Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Da Vinçi – dövrünün blogeri kimi

Emin Əliyev Emin Əliyev
., Kültür
06 Fevral 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Ef2a19d73f2a6b6fbc494b6555b84107
Paylaş

Da Vinçi barədə axtarış verəndə haqqında ilk olaraq belə bir söz ortalığa çıxır: Polimat.

Yəni, bilikli şəxs, intellektual, elm adamı.

O, həm rəssam, həm yazıçı, həm musiqişünas, həm riyaziyyatçı idi. Siyahını uzatmaq olar. Çoxfunksiyalılıq orta əsrlər mədəniyyətinin, sənət xadiminin xüsusiyyəti idi. Bunu yaradan başlıca səbəb orta əsrlərin “kadr” çatışmazlığı idi. Sənətçi öz üstündə bəşəri məsuliyyət hiss edirdi. Yaranan boşluqları doldururdu. O istedadını hiss edir və bundan hərtərəfli istifadə etməyə çalışırdı. Tarixdə belə sənətçilər, elm adamları olub.

Yaxşı, bəs Da Vinçi dövrümüzdə yaşasaydı o nə işlə məşğul olardı?

Hal-hazırda dövr yenidən sənətçidən çoxfunksiyalı, multidisiplinar olmağı tələb edir: o həm yazmalı, həm yazdığını danışmalı, həm də onu lentə alıb, montaj etməyi və kütləyə satmağı bacarmalıdır.

Elmin səviyyəsini bloq hüdudları ilə çərçivələmək istəmirəm amma dövrümüzün elm xadimləri, sənətçiləri kütlə ilə birbaşa əlaqəyə keçməkdən çəkinirlər. Onlar öz biliklərini kütləviləşdirmək istəmirlər.

Elə Youtube-dakı video-blogerlər kimi.

Blogerin adı pis çıxıb. Bloqlar yeni yaranarkən insanlar fikirlərini bir yazı içinə sığışdırır, hər şeyə fikir, şərh bildirirdilər. Sonra bu məşğuliyyət video, foto və digər multimedia vasitələrinin də sərhədlərini keçdi. Amma indi fəlsəfə üzrə elmlər doktoru qəzetdə məqalə yerinə Youtube-da video formatında çıxış etsə bu daha effektiv olar. 

Misal üçün, Barış Özcan kimi. Mən onu ciddi elm adamı kimi tanımasam da, çox ciddi mövzulardan maraqla danışan adam kimi tanıyıram. Bu elə mənə bəsdir.

Elmdən pul qazanmaq istəyirsən? Bu yolu tutmağa and içmisən? Onda özünə əziyyət ver, bunu maraqlı et. Bunu satmağı bacar. 

Dediyim kimi, elmlə məşğul olanlar, jurnalistlər, tənqidçilər, araşdırmaçılar kütləyə çıxmaq istəmirlər. Öz biliklərini, işlərini yazı ilə çərçivələyirlər. Dövr isə bu işlərə yuxarıdan aşağı baxır.

Belə bir misal çəkək. Biznes mühiti marketinq siyasətini həyata keçirməyə başlayanda bütün digər sahələr pərdə arxasına keçdi. Dünyada “pis kapitalizm” anlayışı yarandı, filosoflar alverçiləri, biznesmenləri qınadı. Yaxşı bu adamlardan başqa kimsə öz malını satmağa cəhd etdimi? Hansısa jurnalist, yazıçı, tənqidçi əqli mülkiyyətini satışa çıxardımı? 

Mən deyim, əksinə həmişə mühafizəkar mövqedə durdular, sənət sənət üçündür dedilər, sənətin müqəddəsliyinə, sənət müəssisələrinin məbəd olduğuna inandılar.

Yazılara, xəbərlərə publikaya hesablanmış başlıq çıxaranda hamı qınayırdı. İndi fikirləşirəm ki, niyə qınayırıq. Şirkət öz pampersini reklam edəndə utanmırsa, yazıçı niyə yazısının başlığından utanmalıdır? 

O necə yazıçı və necə yazıdır ki, bir şou xarakterli başlığa görə dəyərini itirir?

Videoblogerliyə, rəqəmsal mühazirəyə niyə isti yanaşmırlar? Elm adamları özlərinə bunu niyə sığışdırmasınlar ki? O nə savad, nə dünyagörüşüdür ki, bir dənə video ilə yerə dəyir?

O gün Kaspi qəzetinə dövlət maliyyə dəstəyini dayandırdıqdan sonra bir çoxları buna narazılıqlarını bildirdilər. Bu yenə mənə aydın olmadı. Axı heç kimin nəzər nöqtəsində olmayan qəzetlərə, jurnallara dövlət niyə maliyyə yardımı etməlidir?

Təsəvvür edirsiz dövlət heç kimin oxumadığı, balıq bükülən qəzetlərə yüz minlərlə pul ayırır? Bu pullarla rəqəmsal medianı daha da inkişaf etdirmək, daha çox insana çatmaq olardı. 

Misal üçün, Bundle proqramı var, mən burada 15 jurnala (qəzetə) abunə olmuşam. xəbərlər mənim telefonuma gəlir. Mən niyə gedib qəzet axtarmalıyam ki?Elə bu proqramın daxilində bir yazı oxudum, məqaləni yazan öz səsini də yazıb məqalənin əvvəlində yerləşdirmişdi. Ki, yazı daha rahat oxunsun və ya dinlənilsin.

İnternet Azərbaycanda yeni yaranıb, yayılmağa başlayanda “üz”lər, şəxslər televiziyadan internetə keçirdilər. Bu günümüzdə isə belə adamlar internetdən televiziyaya keçirlər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör