənindir» fısıldayır, ya da «Zori Balayanın bir kitabında yazılıb ki, azərbaycanlı uşağı öz əlləri ilə divara mıxlayıb» tipli «film ujas» klişelərindən yola çıxaraq, uşaqlara ermənilərə nifrət aşılamaq, çox pis ideyadır. Özü də tək ona görə yox ki, ermənilərə nifrət pis şeydir. İlk növbədə ona görə ki, ümumiyyətlə uşağa nifrət aşılamaq dəhşətli nəticələrə gətirib çıxara bilər və çıxaracaq. Qaldı ki, nifrətlə böyüyən uşağın bu nifrəti nəticədə kimə tərəf yönəldəcəyini də proqnozlaşdırmaq olmur.

Amma bununla belə, mənim Armine xanıma da suallarım var. Bu sualları mən ona bir sosioloqdan daha çox, sülhdə maraqlı olan, prossesləri yaxından izləyən insan kimi verirəm.

Necə olur ki, Azərbaycanda dövlət səviyyəsində bu qədər ermənilərə nifrət təbliğatının, uşaq dərsliklərində ksenofobik yazıların olmasına baxmayaraq erməni və azərbaycan cəmiyyətlərində qarşılıqlı nifrətin səviyyəsi yuxarı-aşağı eynidir? Axı Armine deyir ki, onların uşaqlarına nifrət aşılanmır, cəmiyyətin də xeyli demokratik olduğunu nəzərə alsaq, axı bu belə olmamalıdır. Hələ bir də müharibəni udmuş xalqın bu cür nifrət dolu olması heç başa düşülən deyil. Hanı sizin zəfər alicənablığınız?

Nə üçün ermənilər, onlarda «nifrətin olmadığını» israrla vurğulayırlar? Məgər biz görmürük ki, erməni cəmiyyətində azərbaycanlılara qarşı dəhşətli bir nifrət var? Ermənistanda, azərbaycanlıların ümumiyyətlə xalq kimi mövcud olmağına «icazə» verməyənlərin, bu haqqı onlara tanımayanların sayı heç də, ermənilərə yalnız ölüm arzulayan azərbaycanlıların sayından az deyil. 

Münaqişədə sanbal, ciddilik nümunəsi kimi, azərbaycanlılar və ermənilər türklərdən çox şey öyrənə bilərlər. Şimali Kipri işğal etmiş türklər qalib tərəf kimi, 2004-cü ildə Kiprin birləşməsinə səs verdilər. Alicənablıq nümunəsi deyilmi? Adanın yunan tərəfi türklərdən fərqli olaraq o zaman birləşmə planını rədd etdi.

Mən Eurovisionda da türklərin yunanlara səs verməsinin dəfələrlə şahidi olmuşam.

Azərbaycanlıların ermənilərə nifrətini müharibəni uduzmaları ilə izah edə bildiyimiz halda, qarşı tərəfdə hökm sürən nifrəti hara yazaq? Bunun səbəbi nədir?

Axı məntiq onu deyir ki, “Daş yuxular”, “Artuş və Zaur”, “Quqark” kimi sülhməramlı əsərlər ilk növbədə erməni müəlliflərin qələmindən çıxmalıydı. Hanı o müəlliflər? Nə üçün siz bizə Zori Balayandan misal gətirən millətçi azərbaycanlılara tutarlı cavab vermək üçün istinad vermirsiniz?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör