Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Dəstəbazlıq

Günel Mövlud Günel Mövlud
., Mövqe
07 Sentyabr 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
0955AD42 3F1B 4D73 9083 0CB7DD09104D cx1 cy9 cw85 w1200 s (1)
Paylaş

Zaman-zaman Azərbaycanda müxtəlif qrupları dəstəbazlıqda ittiham ediblər. Bu dəstəbazlıq şərtlərinə eyni regiondan olanların, qohum olanların iş yerlərində, aktivliklərində bir-birini dəstəkləməsi, “qabağa çəkməsi” aid edilib həmişə. Yadımda qaldığı qədər ədəbiyyat sahəsində belə ittihamlarla daha çox sovet vaxtındakı fəaliyyətlərinə görə ölkənin qərb regionlarından olan yazıçı-şair qurpları üz-üzə qalıblar. Onları ancaq öz regionundan olan qələm adamları ilə dostluq etməkdə, məclislər qurmaqda və buna görə də bəzilərinin rəhbər olduqları ədəbi orqanlarda ancaq öz yerlilərini, məclis dostlarını çap etməkdə çox ittiham ediblər.

Açığı, bu nə qədər doğrudur, doğrudanmı o dövrdə hansısa ədəbi orqanda çap edilmək üçün hansısa qruplaşmanın üzvü olmalı idin, çap edilmək üçün yazarlardan hansısa ölçülərə, meyarlara uyğun gəlmək tələb olunub – bunu detallı bilmirəm və bilməyə o qədər də ehtiyac duymuram.  

Maraqlıdır ki, indi sənətin heç bir sahəsində qruplar yerlibazlıq, qohumbazlıq kimi bir azara yoluxmuş deyillər. Bu cəhətlər daha çox monopolist ticarət (biznes yox, biznesdə qohum və yerlilərin olması normaldır) dövlət sektoru kimi sahələrdə özünü göstərir. Bu sahələrdə sənin hardan olduğun, kimin qohumu olmağın doğrudan da karyeranda həlledici rol oynaya bilər. 

Amma mətbuata gələr-gəlməz, ədəbi çevrələrə qədəm qoyan kimi, maraqlı bir şeyin fərqinə vardım. Bu çevrələrdə istər iş, istər çap edilmək üçün əsas meyar istedad və çalışqanlıq idi. Təbii, qohumlarını rəhbəri olduğu qəzetin, jurnalın, saytın təsərrüfat, hesab-kitab, gətir-götür işlərinə soxub, maaş verənlər də az deyildi, amma yaradıcı işlərdə əsas rolu sənin qələminin gücü oynayırdı. 

Açığı, nə mətbuata, nə də ədəbiyyata gələndə bu sahələrin heç birisində nə yerlim, nə də qohumum olmayıb. Elə yazar dostlarımın da. 2000-lərdə öz çevrəmizi qurduq. Bu da olduqca təbii alındı. Ədəbi zövqlərimiz, meyarlarımız, təməl dəyərlərimizin oxşarlığı biri bakıdan, biri arandan, biri turandan olan onlarla adamı bir araya gətirirdi. Görüşürdük, bir-birimizin əsərlərini, imzasını doğrudan da təbliğ edirdik, birimizin əlinə imkan düşən kimi, başqalarının da çap olunmasına, kitabının çıxmasına kömək edir, ağız açırdıq. 

Sonra sovet dili ilə desək, sıralarımızı tərk edənlər də oldu. Bunun da səbəbi şəxsi konfliktlər filan deyildi, məhz dünyagörüşündə, dəyərlərdə, estitikada uyğunsuzluğumuz idi.

Fikirlərimiz, dəyərlərimiz ayrılan kimi, yollarımız da ayrıldı. Bu barədə deyəsən, “Vicdanların elədiyi dostluq” yazımda yazmışam. İnsanların müəyyən yaş dövrlərində, müəyyən dünyagörüşü dönəmində çevrəsi də fərqli olur. İnsanların ya maraqları dostluq edir, ya karyeraları, ya vicdanları, ya istedadları, ya da zövqləri. Baxır, sənin “öz”ün hansında daha çox qabarır, daha çox rahatdır, daha çox “must”dır.  

Bu baxımdan, mən heç vaxt istedadların, zövqlərin, dəyərlərin dostluq elədiyi qruplaşmalara, dəstələrə pis baxmamışam və pis baxanlara da gülməyim gəlir. Dünyanın ən axmaq işlərindən biri də, “siz niyə bir qrup yaratmısız, ora heç kimi qəbul eləmirsiz” sualıdır. Sənə nə ay adam, ürəyimiz belə istəyir. Dövlət işidirmi ki, biznesdirmi ki, konkret layihədirmi ki, öhdəliyim olsun kompetent kadr yığmağa, müsabiqə keçirirb, işə adam almağa? Sənə nə var mən kiminlə içirəm, kiminlə yatıram, kiminlə bara gedirəm? Sonra bara getdiyim, içdiyim adamlardan ibarət platforma yaradıram, kimə nə? 

Dəstə, çevrə günü bu gün də bir çox QHT-lərin, təşkilatların rədd etmədiyi bir nəsnədir. Avropada, Amerikada min bir sənədin, təcrübənin, zəhmətin həll etmədiyi bir problemi işin düşən yerlərdə tanınan, hörmət edilən birinin referent məktubu həll edə bilər. Bizim tapşırıq dediyimizə onlar məsləhət məktubu deyir amma özünə hörmət edən heç bir ekspert, təşkilat nümayəndəsi yanlış adama, o yerə, o pozisiyaya layiq olmayan adam üçün referent məktub verməz. Çünki o yerlərdə “inam limiti”ni boş yerə heç kim xərcləməz.

Buna görə də, dəstəbazlıq, qohumbazlıq, yerlibazlıq kimi anlayışların qadağan ya qeyri-etik olduğu sferalarla qadağan ya qeyri-etik olmayan sferaları ayırmaq lazımdı. 

Hə, bəzən bu dəstəbazlıq ittihamlarının kökündə sadə bir “o dəstədə mən niyə yoxam!?” nisgili dayanır. Başqa heç nə.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör