bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Dağlıq Qarabağın statusunun müəyyən olunması və əhalisinin geri dönüşü

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə
., Sərbəst
11 İyul 2021
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Shusha
Paylaş

Bir çox beynəlxalq təşkilatlar və qurumlar Dağlıq Qarabağ və onun gələcəyi haqqında danışarkən, hesabatlar hazırlayarkən iki məsələni xüsusi vurğulayırlar:

  1. Dağlıq Qarabağın gələcək statusu,
  2. Müharibə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bölgə əhalisinin geri dönüşü və onların təhlükəsizliyinin təmini.

Lakin maraqlıdır ki, həmin bu təşkilatların bir çoxu müvafiq məsələlərlə bağlı “narahatlıqlarını” dilə gətirib status deyərkən “Dağlıq Qarabağ Respublikası”nın müstəqil olub-olmayacağını və bölgənin erməni əhalisinin təhlükəsiz yaşayışının təmin olunub-olunmayacağını nəzərdə tuturlar. Dağlıq Qarabağın tarixən Azərbaycanın tərkib hissəsi olması və burda yaşayan ermənilərin Ermənistana birləşmək kimi şovinist istəklərinin nəticəsi olaraq Azərbaycandan qoparılması, həmçinin I Dağlıq Qarabağ müharibəsi nəticəsində Ermənistandan (250 min nəfər), Dağlıq Qarabağın özündən və ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayondan (600 mindən çox insan) ümumilikdə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün[1] vəziyyətinə düşməsi isə bu təşkilatları “narahat” etmir.

Məsələn, International Crisis Group tərəfindən hazırlanan 9 iyun 2021 tarixli hesabatın[2] əsas konturlarını Dağlıq Qarabağda yaşayan və II DQ müharibəsi nəticəsində qaçqın düşən yerli erməni əhalinin geri qayıtması, rus sülhməramlıları tərəfindən onların təhlükəsizliyinin təmini, xarici beynəlxalq təşkilatların onlara maddi yardım etməli olduğu və bütün bunlar üçün bölgənin statusunun müəyyən olunmasının vacibliyi təşkil edir. Hətta Dağlıq Qarabağa aid olmayan (lakin işğaldan sonra “DQR” sərhədləri içərisində göstərilən), Ermənistanın işğal altında olmuş (2020-ci ilədək) 7 rayonundan biri olan Fizuliyə 1990-cı illərdən sonra köçərək yaşayan, II DQ müharibəsindən sonra isə qaçqın düşdüyü üçün “evinə” dönə bilməyən erməninin problemi belə onları “narahat edir”. Bu məsələlərin daha tez və rahat həll olunması üçün Moldova hökümətinin 1990-cı illərdən etibarən de-fakto Transnistria nümayəndələri ilə, 2008-ci il Gürcüstan-Rusiya müharibəsi sonrası gürcü rəsmilərinin de-fakto Abxaz və Cənubi Osetiya nümayəndələri ilə danışıqlara getdiyini nümunə göstərirlər. Halbuki, Azərbaycan bu formatı heç bir zaman qəbul etməyəcəkdir.

Təsadüfi deyil ki, Azərbaycan höküməti dəfələrlə “DQR”i tərəf olaraq tanımadığını bildirmiş, Dağlıq Qarabağın tarixən Azərbaycanın tərkib hissəsində olduğunu və olacağını vurğulamışdır. 7 iyul 2021 tarixində ölkə Prezidentinin imzaladığı fərmanla ölkənin 14 iqtisadi rayona ayrılması və bunların arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması bu baxımdan xüsusilə əlamətdardır.

Qarabağ iqtisadi rayonu: Xankəndi şəhəri (ermənilər tərəfindən Stepanakert adlandırılır), Xocalı, Xocavənd (ermənilər tərəfindən Martuni adlandırılır), Şuşa, Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Füzuli rayonlarını əhatə edir.

Şərqi Zəngəzur iqtisadi rayonu: Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarını əhatə edir.

Bildschirmfoto 2021-07-09 um 06.05.02

Bununla əslində Azərbaycan öz tarixi keçmişinə istinad edir. Belə ki, tarixin müxtəlif dövrlərində (Səlcuqlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və nəhayət Qarabağ xanlığı dövründə) türk sülalələrinin idarəçiliyində olan Zəngəzur torpaqları 1813-cü ildə Çar Rusiyasına birləşdirilmiş, 1861-ci ildə isə Çar Rusiyası tərəfindən Yelizavetpol (Gəncə) quberniyası tərkibində Zəngəzur uyezdi (qəzası) yaradılmışdır. 1897-ci il əhali siyahıyaalmasına[3] görə 6829,7 m2 ərazini əhatə edən Zəngəzur qəzasında ümumilikdə 137.871 nəfər yaşamış, bunlardan 63.622 nəfəri erməni, 71.206 nəfəri isə azərbaycanlı olmuşdur.[4] Çar Rusiyası dağıldıqdan sonra bölgədə yaşanan hadisələr haqda ətraflı bu yazılarda oxuya bilərsiniz . Qısaca onu qeyd edim ki, 15 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) tərkibində Qarabağ general-qubernatorluğu yaradılmış, Zəngəzur da onun tərkibinə daxil olmuşdur.[5] 1921-ci ilədək Zəngəzurun Sovet Azərbaycanın idarəçiliyində olduğunu erməni tarixçisi Melik Şaxnazarov[6] (2009) da qeyd edir. Daha sonra Zəngəzur torpaqları Sovet Azərbaycanı və Sovet Ermənistanı arasında bölünmüşdür. Hazırda yaradılan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlar da keçmişdə mövcud olan Zəngəzur qəzasının tərkib hissəsi olmuşdur.

İndi isə Dağlıq Qarabağın tarixinə qısa nəzər yetirək: 1805-ci il Kürəkçay müqaviləsi ilə Çar Rusiyasından vassal asılılığına düşən Qarabağ xanlığı 1822-ci ildə ləğv edilmiş, onun yerində eyniadlı uyezd (qəza) təşkil olunmuş, 1840-cı ildə Qarabağ qəzası Kaspi əyalətinə tabe edilərək Şuşa qəzası adı almış, bu qəza isə 1868-ci ildə yaradılan Yelizavetpol (Gəncə) quberniyasına birləşdirilmişdir. 1867-ci ilədək Zəngəzur qəzası da Şuşa qəzasının tərkibində olmuşdur. 1883-cü ildə Şuşa qəzasından Cavanşir və Cəbrayıl qəzaları ayrılmışdır. Beləliklə Qarabağın parçalanması Çar Rusiyasının süqutunadək davam etmişdir. Onun ərazisində bu dövr ərzində yaradılan qəzalar: Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl olmuşdur. 1897-ci il əhali siyahıyaalmasına əsasən bu qəzaların əhalisinin etnik tərkibi aşağıdakı kimi olmuşdur:

Bildschirmfoto 2021-07-09 um 06.08.54

1897-ci ilə aid siyahıyaalmadan da göründüyü kimi ümumilikdə Qarabağda da Azərbaycanlılar çoxluqda olmuşdur. Bu torpaqlar uzun əsrlər boyu türk əsilli sülalələrin idarəçiliyində olduğu kimi, müasir beynəlxalq hüququn istinad etdiyi AXC dövründə də azərbaycanlıların idarəçiliyində qalmışdır. Dağlıq Qarabağ ifadəsi isə Qarabağın dağlıq hissəsinə 1923-cü ildə Sovet İttifaqı rəhbərliyinin qərarı ilə verilən muxtariyyət nəticəsində yaranmışdır. Ermənilərin iddia etdiyi qədim dövr (eramızdan əvvələ aid) tarixində bölgədə qurduqları dövlət və onun kiçik dövr ərzində Qarabağ torpaqlarını idarə etməsi isə müasir dövr üçün heç bir hüquqi baza yaratmır. Üstəlik onların da müasir beynəlxalq hüquqla istinad edə bildikləri ilk milli-dövlətləri Ermənistan Demokratik Respublikasıdır (1918-1921) ki, bu dövlət heç vaxt nə Qarabağı, nə də Zəngəzuru idarə etməyib. Odur ki, nə tarixi, nə də hüquqi baxımdan Ermənistanın Dağlıq Qarabağa heç bir iddiası ola bilməz. Məhz bu səbəblə Ermənistan ciddi-cəhdlə “DQR”-in “müstəqilliyi”ni tanıtmağa çalışır. Bu yolda müəyyən “uğurları” da vardır. Ən son (30 iyun 2021) ABŞ-ın New Jersey ştatının Senatı “DQR”in müstəqilliyini tanıdıqları haqda qətnamə qəbul etmişlər. Beləliklə ABŞ-ın 10 ştatı daxil olmaqla[7], Kanada, Avstraliya, Fransa, Çexiya, Qvatemala, İtaliya, İspaniya, Birləşmiş Krallıq və Uruqvayın bir sıra şəhər və əyalətləri, həmçinin Abxaziya, Cənubi Osetiya və Transnistria kimi de-fakto var olan “dövlətlər” tərəfindən tanınmışdır. Lakin heç bir dövlət rəsmi olaraq “DQR”i tanımamış və tanımayacaqdır da. Çünki bu “dövlət” faktiki olaraq Azərbaycanın beynəlxalq hüquqi sərhədlərinin qanunsuz şəkildə, başqa dövlətin yardımı ilə işğal edilərək pozulması nəticəsində formalaşmış qeyri-qanuni qurumdan başqa bir şey deyil. Üstəlik Azərbaycanın torpaqlarının işğalı nəticəsində vaxtilə var olan sərhədləri bu gün artıq yoxdur. Rus sülhməramlılarının nəzarəti altında qalan, de-fakto erməni idarəçiliyində olan Azərbaycan torpaqları üzərində də gec-tez Azərbaycan suverenliyi bərpa ediləcəkdir.

Ümumiyyətlə hər hansı dövlətin dövlət olaraq mövcudluğunu sübut edən dörd əsas atribut vardır: suverenlik, torpaq, əhali və hökümət. “DQR”-in suverenliyi yoxdur, belə ki, o heç bir dünya dövləti ilə rəsmi diplomatik münasibətlər qura bilmir. “DQR”-in torpağı yoxdur, belə ki, o, Azərbaycan Respublikasına aid keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və bu vilayətin ətrafındakı 7 rayonun ərazisinin işğalı nəticəsində qurulmuş, bu işğal isə 2020-ci ildə başa çatmışdır. “DQR”-in əhalisi var, lakin bu təklikdə dövlətçilik üçün yetərli deyil. “DQR”-in höküməti var, lakin bu hökümətin beynəlxalq arenada heç bir legitimliyi yoxdur. Hətta ən son 9 noyabr 2020 tarixli üçtərəfli bəyannaməyə belə bu hökümətin nümayəndələri imza çəkməmişlər. Çünki onlar tərəf olaraq tanınmırlar.

Ermənilərin hazırda yaşadığı keçmiş “DQR” ərazisində isə rəsmi qərarla iki iqtisadi rayon yaradılıb. Odur ki, ermənilər var gücləri ilə mövcud olmayan “dövləti” tanıtmağa çalışmaqdansa, Azərbaycanla uzlaşıb, Azərbaycan tərkibindəki statusları ilə bağlı mümkün qədər çox haqq qoparmağa çalışsalar, özləri üçün daha faydalı iş görmüş olardılar. Onsuz da “DQR” yoxdur və olmayacaq. Azərbaycanda yaşayacaq vəya yaşamaq istəyəcək ermənilərin isə müəyyən muxtariyyətləri ola bilər: mədəni və ya başqa formada.

 

Qeydlər:

[1] https://www.unhcr.org/4bd7edbd9.pdf

[2] https://www.crisisgroup.org/europe-central-asia/caucasus/nagorno-karabakh-conflict/264-post-war-prospects-nagorno-karabakh

[3] Troynitskiy, N.A. (1904). Pervaya Vseobşaya Perepis Naseleniya Rossiyskoy İmperii, 1897 q.: LXIII. Yelizavetpolskaya Quberniya, s. 3

[4] http://www.demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=387

[5] Mamedzade, N. (2017). “Na puti k velikoy missii”, Region Plus: ADR-99, s. 7

[6] Şaxnazarov, M.A. (2009). Naqornıy Karabax: faktı prtiv ljı, s. 4

[7] https://armenianweekly.com/2021/06/30/new-jersey-becomes-10th-us-state-to-recognize-artsakh/

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör