Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Online bahis sektöründe global ölçekte tanınan bettilt her geçen gün büyüyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan bettilt güvenin simgesidir.

Online bahis dünyasında güvenin ve hızın sembolü bettilt olmaya devam ediyor.

Klasik masa oyunlarından slotlara kadar bettilt çeşitliliği sunuluyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan paribahis güvenin simgesidir.

Kumarhane heyecanını seven kullanıcılar bettilt ile keyif buluyor.

Slot oyunlarında bahis miktarı, kazanç potansiyelini doğrudan etkiler; bettilt iletişim numarası oyunculara bu konuda rehberlik eder.

Curacao Gaming Authority 2024 raporunda, lisanslı platformların kullanıcı memnuniyet oranı %92 olarak ölçülmüştür ve bettilt kimin bu standardı yakalamaktadır.

OECD verilerine göre online bahis kullanıcılarının %70’i futbol üzerine bahis yapıyor ve bahsegel giriş güncel futbol kategorisinde en yüksek oranları sunuyor.

2025 yılında yeni sürümüyle bahsegel piyasaya çıkıyor.

Bahis dünyasında modern ve hızlı altyapısıyla öne çıkan bahsegel kullanıcılarına fark yaratır.

Basketbol maçlarına özel oranlar paribahis kısmında sunuluyor.

Avrupa’daki kullanıcıların %39’u haftada en az iki kez bahis oynar; bu istatistik bahsegel bonus kullanıcılarında daha yüksektir.

Adres değişikliklerinde sorun yaşamamak için her zaman Madridbet kontrol edilmeli.

Online oyun dünyasında kaliteyi temsil eden bettilt giriş güvenilirliğiyle öne çıkar.

Engellemelere rağmen erişim sağlamak için bahsegel kullanılıyor.

Bahis sektöründeki denetimler sıklaşsa da kullanıcı ilgisi azalmamaktadır, bettilt deneme bonusu popülerliğini korur.

Bahis sektöründe köklü bir isim olan paribahis her yıl büyümesini sürdürüyor.

Adres doğrulaması yapmak için paribahis kullanmak şart.

Bahis yaparken heyecanı doruklarda yaşamak isteyenler için paribahis mükemmeldir.

Her bütçeye uygun bahis seçenekleri ve bonus fırsatlarıyla öne çıkan paribahis giriş yap, kazancı herkes için erişilebilir hale getiriyor.

Bahisçilerin finansal güvenliğini sağlayan bahsegel sistemi öne çıkıyor.

Statista verilerine göre, canlı casino oyunları 2024 yılında online casino gelirlerinin %35’ini oluşturmuştur; bu oran her yıl artmaktadır ve bettilt girş bu alanda aktif şekilde büyümektedir.

Online eğlenceyi güvenle yaşamak isteyenler için Madridbet mükemmel bir platformdur.

Lisanslı yapısı ile güven veren bettilt kullanıcıların tercihi oluyor.

Finansal işlemler için bahsegel sistemleri büyük önem taşıyor.

Dijital eğlenceye yönelen bahisçiler bettilt sitelerini seçiyor.

Promosyonlardan yararlanmak isteyenler bettilt giriş sayfasını sık sık ziyaret ediyor.

Türkiye’de slot turnuvaları artan ödüllerle daha rekabetçi hale gelmiştir; bettilt giirş bu etkinliklere ev sahipliği yapar.

Spor tutkunları için yüksek oranlar paribahis giriş kategorisinde bulunuyor.

Adres güncellemeleri sayesinde bettilt üzerinden kesintisiz erişim sağlanıyor.

Türkiye’de 18 yaş altındaki kişilerin bahis oynaması yasaktır ve bettilt para çekme bu kuralı katı şekilde uygular.

Mobil kullanıcılar için optimize edilmiş paribahis hızlı yüklenme süreleri sunar.

OECD’ye göre online bahis sitelerinin %90’ı düzenli denetimden geçerken, bettilt giril her yıl bağımsız testlerden geçmektedir.

Kazancını artırmak isteyen oyuncular bettilt fırsatlarını değerlendiriyor.

Bahis sektöründe güvenliği ön planda tutan bahsegel anlayışı önem kazanıyor.

Kullanıcı güvenliğini ön planda tutan bahsegel verilerinizi şifreli sistemle korur.

Kumarhane oyunlarının heyecanını yaşayan kullanıcılar bahsegel ile vakit geçiriyor.

Online bahis dünyasında güvenli işlem garantisi sunan bahsegel öncü markadır.

Kampanya severler için hazırlanan paribahis seçenekleri cazip hale geliyor.

Profesyonel krupiyeler sayesinde bahsegel indir apk canlı rulet oyunlarında gerçek casino atmosferi yaşatır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

OECD’ye göre, Avrupa’daki bahis kullanıcılarının %26’sı kadınlardan oluşur ve Paribahis güncel link kadın oyunculara özel fırsatlar sunar.

Her gün yeni kampanyalarla kazanç şansını artıran Paribahis sektörde fark yaratıyor.

Online kumar oynayan kullanıcıların %60’ı hızlı ödeme sistemlerini tercih ederken, Bahsegel giriş güncel anında çekim özelliğiyle bu beklentiyi karşılıyor.

Online platformlarda sorunsuz performansıyla öne çıkan Bettilt giriş kullanıcılarını memnun eder.

Oyuncular hızlı oturum açmak için Bahsegel giriş bağlantısına tıklıyor.

Cep telefonundan işlem yapmak isteyenler Bahsegel çözümünü kullanıyor.

Avrupa’da bahis oynayan kullanıcıların %52’si kazançlarını yeniden yatırmayı tercih ediyor; bu oran bahsegel giril kullanıcılarında %61’dir.

Bahis severler, 2025 yılı için planlanan yenilikleri bettilt versiyonunda bekliyor.

Anında işlem yapmak isteyenler için paribahis versiyonu hız kazandırıyor.

Curacao lisanslı sitelerin kullanıcı güvenlik oranı bağımsız laboratuvar testlerinde %99.2 olarak ölçülmüş olup, bettilt yeni giriş bu denetimlerden başarıyla geçmiştir.

Yeni üyeler, hızlı oturum açmak için paribahis güncel giriş adresini kullanıyor.

2025 yılında piyasaya çıkacak olan bahsegel versiyonu yeni kampanyalarla geliyor.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, rokubet para çekme bu süreci yakından izlemektedir.

Canlı rulet masalarında hem yeni başlayanlar hem deneyimli oyuncular için farklı kategoriler bulunur; bu çeşitlilik Rokubet canlı destek nerede üzerinde sağlanmıştır.

Adres değişikliklerine karşı hazırlanan Bahsegel bağlantıları kesintisiz erişim sunuyor.

Her spor dalında en iyi oranlara sahip madridbet oyuncuların tercihidir.

Her oyuncunun güvenini artıran bettilt sistemleri ön planda.

Statista’nın 2025 tahminlerine göre global online bahis kullanıcı sayısı 2,2 milyarı aşacak ve bu kullanıcıların %80’i mobil cihazlardan işlem yapacak; bu oran Bahsegel kimin’te zaten gerçekleşmiş durumda.

Çe Qevara: Fidelin sevimli cəlladı

Aygün Aslanlı Aygün Aslanlı
., Sərbəst
30 Aprel 2019
Oxuma vaxtı:14 dəqiqəyə oxunur
Çe Qevara: Fidelin sevimli cəlladı
Paylaş

Həkim, idealist, intellektual, şair, əlisilahlı mübariz əsgər, xarizmatik kişi – sol təbliğatı Çe Qevaranı, məhz, belə təqdim eləyir. Qiyamçılar, inqilabçılar üzərində onun məşhur portreti həkk olunmuş maykaları, kepkalar və başqa əşyaları dəstə-dəstə alır, bu yolla dünyanı dəyişə biləcəklərinə inanırlar. Ancaq çox az insan bilir ki, Çe Qevaranın tirajlanan obrazı ilə orijinalı – ərköyün, qəddar, amansız qatil və quldur, bir vaxtlar çiçəklənən Kubanı konslagerə çevirmiş Fidel Kastro rejiminin baş cəlladı olan Çe Qevara arasında xeyli fərq var.

Bəs Çe Qevara əslində kim olub və niyə ən yaxın silahdaşları belə, ondan üz çeviriblər?

***

O, təxminən, on dörd yaşlarında olan oğlana dizüstə çökməsini əmr elədi. Bir neçə saat əvvəl bu yeniyetmə, Ernesto Çe Qevaranın dəstəsindəki cəlladların, onun atasını edam eləməsinə mane olmağa çalışmışdı, “Qatillər! Qatillər!” deyə bağırmışdı. İndi özü də ölüm təhlükəsiylə üz-üzə idi. Ancaq o, əmri yerinə yetirmək əvəzinə qətiyyətli baxışlarını Qevaranın üzünə zilləyərək qışqırdı: “Məni öldürmək istəyirsinizsə, bunu, mən ayaqüstə olanda eləyəcəksiniz! Kişilər ayaqüstə ölürlər!”

Qəzəblənmiş Çe, tapançasını qoburdan çıxartdı, lüləsini oğlanın ənsəsinə dirəyib tətiyi çəkdi. Yeniyetmənin başı parça-parça oldu.

***

Ernesto Qevara varlı mülkədar ailəsində doğulmuşdu, ispan və irland əyanlarının nəslindən idi. Sonralar qatı kommunistə çevrilən Ernesto, hətta inqilabçı olandan sonra da öz nəcib mənşəyi ilə fəxr eləməkdən çəkinmirdi.

Lap körpəlikdən astmaya tutulan və ömrüboyu bu xəstəlikdən əziyyət çəkən Ernestonun təhsili ilə doqquz yaşına qədər evdə anası məşğul olmuşdu. Balaca Ernesto saatlarla yataqdan çıxmır, fəlsəfəyə, poeziyaya dair kitablar oxuyur, şahmat oynayırdı.

Doqquz yaşında o, birbaş ikinci sinifə gedir. Alta-Qrasiya şəhərciyində yerləşən məktəbin direktorunun sözlərinə görə, ağıllı uşaq olmasına baxmayaraq, Ernesto sinfin dəcəli deyildi, hərçənd meydançada zirək liderə çevrilirdi. O, uşaqları heyrətləndirməyi sevirdi: təbaşir yeyir, mürəkkəb içir, toreadorluq eləyirdi. Küçədə sapandla fənərləri daşlayırdı. Bir dəfə onu incidən adamdan qisas almaq üçün onun royalının fil dişlərindən hazırlanmış klavişlərinə nəcis yaxmışdı.

Xarakterindəki amansızlıq hələ uşaq yaşlarında özünü büruzə verməyə başlamışdı. Ernesto bir dənə də davanı buraxmır, rəqiblərini qanına-qəltan eləməyincə əl çəkmirdi. Yaxın qohumlarından birinin dediyinə görə, balaca Qevara heyvanlara əziyyət verməyi də sevirmiş.

O, hər şeyi diqqət çəkmək, ətrafdakıları heyrətə salmaq üçün eləyirdi. E.Qevaranın dostu Alberto Qranado xatirələrində yazır: “Ona El Loco (Dəli) Qevara deyirdilər. O, pis oğlan olmağı sevirdi. Məsələn, nadir hallarda çimməyi ilə lovğalanırdı. Yeri gəlmişkən, bu xasiyyətinə görə ona Chancho (Donuz) ləqəbi vermişdilər. Adətən, deyirdi ki, əynindəki köynəyi son dəfə yumağından 25 həftə keçib”.

Bununla belə o, qızların sevimlisiydi. Ernestonun yaxın qohumlarından, onunla münasibəti olan bir qız sonralar belə etiraf eləmişdi: “İş ondadı ki, biz hamımız Ernestoya bir az aşiq idik”.

Hərçənd o özü, adətən, aşağı təbəqədən olan qızları -xidmətçiləri seksə məcbur eləyirdi.

Çe gəncliyində Freydin və Bertran Rasselin əsərlərini, Benito Mussolini, İosif Stalin və Karl Marksı oxumuşdu, Frans Kafkanı və Jan-Pol Sartrı sevirdi. Bunlardan başqa, Fridrix Nitşedən, Cek Londondan sitatlar gətirirdi. Onun, Hitlerin “Mayn kampf” kitabında marksizm haqda yazdığı fikirlərdən, həmçinin Fridrix Engelsin, Vladimir Leninin əsərlərindən xoşu gəlirdi.

***

Sevimli nənəsinin ölümü və astmanı müalicə eləmək arzusu Ernestonu həkim olmağa sövq eləmişdi. Kiçik bacısı Seliyanın sözlərinə görə, o, Ernestonu heç vaxt nənəsinin vəfatından sonra olduğu qədər kədərli görməmişdi. Bu hadisədən sonra Qevara, Buenos-Ayres universitetinə daxil olmuş və orda tibbi öyrənməyə başlamışdı.

1952-ci ilin yanvarında Qevara, qardaşı ilə birlikdə motosikletlə Cənubi Amerikaya səyahətə çıxır və sonra bu məşhur səfərindən bəhs eləyən “Motosikletçinin gündəlikləri”ni yazır.

Qardaşlar, Çilidə, Peruda, Kolumbiya və Venesuelada olurlar. Növbəti il -universiteti bitirəndən sonra isə Boliviyanı, Perunu, Ekvadoru, Panamanı, Salvadoru gəzirlər. Bütün səfərlər kimi bu səfərin də pulunu valideynləri verirdi. Gələcək inqilabçı işləməyi sevmirdi.

1954-cü ildə Mexikoya gələn Ernesto, axır ki, Meksika xəstəxanasının allerqologiya şöbəsində işləməyə başlayır. Özünün məşhur “Çe” təxəllüsünü də, məhz, burda alır. Bu təxəllüsü ona, danışarkən tez-tez argentina ispancası üçün xarakterik olan “Che!” nidasından (“Ay səni!”, “İşə bax e!”, “Gör e!” anlamında) istifadə elədiyi üçün vermişdilər.

Meksikadakı tanışları Qevaranı Raul Kastro ilə, öz növbəsində o da qardaşı Fidel Kastro ilə tanış eləyir.

Və bu görüş, Ernesto Çe Qevaranın gələcəyini müəyyənləşdirir.

Fidelin sevimli cəlladı

Həmin vaxt qardaşlar, Kuba diktatoru Fulhensio Batistanı devirmək üçün ikinci cəhd eləməyə hazırlaşırdılar. 1956-cı ildə “Qranma” yaxtası Kuba sahillərinə yan alır. Kuba bioqrafiyalarında Çeyə difiramblar oxuyur, onun partizanların dahi lideri olduğunu söyləyirlər. Ancaq amerikalılar Çenin, döyüşlərin əksəriyyətini astma tutmaları ucbatından yataqda keçirdiyini iddia eləyirlər. Hərçənd Çe özü də hərbi taktikadan xəbərsiz olduğunu gizlətmirdi.

Məhz, bu səbəbdən onun hərbi igidliklər barədə danışdıqları uydurmadan başqa bir şey deyil. Məlumata görə, Fidel Kastro, Batistanı dəstəkləməyən siyasətçilər və ABŞ-da yaşayan varlı həmvətənləri ilə Mayami paktı adlanan razılaşma imzalayıb. Razılaşmaya əsasən, Batistanın ordusundakı hərbçiləri rüşvət vasitəsilə öz tərəfinə çəkə bilməkdən ötrü, onlar Fidelə böyük məbləğdə pul verəcəklər. İqilabçıların qalib gəlməsinə, məhz bu, kömək eləyib.

1957-ci ilin yanvarında Çe Qevara həyat yoldaşına yazırdı: “Mən burda, Kubadayam, sağam və qana susamışam!” O, bu “susuzluğunu” cəmi bir neçə həftədən sonra doyurmağa başlayacaqdı. Kastro, Eutimio Gerra adlı kəndli partizanı güllələməyi əmr eləmişdi. Onu xəyanətdə və Batistanın ordusu ilə əməkdaşlıqda ittiham eləyirdilər. Fidel əmri həyata keçirməyi şəxsi mühafizəçisi Universo Sançesə tapşırmışdı. Həmin vaxt həkim və sıravi əsgər olan Çe Qevara onları müşayiət eləmək istədiyini bildirmişdi. Kiçik dəstə tropik leysan yağışı altında qaşqabaqlı halda addımlayırdı. Nəhayət, dəstə, hansısa talada dayanır. Universo Sançes tərəddüd eləyir, ətrfaı gözdən keçirir, çox güman ki, edamı təxirə salmaq üçün bəhanə axtarırdı. Ancaq qəflətən Çe Qevara tapançasını çıxarıb partizanın gicgahına atəş açır.

“O, qıc olmuş kimi çırpınmağa başladı, sonra sakitləşdi. Artıq onun bütün əşyaları mənə məxsusdu”, – daha sonra Çe gündəliyinə yazmışdı. “Ata, etiraf eləməliyəm ki, həmin an öldürməkdən xoşum gəldiyini başa düşdüm”, – o, atasına yazdığı məktubda deyirdi.

Bunu Fidel Kastro da hiss eləmişdi. Tezliklə Çe Qevara fəal şəkildə “hərbi cinayətkarların”, “fərarilərin və digər antiinqilabi elementlərin” edamlarında iştirak eləməyə başlayacaqdı. Onların əksəriyyəti küçədə təsadüfən yaxalanan insanlar idi.

Bir dəfə qiyamçılar Batistanın 17 yaşlı bir əsgərini ələ keçirmişdilər. Gənc oğlanın partizan müharibəsindən xəbəri belə yox idi. Dindirmə zamanı oğlan kəkələyə-kəkələyə Qevaranı inandırmağa çalışırdı ki, orduya yalnız dul anasına kömək eləmək üçün yazılıb. Onu dinləməyən Qevara əmr verir. Anasının yeganə övladı olan əsirin əl-qolunu bağlayıb yenicə qazılmış çuxurun kənarına itələyərək güllələyirlər.

Çe inqilabçıları şəxsən güllələyir, qadınları və uşaqları öldürür, hərdən ailələri bütünlüklə məhv eləyirdi. Çox vaxt insanları küçədəcə tutub birbaş güllələməyə aparırdılar.

1962-ci ildə Kubadan qaçmış patoloqoanatom İbrahim Kintan xatirələrində yazır: “Öldürülənləri, əvvəlcə Dövlət Təcili Tibbi Yardım Mərkəzinə gətirirdilər. Bunu ona görə eləyirdilər ki, ölüm şəhadətnaməsində nə yazılır-yazılsın, bircə güllə yarasından başqa. Həmçinin hakimiyyət cəsədlərin qohumlarına göstərilməsini ciddi şəkildə qadağan eləmişdi. Ölüm şəhadətnaməsində insanın güllə yarasından ölmədiyi yazılan halların 80%-də cəsəddə güllə izləri tapırdıq”.

“Doğrudanmı, bu, düşmən ordunun yaralı əsgərlərini müalicə eləyən həmin o xeyirxah qəlbli Çedi?”, – “Time” jurnalında onun haqqında belə yazırdılar. Çenin silahdaşı Kamilo Sienfueqos, qiyamçıların nəzarətinə keçmiş Santa-Klara şəhəri haqqında “Çe bu şəhəri qan bataqlığına çevirmişdi (…). Adama elə gəlirdi ki, hər küçədə, hər tində edam olunanların cəsədləri var”, – deyə yazırdı.

Kuba Qulaq-ı

İnqilabçılar Havananı ələ keçirən kimi Çe Qevara şəhərin ən dəbdəbəli malikanələrindən birini mənimsəmişdi. Malikanənin yaxınlığında yaxtalar üçün körpü və nəhəng hovuz, içində yeddi vanna otağı, sauna, massaj salonu vardı. Argentinalı fəxrlə deyirdi ki, kimisə gülləmək üçün ona insanın təqsirkar olduğunu sübut eləyən dəlil lazım deyil, sadəcə təqsirkarı güllələməyin vacibliyini sübut eləyən dəlil lazımdı.

1959-cu ilin iyunundan etibarən Çe Qevara vaxtının çoxunu San-Karlos-de-la-Kabanya qəsrində keçirirdi. Bu qəsr, içində işgəncə kameraları olan həbsxanaya çevrilmişdi. Ömrünün 22 ilini həmin həbsxanada keçirmiş Armando Valyadaresin sözlərinə görə, qəsrin divarları tez-tez «Viva Cuba Libre!» (“Yaşasın azad Kuba!”) və «Viva Cristo Rey!» (Yaşasın Kral Məsih!”) fəryadları və ardınca eşidilən yaylım atəşləri ilə sarsılırdı.

Çe Qevaranın dövründə La-Kabanya, Lubyanka həbsxanasının Kuba versiyasına çevrilmişdi. Çe həm özü qəddarlıq eləyir, həm də tabeçiliyindəkiləri buna öyrədirdi: “Yaxşısı budu, dustaqları gecələr dindirin. Məhz, həmin saatlarda insanın psixoloji müqavimət gücü azalır, onun sındırmaq asan olur”.

Onun, konkret nə qədər insanı edama göndərdiyi məlum deyil. Çe Qevaranı 1956-cı ildən tanıyan kubalı jurnalist Luis Orteqa “Mən-Çeyəm” kitabında argentinalının əmriylə 1892 insanın öldürüldüyünü yazır.

Deniel Ceyms isə “Çe Qevara: Bioqrafiya” kitabında bildirir ki, Çe, təkcə Fidel Kastro hakimiyyətinin birinci ilində “bir neçə min” ölüm hökmü imzaladığını şəxsən etiraf eləyib. Qevaranın Boliviyada yaxalanmasına kömək eləmiş kubalı-amerikalı MKİ (CİA) agenti Feliks Rodriqes də oxşar məlumatlar verir. O, iddia eləyir ki, güllələnmədən öncə Çeni sonuncu dindirən şəxs olub. Rodriqesin sözlərinə görə, kubalı inqilabçı iki minə yaxın insanı ölümə göndərdiyini boynuna alıb, sonra da əlavə eləyib: “onların hamısı imperializmin casusları və MKİ agentləri idi”.

Çe Qevara məqsədyönlü, planlı şəkildə, soyuqqanlılıqla öldürürdü. Hökumətə hər hansı formada qarşı çıxa biləcək hər kəs məhv edilirdi.

Stalin sisteminin QULAQ-larından ilhamlanan Çe, 1960-cı ildə Quanaakabibes yarımadasında islah-əmək düşərgəsi açmışdı. Öz dediyinə görə, ora “inqilab əxlaqına qarşı cinayət” törətmiş “şübhəli şəxsləri” göndərirdilər. “Şübhəli şəxslər” birləşməsi altında o, homoseksualları və hakim rejimin ideologiyasını dəstəkləməyənləri nəzərdə tuturdu. Yazıçı Mario Varqas Lyosanın oğlu, publisist Alvaro Varqas Lyosa “1965-ci ildən etibarən düşərgəyə sistematik olaraq dissidentləri, LQBT nümayəndələrini yollayırdılar. Bir müddət sonra isə QİÇS xəstələri, qatı katoliklər, Yehova şahidləri və afro-kubalı keşişləri də göndərməyə başladılar”, – deyə düşərgə haqqında yazırdı. Onun sözlərinə görə, dustaqları yük maşınlarına, ya da avtobuslara doldurub Quanaakabibesə aparırdılar. “Onların əksəriyyəti bir daha düşərgədən geri qayıtmırdı. Digərlərini zorlayır, döyür və işgəncə verirdilər”, – Varqas xatırlayırdı.

Şahidlər danışırlar ki, Fidel Kastro düşmənlərini öz hakimiyyətini möhkəmlətmək üçün öldürürdü, Ernesto Çe Qevara isə bundan həzz alırdı.

Yaxşı cəllad, pis nazir

Sonralar Kastro, Çe Qevaranı ölkənin sənaye naziri təyin eləyir. Ancaq bu qərar Kuba iqtisadiyyatı üçün fəlakətlə nəticələnir. Hətta SSRİ tərəfindən edilən böyük maliyyə yardımları belə, ölkənin özünü dolandırmasına kömək eləmirdi.

Çenin, Əlcəzairdə SSRİ əleyhinə bəyanatları və 1964-cü ildə BMT-nin Baş Assambleyasının tribunasındakı çıxışı ocağa tökülən yağ effekti verir. Sözügedən çıxışında Çe etiraf eləmişdi ki, “təbii ki, biz güllələyirik (…) və nə qədər ki bu, zərurətdi, güllələməyə davam eləyəcəyik”.

Şayiə gəzirdi ki, Fidel, Çenin çıxartdığı hoqqalardan bezib. “Bilirsiniz, mən Çeyə neynəmək istəyirəm? Onu Santo-Dominqoya göndərməyi planlayıram. Bilmək istəyirəm, Dominikan diktatoru onu öldürəcək, ya yox?”- Fidel deyirdi. Ancaq buna ehtiyac qalmadı.

F.Kastro, Çe Qevaranı onun üçün adi olan bir işlə məşğul olmağa – inqilab eləməyə göndərdi. Bu dəfə püşk Boliviya düşmüşdü.

1966-cı ilin noyabrında Çe, yerli qiyamçılara kömək eləmək üçün Boliviyaya yollanır. Ancaq Kuba hökumətindən heç bir dəstək gəlmir. 1967-ci ilin oktyabrında boliviyalılar Qevaranı əsir götürürlər. Onu dindirirlər, sonra da boliviyalı hərbçi Mario Teran (şayiələrə görə, Teranın MKİ ilə əlaqəsi olub) onu güllələyir.

Edamdan dərhal sonra Çe Qevara və altı silahdaşının cəsədləri Valyeqrande hava limanının yaxınlğında xəlvəti basdırılır. Məzarın yeri yalnız 1995-ci ildə tapılır. İki ildən sonra komandantenin qalıqları Kubaya qaytarılır və Santa-Klara şəhərinin mavzoleyində dəfn edilir.

Çe Qevaranın ölümündən dərhal sonra Kuba təbliğatı ondan örnək, alovlu inqlibaçı obrazı yaratmağa başlamışdı. Üç pesoluq Kuba əskinaslarına Çenin portreti həkk olunur. 2000-ci ildə “Time” jurnalı Çe Qevaranı “XX əsrin 20 qəhrəmanı və ikonası” və “XX əsrin yüz ən vacıb şəxsiyyəti” siyahılarına daxil eləyir.

“Çenin həyatı – azadlığın dəyərini bilən bütün insanlara ilham verir. Biz onun xatirəsini hər zaman yad eləyəcəyik”, – CAR-ın keşmiş prezidenti Nelson Mandela bir dəfə demişdi.

Əksəriyyət, Çeni üsyankarlığın və antiimperializmin təcəssümü kimi qəbul eləyir. Ancaq 1962-ci ildə Kuba gəncliyinə müraciəti zamanı o özü üsyankarlıq ruhunu pisləmişdi. Çe Qevara yorulmadan təkrar eləyirdi ki, ideal inqilabçı “soyuq, laqeyd qətl maşını olmalıdı”.

O, “Motosikletçinin gündəlikləri”ndə özü haqda yazırdı: “Mən dəli kimi ulaya-ulaya silahımı qana boyayacağam və qəzəbdən ağlımı itirərək məğlubların başlarını kəsəcəyəm. Mən barıtın və qanın, ölən düşmənin kəskin qoxusunu alan burun dəliklərimin necə genişləndiyini hiss eləyirəm. Mən müqəddəs döyüşə hazırlaşıram, zəfər çalmış proletariatı vəhşi nərilti ilə qarşılayıram”.

Lenta.Ru

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör