Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bizi bitirən qəzəbimiz

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
17 İyul 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Torch and pitchfork crowd
Paylaş

Bayaq universitet dövründə mənə dərs demiş çox sevdiyim tək-tük müəllimlərimdən birini axtardım sosial şəbəkədə. İkinci kursda oxuyanda bizə BDU-da “İnsan Hüquqları” dərsindən mühazirə deyirdi. Nə o vaxta qədər, nə də o vaxtdan sonra universitetdə bizə onun qədər eyni anda həm demokratik, həm keyfiyyətli dərs keçən, həm də potokun, universitetin sevimlisi olan müəllim görməmişdik.

Universitet bitənə qədər o müəllimi gördükcə içimiz pır-pır olurdu. Tələbələrə müəllimlə yanaşı kömək etməyə çalışan dost idi. Gələcəyimiz üçün olduqca əhəmiyyətli məsləhətləri var idi. Ən önəmlisi hər kəsə fərddən ziyadə şəxs kimi yanaşırdı. Parlament seçkiləri dövründə deputatlığa namizədliyini vermişdi və Biləsuvarın deputatı seçildi. Seçildi demək bir az yanlışdır, məlumdur ki, Azərbaycanda şəffaf və ədalətli seçkilər yoxdur, xalq seçmək hüququnun və bu hüququn paralelində gətirmiş olduğu məsuliyyətin agahlığından çox uzaqlarda saxlanılır, ona görə də, adəti üzrə hakimiyyət tərəfindən təyin olunur. Lakin sizi əmin edə bilərəm ki, əgər Biləsuvar sakinləri onu tanımış olsaydı, özləri hakimiyyətin barmağı olmadan da məmnuniyyətlə seçərdi.

İşin ən pis tərəfi isə odur ki, hakimiyyət kimisə təyin edəndə təyin olunanın üstünə ya ağır minnətdarlıq hissi çökür, ya da təyinat nöqtəsindən uzaqlaşdırılmamaq üçün birdən-birə qatı iqtidaryönümlü olur. Bu zaman mən və mənim kimi yüzlərlə, minlərlə onu sevən kəslər dərin məyusluq hissi keçirir. Etiraf etməliyəm ki, bu, sadəcə dərin məyusluq deyil, küsgünlük, qəzəb müşayiətində qəribə bir hissdir.

Bu hiss nə qədər güclü olarsa, o şəxsin içimizdəki obrazının yox olması da bir o qədər sürətlənər. Bu gün səhifəsində prezidentə və onun siyasi gedişatına ifrat rəğbətini ifadə edən yazısını oxuyanda o hiss birdən-birə sürətlə gücləndi. Elə bu andaca dayana bilib düşündüm:

Biz insanlar ideologiyalarımızdan, dünyaya baxış bucağımızdan dolayı öz daxili dünyamızı yaradır və dəyərləri dünyamıza uyğun gələn adamlara dünyamıza giriş üçün viza veririk. Bir gün dünyamıza girən kimsə dəyərlərdən dönərsə və ya uyğun olmayan yeni şeylər əlavə edərsə, dərhal onu qapının ağzına qoyuruq və beləliklə, özümüzə necə qürurlu, dəyərlərinə sadiq qalan kəs olduğumuzu isbatlayırıq.

Halbuki, çox ciddi məqamı gözdən qaçırırıq: bizlər insanları çox asan sildikcə, onlardan üz döndərdikcə o kəsləri itiririk. Çox sevdiyim, zaman-zaman mənə mayak olan bir insan demişdi ki, insanları itirmək yox, qazanmaq lazımdır. Bizlər çox zaman bunu unudaraq birlikdə yaxşı işlər görməyə imkan verən ortaq dəyərlərin də üstündən xətt çəkib qütbləşirik. Fərqli cəbhələr halına gələrək enerjimizi nifrət etməyə, qarşımızdakının yanlışlarının (bizim yanlış hesab etdiyimiz şeylər) altından qalın qırmızı xətt çəkməyə xərcləyirik.

Dəyərlərinin əsas komponentləri uyğun olmayan insanlar birlikdə uzun yol qət edə bilməzlər, lakin bəzən qısa məsafələrdə cəmiyyətə faydalı ortaq iş üçün əl uzatmağa ayaq yeri saxlamaq lazımdır. İnsanlar cəbhələşib “toplum üçün mən daha yaxşı çalışaram” dedikcə zamanla rəngarəngliyi itirərək məhsuldarlıqlarını aşağı salırlar.

Bəzən bizlər linç kampaniyaları yaradaraq, qoşularaq, kütləvi daş ataraq qarşı tərəfdə böyük aqressiya yaradaraq onun olan-qalan faydalılıq əmsalını da məhv edə bilirik.

Lap başa qayıtsam, birdən-birə ifrat iqtidaryönümlü oldu deyə içdən-içə qəzəbləndiyim müəllimim bu gün deputat olduğu ərazi üçün çox yaxşı millət vəkilidir: xalqın dərd-səri ilə maraqlanır, öz öhdəliyində olan, hətta olmasa da, həll edə biləcəyi işləri görür, canlı yayın açıb xalqla təmasda olur, şikayətlərini dinləyir və s. Bütün bunlar müsbətdir. Həm yaxşı millət vəkili istəyib, həm də tərəfsiz qalmağını istəmək indiki halda sadəlövhlükdür. Əgər sistem köklü şəkildə dəyişməyəcəksə, bu, utopya olaraq qalacaq. Amma işini itirməmək üçün “kralsan” deyə-deyə öz öhdəliklərini əlindən gəldiyi qədər yaxşı icra edən kəslər xalq üçün bəlkə də daha faydalı işlər görür. Çünki onlar hakimiyyəti daşlayaraq, dil davası edərək xalqa faydalı olmağın mümkünsüzlüyünü və bu hakimiyyətin birdən-birə dəyişməyəcəyini bilir. Ona görə də xalqa yaxşı xidmət edərək xalqın beynində “xidmət belə olmalıdır, mənim haqqım olan budur” anlayışını formalaşdıraraq həm vicdanlarını rahatladır, həm də gələcəyə yönəlmiş bir oyanış başladırlar.

Təbii ki, bəlkə də dediyim adamlar minlərlə qatı iqtidaryönümlü adamın içərisində barmaqla sayılacaq qədər azdır. Əlbəttə ki, postu itirməməyin müqabilində göstərilən rəğbətin barıtını çox etməmək də olar. Və bir variant daha: bütün bunlar mənim empatiyamın məhsulu olaraq yanlış şərh də ola bilər. Amma və lakin, istənilən halda insanları öz dünyamızdan sərt şəkildə çıxardıqca hisslərimiz də qopub onlarla gedəcək.

Onlara düşmən olmağa zaman itirməkdənsə, ortaq dəyərlərlə vicdan və şəffaflığı itirmədən cəmiyyətə faydalı işlər görməyin də mümkünlüyünü anlamaq olar.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör