Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Biz nəyə görə ağlayırıq?

AzLogos AzLogos
Elm
12 May 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
10728614 1568532030032338 1075491584 n
Paylaş

Gözdən yaş axıtmaq maraqlı hadisədir. Sevinc, kədər, qürur, rəhm kimi yüksək emosional vəziyyətlər, çox vaxt göz yaşları ilə müşayiət olunur. 

Bəs insan niyə ağlayır? Gözyaşı axıtmaq mövzusunda qadınlarla kişilər niyə fərqlidir? Ağlamağın arxasındakı səbəbləri elmi olaraq necə izah etmək olar? Göz yaşı axıtmağın faydaları nələrdir? Hansı təkamül səbəbləri onu ortaya çıxarmışdır?

Araşdırmalara görə, qadınlar kişilərdən daha çox ağlayır. Psixoloq William Freyin 1982-ci ildə apardığı bir araşdırma, qadınların ayda ortalama 5,3 dəfə, kişilərin isə 1,3 dəfə ağladığını ortaya çıxardı. Qadınların ağlama müddəti təxminən 5-6 dəqiqə davam etdiyi halda kişilərdə bu rəqəm 2-3 dəqiqədir.

Hollandiyanın Tilberg Universitetinin psixoloqu Ad Vingerhoets gözyaşını araşdıran azsaylı elm adamlarındandır. Onun araşdırmaları da ağlamaq mövzusunda qadınlarla kişilər arasında fərq olduğunu və bunun körpəlikdən gəldiyini göstərir.

Uşaqların ağlamasında heç bir cinsiyyət fərqi yoxdur. Bütün körpələr eyni şəkildə ağlayar. Təkamül psixoloqları körpələrin öz valideynlərinin diqqətini çəkmək üçün ağladığını deyirlər.

Bəs onda uşaqlar yeniyetməlik dövrünə keçəndə orqanizmdə nələr baş verir ki, ağlama aktında cinslərarası fərq yaranır? 

Araşdırmalar hormonal faktorların ağlamağa meyllilikdə böyük rol oynadığını göstərir. Yeniyetməlik dövrü orqanizmdə cinsi hormonların tüğyan etdiyi dövrdür. Vingerhoetsa görə, kişilərdə ağlamağı məhdudlaşdıran hormon testosterondur. Prostat xərçəngi müalicəsi zamanı testosteron səviyyəsini aşağı salan dərmanları istifadə edən kişilərin daha çox ağladığı qeyd olunur. Ancaq bu insanların xəstəlik səbəbiylə daha həssas olduğunu iddia edənlər də var.

Araşdırmalar göstərir ki, ağlamağa meylin əsas səbəbi ətraf mühitin, fərdin yaşadığı cəmiyyətin adət-ənənələrinin ona göstərdiyi təsirdir. Adətlərində ictimai şəkildə ağlamaq təqdir olunan toplumlarda göz yaşı axıdanların sayı daha çoxdur.

Vingerhoets bundan başqa varlı ölkələrdə insanların daha çox ağladığını da deyir. Bunun səbəbi kimi isə rifahın yüksək olduğu cəmiyyətlərdə insanların öz duyğularını daha açıq ifadə edə bilməsi göstərilir.

İnsan, emosional səbəblərlə ağlayan tək canlıdır – fillərin də yas tutarkən ağladığına dair iddialar sübut edilməyib.

Niyə ağladığımız mövzusunda o qədər də çox araşdırma yoxdur. Yəni istər fiziki ağrı hiss etdiyimiz zaman, istər duyğusal zədələrdən, istərsə də xoşbəxtlikdən olsun niyə ağladığımızı əslində tam olaraq bilmirik. İnsan ictimai bir varlıq olduğuna görə bəlkə də bu daxili duyğu vəziyyətini xaricə vurmağın bir yoludur.

Bəlkə də ağlamaq insanın içini boşaldıb rahatlamasını təmin edir. 

Vingerhoet keçən il apardığı son araşdırmasında könüllülərdən duyğusal iki filmdən birini izlədikdən sonra emosional vəziyyətləri barədə anket doldurmağı xahiş eləmişdi. Filmlərdən biri Həyat Gözəldir (Life is Beautiful), digəri isə Hakiko: Bir İtin Hekayəsi (Hachi: a dog’s tale) idi. Filmdən dərhal sonra, 20 dəqiqə sonra və iki saat sonra anketi dolduran könüllülərin baxdıqları filmlər barədə fikirləri fərqli idi. Belə ki, filmləri kövrəlmədən izləyən insanlar emosional vəziyyətlərində heç bir dəyişikliyin baş vermədiyini bildirdikləri halda, göz yaşlarını saxlaya bilməyən respondentlər, özlərini əvvəlkindən daha yaxşı hiss etdiklərini bildirmişdilər. 

Yəni ağlamaqla bu insanlar bir növ mənfi emosiyalardan yaxa qurtararaq rahatlaşa bilirlər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör