Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bob Dylanın dəyişməyən ampluası

Bilal Əşrəfov Bilal Əşrəfov
., Kültür
23 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Ezgif.com webp to jpg (1)
Paylaş

79 yaşlı əfsanəvi musiqiçi Bob Dylanın yeni albom buraxması uzun illərdir səbrsizliklə gözlənilirdi. Konsert turunun pandemiyaya görə ləğv edilməsinin təəssüf hissi doğurması öz yerində, lakin bu dəfə də bütün diqqətlər alboma fokuslanmışdı. “Rough and Rowdy Ways” albomu, 2012-ci ildə çıxan “Tempest”dən bəri, müəllifin öz mahnılarından ibarət ilk albomudur.

Albomu dinləyicilər üçün xüsusi edən ən vacib amillərdən biri 60-cı illərdən bəri səhnələrdə olan və yaşı xeyli irəliləmiş sənətkarın, bəlkə də, sonuncu dəfə albom çıxarması ehtimalıdır. Bu yaxınlarda bu barədə New York Times-a danışan sənətkar, albomdakı mahnıların sözlərində rast gəlinən ölümə dair işarələrə (məsələn, “I sleep with life and death in the same bed.”) özünə xas tərzdə izah verir:

“Bəşər övladının ölümü haqqında düşünürəm. Çılpaq meymunun qəribə, uzun səfəri… Özümə pay çıxarmaq üçün demirəm, amma hamının həyatı çox keçidlidir. Hər bir insan, nə qədər güclü və qüdrətli olursa olsun, ölümlə üzləşəndə taqətsiz olur. Bu barədə fərdi qaydada yox, ümumi olaraq düşünürəm.”

17th Annual Critics' Choice Movie Awards - Show
 Bob Dylan, 2012-ci ildə bir konsert əsnasında (Christopher Polk / Getty Images)

Bob Dylanın ölümü barədə suallara ən yaxşı cavabı Esquire jurnalında albomu qiymətləndirdiyi yazısı ilə Alan Light verir: “onun ölümdən qorxmağa ehtiyacı yoxdur, sənəti onu ölümsüz edir”.

Ümumən, albom yüksək səviyyədə, təqdirlə qarşılanıb. Amazon və iTunes kimi platformaların sıralamalarına №1 olaraq daxil olan albom, musiqi tənqidçilərindən aldığı “5 ulduz”ların da sayını artırır. Albom işıq üzü görəndən sonra sənətkarın müsahibə verdiyi New York Times-dakı “Tənqidçinin Seçimi” kolleksiyası da ona yüksək qiymət verib.

BBC-nin incəsənət redaktoru, sənətkarın 2016-cı ildə qazandığı ədəbiyyat üzrə Nobel mükafatından sonra buraxdığı ilk albomun hazırlıqları ərəfəsində öz üzərində mükafatın təyziqini hiss edib-etmədiyindən asılı olmayaraq, çox yaxşı vəziyyətdə olduğunu qeyd edir, hətta bir addım irəli gedərək albomu şedevr adlandırır.

Fikrimcə, albom və sənətkar barədə ən yaxşı şərhlərdən birini Guardian qəzetinin musiqi tənqidçisi Alexis Petridis verib. Yazının başlığına “Əbədi böyüklüyünə vəsiyyət” sözlərini çıxaran tənqidçi, – tənqidin mərkəzində mahnı sözləridir – bu albomun sonuncu olma ehtimalına da toxunur və qeyd edir:

“Soyuq və fikirli R&B üslubu ilə zəngin ‘Rough and Rowdy Ways’ albomu Dylanı, lirik kimi ən yaxşı şəkildə ifadə edir.”

Eyni zamanda, sənətkar Nobel mükafatı laureatı olduğuna görə, albom vasitəsilə yenidən gündəmə gələ biləcək bir müzakirə də var. Ədəbiyyat üzrə Nobel laureatı olmuş yeganə musiqiçi ünvanını daşıyan Bob Dylan, onun bu mükafatı haqq etmədiyini söyləyənləri bu müzakirədə onların qarşısında yer alan –içi mən daxil– dinləyiciləri adından bir daha məyus eləməli idi. Və tənqidçilərin albomun sözləri ilə bağlı yüksək fikirdə olmaları sayəsində bu hal öz təsdiqini tapır.

Mahnıların sözlərinə xüsusi diqqət yetirməyə dəyər. Onlarda Martin Luther King və John F. Kennedy kimi ictimai-siyasi fiqurların, Elvis Presley və Jimmy Reed kimi sənətkarların adları çəkilir. Albomdan əvvəl tək halda çıxan 17 dəqiqəlik “Murder Most Foul” mahnısında müəllif, Kennedy sui-qəsdindən söz açır. Artıq klassika sayılan bir çox mahnıları 60-cı illərdə Amerikan Vətəndaş Haqları Hərəkatının himninə çevrilmiş və müəyyən mənada siyasi sima qazanmış Bob Dylan, yeni albomu ilə həm özü o dövrə qayıdır, həm də dinləyicilərini özü ilə aparır.

Bob Dylan Washington March
Bob Dylan, musiqiçi həmkarı Peter Yarrow (sağda) ilə birlikdə 1963-cü ildə baş tutan Vaşinqton Marşında.

60-70-ci illərin musiqinə meyli ilə tanınan Rolling Stones jurnalı da bu nüansı gözdən qaçırır, əksinə, təkidlə sırf geri qayıdış motivini qeyd edir. Albomla bağlı ən yaxşı məqamlardan biri isə onun çıxış tarixidir. Bütün dünyanın bir virusun qara buludları altında yaşadığı və Amerikanın küçə etirazları ilə çalxalandığı bir dövrdə bu albom məzmun etibarilə, necə deyərlər, tam yerinə düşür. Bizdə küçə etirazları olmasa da, virus ucbatından küçələrimiz qəribə görkəm aldığına görə, albomu dinləmək üçün tamamilə uyğun olan tutqun ab-hava hökm sürür.

Həmçinin, sənətkar başda mənim favoritim olan “I Contain Multitudes” mahnısı da olmaqla yeni albomunda romantik tonlarda da öz sözünü deyir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör