Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Biz – ermənilər, hamını bezdirmişik

AzLogos AzLogos
., Mövqe
28 Dekabr 2020

Həqiqət budur ki, monoetnik bir ölkənin ərazi sərhədlərini və əhalisini qorumaqdan ötrü qonşularla neytral münasibətlərə və yaxşı hazırlanmış orduya malik olmaq kifayətdir. Orduya inteqrasiya edilmiş 300 minlik mobil qoşun – ki, onların 30 mini ordunun əsas qüvvələri ilə birlikdə daima keşikdə olur – bu problemi asanlıqla həll edir. Həmçinin Hərbi-Sənaye Kompleksinin inkişafı problemi və böyük daxili bazarın meydana çıxması səbəbilə özəl şirkətlərin silah istehsalına inteqrasiyası məsələsini də. Bir də təkrar edirəm: Əgər Ermənistanın sərhədləri GPS üzrə keçirsə, onların qorunması üçün Rusiyaya ehtiyac yoxdur.

Amma biz Rusiyadan məhz bunu istəyirik. Çünki Ermənistanın əhalisi hələ də özünü Osmanlı imperiyasının tərkibindəki milli azlıq kimi hiss edir və beynəlxalq hüquq, suveren dövlət və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin nə demək olduğunu qətiyyən anlamır. Əhali belə şeyləri həmişə “titizutsyun” (əllaməçilik, lotuluq – red.) hesab eləyib.

Çünki sadalananların, 1915-ci ildə etnotravma aldıqları zaman onlara heç bir köməyi olmamışdı. 1915-ci ildə ermənilərə Fransa və Romanovlar imperiyasının rus ordusu kömək etmişdi. O vaxtdan da əhali həmin reallıqda yaşayır və müstəqil dövlətin mənasını anlamır. Hələ ki hər şeyi aydın izah eləyirəm, hə? Okey.

Keçək müttəfiqin roluna.

Müasir Rusiya – Ermənistanın, demək olar ki, heç vaxt istifadə etmədiyi gözəl imkanlar deməkdir. O, oksigen balonu, əlavə güclü batareya kimidir – ciddi diplomatik resurs, bölgəsəl proseslərə iqtisadi təsirdir, o vaxta qədər Ermənistanın adını heç kimin eşitmədiyi istənilən bazara girişdir, Ermənistanın, Kremlin köməyi ilə öz maraqlarını təmin edərək özünə sarı yönəldə biləcəyi nəqliyyat arteriyalarıdır. Bir sözlə, bu, Ermənistanın qətiyyən görmədiyi və saymazyana yanaşdığı bir yığın şeydir.

Ermənistan Rusiya ilə münasibətlərini yalnız bir şey üzərində qurub – RF-nin, Romanovlar imperiyasının rus ordusu rolunu oynamalı olduğu rol oyunları üzərində. Hər dəfə Moskva bunu unudub roldan çıxanda bizdə histeriya başlayır. Bu rol oyununun ssenarisinə görə, Rusiya türklərə nifrət etməli, daima Türkiyə və Azərbaycana ədavət bəsləməlidir. Müvafiq olaraq, Ermənistan da daima rusların gözlərini açmalı, onlara türklərin nə qədər pis olduqlarını göstərməlidir. Bütün ermənilər bu ssenarini əzbər bilirlər və heç kimin roldan çıxmamasına nəzarət edirlər. Son 20 ildə hər bir erməni dəfələrlə şəxsi səviyyədə histeriya, rus səhifələrində yazdığı, Türkiyə-Rusiya, Azərbaycan-Rusiya əlaqələrinin müzakirələri zamanı verdiyi şərhlər vasitəsilə “Rusiyanı doğru istiqamətə yönəltməyə” cəhd edib.

Soruşacaqsınız ki, rus ordusu bizim nəyimizə lazımdır? Cavab çox sadədir – onun köməyi ilə beynəlxalq hüquqları pozmaq (çünki biz o hüquqları fərsizlər üçün “titiztsyun” hesab edirik) və qonşulardan öz tarixi ərazilərimizi tələb etmək üçün.

Bu, çox maraqlı rol oyunudur – biz özümüzü türkfobiya, gürcüfobiya, hətta bəziləri iranfobiya ilə ifrat həddə qədər doldururuq, hamını Ermənistanın əleyhinə çeviririk, münaqişə yaradırıq, sonra isə ssenariyə əsasən, oyuna Romanovlar imperiyasının rus ordusu girir və beynəlxalq hüquqa tüpürüb (yadınızdadırsa, o, ümumiyyətlə, mövcud deyil) qonşu dövlətləri dağıtmağa başlayır.

Rusiya bu rolun öhdəsindən gəlmədi. Yəni, daha doğrusu, o rolunu birtəhər oynayırdı, amma iş final hissəyə çatanda qəflətən məlum oldu ki, o, tamamilə fərqli ölkədir, artıq tamamilə başqa bir əsrdəyik və bizim tamamilə xəbərsiz olduğumuz başqa qanunlar işləyir.

Nəinki Rusiya, hətta Türkiyə ilə Azərbaycan da rollarının öhdəsindən gəlmədilər. Bu rol oyununda onlara Ermənistanı işğal edib əhalini qırmalı olan yırtıcı rolu ayrılmışdı. Ermnet düz iki həftə Süniki (Zəngəzur) tutsunlar deyə onlara yalvardı, onların irəlilədikləri barədə anonslar, videolar paylaşdı, amma nədənsə onlar beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərdə dayandılar. Odur ki, indi ermənilər, başqa dərdlərimiz azmış kimi, bir də koqnitiv dissonansdan əziyyət çəkməyə başlayıblar.

Dostlar, ola bilsin, əsas fikri ötürmüsünüz, ona görə də, təkrar yazıram: Ermənistanın ərazi bütövlüyünü və suverenitetini qorumaq üçün müttəfiqə ehtiyacı yoxdur. Rusiya bizə Artsax məsələsinin həlli üçün lazımdır.

Güman edilirdi ki, o, yeddi rayonla birlikdə Artsaxı qopardıb Ermənistana birləşdirməyə kömək etməliydi. Burda vacib olan bir şey də o idi ki, biz, Rusiyanın bunu necə etməyini istəyirdik – özümüz Artsaxı tanımırdıq, özümüz Azərbaycana və xüsusən də, Türkiyəyə müharibə elan etməmişdik. Sonradan məlum olduğu kimi, hətta biz Artsax uğrunda vuruşmaq da istəmirdik. Amma biz bütün bunları məhz Rusiyanın etməyini istəyirdik, hətta bunu tələb edirdik, onunla müttəfiqliyin anlamını məhz bunda görürdük. O isə bundan imtina etdi.

Kreml aydın şəkildə çatdırdı ki, Ermənistanı müdafiə etməyə hazırdır, amma Qarabağ məsələsini özümüz həll etməliyik: mən sizin üçün əlimi daşın altına qoymayacağam, mənim özümə Krım kifayət edir. Maksimum köməyim – sülhməramlılar və sadə insanlar üçün təhlükəsizliyin təmini ola bilər, o da beynəlxalq hüquq çərçivəsində (o hüquq ki, bizim üçün mövcud deyil).

Bura qədər də hər şey aydındır, hə? Okey. İndi baxaq görək, yaxın aylarda nə baş verəcək.

Bütün dəlmə-deşiklərdən sutkada 24 saat bizim millətin taleyini düşünən mütəfəkkirlər çıxacaq və “Onda Rusiya bizim nəyimizə lazım idi?” deyəcəklər. Onlar deyəcəklər ki, Romanovlar imperiyasının rus ordusu işinin öhdəsindən gəlmədi. Və haqlı olacaqlar – Rusiya rol oyununun finalını pozdu. Rusofobiya dalğası başlayacaq. O, indi sadəcə ona görə başlamayıb ki, ermənilərin 99%-i üçün beynəlxalq hüquq – heç bir əhəmiyyət daşımayan “titizyutsyun”dur.

Erməniləri o hüquqların nə qədər əhəmiyyətli olduğunu, Ermənistanın ərazi bütövlüyünü və suverenitetini necə qoruduğunu anlayan kimi (ki, bu, çox tezliklə baş verəcək), güclü rusofobiya dalğası başlayacaq, bazanı çıxartmaq, NATO-ya daxil olmaq və bır yığın başqa şeylər tələb olunacaq. Yəni biz müasir Rusiyaya yalnız rol oyununda tərəfdaş kimi yanaşmağa davam edəcəyik və onu öz rolunu oynama səviyyəsinə görə dəyərləndirəcəyik.

Rusiya rolunu çox pis oynadı. Mən qətiyyən teatr tənqidçisi deyiləm, amma əminliklə deyə bilərəm ki, bu, ümumiyyətlə, onun rolu deyil. Bu rola radikal terrorçu dövlətin ordusu, heç kim tərəfindən tanınmayan, beynəlxalq hüququ və sanksiyaları vecinə almayan hansısa çıxdaş daha çox uyğun gələrdi. Amma o da o şərtlə ki, Ermənistan da oyunda aktiv iştirak edəcək, əllərini çirkləndirməkdən qorxmayacaq və var-gücünü sərf edəcək. Heç kim sivil əmi üçün əlini daşına altına qoymayacaq, hətta radikal çıxdaş da – heç kim axmaq görünmək istəmir.

Hə, rusofobiya… Qəsb. İndi artıq ruslarla da münaqişəmiz var – axı, biz münaqişələri çox sevirik, düzdür? Yenə rol oyunları.. Bu dəfə NATO ilə, yunanlarla, nə bilim, gürcülərlə… Yenə doğma palçıq gölməçələri.

Mən sizə zəmanət verirəm – 300 minlik mobil qoşun qurun, yenə də bütün dəliklərdən bir şey qışqıracaqlar – rus qoşunları Ermənistandan çıxsın! İnsanların hissləri ilə oynamağa başlayacaqlar. Guya rus sərhədçilərinin varlığı Qlendeyldə, Parisdə, hətta Krasnodarda yaşayan ermənilərin milli ləyaqətini alçaldırmış. Suvereniteti bərpa etmək və alçalmamaq üçün rusları qovmaq lazımmış.

Heç kim. Təkrar edirəm – heç kim, heç bir siyasətçi, heç bir siyasi qrup Moskvaya “Uşaqlar, biz güclü ordu yaratmışıq, hərbi-sənaye kompleksini inkişaf etdiririk, gəlin, siz də istifadə edin, axı, biz müttəfiqik!” deyə şad xəbər verməyi təklif etməyəcək.

Heç kim Rusiyaya sərhədləri birlikdə qorumağı, Şurnuxda, Kalininqradda birlikdə dayanmağı, birlikdə pilotsuz aparatlar, atıcı silahların şəbəkə opsiyalı yeni növlərini hazırlamağı təklif etməyəcək.

Bu, “milli ləyaqətin alçaldılması” problemini həll edərmi? Əlbəttə ki, hə.

Ancaq biz başqa yol seçəcəyik – biz yenə rol oyunu üçün ssenari yazacağıq və ona uyğun aktyorlar, aktrisalar tapacağıq. Çünki biz hələ də Osmanlı imperiyasının tərkibindəki milli azlığıq. Biz tarixin o etnotravma aldığımız kəsiyində işilib qalmışıq. O vaxtdan zaman bizim üçün dayanıb, həmin vaxt ərzində dünyada baş verən bütün dəyişiklikləri görməməzliyə vururuq. Bizim üçün həmin zamanda yaşamağın yeganə yolu – rol oyunları oynamaqdır.

Biz hamını bezdirmişik. Başa düşürsünüz?

59523570_2221976114545715_5530957664294535168_o

 

David Li (Rabiz Davo)

Miatsum teleqram kanalı

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Səhv göndərilən peyklər sayəsində nəzəriyyə sübuta yetirildi

Azərbaycanlıların mühacirət mediası

Nifrətsiz feminist

Azər Qasımlı: “Mən siyasi doğulmuşam”

“Parazitlər” filminin təhlili

Əyləncə

İsrailin kino tövbəsi

Armine Adibekyan: “Analoqu olmayan tolerantlıq…”

Kino çəkməyin Şimali Koreya üsulu: rejissoru oğurla!

Kinosuz Azərbaycan

Statistikanın yanı

Azərbaycanda və Ermənistanda yəhudi olmaq

Tesla Avropada fabrik qurur

Rusiya sevgi istəmir

Kobra effekti

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Natamamlıq – milli xarakter kimi

Niyə dahi qadın rəssamlar olmayıb?

Kinoprokatsız kino

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Azərbaycanlılar kimdir?

Azərbaycanda qadınların ilk səsverməsi

Homoseksuallığın ekran dili

Koronavirusun yaşatdığı antropoloji şok

Beynəlxalq Əlilliyi olanlar günü

Azərbaycanda “onlayn” növbə macəraları

Mənzillərin özəlləşdirilməsi: gözlənilməz problemlər

İbrahim Tatlısəsin oxşarı

Qocalmaq sənəti

Yaxşı tanımadığımız evimiz

Biz – ermənilər, hamını bezdirmişik

AzLogos AzLogos
., Mövqe
28 Dekabr 2020

Həqiqət budur ki, monoetnik bir ölkənin ərazi sərhədlərini və əhalisini qorumaqdan ötrü qonşularla neytral münasibətlərə və yaxşı hazırlanmış orduya malik olmaq kifayətdir. Orduya inteqrasiya edilmiş 300 minlik mobil qoşun – ki, onların 30 mini ordunun əsas qüvvələri ilə birlikdə daima keşikdə olur – bu problemi asanlıqla həll edir. Həmçinin Hərbi-Sənaye Kompleksinin inkişafı problemi və böyük daxili bazarın meydana çıxması səbəbilə özəl şirkətlərin silah istehsalına inteqrasiyası məsələsini də. Bir də təkrar edirəm: Əgər Ermənistanın sərhədləri GPS üzrə keçirsə, onların qorunması üçün Rusiyaya ehtiyac yoxdur.

Amma biz Rusiyadan məhz bunu istəyirik. Çünki Ermənistanın əhalisi hələ də özünü Osmanlı imperiyasının tərkibindəki milli azlıq kimi hiss edir və beynəlxalq hüquq, suveren dövlət və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin nə demək olduğunu qətiyyən anlamır. Əhali belə şeyləri həmişə “titizutsyun” (əllaməçilik, lotuluq – red.) hesab eləyib.

Çünki sadalananların, 1915-ci ildə etnotravma aldıqları zaman onlara heç bir köməyi olmamışdı. 1915-ci ildə ermənilərə Fransa və Romanovlar imperiyasının rus ordusu kömək etmişdi. O vaxtdan da əhali həmin reallıqda yaşayır və müstəqil dövlətin mənasını anlamır. Hələ ki hər şeyi aydın izah eləyirəm, hə? Okey.

Keçək müttəfiqin roluna.

Müasir Rusiya – Ermənistanın, demək olar ki, heç vaxt istifadə etmədiyi gözəl imkanlar deməkdir. O, oksigen balonu, əlavə güclü batareya kimidir – ciddi diplomatik resurs, bölgəsəl proseslərə iqtisadi təsirdir, o vaxta qədər Ermənistanın adını heç kimin eşitmədiyi istənilən bazara girişdir, Ermənistanın, Kremlin köməyi ilə öz maraqlarını təmin edərək özünə sarı yönəldə biləcəyi nəqliyyat arteriyalarıdır. Bir sözlə, bu, Ermənistanın qətiyyən görmədiyi və saymazyana yanaşdığı bir yığın şeydir.

Ermənistan Rusiya ilə münasibətlərini yalnız bir şey üzərində qurub – RF-nin, Romanovlar imperiyasının rus ordusu rolunu oynamalı olduğu rol oyunları üzərində. Hər dəfə Moskva bunu unudub roldan çıxanda bizdə histeriya başlayır. Bu rol oyununun ssenarisinə görə, Rusiya türklərə nifrət etməli, daima Türkiyə və Azərbaycana ədavət bəsləməlidir. Müvafiq olaraq, Ermənistan da daima rusların gözlərini açmalı, onlara türklərin nə qədər pis olduqlarını göstərməlidir. Bütün ermənilər bu ssenarini əzbər bilirlər və heç kimin roldan çıxmamasına nəzarət edirlər. Son 20 ildə hər bir erməni dəfələrlə şəxsi səviyyədə histeriya, rus səhifələrində yazdığı, Türkiyə-Rusiya, Azərbaycan-Rusiya əlaqələrinin müzakirələri zamanı verdiyi şərhlər vasitəsilə “Rusiyanı doğru istiqamətə yönəltməyə” cəhd edib.

Soruşacaqsınız ki, rus ordusu bizim nəyimizə lazımdır? Cavab çox sadədir – onun köməyi ilə beynəlxalq hüquqları pozmaq (çünki biz o hüquqları fərsizlər üçün “titiztsyun” hesab edirik) və qonşulardan öz tarixi ərazilərimizi tələb etmək üçün.

Bu, çox maraqlı rol oyunudur – biz özümüzü türkfobiya, gürcüfobiya, hətta bəziləri iranfobiya ilə ifrat həddə qədər doldururuq, hamını Ermənistanın əleyhinə çeviririk, münaqişə yaradırıq, sonra isə ssenariyə əsasən, oyuna Romanovlar imperiyasının rus ordusu girir və beynəlxalq hüquqa tüpürüb (yadınızdadırsa, o, ümumiyyətlə, mövcud deyil) qonşu dövlətləri dağıtmağa başlayır.

Rusiya bu rolun öhdəsindən gəlmədi. Yəni, daha doğrusu, o rolunu birtəhər oynayırdı, amma iş final hissəyə çatanda qəflətən məlum oldu ki, o, tamamilə fərqli ölkədir, artıq tamamilə başqa bir əsrdəyik və bizim tamamilə xəbərsiz olduğumuz başqa qanunlar işləyir.

Nəinki Rusiya, hətta Türkiyə ilə Azərbaycan da rollarının öhdəsindən gəlmədilər. Bu rol oyununda onlara Ermənistanı işğal edib əhalini qırmalı olan yırtıcı rolu ayrılmışdı. Ermnet düz iki həftə Süniki (Zəngəzur) tutsunlar deyə onlara yalvardı, onların irəlilədikləri barədə anonslar, videolar paylaşdı, amma nədənsə onlar beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərdə dayandılar. Odur ki, indi ermənilər, başqa dərdlərimiz azmış kimi, bir də koqnitiv dissonansdan əziyyət çəkməyə başlayıblar.

Dostlar, ola bilsin, əsas fikri ötürmüsünüz, ona görə də, təkrar yazıram: Ermənistanın ərazi bütövlüyünü və suverenitetini qorumaq üçün müttəfiqə ehtiyacı yoxdur. Rusiya bizə Artsax məsələsinin həlli üçün lazımdır.

Güman edilirdi ki, o, yeddi rayonla birlikdə Artsaxı qopardıb Ermənistana birləşdirməyə kömək etməliydi. Burda vacib olan bir şey də o idi ki, biz, Rusiyanın bunu necə etməyini istəyirdik – özümüz Artsaxı tanımırdıq, özümüz Azərbaycana və xüsusən də, Türkiyəyə müharibə elan etməmişdik. Sonradan məlum olduğu kimi, hətta biz Artsax uğrunda vuruşmaq da istəmirdik. Amma biz bütün bunları məhz Rusiyanın etməyini istəyirdik, hətta bunu tələb edirdik, onunla müttəfiqliyin anlamını məhz bunda görürdük. O isə bundan imtina etdi.

Kreml aydın şəkildə çatdırdı ki, Ermənistanı müdafiə etməyə hazırdır, amma Qarabağ məsələsini özümüz həll etməliyik: mən sizin üçün əlimi daşın altına qoymayacağam, mənim özümə Krım kifayət edir. Maksimum köməyim – sülhməramlılar və sadə insanlar üçün təhlükəsizliyin təmini ola bilər, o da beynəlxalq hüquq çərçivəsində (o hüquq ki, bizim üçün mövcud deyil).

Bura qədər də hər şey aydındır, hə? Okey. İndi baxaq görək, yaxın aylarda nə baş verəcək.

Bütün dəlmə-deşiklərdən sutkada 24 saat bizim millətin taleyini düşünən mütəfəkkirlər çıxacaq və “Onda Rusiya bizim nəyimizə lazım idi?” deyəcəklər. Onlar deyəcəklər ki, Romanovlar imperiyasının rus ordusu işinin öhdəsindən gəlmədi. Və haqlı olacaqlar – Rusiya rol oyununun finalını pozdu. Rusofobiya dalğası başlayacaq. O, indi sadəcə ona görə başlamayıb ki, ermənilərin 99%-i üçün beynəlxalq hüquq – heç bir əhəmiyyət daşımayan “titizyutsyun”dur.

Erməniləri o hüquqların nə qədər əhəmiyyətli olduğunu, Ermənistanın ərazi bütövlüyünü və suverenitetini necə qoruduğunu anlayan kimi (ki, bu, çox tezliklə baş verəcək), güclü rusofobiya dalğası başlayacaq, bazanı çıxartmaq, NATO-ya daxil olmaq və bır yığın başqa şeylər tələb olunacaq. Yəni biz müasir Rusiyaya yalnız rol oyununda tərəfdaş kimi yanaşmağa davam edəcəyik və onu öz rolunu oynama səviyyəsinə görə dəyərləndirəcəyik.

Rusiya rolunu çox pis oynadı. Mən qətiyyən teatr tənqidçisi deyiləm, amma əminliklə deyə bilərəm ki, bu, ümumiyyətlə, onun rolu deyil. Bu rola radikal terrorçu dövlətin ordusu, heç kim tərəfindən tanınmayan, beynəlxalq hüququ və sanksiyaları vecinə almayan hansısa çıxdaş daha çox uyğun gələrdi. Amma o da o şərtlə ki, Ermənistan da oyunda aktiv iştirak edəcək, əllərini çirkləndirməkdən qorxmayacaq və var-gücünü sərf edəcək. Heç kim sivil əmi üçün əlini daşına altına qoymayacaq, hətta radikal çıxdaş da – heç kim axmaq görünmək istəmir.

Hə, rusofobiya… Qəsb. İndi artıq ruslarla da münaqişəmiz var – axı, biz münaqişələri çox sevirik, düzdür? Yenə rol oyunları.. Bu dəfə NATO ilə, yunanlarla, nə bilim, gürcülərlə… Yenə doğma palçıq gölməçələri.

Mən sizə zəmanət verirəm – 300 minlik mobil qoşun qurun, yenə də bütün dəliklərdən bir şey qışqıracaqlar – rus qoşunları Ermənistandan çıxsın! İnsanların hissləri ilə oynamağa başlayacaqlar. Guya rus sərhədçilərinin varlığı Qlendeyldə, Parisdə, hətta Krasnodarda yaşayan ermənilərin milli ləyaqətini alçaldırmış. Suvereniteti bərpa etmək və alçalmamaq üçün rusları qovmaq lazımmış.

Heç kim. Təkrar edirəm – heç kim, heç bir siyasətçi, heç bir siyasi qrup Moskvaya “Uşaqlar, biz güclü ordu yaratmışıq, hərbi-sənaye kompleksini inkişaf etdiririk, gəlin, siz də istifadə edin, axı, biz müttəfiqik!” deyə şad xəbər verməyi təklif etməyəcək.

Heç kim Rusiyaya sərhədləri birlikdə qorumağı, Şurnuxda, Kalininqradda birlikdə dayanmağı, birlikdə pilotsuz aparatlar, atıcı silahların şəbəkə opsiyalı yeni növlərini hazırlamağı təklif etməyəcək.

Bu, “milli ləyaqətin alçaldılması” problemini həll edərmi? Əlbəttə ki, hə.

Ancaq biz başqa yol seçəcəyik – biz yenə rol oyunu üçün ssenari yazacağıq və ona uyğun aktyorlar, aktrisalar tapacağıq. Çünki biz hələ də Osmanlı imperiyasının tərkibindəki milli azlığıq. Biz tarixin o etnotravma aldığımız kəsiyində işilib qalmışıq. O vaxtdan zaman bizim üçün dayanıb, həmin vaxt ərzində dünyada baş verən bütün dəyişiklikləri görməməzliyə vururuq. Bizim üçün həmin zamanda yaşamağın yeganə yolu – rol oyunları oynamaqdır.

Biz hamını bezdirmişik. Başa düşürsünüz?

59523570_2221976114545715_5530957664294535168_o

 

David Li (Rabiz Davo)

Miatsum teleqram kanalı

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel