Azlogos
  • Qaydalar
  • Kimlər var

Yeni tarixi hekayə və yenidən özünüdərk Qoy işığı söndürüm Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi Bakı Jazz şəhəridirmi? Əsl dinin kitabı olmur Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

Seymur Baycan Seymur Baycan
., Mövqe
31 Mart 2022

Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq türklər azərbaycanlılara sadəcə “bəyənmə düyməsi” kimi baxırlar. Kiçik qardaş xəstəliyinin altında şiddətlə əzilən azərbaycanlılar onlara “bəyənmə düyməsi” kimi baxan, Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq türklərə böyük şövqlə, geniş məhəbbətlə qucaq açırlar.

Kiçik qardaş xəstəliyinin altında şiddətlə əzilən azərbaycanlılar elə zənn edirlər ki, doğrudan da bunlarla maraqlanan adamlar var. Məsələn, artıq-urtuq, qalıq-quluq bir türk Azərbaycan mətbəxi, Azərbaycan musiqisi, nə bilim Azərbaycan badımcanı haqqında bir video çəkir. Kiçik qardaş xəstəliyinin altında şiddətlə əzilən azərbaycanlılar qarışqa qəndə daraşan kimi tez bu videonun üstünə daraşırlar. Səydəş-səydəş, səviyyəsiz-səviyyəsiz şərhlər yazmağa başlayırlar. Daha bilmirlər ki, videonu çəkən adama Azərbaycan musiqisi, Azərbaycan mətbəxi, Azərbaycan badımcanı əsla maraqlı deyil. Ona azərbaycanlılar bir “bəyənmə düyməsi” kimi lazımdır və yerdə qalan məsələlər, sadəcə lüzümsuz təfərrüatdır.

Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq bir türk var. Yutubda özünə xudmani kanal açıb. “Bəyənmə düyməsi” kimi baxdığı azərbaycanlıları kanalına dəvət edir. Bir neçə gün əvvəl bu artıq-urtuq, qalıq-quluq türkün kanalında Cəmil Həsənli qonaq idi. Cəmil müəllim sözlərin sonuna “YORUM” artırmaqla guya öz aləmində türkcə danışırdı. Cəmil müəllimin biabırçı tərzdə “türkcə” danışmağına altı dəqiqə dözə bildim. İstədim güləm, inanın gülə də bilmədim. Çıxdım balkona. Bir siqaret çəkdim. Sonra bir stəkan tünd çay içdim. Bir daha Cəmil müəllimin “türkcə” danışmağına qulaq asmağa cəhd etdim. Çifayda, bu dəfə də alınmadı. Cəmil müəllimin “türkcə” danışmağına yenə də maksimum altı dəqiqə dözə bildim. Nəsə, Cəmil müəllimin “türkcə” danışmağını çətin də olsa qoyaq kənara. İndi xahiş edirəm mənzərəyə fikir verin. Verilişin aparıcısı türk, qonaq azərbaycanlı, verilişə baxanlar, şərh yazanlar da azərbaycanlılar. Türklər artıq-urtuq, qalıq-quluq türkün verilişinə baxmırlar. Belə çıxır Cəmil müəllim ancaq aparıcı üçün “türkcə” danışırdı. İşin qəribə tərəfi isə ondan ibarətdir ki, aparıcı da Azərbaycan dilini bilir. Bu artıq karikatura da deyil. Buna nəsə başqa ad tapmalıyıq və paralel olaraq ortaya çıxan maraqlı bir suala cavab verməliyik. Əgər verilişə baxanlar, şərh yazanlar azərbaycanlılardırsa, əgər türklər artıq-urtuq, qalıq-quluq türkün verilişinə baxmırlarsa (yaxşı edib baxmırlar) və verilişin aparıcısı, bu artıq-urtuq, qalıq-quluq türk də Azərbaycan dilini bilirsə, bəs yaxşı, onda Cəmil müəllim kimin üçün “türkcə” danışırdı? Bu suala neçə gündür cavab tapa bilmirəm.

Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq türkün kanalındakı digər verilişlərə də nəzər saldım. Verilişlərdə İsa Qəmbər, İsa Sadıxov, Qubad İbadoğlu və bu qəbildən olan digər azərbaycanlılar da Cəmil müəllim kimi sırf aparıcı üçün “türkcə” danışmışdılar.

Azərbaycanlıların artıq-urtuq, qalıq-quluq türkün kanalında “türkcə” danışmaqlarına baxanda istər-istəməz yadıma köhnə bir lətifə düşdü.

Qədim zamanlarda yaşayan bir qoca padşah elan edir ki, məmləkətimdə kim ən mənasız bir söz desə taxt-tacımı ona verəcəm. Müxtəsər, padşahın taxt-tacını ələ keçirməyi arzu edən çoxlu sayda adam saraya axışır. Hərə mənasız hesab etdiyi bir söz deyir. Amma padşah hər kəsin sözündə bir məna tapır. Nəhayət, saraya bir keçəl gəlir. Keçəl padşaha deyir: “Mənim qardaşım zurna çala bilir, amma mən zurna çala bilmirəm”. Padşah nə qədər çalışsa da, keçəlin bu sözlərində bir məna tapa bilmir və nəticədə taxt-tacını keçələ verməli olur. Əslində bu lətifə bir qədər uzundur. Detalları yazmağa həvəs olmadı. Lətifənin ən qısa, necə deyərlər, lətifənin “qış variantını” yazdım.

Gəlin ədalətli olaq. Keçəlin “mənim qardaşım zurna çala bilir, amma mən zurna çala bilmirəm” sözləri Cəmil Həsənlinin, İsa Qəmbərin, İsa Sadıxovun, Qubad İbadoğlunun və bu qəbildən olan digər azərbaycanlıların artıq-urtuq, qalıq-quluq türkün kanalına çıxıb “türkcə” danışmaqlarından daha mənalı deyilmi?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
A5333AC7-3E9D-4257-AC6E-6DF5C5FC4667
.

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

08 Mart 2022

Redaktorun seçimi

Manafzadələrin musiqi dünyası

“Corona” şilləsi

Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar haqqında

Armine Adibekyan: «Azərbaycanda baş verənləri zərrəbinlə izləyirik»

Siyasətə alət ədəbiyyat

Azərbaycanda kitab oxunurmu?

Xpertdən “7EDDi”

E-Səhiyyə: rəqəmsallaşmağa hazırsınız?

Sehrli dağ

Dünəndən bugünə neft qiymətləri

Quranda olan hər şey dindir?

“Dumanlı Təbriz” haqqında – 2

Pişikli kollajlar – Gündüz Ağayev təqdim edir

Landşaft memarlığında detal cizgilərin seçimi

Frankfurtda “Tarixdən əvvəl həyat” – Abbas Atilayın fotosessiyası

National Geographic-dən “Fotoqrafiya 2019”

Yalquzağın “üçküncbaşları”

Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı – 13 rəqəminin sirri

“Ağıllı və layiqli” olmağın resepti

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

Qoşulaq, qoşulmayaq?

Yemişsatan arvadın əhvalatı

Yosemite Milli Parkı – Vüqarın obyektivindən

Bir maşın kubik və xalqın partiyası

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Qorxaqlığın adı akademizm qoyulanda

Yalan demə, heç kim ölmək istəmir…

Azərbaycanda katolik olmaq

Ölü evdən qeydlər

Çin, bəşər tarixində ilk dəfə Ayın qaranlıq tərəfinə missiya göndərib

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

Seymur Baycan Seymur Baycan
., Mövqe
31 Mart 2022

Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq türklər azərbaycanlılara sadəcə “bəyənmə düyməsi” kimi baxırlar. Kiçik qardaş xəstəliyinin altında şiddətlə əzilən azərbaycanlılar onlara “bəyənmə düyməsi” kimi baxan, Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq türklərə böyük şövqlə, geniş məhəbbətlə qucaq açırlar.

Kiçik qardaş xəstəliyinin altında şiddətlə əzilən azərbaycanlılar elə zənn edirlər ki, doğrudan da bunlarla maraqlanan adamlar var. Məsələn, artıq-urtuq, qalıq-quluq bir türk Azərbaycan mətbəxi, Azərbaycan musiqisi, nə bilim Azərbaycan badımcanı haqqında bir video çəkir. Kiçik qardaş xəstəliyinin altında şiddətlə əzilən azərbaycanlılar qarışqa qəndə daraşan kimi tez bu videonun üstünə daraşırlar. Səydəş-səydəş, səviyyəsiz-səviyyəsiz şərhlər yazmağa başlayırlar. Daha bilmirlər ki, videonu çəkən adama Azərbaycan musiqisi, Azərbaycan mətbəxi, Azərbaycan badımcanı əsla maraqlı deyil. Ona azərbaycanlılar bir “bəyənmə düyməsi” kimi lazımdır və yerdə qalan məsələlər, sadəcə lüzümsuz təfərrüatdır.

Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq bir türk var. Yutubda özünə xudmani kanal açıb. “Bəyənmə düyməsi” kimi baxdığı azərbaycanlıları kanalına dəvət edir. Bir neçə gün əvvəl bu artıq-urtuq, qalıq-quluq türkün kanalında Cəmil Həsənli qonaq idi. Cəmil müəllim sözlərin sonuna “YORUM” artırmaqla guya öz aləmində türkcə danışırdı. Cəmil müəllimin biabırçı tərzdə “türkcə” danışmağına altı dəqiqə dözə bildim. İstədim güləm, inanın gülə də bilmədim. Çıxdım balkona. Bir siqaret çəkdim. Sonra bir stəkan tünd çay içdim. Bir daha Cəmil müəllimin “türkcə” danışmağına qulaq asmağa cəhd etdim. Çifayda, bu dəfə də alınmadı. Cəmil müəllimin “türkcə” danışmağına yenə də maksimum altı dəqiqə dözə bildim. Nəsə, Cəmil müəllimin “türkcə” danışmağını çətin də olsa qoyaq kənara. İndi xahiş edirəm mənzərəyə fikir verin. Verilişin aparıcısı türk, qonaq azərbaycanlı, verilişə baxanlar, şərh yazanlar da azərbaycanlılar. Türklər artıq-urtuq, qalıq-quluq türkün verilişinə baxmırlar. Belə çıxır Cəmil müəllim ancaq aparıcı üçün “türkcə” danışırdı. İşin qəribə tərəfi isə ondan ibarətdir ki, aparıcı da Azərbaycan dilini bilir. Bu artıq karikatura da deyil. Buna nəsə başqa ad tapmalıyıq və paralel olaraq ortaya çıxan maraqlı bir suala cavab verməliyik. Əgər verilişə baxanlar, şərh yazanlar azərbaycanlılardırsa, əgər türklər artıq-urtuq, qalıq-quluq türkün verilişinə baxmırlarsa (yaxşı edib baxmırlar) və verilişin aparıcısı, bu artıq-urtuq, qalıq-quluq türk də Azərbaycan dilini bilirsə, bəs yaxşı, onda Cəmil müəllim kimin üçün “türkcə” danışırdı? Bu suala neçə gündür cavab tapa bilmirəm.

Türkiyənin ictimai-siyasi-mədəni həyatında özünə yer tapa bilməyən, artıq-urtuq, qalıq-quluq türkün kanalındakı digər verilişlərə də nəzər saldım. Verilişlərdə İsa Qəmbər, İsa Sadıxov, Qubad İbadoğlu və bu qəbildən olan digər azərbaycanlılar da Cəmil müəllim kimi sırf aparıcı üçün “türkcə” danışmışdılar.

Azərbaycanlıların artıq-urtuq, qalıq-quluq türkün kanalında “türkcə” danışmaqlarına baxanda istər-istəməz yadıma köhnə bir lətifə düşdü.

Qədim zamanlarda yaşayan bir qoca padşah elan edir ki, məmləkətimdə kim ən mənasız bir söz desə taxt-tacımı ona verəcəm. Müxtəsər, padşahın taxt-tacını ələ keçirməyi arzu edən çoxlu sayda adam saraya axışır. Hərə mənasız hesab etdiyi bir söz deyir. Amma padşah hər kəsin sözündə bir məna tapır. Nəhayət, saraya bir keçəl gəlir. Keçəl padşaha deyir: “Mənim qardaşım zurna çala bilir, amma mən zurna çala bilmirəm”. Padşah nə qədər çalışsa da, keçəlin bu sözlərində bir məna tapa bilmir və nəticədə taxt-tacını keçələ verməli olur. Əslində bu lətifə bir qədər uzundur. Detalları yazmağa həvəs olmadı. Lətifənin ən qısa, necə deyərlər, lətifənin “qış variantını” yazdım.

Gəlin ədalətli olaq. Keçəlin “mənim qardaşım zurna çala bilir, amma mən zurna çala bilmirəm” sözləri Cəmil Həsənlinin, İsa Qəmbərin, İsa Sadıxovun, Qubad İbadoğlunun və bu qəbildən olan digər azərbaycanlıların artıq-urtuq, qalıq-quluq türkün kanalına çıxıb “türkcə” danışmaqlarından daha mənalı deyilmi?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
A5333AC7-3E9D-4257-AC6E-6DF5C5FC4667
.

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

08 Mart 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel