Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Cəmil Həsənlinin kitabındakı yarımçıq bölmə

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
27 İyun 2019

Aylar öncə professor Cəmil Həsənlinin yeni kitabının işıq üzü gördüyünü öyrəndim: “Azərbaycanda Sovet liberalizmi” (Hakimiyyət, ziyalılar, xalq. 1959-1969-cu illər).

Sosial şəbəkələrdə kitabdan ayrıntılarla tanış olunca mütləq alıb oxumağa qərar verdim. Ki, əslində Cəmil müəllimin son illərdəki kitablarının bir çoxunu oxumuşdum. Aralarında çox bəyəndiklərim də, axırıncı səhifəsini çevirib narazı qaldığım (məsələn, statistik göstəricilərə hədsiz yer verilməsi, quru rəqəmlər bolluğu səbəbi ilə!) da vardı.

Yuxarıda adını çəkdiyim kitabı tapmaq üçün isə xeyli uğraşmalı oldum: məgər yuxarılardan gələn təlimatla əksər kitab mağazalarından yığışdırılıbmış!

Bilmirsən güləsən, yoxsa ağlayasan.

C.Həsənlinin hazırkı hakimiyyətə yönəlik sərt tənqidlərinin fakturasını onun kitablarına kəsmək, kitabdan acıq çıxmaq, kitaba müharibə elan etmək ­– yaşadığımız yüzilin ruhuna nə qədər də zidd, nə qədər də qarşıdır! Təhqiramizdir. Utancvericidir.

Düzdür, iqtidardakıların kitab yasağına ilk dəfə rastlaşmırıq. Sadəcə, adamı o yandırıb-tökür, o hiddətləndirir ki, eyni çaydan iki dəfə keçmək mümkün olmadığı halda belə, bunlar eyni yanlışı dəfələrlə təkrarlayırlar. Üstəlik, kitaba, mətnə, elmə, ədəbiyyata, sənətə bu cür münasibətin tarix boyunca həmişə ikrahla xatırlandığını bilə-bilə!

“Bilə-bilə” deyirəm, ancaq bəlkə yanılıram, heç bilmirlər də…. Sərvət, vəzifə düşkünlüyündən başlarını qaldırıb bu günə və gələcəyə baxmadıqları kimi, dünənə də baxmadıqları, ordan nələrsə öyrənmədikləri, dərs çıxarmadıqları da istisna deyil. 

Belə ağılla, dünyagörüşlə 25 ildən çox hakimiyyətdə qalmaları isə bambaşqa bir möcüzədir. Özünə hörməti olan toplumlar buna bircə gün də dözməzdilər…

Nə isə, çox zəvzəklik eləməyim, əvvələ qayıdım. Cəmil müəllimin məlum əsərini kitab dükanlarından tapmayınca, facebook üzərindən özünə yazdım. Cavab gecikmədi: görüş təyin etdik, həm kitabı gətirdi, həm də çay içib uzun-uzadı söhbətləşmək imkanımız oldu. Xüsusilə zaman-zaman aramızda mübahisə predmetinə çevrilən psevdoziyalılar mövzusunda. Hiss etdim ki, onlara qarşı baxışlarında ən azı bir neçə il əvvəllə müqayisədə xeyli müsbət dəyişiklik var. Ayrılarkən eyni mövzuda onu bir neçə dəfə sərt tənqid edən başqa bir qələm adamı – dostumuz Seymur Baycan haqqında çox xoş sözlər dedi, hazırda Tiflisdə olduğunu söyləyincə isə hətta narahatlığını sezdim. Necə dolandığını xüsusi səs tonu ilə soruşdu, hiss etdim ki, onun maddi durumu, məişət qayğıları sarıdan əndişəlidir.  

Bunu niyə ayrıca vurğulayıram? Bizdə müxalif siyasətçilər, üstünə siyasi missiya götürənlər xoşniyyətli, şəxsilikdən uzaq, ictimai maraqlar və ümumi məqsədlər, hədəflər naminə tənqidləri düşmənçilik həddinə çatdırmamalıdır, kinə, nifrətə dönüşdürməməlidir. Sağlam tənqiddən ilk növbədə özünün uduşlu, sonra isə bütünlükdə toplumun qazanclı çıxacağını anlamalıdırlar.

Əks halda onların mübarizə apardıqları sistemdən heç bir fərqi qalmır. Fərq yoxdursa, deməli, mübarizənin nəticəsi də yoxdur. Hətta bəlkə mübarizə də yoxdur, imitasiyası var. “Həpsi rəngdir” – Səməd Mənsur demiş…

*** 

Cəmil müəllimin bağışladığı “Azərbaycanda Sovet liberalizmi” kitabını elə yoldaca oxumağa başladım: 750 səhifəni aşan kitab maraqlı, ibrətamiz faktlarla o qədər zəngin idi ki, bir neçə gün əlim heç bir işə yatmadı. Az qala hər səhifədə adamı qeydlər aparmağa məcbur edən yeni bilgilərlə qarşılaşdım.

Bu kitab ağır zəhmətin bəhrəsidir. Hər kəsə oxumağı məsləhət görürəm. Orada 1959-1969-cu illər aralığını əhatə edən tarixi dönəmin bu günə və gələcəyə işıq tutan saysız-hesabsız hadisələri haqda oxuyacaq, bəzən sarsılacaq, bəzən heyrətlənəcək, bəzən təəccüblənəcək, bəzən təəssüflənəcək, sonda isə belə bir yekun fikirə gələcəksiniz: aradan 40-50 il keçdikdən sonra başımıza gələn və gətirilən heç nə təsadüf deyil, bir zəncirin yeni halqaları, bir prosesin davamıdır.   

Azərbaycana Vəli Axundovun rəhbərlik etdiyi 10 illikdə cəmiyyətdəki yeniləşmə meylləri (Xruşşovun məlum “yumşalma” siyasətinin nəticəsi olaraq) millətçilik təzahürləri və onlarla mübarizə, 1963-cü il çörək qıtlığı və Sumqayıt iğtişaşları, Ermənistanın ortaya çıxan yeni ərazi iddiaları kimi xeyli maraqlı mövzuya diqqətin çəkildiyi kitabın bir bölümü özəlliklə maraq doğurur: “60-cı illərin birinci yarısında ədəbi proses və Yazıçılar İttifaqında ixtilaflar”.

Həmin bölümdə, oxuduqlarım indiki adı ilə desək, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nə qədər murdar keçmişə sahib olduğunu bir daha təsdiqlədi.

Cəmil müəllimi tənqid səbəblərimizdən biri onun bir yandan müxalif təşkilat rəhbəri olub, digər yandan yarandığı gündən bu yana partiya və hökumətlərin əlaltısı kimi çıxış edən, qeyri-rəsmi “Ədəbiyyat Nazirliyi” funksiyasını yerinə yetirən AYB sıralarında qalmasıdır.

2013-cü ildə prezidentliyə namizəd olarkən hörmətli professoru, açıq məktub yazaraq, divarları hələ də 37-ci il repressiyası qurbanlarının qanı qoxuyan, yaradılış “fəlsəfəsi” ədəbiyyatı “partiya və hökumətin vintciyinə və təkərciyinə” çevirmək olan, donosbazlıq, işverənlik, üzəduranlıq sayəsində karyera, komfort qazanmağa çalışanların çiyinləri üzərində “ucalan” bu Birlikdən istefa verməyə çağırmışdım.

Qətiyyətlə rədd etmişdi.

Ancaq məncə, Cəmil müəllim ən azı kitabının haqqında bəhs etdiyim bölümünün nöqtəsini qoyduqdan sonra nəfəs belə dərməməli, yenidən qələm-kağız götürüb AYB-dən istefa ərizəsini yazmalı idi.

Hörmətli professor qüsura baxmasın: həmin bölmə bu istefa olmadan yarımçıq görünür.

Çünki belə bir təşkilatda qalmaq təkcə bu günkü mənfur simasına görə yox, həm də kirli dünəninə görə yolverilməz, qəbuledilməzdir. Özəlliklə də ölkəsini hüquq və azadlıqlar dünyasının bir parçasına çevirməyi qarşısına məqsəd qoyanlar üçün!

***

Az öncə də yazdım: Cəmil Həsənlinin “Azərbaycanda Sovet liberalizmi” (Hakimiyyət, ziyalılar, xalq. 1959-1969-cu illər) kitabı ağır zəhmətin bəhrəsidir və hər kəsin oxuması vacibdir.

Bu zəhmətinə, belə bir qiymətli kitab ortaya qoyduğuna görə Cəmil müəllimə ən azı öz adımdan çox təşəkkür edirəm.

Əsərin cəmi min tirajla işıq üzü gördüyünü, hələ ki elektron variantının hazırlanmadığını, bu səbəbdən də hamı üçün əlçatan olmadığını nəzərə alıb gələcək yazıların birində faktlarla zəngin həmin kitabdan təkcə yaxın keçmişimizə işıq tutması baxımından yox, bu günümüzü anlamaq və gələcəyimizi aydınlatmaq baxımından ibrətamiz olan bir neçə maraqlı məqamı sizinlə də paylaşacağam.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya

Toponimika siyasət kimi: Çinarlı olan Vəng

II Qarabağ müharibəsi: məhv olan klişelər, dəyişən paradiqmalar, tektonik proseslər

Bizim dövrün dəliləri

Qaranlıqdakı işıqlardan: Mirzə Muxtar

Tolstoyun vida məktubu

Polşada ovçuluq, dindarlıq və rasizm

Qırx üç dərəcə istilik

Panik atak və “əsəbiləşmə” məsləhəti

Bizim “Kələntər”imiz kimdir?

Cins, cinsi özünüdərk, cinsi meyl

Milli steroidofiliya və ya özünün həkimi olmaq

“Semiçka” və tamaşa, yaxud milli pop-korn

Erməni və gürcülərin xristianlaşması

Azərbaycan Demokratik Respublikası – 100

Maarif Məmmədov: “Hər pornonu izləmək faydalı deyil”

Xərçənglə mübarizədə Mansurov imzası

Bilmədiyini bilməyənlər

Sabir əzabı

Qarışıq yazı

Koronavirus necə öldürür?

Propaqandanızı yesinlər

“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”

Leviafan və Hippopotam – Apostrof

Adam sorağında

AFFA rəhbərliyi konkret nə istəyir?

Azərbaycan vaksin gözləyərkən

Əziz Feministlər, ədəbiyyatdan əl çəkin!

Avropada gəlmələrin uşaqları əllərindən alınır?

Böyük suallara qısa cavablar

Cəmil Həsənlinin kitabındakı yarımçıq bölmə

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
27 İyun 2019

Aylar öncə professor Cəmil Həsənlinin yeni kitabının işıq üzü gördüyünü öyrəndim: “Azərbaycanda Sovet liberalizmi” (Hakimiyyət, ziyalılar, xalq. 1959-1969-cu illər).

Sosial şəbəkələrdə kitabdan ayrıntılarla tanış olunca mütləq alıb oxumağa qərar verdim. Ki, əslində Cəmil müəllimin son illərdəki kitablarının bir çoxunu oxumuşdum. Aralarında çox bəyəndiklərim də, axırıncı səhifəsini çevirib narazı qaldığım (məsələn, statistik göstəricilərə hədsiz yer verilməsi, quru rəqəmlər bolluğu səbəbi ilə!) da vardı.

Yuxarıda adını çəkdiyim kitabı tapmaq üçün isə xeyli uğraşmalı oldum: məgər yuxarılardan gələn təlimatla əksər kitab mağazalarından yığışdırılıbmış!

Bilmirsən güləsən, yoxsa ağlayasan.

C.Həsənlinin hazırkı hakimiyyətə yönəlik sərt tənqidlərinin fakturasını onun kitablarına kəsmək, kitabdan acıq çıxmaq, kitaba müharibə elan etmək ­– yaşadığımız yüzilin ruhuna nə qədər də zidd, nə qədər də qarşıdır! Təhqiramizdir. Utancvericidir.

Düzdür, iqtidardakıların kitab yasağına ilk dəfə rastlaşmırıq. Sadəcə, adamı o yandırıb-tökür, o hiddətləndirir ki, eyni çaydan iki dəfə keçmək mümkün olmadığı halda belə, bunlar eyni yanlışı dəfələrlə təkrarlayırlar. Üstəlik, kitaba, mətnə, elmə, ədəbiyyata, sənətə bu cür münasibətin tarix boyunca həmişə ikrahla xatırlandığını bilə-bilə!

“Bilə-bilə” deyirəm, ancaq bəlkə yanılıram, heç bilmirlər də…. Sərvət, vəzifə düşkünlüyündən başlarını qaldırıb bu günə və gələcəyə baxmadıqları kimi, dünənə də baxmadıqları, ordan nələrsə öyrənmədikləri, dərs çıxarmadıqları da istisna deyil. 

Belə ağılla, dünyagörüşlə 25 ildən çox hakimiyyətdə qalmaları isə bambaşqa bir möcüzədir. Özünə hörməti olan toplumlar buna bircə gün də dözməzdilər…

Nə isə, çox zəvzəklik eləməyim, əvvələ qayıdım. Cəmil müəllimin məlum əsərini kitab dükanlarından tapmayınca, facebook üzərindən özünə yazdım. Cavab gecikmədi: görüş təyin etdik, həm kitabı gətirdi, həm də çay içib uzun-uzadı söhbətləşmək imkanımız oldu. Xüsusilə zaman-zaman aramızda mübahisə predmetinə çevrilən psevdoziyalılar mövzusunda. Hiss etdim ki, onlara qarşı baxışlarında ən azı bir neçə il əvvəllə müqayisədə xeyli müsbət dəyişiklik var. Ayrılarkən eyni mövzuda onu bir neçə dəfə sərt tənqid edən başqa bir qələm adamı – dostumuz Seymur Baycan haqqında çox xoş sözlər dedi, hazırda Tiflisdə olduğunu söyləyincə isə hətta narahatlığını sezdim. Necə dolandığını xüsusi səs tonu ilə soruşdu, hiss etdim ki, onun maddi durumu, məişət qayğıları sarıdan əndişəlidir.  

Bunu niyə ayrıca vurğulayıram? Bizdə müxalif siyasətçilər, üstünə siyasi missiya götürənlər xoşniyyətli, şəxsilikdən uzaq, ictimai maraqlar və ümumi məqsədlər, hədəflər naminə tənqidləri düşmənçilik həddinə çatdırmamalıdır, kinə, nifrətə dönüşdürməməlidir. Sağlam tənqiddən ilk növbədə özünün uduşlu, sonra isə bütünlükdə toplumun qazanclı çıxacağını anlamalıdırlar.

Əks halda onların mübarizə apardıqları sistemdən heç bir fərqi qalmır. Fərq yoxdursa, deməli, mübarizənin nəticəsi də yoxdur. Hətta bəlkə mübarizə də yoxdur, imitasiyası var. “Həpsi rəngdir” – Səməd Mənsur demiş…

*** 

Cəmil müəllimin bağışladığı “Azərbaycanda Sovet liberalizmi” kitabını elə yoldaca oxumağa başladım: 750 səhifəni aşan kitab maraqlı, ibrətamiz faktlarla o qədər zəngin idi ki, bir neçə gün əlim heç bir işə yatmadı. Az qala hər səhifədə adamı qeydlər aparmağa məcbur edən yeni bilgilərlə qarşılaşdım.

Bu kitab ağır zəhmətin bəhrəsidir. Hər kəsə oxumağı məsləhət görürəm. Orada 1959-1969-cu illər aralığını əhatə edən tarixi dönəmin bu günə və gələcəyə işıq tutan saysız-hesabsız hadisələri haqda oxuyacaq, bəzən sarsılacaq, bəzən heyrətlənəcək, bəzən təəccüblənəcək, bəzən təəssüflənəcək, sonda isə belə bir yekun fikirə gələcəksiniz: aradan 40-50 il keçdikdən sonra başımıza gələn və gətirilən heç nə təsadüf deyil, bir zəncirin yeni halqaları, bir prosesin davamıdır.   

Azərbaycana Vəli Axundovun rəhbərlik etdiyi 10 illikdə cəmiyyətdəki yeniləşmə meylləri (Xruşşovun məlum “yumşalma” siyasətinin nəticəsi olaraq) millətçilik təzahürləri və onlarla mübarizə, 1963-cü il çörək qıtlığı və Sumqayıt iğtişaşları, Ermənistanın ortaya çıxan yeni ərazi iddiaları kimi xeyli maraqlı mövzuya diqqətin çəkildiyi kitabın bir bölümü özəlliklə maraq doğurur: “60-cı illərin birinci yarısında ədəbi proses və Yazıçılar İttifaqında ixtilaflar”.

Həmin bölümdə, oxuduqlarım indiki adı ilə desək, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nə qədər murdar keçmişə sahib olduğunu bir daha təsdiqlədi.

Cəmil müəllimi tənqid səbəblərimizdən biri onun bir yandan müxalif təşkilat rəhbəri olub, digər yandan yarandığı gündən bu yana partiya və hökumətlərin əlaltısı kimi çıxış edən, qeyri-rəsmi “Ədəbiyyat Nazirliyi” funksiyasını yerinə yetirən AYB sıralarında qalmasıdır.

2013-cü ildə prezidentliyə namizəd olarkən hörmətli professoru, açıq məktub yazaraq, divarları hələ də 37-ci il repressiyası qurbanlarının qanı qoxuyan, yaradılış “fəlsəfəsi” ədəbiyyatı “partiya və hökumətin vintciyinə və təkərciyinə” çevirmək olan, donosbazlıq, işverənlik, üzəduranlıq sayəsində karyera, komfort qazanmağa çalışanların çiyinləri üzərində “ucalan” bu Birlikdən istefa verməyə çağırmışdım.

Qətiyyətlə rədd etmişdi.

Ancaq məncə, Cəmil müəllim ən azı kitabının haqqında bəhs etdiyim bölümünün nöqtəsini qoyduqdan sonra nəfəs belə dərməməli, yenidən qələm-kağız götürüb AYB-dən istefa ərizəsini yazmalı idi.

Hörmətli professor qüsura baxmasın: həmin bölmə bu istefa olmadan yarımçıq görünür.

Çünki belə bir təşkilatda qalmaq təkcə bu günkü mənfur simasına görə yox, həm də kirli dünəninə görə yolverilməz, qəbuledilməzdir. Özəlliklə də ölkəsini hüquq və azadlıqlar dünyasının bir parçasına çevirməyi qarşısına məqsəd qoyanlar üçün!

***

Az öncə də yazdım: Cəmil Həsənlinin “Azərbaycanda Sovet liberalizmi” (Hakimiyyət, ziyalılar, xalq. 1959-1969-cu illər) kitabı ağır zəhmətin bəhrəsidir və hər kəsin oxuması vacibdir.

Bu zəhmətinə, belə bir qiymətli kitab ortaya qoyduğuna görə Cəmil müəllimə ən azı öz adımdan çox təşəkkür edirəm.

Əsərin cəmi min tirajla işıq üzü gördüyünü, hələ ki elektron variantının hazırlanmadığını, bu səbəbdən də hamı üçün əlçatan olmadığını nəzərə alıb gələcək yazıların birində faktlarla zəngin həmin kitabdan təkcə yaxın keçmişimizə işıq tutması baxımından yox, bu günümüzü anlamaq və gələcəyimizi aydınlatmaq baxımından ibrətamiz olan bir neçə maraqlı məqamı sizinlə də paylaşacağam.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel