Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Camaat nə deyər?

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
02 Sentyabr 2020

“Maskanızı çıxarın, sinyora, görək, hələ də utana bilirsinizmi?” – bu cümlə böyük yazıçı Viktor Hüqonun “Lukresiya Borcia” pyesindəndir.

Hazırkı Azərbaycana baxanda adam həmin pyesin iştirakçılarından birinin – Maffionun ilk baxışda hərfi mənada dediyi, əslində isə alt qatında ciddi mənəvi anlam daşıyan yuxarıdakı sözlərini azca fərqli formada və ucadan səsləndirmək istəyir: “Maskanızı çıxarın, xanımlar və cənablar, görək, utana bilirsinizmi?”

Uzun illərin müşahidələrindən sonra gəldiyim qənaət ondan ibarətdir ki, bizim yer altında da, yer üstündə də ən böyük sərvətimiz utanmazlıq, bir az da sərt və dəqiq desək, – həyasızlıqdır! Neft də, qaz da, qızıl da… boş şeylərdir. Heç bir buruq, heç bir mədən yatağı bu qədər utanmazlıq potensialına malik deyil.

Nə üzlər varmış məmləkətimizdə, nə sifətlər varmış!

Adam baxır, heyrətdəncə donub qalır, ayaqlarından yerə mismarlanır sanki… Hardasa 28 ildir ölkənin “baş siyasi ideoloqu” kimi təqdim olunan adam günlərin bir günü zərrəcə qızarmadan, abır-həya eləmədən Azərbaycan ziyalılığını, mətbuatını, vətəndaş cəmiyyətini yıxıb-sürüyür; hərçənd onu yetişdirən sovet məktəbinin prinsiplərinə uyğun şəkildə yazıçı-şairlərdən saray təlxəyi, jurnalistlərdən əl quzusu, qeyri-hökumət təşkilatlarından “72 sabunu” düzəldən sistemin əsas fiqurlarından biri, elə bil, heç o olmayıb!

Sonra bu “baş siyasi ideoloq”a cavab verənlərə baxırsan, heyrətin bir az da böyüyür, gözlərin bir az da kəllənə çıxır, mat-qutun bir az da quruyur: dünənəcən onun hər geydirmə məqaləsinə öz çıxışlarında, yazılarında, yaxud rəhbərlik etdikləri saytlarda, təşkilatçısı, yaxud iştirakçısı olduqları real və virtual platformalarda mədhiyyə düzənlər indi “hörmətli akademik”in administrativ imkanlarının yoxluğundan istifadə edib ittihamı ittiham dalınca düzürlər, bu kəsif qoxulu adamı dövlətçilik düşməni, vətən xaini çıxarmaq üçün növbəyə dayanırlar.

Türkiyə şairlərindən, yanlış xatırlamıramsa, Murathan Munqanın sözləridir: “Türkiyədə hər şey ola bilərsən, bircə rəzil ola bilməzsən!”

“Bir millət, iki dövlət” olduğumuzu isbatlayacaq kəlamdır. Elə Azərbaycanda da hər şey ola bilərsən, bircə rəzil ola bilməzsən! Burada istənilən siyasi konyunkturaya uyğun şəkildə, ilan kimi rahatlıqla qabıq qoyarsan, dünən tüpürdüyünü bu gün asanlıqla yalayarsan, hakim güc sənə böyük imkanlar tanıyarkən qatığa asanca qara söyləyə, həmin imkanlar, imtiyazlar əlindən çıxdıqdan sonra isə, nəhayət ki, həqiqəti öz adı ilə çağıra bilərsən, ancaq əsla utanmazsan və rəzil olmazsan!

Və ya: illər uzunu doğruluğu, dürüstlüyü, hüququ, azadlığı, demokratiyanı əlində bayraq eləyərsən, intəhası, hansısa ordenin ucunu görüncə, hansısa təqaüdün qoxusunu alınca, 180 dərəcə fikrini dəyişərsən, tənqid etdiklərini mədh edərsən, lakin yenə də utanmazsan və rəzil olmazsan.

Daha dəhşətlisi: hər iki halda müxtəlif dıydıq, gülünc, yaxud iyrənc bəhanələrlə yenə də səni haqlı çıxaran, alqışlayan tapılar. Özü də ürəyin istədiyi qədər!

Bu da həmin bəhanələrdən biri: “Bir ölülər, bir dəlilər fikrini dəyişmir”.

Ola bilsin, doğrudan da, təkcə ölülərlə dəlilər fikrini dəyişmirlər; lakin bunun sadə, elementar həqiqətlərlə nə əlaqəsi var? Məsələn:

Yer dəyirmidirmi? Dəyirmidir.

Qatıq ağdırmı? Ağdır.

Vəssalam də! Ölülərlə dəliləri niyə öz utanmazlığınıza, həyasızlığınıza alət eləyirsiniz?!

Təqvim XXI yüzili göstərərkən insanlar:

– etnik kimliyinə, dininə, irqinə görə mühakimə oluna bilməz;

– fikrinə görə sorğulana bilməz;

– seçib-seçilmək haqqından məhrum edilə bilməz;

– bir nəfərin ağzı ilə danışmağa, bir nəfərin beyni ilə düşünməyə məcbur qala bilməz;

– düşüncələrinə görə basqı altına alına bilməz;

– həyata, dünyaya fərqli baxdığı üçün linçə uğraya bilməz;

– kölə, qul münasibəti görə bilməz;

– şübhələndiyi, sual verdiyi, skeptik olduğu üçün qandallana bilməz və s. və i.a.

Bu adi, sıradan həqiqətlərin “ölülərlə” “dəlilərə” nə dəxli var axı? Bu adi, sıradan həqiqətlərlə bağlı fikrini necə dəyişmək olar? – əlbəttə, əgər sən utanmaq hissindən məhrum deyilsənsə!

Çox uzatmayacam. Bizim korrupsiya ilə mübarizədən də, azad seçkidən də, işğaldakı torpaqların azadlığından da öncə məhz utanmağa ehtiyacımız var.

Elə xırda, cılız, dəxlisiz məsələlərlə bağlı “camaat nə deyər?” hökm-təbirinə sığınırıq ki, dəhşətə gəlir adam. İstər-istəməz düşünürsən: başqasının şəxsi həyatına, məişətinə, mətbəxinə rahatca, utanıb-qızarmadan burnunu soxub mütləq “nəsə” deyən həmin camaat, necə olur ki:

– 1000 manat maaşla 200 minlik “inomarka” sürənə;

– hətta ən qotur vəzifə tutub 3-4 milyonluq imarət ucaldana;

– seçki qutusuna topa-topa bülleten atana;

– məhkəmədə üzə durana, iş verənə, sifarişli hökm çıxarana;

– qəzetdə qatığa “qara” yazana;

– xəstənin ağrıyan yerindən əvvəl onun əlinə, cibinə baxana;

– dünən tərifini göyə qaldırdığı vəzifəlini bu gün işsiz qalınca yerin dibinə soxana;

– siyasi güc, imtiyaz sahibi ikən ölkəni “güllük-gülüstanlıq” kimi göstərib, lakin oturduğu kreslodan atılınca məmləkətin əslində üfunət qoxuduğunu bağırana;

– bir orden, bir təqaüd, bir ev müqabilində hakim dairələrin təlxəkliyini üzərinə götürənə;

– rüşvət alana… heç nə demir?!

Sizi bilmirəm, mənim cavabım artıq çoxdan aydındır: biz ictimai mənada utanmaq, həyalanmaq hissini böyük sürətlə unutduq.

Unutduq və “camaat nə deyər”dən “xalq nə deyər”ə heç cür adlaya bilmədik…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Cəmil Həsənlinin kitabındakı yarımçıq bölmə

“Sifariş”inizi yesinlər

“İslahatlar” təxirə salınır?

Azlogos-da Çe Gevara davası. Günel Mövlud Ələkbər Əliyevə qarşı

Həsən bəy Zərdabinin Əlimərdan bəy Topçubaşovdan başlıq istəməsi

Oxu vərdişlərimizi niyə dəyişməliyik?

Biznesdə kitabların yazmadığı şeylər – III HİSSƏ

Dıydıqizm və dılğırizm

İyrənmə

Süni intellektə sahib silahın təqdimatı

Milet Bazarının söhbətləri

Paralel dünyalar

Şimal ölkələrində dağıntıların miqyası proqnozlaşdırılıb

Vaksinasiya söhbəti – vurmalımı, vurmamalımı?

Əzilən qadınlar diyarı

Planet hirsini necə soyudur?

O dəhşətli üç hərf – GMO

Azərbaycanlıların müəmmalı həmrəyliyi

Aşura sonrası tarixi qeydlər

Elmarın itkin qadını

İrəvan quberniyası. 1897

Əsir qadınlar diyarı

Cahangir Süleymanov: “İndi uşaqlar sovet cizgi filmlərinə baxmırlar, çünki onların rəngləri sönükdür”

Koronavirus rekordları uğrunda

Kim? Nə? Necə?

Hədəfdə bütün Azərbaycandır

Şəhid biznesi

Amputant gözəllik – utancdan imtina

Həyat adlı şou

Göydən yerə

Camaat nə deyər?

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
02 Sentyabr 2020

“Maskanızı çıxarın, sinyora, görək, hələ də utana bilirsinizmi?” – bu cümlə böyük yazıçı Viktor Hüqonun “Lukresiya Borcia” pyesindəndir.

Hazırkı Azərbaycana baxanda adam həmin pyesin iştirakçılarından birinin – Maffionun ilk baxışda hərfi mənada dediyi, əslində isə alt qatında ciddi mənəvi anlam daşıyan yuxarıdakı sözlərini azca fərqli formada və ucadan səsləndirmək istəyir: “Maskanızı çıxarın, xanımlar və cənablar, görək, utana bilirsinizmi?”

Uzun illərin müşahidələrindən sonra gəldiyim qənaət ondan ibarətdir ki, bizim yer altında da, yer üstündə də ən böyük sərvətimiz utanmazlıq, bir az da sərt və dəqiq desək, – həyasızlıqdır! Neft də, qaz da, qızıl da… boş şeylərdir. Heç bir buruq, heç bir mədən yatağı bu qədər utanmazlıq potensialına malik deyil.

Nə üzlər varmış məmləkətimizdə, nə sifətlər varmış!

Adam baxır, heyrətdəncə donub qalır, ayaqlarından yerə mismarlanır sanki… Hardasa 28 ildir ölkənin “baş siyasi ideoloqu” kimi təqdim olunan adam günlərin bir günü zərrəcə qızarmadan, abır-həya eləmədən Azərbaycan ziyalılığını, mətbuatını, vətəndaş cəmiyyətini yıxıb-sürüyür; hərçənd onu yetişdirən sovet məktəbinin prinsiplərinə uyğun şəkildə yazıçı-şairlərdən saray təlxəyi, jurnalistlərdən əl quzusu, qeyri-hökumət təşkilatlarından “72 sabunu” düzəldən sistemin əsas fiqurlarından biri, elə bil, heç o olmayıb!

Sonra bu “baş siyasi ideoloq”a cavab verənlərə baxırsan, heyrətin bir az da böyüyür, gözlərin bir az da kəllənə çıxır, mat-qutun bir az da quruyur: dünənəcən onun hər geydirmə məqaləsinə öz çıxışlarında, yazılarında, yaxud rəhbərlik etdikləri saytlarda, təşkilatçısı, yaxud iştirakçısı olduqları real və virtual platformalarda mədhiyyə düzənlər indi “hörmətli akademik”in administrativ imkanlarının yoxluğundan istifadə edib ittihamı ittiham dalınca düzürlər, bu kəsif qoxulu adamı dövlətçilik düşməni, vətən xaini çıxarmaq üçün növbəyə dayanırlar.

Türkiyə şairlərindən, yanlış xatırlamıramsa, Murathan Munqanın sözləridir: “Türkiyədə hər şey ola bilərsən, bircə rəzil ola bilməzsən!”

“Bir millət, iki dövlət” olduğumuzu isbatlayacaq kəlamdır. Elə Azərbaycanda da hər şey ola bilərsən, bircə rəzil ola bilməzsən! Burada istənilən siyasi konyunkturaya uyğun şəkildə, ilan kimi rahatlıqla qabıq qoyarsan, dünən tüpürdüyünü bu gün asanlıqla yalayarsan, hakim güc sənə böyük imkanlar tanıyarkən qatığa asanca qara söyləyə, həmin imkanlar, imtiyazlar əlindən çıxdıqdan sonra isə, nəhayət ki, həqiqəti öz adı ilə çağıra bilərsən, ancaq əsla utanmazsan və rəzil olmazsan!

Və ya: illər uzunu doğruluğu, dürüstlüyü, hüququ, azadlığı, demokratiyanı əlində bayraq eləyərsən, intəhası, hansısa ordenin ucunu görüncə, hansısa təqaüdün qoxusunu alınca, 180 dərəcə fikrini dəyişərsən, tənqid etdiklərini mədh edərsən, lakin yenə də utanmazsan və rəzil olmazsan.

Daha dəhşətlisi: hər iki halda müxtəlif dıydıq, gülünc, yaxud iyrənc bəhanələrlə yenə də səni haqlı çıxaran, alqışlayan tapılar. Özü də ürəyin istədiyi qədər!

Bu da həmin bəhanələrdən biri: “Bir ölülər, bir dəlilər fikrini dəyişmir”.

Ola bilsin, doğrudan da, təkcə ölülərlə dəlilər fikrini dəyişmirlər; lakin bunun sadə, elementar həqiqətlərlə nə əlaqəsi var? Məsələn:

Yer dəyirmidirmi? Dəyirmidir.

Qatıq ağdırmı? Ağdır.

Vəssalam də! Ölülərlə dəliləri niyə öz utanmazlığınıza, həyasızlığınıza alət eləyirsiniz?!

Təqvim XXI yüzili göstərərkən insanlar:

– etnik kimliyinə, dininə, irqinə görə mühakimə oluna bilməz;

– fikrinə görə sorğulana bilməz;

– seçib-seçilmək haqqından məhrum edilə bilməz;

– bir nəfərin ağzı ilə danışmağa, bir nəfərin beyni ilə düşünməyə məcbur qala bilməz;

– düşüncələrinə görə basqı altına alına bilməz;

– həyata, dünyaya fərqli baxdığı üçün linçə uğraya bilməz;

– kölə, qul münasibəti görə bilməz;

– şübhələndiyi, sual verdiyi, skeptik olduğu üçün qandallana bilməz və s. və i.a.

Bu adi, sıradan həqiqətlərin “ölülərlə” “dəlilərə” nə dəxli var axı? Bu adi, sıradan həqiqətlərlə bağlı fikrini necə dəyişmək olar? – əlbəttə, əgər sən utanmaq hissindən məhrum deyilsənsə!

Çox uzatmayacam. Bizim korrupsiya ilə mübarizədən də, azad seçkidən də, işğaldakı torpaqların azadlığından da öncə məhz utanmağa ehtiyacımız var.

Elə xırda, cılız, dəxlisiz məsələlərlə bağlı “camaat nə deyər?” hökm-təbirinə sığınırıq ki, dəhşətə gəlir adam. İstər-istəməz düşünürsən: başqasının şəxsi həyatına, məişətinə, mətbəxinə rahatca, utanıb-qızarmadan burnunu soxub mütləq “nəsə” deyən həmin camaat, necə olur ki:

– 1000 manat maaşla 200 minlik “inomarka” sürənə;

– hətta ən qotur vəzifə tutub 3-4 milyonluq imarət ucaldana;

– seçki qutusuna topa-topa bülleten atana;

– məhkəmədə üzə durana, iş verənə, sifarişli hökm çıxarana;

– qəzetdə qatığa “qara” yazana;

– xəstənin ağrıyan yerindən əvvəl onun əlinə, cibinə baxana;

– dünən tərifini göyə qaldırdığı vəzifəlini bu gün işsiz qalınca yerin dibinə soxana;

– siyasi güc, imtiyaz sahibi ikən ölkəni “güllük-gülüstanlıq” kimi göstərib, lakin oturduğu kreslodan atılınca məmləkətin əslində üfunət qoxuduğunu bağırana;

– bir orden, bir təqaüd, bir ev müqabilində hakim dairələrin təlxəkliyini üzərinə götürənə;

– rüşvət alana… heç nə demir?!

Sizi bilmirəm, mənim cavabım artıq çoxdan aydındır: biz ictimai mənada utanmaq, həyalanmaq hissini böyük sürətlə unutduq.

Unutduq və “camaat nə deyər”dən “xalq nə deyər”ə heç cür adlaya bilmədik…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel