Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Çibanian, bu andan

Məryəm İsmayılova Məryəm İsmayılova
., Elm
04 Mart 2020

Təbriklər, yeni doğulan bir geoloji yaşımız daha var – Chibanian. Bunu azərbaycanca Çibanian və ya Tibanian kimi oxuya bilərsiniz. Gələcəyə baxmaq vacibdir, ancaq elmdə gələcək keçmişdən başlayır. Dünyada nə qədər insanı geoloji era maraqlandırması sual altındadır.

Əvvəlcə, geoloji eranın nə olduğuna baxaq. Beynəlxalq Stratiqrafiya Komissiyasının açıqlamasına görə “eoloji era” eon zamanının daha kiçik bölmələrə ayrılmış hissələridir. “Eon” isə geoloji zamanın uzun dövrləridir. BSK uzun tarixi dövrlər olan eonları geoloji eralara, geoloji eraları dövrlərə, dövrləri epoxalara, epoxaları mərhələlərə və ya yaşlara bölüb. Hələ də bir çox bilinməyən mərhələlər, hər dəfə illəri dəyişən yaşlar var. Yerin yaşını bilməyimiz keçmişdə planetimizdə nələrin baş verdiyi, bunun gələcəyə necə təsir edəcəyi barədə bizə məlumat verir. Alimlər yerin yaşını süxurlara və ərazinin flora-faunasına görə təyin edir. Yerin yaşı ilə bağlı əlimizdə dəqiq məlumat olmasa da, dövrlərlə bağlı ətraflı informasiya sahibiyik.

BSK-nın verdiyi xronologiyada ən böyük yaş vahidi olan eonlar Prekambrian və Fanerazoya bölünür. Prekambriandan bizə demək olar ki, heç nə məlum deyil. Ancaq Fanerazoy, xüsusilə də onun kiçik bir dövrü olan 4-cü dövr və ya Kaynazoy bəşər tarixi üçün çox vacibdir. Fanerazoy haqqında qısaca demək olar ki, 3 əsas eraya ayrılır: Paleozoy, Mezozoy və Senozoy. Təəccüblüdür ki, Bakı Dövlət Universitetində tədris materiallarında Senozoy deyə bir dövr qeyd olunmur. Bizim geoxronologiya dünyadakından fərqli işləyir deyəsən.

Çibanian, bu andan
Mənbə

Bizə dövrlər arasında daha çox maraqlı olanı Senozoydur. Çünki bəşər tarixinin banisi adlandırılan insan bu erada meydana çıxıb. Senozoyu isə Paleogen, Neogen və Quaterner adlandırılan 3 əsas dövrə bölürük. Yenə də, Azərbaycandakı tədris materiallarında Quaternery dövrünü Antropogen dövr olaraq verirlər. Bu, həmin dövrdən etibarən insanın ətraf mühitə təsiri ilə bağlıdır. Quaternery 2.58 milyon il əvvəl başlayıb və hələ də davam edir. Təbii ki, özündə qlobal buzlaşma, qlobal istiləşməni daşıyır. 1985-ci ildən 2017-ci ilə qədər quaternery dövrünün yaşı 1.6 milyon il göstərilir. Dövrlərin illərinin gec-gec dəyişməsi normaldır, çünki istənilən ərazidə qazıntı aparıb yeni nəsə kəşf etmək çətindir və uzun prosedur tələb edir, eyni zamanda bunun elm tərəfindən qəbul edilib-edilməyəcəyi də sual altındadır.

Bəs bizə məlum olan bu qədər eon, era, dövrlərin yaşlarını necə müəyyən etmişik? İlk öncə yaşı mütləq və nisbi yaşa böldüyümüzə dair kiçik bir qeyd vermək lazımdır. Nisbi yaş adından da göründüyü kimi nisbi müşahidələrə əsaslanır. Məsələn, dinozavrlar məməlilərdən daha əvvəl yaranıb. Mütləq yaşda isə konkret illər verilir. Dinozavrlar 243 milyon il əvvəl, məməlilər isə 65 milyon il əvvəl yaranıb. Yaşı müəyyən edərkən, həmin dövrü təmsil edən fosillərə və radiokatik çürüməyə əsaslanırıq. Superpozisiya qaydasına əsasən geologiyada bir orqanizim digərindən az ya da çox yaşayır. Digər halda bir dinozarv tribolitin yanında ölü tapılmazdı. Yəni canlıların mövcud olduğu aralıq nə qədər çoxdursa, bizə lazım olan zaman indeksi də o qədər yaxşılaşır. Əsas lazım olan sümük deyil, fosildir, yəni ölmüş orqanizmin qalıqları. Ölən canlının qalıqları fiziki, kimyəvi və bioloji təsirlərə məruz qalaraq qayalarda daşlaşır və fosilləri yaradır. Amma ən yaxşı yaş müəyyən etmə üsulu radioaktiv üsuldur ki, bunu da labaratoriyasız bacarmaq mümkün deyil, çünki karbon, potassium, arqon, uran kimi maddələrə ehtiyacımız olur.

Haqqında danışılan Chibanian yaşı isə bizim hal-hazırda yaşadığımız Quaterner (və ya antropogen) dövrünə daxildir. Yaponların adını geologiya tarixinə yazan bu süxur qatını sadə torpaq sözü ilə adlandırmaq kifayət etməz. Çünki süxurları dinləsək, onlar bizə yerin keçmişi haqqında çox şey deyər. Yeri gəlmişkən, Japan Times yazır ki, Yaponiyalı alimlər bu yaşı hələ 2017-ci ildə BSK-ya təqdim etsələr də, qurum onları saxtalaşdırmada günahlandırmış və təklifi qəbul etməmişlər, ancaq təbii ki, elmi həqiqət hardan olsa yenidən üzə çıxır.

Chibanian geoloji erası 770.000-126.000 il arasındakı zamanı əhatə edir. Yeni geoloji era adını Tokyodan 55 km məsafədə yerləşən Chiba əyalətindən götürüb və bura düşündüyümüz qədər böyük ərazi deyil, əyalət Boso yarımadasında yerləşən Yoro çayı sahilindəki bir ərazini təbəqə şəklində əhatə edir.

Çibanian, bu andan

Tapılan yeni süxur qatının əhəmiyyəti ondan ibarətdir ki, o bizə dünyada ən son baş vermiş maqnetik yerdəyişmə haqqında məlumat verir. Məhz bu səbəbdən məsələni üzə çıxaran yapon geoloqlar adlarını tarixin səhifələrinə yazdıra bildilər. Chibanian, təklif edilən Tarantian erasının yerinə gəldi, çünki Beynəlxalq Stratiqrafiya Cəmiyyətinə əsaslı dəlillər lazımdır. Chibanianın başlanğıcı, Yerin maqnit sahəsi son bir çevriliş keçirdiyindən Brunhes-Matuyama maqnetik döngüsünün baş verdiyi zamandır. Bu Bernard Brunhes və Motonori Matuyamanın adı ilə bağlı olub, yerin maqnit sahəsindəki ən son dəyişikliyi göstərir. Qısaca Yoro sahilində tapılmış süxurlar bu maqnetik dəyişmənin sübutudur.

Maqnetik yerdəyişmə ən çox da pinqvinlərin və ağ ayıların yerdəyişməsi deməkdir. Təbii ki, pinqvinlər və ağ ayılar bir gündə yer dəyişməyiblər. Qütblərin dəyişməsi çox uzun illər çəkir, bu da canlıların yaşama şəraitlərindən asılı olaraq bir yerdən digərinə köç etməsi deməkdir. Bu da iqlimlə yanaşı baxdığınız televizora, istifadə etdiyimiz digər elektronik cihazlara, hətta quşlara və tısbağalara naviqasiya üçün lazım olan hər şeyin dəyişməsi deməkdir. Maqnit qütbləri hamımızın coğrafiya dərslərindən bildiyimiz kimi bizi günəşin zərərli şüalarından qoruyur. Təbii ki, bu hissələrin yerdəyişməsi yerə birbaşa düşən günəş şüalarından bizi müdafiə edəcək səthin də yox olması deməkdir. Günəş şüaları bizim üçün olduğu yerdə qalsa da, dünya və qütblər hərəkət edir. Bu eyni zamanda qütb işıqlarının (avrora) da daha intensiv görünəcəyi deməkdir.

Əslində məsələni çox da dramatikləşdirmək lazım deyil, National Geographic yazıçısı Natalia Drake deyir: “Düşünməyin ki, bir gün oyanıb görəcəksiniz ki, telefonunuzun naviqasiyası sizi cənub yarımkürəsində, Şaxta babanın evində göstərir. Çünki bir çoxumuz qütblər tam yer dəyişənə qədər çoxdan dünya ilə vidalaşmış olacağıq”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Teymurun duzlu-istiotlu ölkəsi

Adın çıxınca, canın çıxsın

Zərdabi ilə Nəriman Nərimanov niyə “qırğına çıxmışdılar”?

“Corona” şilləsi

Samir Mirzəyevin yeni kitabı

Polis-dövlət həmrəyliyi və absurdun təntənəsi

İrəvan Xanlığının unudulmuş dövrü – Xəzinə xəritəsi

Qərib “cinlər” diyarında

Yaxın qonşunun uzaqlığı

Azərbaycanlıların müəmmalı həmrəyliyi

Bədbəxtlər üçün motivasiya kitabları

Qadınlar barədə 30 fakt

Humanitar vəziyyət

Utanmağın faydaları barədə

Məzardakı insanlar

Sosial Darvinizm və ölməyən irqçilik

Genlərlə ötürülən 5 xüsusiyyət

Sülh! Nəhayət.

Beyin ölümü

Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?

Yəhudi virtuallığında Qopma ilə İtirilmişlik arasındakı gərginliklərdən

Gürcüstanın mədəniliyi

Dəyməz

Penisimə baxmalısan

SpaceX kosmosa 60 Starlink peyki yerləşdirdi

Ədliyyə naziri Fikrət Məmmədov cənablarına açıq məktub

Təhsildə din – doğrumu, yanlışmı?

1984, yoxsa 2020?

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Epidemiyaların ədəbiyyatdakı yeri və gələcəyə dair ehtimallar

Çibanian, bu andan

Məryəm İsmayılova Məryəm İsmayılova
., Elm
04 Mart 2020

Təbriklər, yeni doğulan bir geoloji yaşımız daha var – Chibanian. Bunu azərbaycanca Çibanian və ya Tibanian kimi oxuya bilərsiniz. Gələcəyə baxmaq vacibdir, ancaq elmdə gələcək keçmişdən başlayır. Dünyada nə qədər insanı geoloji era maraqlandırması sual altındadır.

Əvvəlcə, geoloji eranın nə olduğuna baxaq. Beynəlxalq Stratiqrafiya Komissiyasının açıqlamasına görə “eoloji era” eon zamanının daha kiçik bölmələrə ayrılmış hissələridir. “Eon” isə geoloji zamanın uzun dövrləridir. BSK uzun tarixi dövrlər olan eonları geoloji eralara, geoloji eraları dövrlərə, dövrləri epoxalara, epoxaları mərhələlərə və ya yaşlara bölüb. Hələ də bir çox bilinməyən mərhələlər, hər dəfə illəri dəyişən yaşlar var. Yerin yaşını bilməyimiz keçmişdə planetimizdə nələrin baş verdiyi, bunun gələcəyə necə təsir edəcəyi barədə bizə məlumat verir. Alimlər yerin yaşını süxurlara və ərazinin flora-faunasına görə təyin edir. Yerin yaşı ilə bağlı əlimizdə dəqiq məlumat olmasa da, dövrlərlə bağlı ətraflı informasiya sahibiyik.

BSK-nın verdiyi xronologiyada ən böyük yaş vahidi olan eonlar Prekambrian və Fanerazoya bölünür. Prekambriandan bizə demək olar ki, heç nə məlum deyil. Ancaq Fanerazoy, xüsusilə də onun kiçik bir dövrü olan 4-cü dövr və ya Kaynazoy bəşər tarixi üçün çox vacibdir. Fanerazoy haqqında qısaca demək olar ki, 3 əsas eraya ayrılır: Paleozoy, Mezozoy və Senozoy. Təəccüblüdür ki, Bakı Dövlət Universitetində tədris materiallarında Senozoy deyə bir dövr qeyd olunmur. Bizim geoxronologiya dünyadakından fərqli işləyir deyəsən.

Çibanian, bu andan
Mənbə

Bizə dövrlər arasında daha çox maraqlı olanı Senozoydur. Çünki bəşər tarixinin banisi adlandırılan insan bu erada meydana çıxıb. Senozoyu isə Paleogen, Neogen və Quaterner adlandırılan 3 əsas dövrə bölürük. Yenə də, Azərbaycandakı tədris materiallarında Quaternery dövrünü Antropogen dövr olaraq verirlər. Bu, həmin dövrdən etibarən insanın ətraf mühitə təsiri ilə bağlıdır. Quaternery 2.58 milyon il əvvəl başlayıb və hələ də davam edir. Təbii ki, özündə qlobal buzlaşma, qlobal istiləşməni daşıyır. 1985-ci ildən 2017-ci ilə qədər quaternery dövrünün yaşı 1.6 milyon il göstərilir. Dövrlərin illərinin gec-gec dəyişməsi normaldır, çünki istənilən ərazidə qazıntı aparıb yeni nəsə kəşf etmək çətindir və uzun prosedur tələb edir, eyni zamanda bunun elm tərəfindən qəbul edilib-edilməyəcəyi də sual altındadır.

Bəs bizə məlum olan bu qədər eon, era, dövrlərin yaşlarını necə müəyyən etmişik? İlk öncə yaşı mütləq və nisbi yaşa böldüyümüzə dair kiçik bir qeyd vermək lazımdır. Nisbi yaş adından da göründüyü kimi nisbi müşahidələrə əsaslanır. Məsələn, dinozavrlar məməlilərdən daha əvvəl yaranıb. Mütləq yaşda isə konkret illər verilir. Dinozavrlar 243 milyon il əvvəl, məməlilər isə 65 milyon il əvvəl yaranıb. Yaşı müəyyən edərkən, həmin dövrü təmsil edən fosillərə və radiokatik çürüməyə əsaslanırıq. Superpozisiya qaydasına əsasən geologiyada bir orqanizim digərindən az ya da çox yaşayır. Digər halda bir dinozarv tribolitin yanında ölü tapılmazdı. Yəni canlıların mövcud olduğu aralıq nə qədər çoxdursa, bizə lazım olan zaman indeksi də o qədər yaxşılaşır. Əsas lazım olan sümük deyil, fosildir, yəni ölmüş orqanizmin qalıqları. Ölən canlının qalıqları fiziki, kimyəvi və bioloji təsirlərə məruz qalaraq qayalarda daşlaşır və fosilləri yaradır. Amma ən yaxşı yaş müəyyən etmə üsulu radioaktiv üsuldur ki, bunu da labaratoriyasız bacarmaq mümkün deyil, çünki karbon, potassium, arqon, uran kimi maddələrə ehtiyacımız olur.

Haqqında danışılan Chibanian yaşı isə bizim hal-hazırda yaşadığımız Quaterner (və ya antropogen) dövrünə daxildir. Yaponların adını geologiya tarixinə yazan bu süxur qatını sadə torpaq sözü ilə adlandırmaq kifayət etməz. Çünki süxurları dinləsək, onlar bizə yerin keçmişi haqqında çox şey deyər. Yeri gəlmişkən, Japan Times yazır ki, Yaponiyalı alimlər bu yaşı hələ 2017-ci ildə BSK-ya təqdim etsələr də, qurum onları saxtalaşdırmada günahlandırmış və təklifi qəbul etməmişlər, ancaq təbii ki, elmi həqiqət hardan olsa yenidən üzə çıxır.

Chibanian geoloji erası 770.000-126.000 il arasındakı zamanı əhatə edir. Yeni geoloji era adını Tokyodan 55 km məsafədə yerləşən Chiba əyalətindən götürüb və bura düşündüyümüz qədər böyük ərazi deyil, əyalət Boso yarımadasında yerləşən Yoro çayı sahilindəki bir ərazini təbəqə şəklində əhatə edir.

Çibanian, bu andan

Tapılan yeni süxur qatının əhəmiyyəti ondan ibarətdir ki, o bizə dünyada ən son baş vermiş maqnetik yerdəyişmə haqqında məlumat verir. Məhz bu səbəbdən məsələni üzə çıxaran yapon geoloqlar adlarını tarixin səhifələrinə yazdıra bildilər. Chibanian, təklif edilən Tarantian erasının yerinə gəldi, çünki Beynəlxalq Stratiqrafiya Cəmiyyətinə əsaslı dəlillər lazımdır. Chibanianın başlanğıcı, Yerin maqnit sahəsi son bir çevriliş keçirdiyindən Brunhes-Matuyama maqnetik döngüsünün baş verdiyi zamandır. Bu Bernard Brunhes və Motonori Matuyamanın adı ilə bağlı olub, yerin maqnit sahəsindəki ən son dəyişikliyi göstərir. Qısaca Yoro sahilində tapılmış süxurlar bu maqnetik dəyişmənin sübutudur.

Maqnetik yerdəyişmə ən çox da pinqvinlərin və ağ ayıların yerdəyişməsi deməkdir. Təbii ki, pinqvinlər və ağ ayılar bir gündə yer dəyişməyiblər. Qütblərin dəyişməsi çox uzun illər çəkir, bu da canlıların yaşama şəraitlərindən asılı olaraq bir yerdən digərinə köç etməsi deməkdir. Bu da iqlimlə yanaşı baxdığınız televizora, istifadə etdiyimiz digər elektronik cihazlara, hətta quşlara və tısbağalara naviqasiya üçün lazım olan hər şeyin dəyişməsi deməkdir. Maqnit qütbləri hamımızın coğrafiya dərslərindən bildiyimiz kimi bizi günəşin zərərli şüalarından qoruyur. Təbii ki, bu hissələrin yerdəyişməsi yerə birbaşa düşən günəş şüalarından bizi müdafiə edəcək səthin də yox olması deməkdir. Günəş şüaları bizim üçün olduğu yerdə qalsa da, dünya və qütblər hərəkət edir. Bu eyni zamanda qütb işıqlarının (avrora) da daha intensiv görünəcəyi deməkdir.

Əslində məsələni çox da dramatikləşdirmək lazım deyil, National Geographic yazıçısı Natalia Drake deyir: “Düşünməyin ki, bir gün oyanıb görəcəksiniz ki, telefonunuzun naviqasiyası sizi cənub yarımkürəsində, Şaxta babanın evində göstərir. Çünki bir çoxumuz qütblər tam yer dəyişənə qədər çoxdan dünya ilə vidalaşmış olacağıq”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel