Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Corona” şilləsi

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
15 Mart 2020

Son günlər “corona” təhlükəsi dünyanı çalxalamaqdadır. Ölkəmizdə də bu çalxalanma rəsmi qərarlar əsasında əyləncə mərkəzlərinin, tədris ocaqlarının, kitabxanaların və digər kütləvilik ehtiva edən məkanların müvəqqəti bağlanması və ya iş saatlarındakı dəyişikliklərdən açıq-aşkar görünür. Eləcə də sosial şəbəkələrdə virusa münasibətlə bağlı qruplaşmalar var: həyəcan təbili çalanlar, məzələnənlər, “hələ ki, mənə çatmayıb” deyib özünü aldadanlar. Lakin maraqlısı odur ki, virus hələ də öz həyatımızı sorğulamağa, necə yaşadığımızı, ya da yaşamadığımızı gözdən keçirməyə bizi sövq edə bilməyib. Bu yazıda məhz coronaya qədərki və coronadan sonrakı həyatımızı təhlil etməyə çalışacağam.

Mənə elə gəlir ki, təkamül nəzəriyyəsi bizim həyatımızın xırda məsələlərinin iri planda cədvəlidir. Təkamül nəzəriyyəsini çox sadə formada izah etmək üçün üç nöqtə mütləq vurğulanmalıdır:

1) irsi dəyişkənlik, 2) yaşamaq uğrunda mübarizə, 3) təbii seçmə.

Nəzəriyyəyə çox detallı toxunmayacam, çünki yorucu ola bilər, amma bəzi şeyləri maksimum sadə dildə izah etməliyəm. İrsi dəyişkənlik gendəki hansısa nəzərdə tutulmamış, yeni bir element, kombinasiya yaradan prossesdir. Ortaya çıxması ilkin mərhələdə çalxalanma yarada bilər. Çünki təbiət (yazının kontekstinə uyğun olaraq bədən də oxuya bilərik) yeni elementi hələ tanımır. Ona görə də yeni tanınmaq, həyata vəsiqə qazanmaq üçün yaşamaq uğrunda mübarizəyə girişir. Əgər yaşamaq uğrunda mübarizədə qalib gəlsə, özünü isbatlaya bilsə, təbiət onu seçəcək və ona yaşamaq üçün icazə verəcək.

Maraqlıdır ki, stress də oxşar proseslərin nəticəsidir: orqanizmdə hər hansı dəyişiklik baş verdikdə və beyin bunu problem (fəlsəfi anlamı ilə hal-hazırda cavabı bəlli olmayan sual) kimi qəbul etdikdə stressin ilk mərhələsi olan həyəcan yaranır. Beyin dərhal səfərbərlik elan edir və aktiv iş rejiminə keçir. Bu, mübarizə apara bilmək üçün orqanizmi aktivliklə-resursla təmin etmə rejimidir. Buna mübarizə mərhələsi də deyilir. Əgər orqanizm (fərd) mübarizədə qalib gəlirsə, daha da güclənmiş şəkildə yaşamağa davam edir, qalib gələ bilmirsə, üzülmə (zədələnmə) mərhələsi başlanır və uduzur.

Orqanizm “Corona” adlı yeni mikro-orqanizmin qələbəsini tanıyıb. Yəni o, özü də orqanizmdə yaşaya bilmək üçün mərhələlərdən keçib və yaşamağa vəsiqə qazanıb. İndi isə sıra bizim orqanizmimizdədir. Müşahidə etdiyim qədərilə, insanlar bu virusla mübarizə aparmaqla bağlı hansısa iddialar formalaşdırmaqdansa, yoluxmamağa çalışırlar. Sanki bütün enerjilərini ilkin mərhələdə xərcləyirlər. Çünki özümüzü yaxşı döyüşçü hesab etmirik. Corona ilə döyüşüb, ona məğlub olmayıb yaşamağa davam etməyi düşünmürük, ya da düşüncələrimizdə məğlubiyyət ehtimalı dominantlıq təşkil edir. Çünki beynimiz komfort zonasından çıxmaq istəmir. Yazarkən sanki oxucu rəylərini də eşidirəm, biri belədir: “insan həyatı ilə qumar oynamaq olmaz”. Yaxşı fikirdir, lakin məndə sual yaranır – biz doğrudan yaşayırıqmı? Yaşadığımızın fərqindəyikmi? Bəlkə corona yaxşı bir şillədir?!

Həyatlarımıza nəzər salsaq, ölkə üzrə nə qədər adamın yaşamaq üçün mübarizə apardığını görərik? İlk ağla gələn yaşamaq üçün işləməyimizdir, bunun özü elə mübarizədir. Xeyr, işləmək hər zaman mübarizə deyil. İşləmək bəzən qaçışdır. Məsələn ölkədəki proseslərə qarışmamaq üçün, başqa problemlərlə üzləşməmək üçün, öz bədbəxtliklərimizi görməmək üçün qaçış. Mübarizə aparıb məğlub olma ehtimalımızı düşünüb, qaçırıq. “3-5 manatım olsun, yarıac, yarıtox, əsas odur başım dinc olsun.” Bəs başqa variantı yoxlamısan? Daha yaxşı, xoşbəxt yaşamaq üçün döyüşməyi düşünmüsən? Və ya döyüşmüsən? Mənə elə gəlir ki, bu məsələdə də ilkin mərhələdə ilişib maksimum enerjimizi ora boşaltmışıq, elə yerimizdəcə dayanıb beynimizdə döyüşüb, məğlub olub, o mövzunu bağlamışıq.

Fərz et ki, coronaya tutulub ölürük, nə qalır geridə? Bizi xoşbəxt edən neçə xatirəmiz var? İndiyə qədərki ömrümüzdə özümüz kimi olduğumuz, rahat yaşadığımız, doya-doya dincəldiyimiz neçə günümüz olub? 10-12 saatlıq iş qrafikləri, orta hesabla maksimum 500 manat maaş (əksəriyyəti 300-350), dolanmaq, ailəni dolandırmaq üçün Əlinin papağını Vəlinin başına, Vəlininkini Əlinin başına qoymalar, nəqliyyatda, işdə stress, əsəbləşəndə şəhərdə 3-5 məkandan başqa gedəcək yerin olmaması, lap yer olsa da, qalstuk tək sıxan ailə, iş həyatının məsuliyyətindən, cibindəki pulun azlığından qapını örtüb 3-5 gün özünlə baş-başa qala bilmirsən. Qazandığın pul belə sənin əyləncən, istirahətin üçün deyil. Ənənəvi bir sistemin quluna çevirilib o sistemin ayaqda qalmasına və növbəti qulların cəlb olunmasına şərait yaradırsan. Məhz buna görə də evlilikdən ağzı bala batmayanlar başqalarının evlənməsinə xüsusi can-fəşanlıq edir, uşağına yemək pulunu güclə çatdıranlar “uşaq yoxdur hələ?” sualları verir. Hər gün bir-birindən bezən adamlar sosial şəbəkədə xoşbəxt ailə şəkilləri paylaşıb başqalarını xoşbəxt olduqlarına inandırır. Bəs reallıqda necə, xoşbəxtsən? Xoşbəxt olmaq üçün nə etmisən? Neftə layiq olmaq üçün nə isə etmək lazım deyil, amma xoşbəxt olmaq üçün nə isə etmək lazımdır. Adam kimi yaşamaq üçün mübarizə aparanların bədənində daha neçə-neçə coronaya qarşı immunitet var, çünki, məncə, ən böyük döyüş xoşbəxtlik uğrundadır, onun uğrunda döyüşməyi öyrəndinsə, qalan hər şeylə döyüşə bilərsən. Yaşamaq üçün, sağ qalmaq üçün mübarizə aparmaq lazımdır.

Corona yaxşı şillə ola bilər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Redaktorun seçimi

Harvarda necə qəbul olmaq olar?

Azərbaycanlıların qəribə sekulyarizmi

PR necə yarandı

Elmə niyə inanmalı?

“No war” deməyə haqqı olmayanlar

Seymur Baycan – 44

Rus imperiyası nədən bizi “tatar” adlandırıb?

Yalan demə, heç kim ölmək istəmir…

“Rusiyanı sevin, Rusiyanı qəbul edin, Rusiyanı bağrınıza basın.”

“Hərb və Sülh”ün ekrana gəlişi

Niyə bu gündəyik?

H. Z. Tağıyevin “qələm qoçuları”

“Kitablar- ölülərlə ünsiyyətdə olmaq üsuludur”

O söz gəlməz olaydı

5G haqqında hər şey

Ölü kənddə gəzinti

Zahid Oruc baş ideoloq kimi

Tütünçü

Hacı Xanməmmədovun ecazkar səs palitrası

Heç olmasa indi

Xoşbəxt istisna

Psycho Meykhana Illustration Series

Kəpənəklər öləcək

Osmanlıları, Fransız inqilabını və “Starbucks”ı birləşdirən…

Teymur Daimi: “Arxasında ideya dayanmayan işlər mənasızdır”

Klanlararası savaşda yeni mərhələ

Sartrın ata barədə “Sözlər”indən bir parça

Eksperimental qərarvermə prosesi

Azərbaycanın qələbədə rolu

Dünəndən bugünə neft qiymətləri

“Corona” şilləsi

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
15 Mart 2020

Son günlər “corona” təhlükəsi dünyanı çalxalamaqdadır. Ölkəmizdə də bu çalxalanma rəsmi qərarlar əsasında əyləncə mərkəzlərinin, tədris ocaqlarının, kitabxanaların və digər kütləvilik ehtiva edən məkanların müvəqqəti bağlanması və ya iş saatlarındakı dəyişikliklərdən açıq-aşkar görünür. Eləcə də sosial şəbəkələrdə virusa münasibətlə bağlı qruplaşmalar var: həyəcan təbili çalanlar, məzələnənlər, “hələ ki, mənə çatmayıb” deyib özünü aldadanlar. Lakin maraqlısı odur ki, virus hələ də öz həyatımızı sorğulamağa, necə yaşadığımızı, ya da yaşamadığımızı gözdən keçirməyə bizi sövq edə bilməyib. Bu yazıda məhz coronaya qədərki və coronadan sonrakı həyatımızı təhlil etməyə çalışacağam.

Mənə elə gəlir ki, təkamül nəzəriyyəsi bizim həyatımızın xırda məsələlərinin iri planda cədvəlidir. Təkamül nəzəriyyəsini çox sadə formada izah etmək üçün üç nöqtə mütləq vurğulanmalıdır:

1) irsi dəyişkənlik, 2) yaşamaq uğrunda mübarizə, 3) təbii seçmə.

Nəzəriyyəyə çox detallı toxunmayacam, çünki yorucu ola bilər, amma bəzi şeyləri maksimum sadə dildə izah etməliyəm. İrsi dəyişkənlik gendəki hansısa nəzərdə tutulmamış, yeni bir element, kombinasiya yaradan prossesdir. Ortaya çıxması ilkin mərhələdə çalxalanma yarada bilər. Çünki təbiət (yazının kontekstinə uyğun olaraq bədən də oxuya bilərik) yeni elementi hələ tanımır. Ona görə də yeni tanınmaq, həyata vəsiqə qazanmaq üçün yaşamaq uğrunda mübarizəyə girişir. Əgər yaşamaq uğrunda mübarizədə qalib gəlsə, özünü isbatlaya bilsə, təbiət onu seçəcək və ona yaşamaq üçün icazə verəcək.

Maraqlıdır ki, stress də oxşar proseslərin nəticəsidir: orqanizmdə hər hansı dəyişiklik baş verdikdə və beyin bunu problem (fəlsəfi anlamı ilə hal-hazırda cavabı bəlli olmayan sual) kimi qəbul etdikdə stressin ilk mərhələsi olan həyəcan yaranır. Beyin dərhal səfərbərlik elan edir və aktiv iş rejiminə keçir. Bu, mübarizə apara bilmək üçün orqanizmi aktivliklə-resursla təmin etmə rejimidir. Buna mübarizə mərhələsi də deyilir. Əgər orqanizm (fərd) mübarizədə qalib gəlirsə, daha da güclənmiş şəkildə yaşamağa davam edir, qalib gələ bilmirsə, üzülmə (zədələnmə) mərhələsi başlanır və uduzur.

Orqanizm “Corona” adlı yeni mikro-orqanizmin qələbəsini tanıyıb. Yəni o, özü də orqanizmdə yaşaya bilmək üçün mərhələlərdən keçib və yaşamağa vəsiqə qazanıb. İndi isə sıra bizim orqanizmimizdədir. Müşahidə etdiyim qədərilə, insanlar bu virusla mübarizə aparmaqla bağlı hansısa iddialar formalaşdırmaqdansa, yoluxmamağa çalışırlar. Sanki bütün enerjilərini ilkin mərhələdə xərcləyirlər. Çünki özümüzü yaxşı döyüşçü hesab etmirik. Corona ilə döyüşüb, ona məğlub olmayıb yaşamağa davam etməyi düşünmürük, ya da düşüncələrimizdə məğlubiyyət ehtimalı dominantlıq təşkil edir. Çünki beynimiz komfort zonasından çıxmaq istəmir. Yazarkən sanki oxucu rəylərini də eşidirəm, biri belədir: “insan həyatı ilə qumar oynamaq olmaz”. Yaxşı fikirdir, lakin məndə sual yaranır – biz doğrudan yaşayırıqmı? Yaşadığımızın fərqindəyikmi? Bəlkə corona yaxşı bir şillədir?!

Həyatlarımıza nəzər salsaq, ölkə üzrə nə qədər adamın yaşamaq üçün mübarizə apardığını görərik? İlk ağla gələn yaşamaq üçün işləməyimizdir, bunun özü elə mübarizədir. Xeyr, işləmək hər zaman mübarizə deyil. İşləmək bəzən qaçışdır. Məsələn ölkədəki proseslərə qarışmamaq üçün, başqa problemlərlə üzləşməmək üçün, öz bədbəxtliklərimizi görməmək üçün qaçış. Mübarizə aparıb məğlub olma ehtimalımızı düşünüb, qaçırıq. “3-5 manatım olsun, yarıac, yarıtox, əsas odur başım dinc olsun.” Bəs başqa variantı yoxlamısan? Daha yaxşı, xoşbəxt yaşamaq üçün döyüşməyi düşünmüsən? Və ya döyüşmüsən? Mənə elə gəlir ki, bu məsələdə də ilkin mərhələdə ilişib maksimum enerjimizi ora boşaltmışıq, elə yerimizdəcə dayanıb beynimizdə döyüşüb, məğlub olub, o mövzunu bağlamışıq.

Fərz et ki, coronaya tutulub ölürük, nə qalır geridə? Bizi xoşbəxt edən neçə xatirəmiz var? İndiyə qədərki ömrümüzdə özümüz kimi olduğumuz, rahat yaşadığımız, doya-doya dincəldiyimiz neçə günümüz olub? 10-12 saatlıq iş qrafikləri, orta hesabla maksimum 500 manat maaş (əksəriyyəti 300-350), dolanmaq, ailəni dolandırmaq üçün Əlinin papağını Vəlinin başına, Vəlininkini Əlinin başına qoymalar, nəqliyyatda, işdə stress, əsəbləşəndə şəhərdə 3-5 məkandan başqa gedəcək yerin olmaması, lap yer olsa da, qalstuk tək sıxan ailə, iş həyatının məsuliyyətindən, cibindəki pulun azlığından qapını örtüb 3-5 gün özünlə baş-başa qala bilmirsən. Qazandığın pul belə sənin əyləncən, istirahətin üçün deyil. Ənənəvi bir sistemin quluna çevirilib o sistemin ayaqda qalmasına və növbəti qulların cəlb olunmasına şərait yaradırsan. Məhz buna görə də evlilikdən ağzı bala batmayanlar başqalarının evlənməsinə xüsusi can-fəşanlıq edir, uşağına yemək pulunu güclə çatdıranlar “uşaq yoxdur hələ?” sualları verir. Hər gün bir-birindən bezən adamlar sosial şəbəkədə xoşbəxt ailə şəkilləri paylaşıb başqalarını xoşbəxt olduqlarına inandırır. Bəs reallıqda necə, xoşbəxtsən? Xoşbəxt olmaq üçün nə etmisən? Neftə layiq olmaq üçün nə isə etmək lazım deyil, amma xoşbəxt olmaq üçün nə isə etmək lazımdır. Adam kimi yaşamaq üçün mübarizə aparanların bədənində daha neçə-neçə coronaya qarşı immunitet var, çünki, məncə, ən böyük döyüş xoşbəxtlik uğrundadır, onun uğrunda döyüşməyi öyrəndinsə, qalan hər şeylə döyüşə bilərsən. Yaşamaq üçün, sağ qalmaq üçün mübarizə aparmaq lazımdır.

Corona yaxşı şillə ola bilər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel