Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Cin atına minmək

Qismət Rüstəmov Qismət Rüstəmov
., Kültür
28 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Ezgif.com webp to jpg (1)
Paylaş

Köhnə məhləmizin xudmani “besedka”sında siqaret işığına yığışan abilər belə danışardı: filan kənddə tövləyə girib görüblər ki, at tərləyib, sən demə, atı hər gecə cinlər sürürmüş. İkinci siqareti yandıran cinbala davam edərdi, mənim babam o vaxt (burda mifoloji keçmiş zamanı bildirmək üçün əlini başının üstündən arxaya tuşlayardı) sancaqla bir cin tutub, bir-iki il işlədib, sonra cin bir uşaqdan xahiş edib ki, bu sancağı açsın və yoxa çıxıb. Bu hələ harasıdır, bu hələ bizim magik realist “besedka”nın Asturiasıdır, çox keçməzdi ki, Aşıq Ədalətə oxşayan sifətiylə məhlənin Markesi də təşrif buyurar və beləcə biz gözlənilən bir nitqin tarixçəsinə qonaq olardıq: Bizim kənddə bir kor Əhməd vardı, onun əhvalatı çox qəribədir. Kişi özü bizə danışıb ki, bir gejə (deyəsən “c” üçüncü hərf olduğu üçün gecənin əvvəlidir, “j” axırlarda olduğu üçün daha vahiməli vaxtdır) gördüm ki, nəsə atımız narahatdır, fınxırır, yüyən gəmirir. Gizlənib pusmağa başladım, bir də gördüm tövlənin qapısı açıldı və içəri cinlərin xalq çalğı-alətləri ansanblı daxil oldu, çalıb-oynamağa, atı qorxutmağa başladılar. Bir azdan tövlənin qapısı təzədən açılanda, nə görsəm yaxşıdır, bizim həyətin pişiyi əlində dəf içəri girdi, cinlərin xoruna qoşuldu. Əlim üzümdə qaldı, gecəni dirigözlü açdım. Səhəri gün həyətdə nahar eləyəndə pişiyi gördüm, üstünə çığırdım ki, dəfçi pişik, rədd ol burdan! Elə bunu demişdim ki, cinlərə işlədiyi faş olan pişik tullanıb gözümü çıxartdı…

Əfsanəvi performans idi, dəlisov qara pişikləri yazan Edqar Po belə bu cür iki tərəfə işləyən agent pişik yarada bilməyib. Bu əhvalatı hekayə kimi yazsam, adını belə qoyardım: Pişiyin deşifrə olması.

Ötən gün Yalçın İslamzadənin çox qiymətli “Nənəmin konspirologiya nəzəriyyəsi” yazısını oxuyanda, sosial şəbəkələrdə rastıma çıxan, eləcə gülüb keçdiyim bir əhvalatı yenidən xatırlayası oldum. Şəkidən bir ailə bu maskalı-spirtli günlərdə ərinməz-ərinməz Zaurun verilişinə müraciət edib ki, bəs biz 8103-dən icazə alıb iki saata Bakıya çatmarıq, sizin jurnalist vəsiqəniz var, durun tez gəlin, evimizdə cin var. And olsun vaxtilə buralarda hər sancaqda bir cin saxlayan ulu babamızın halvadan şirin, pitidən qaynar xatirəsinə, tüstüsüz oddan yaranan bu məxluqat pullarımızı oğurlayır, üstəlik, məktublar yazıb bizi təhdid edir. Zaurun dama-dama vərəqlərdən oxuduğu məktublarda cin təmiz Şəki ləhcəsində yazır ki, gəlinə dəyməyin, gül kimi qızdır, mənə daha çox pul verin, yoxsa pasportunuzu oğurlayıb bankdan kredit götürəcəm. Bir adam da demir ki, sizi and verirəm Şəki Xan Sarayının rəngli şüşələrdən yığılmış mozaik pəncərəsinə, pasportu ortalıq yerə qoyun, görək bu merkantil cin iş yerindən arayışı olmadan, zaminsiz, aşağı faizlə hansı bankdan kredit götürəcək? Əgər götürə bilsə, ulu babalarımız kimi sancaqlayıb hüquqlarını pozmayaq, əlliyə əlliyə razılaşaq, arabir bizim üçün də kredit təşkil eləsin.

Deyilənə görə, vaxtilə Hafizin şeirləri elə böyük şöhrət qazanıbmış ki, onun qəzəlləriylə fal açırmışlar. Bizim əsrdə bu xurafatın başqa formaları da var, hələ bizə yoluxmasa da, artıq Türkiyədə müşahidə olunur: “The Economist” jurnalının üz qabığında gələcəyi oxumaq…

Salman Rüşdünün üçqat “Buker” mükafatı laureatı olan misilsiz romanı “Gecəyarı uşaqları”nda bir məqam var. Əsərin narratoru deyir ki, bir vaxtlar Bombeydə alkaqollu içki tapmaq çətinləşmişdi, bir növ, “suxoy zakon” çıxmışdı. İçki tapmağın yolu alkaqolik arayışı almaq idi. Həmin ərəfələrdə Bombeydə təzə həkimlər ordusu peyda oldu: içki doktorları. Bunlardan ən məşhuru Doktor Şərabi idi. Atam şəhərin adlı-sanlı adamları kimi doktorun qəbuluna yazılıb çəhrayı alkaqolik arayışı alırdı ki, gündəlik içki tələbatını ödəyə bilsin. Amma icazə verilən doza atama bəs eləmirdi deyə, qulluqçularını, bağbanlarını, nökərlərini, sürücülərini də arayış dalınca göndərməyə başlamışdı. Rüşdü yazır ki, o vaxtlar satmağa heç nəyi olmayan yoxsun adamlar arayış almaq istəyənlərə öz şəxsiyyət vəsiqələrini satırdılar… Atam hər gün iş otağında cin içirdi, dindar anam da deyirdi ki, kişinin içinə cin girib.      

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör