Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Biri var idi, biri yox idi, bir yaşlı qadın var idi…”

Əli Novruzov Əli Novruzov
., Kültür
07 Avqust 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Toni morrison
Paylaş

Avqustun 5-də Nyu-York şəhərində Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı yazıçı Toni Morrison sürətli keçən pnevmoniyadan 88 yaşında vəfat etdi.

Tənqidçilər Morrisonun əsərlərini afrikalı-amerikalıların (köhnə deyimlə qara amerikalıların) tarixi və çağdaş həyat təcrübəsini ən dolğun şəkildə əks etdirən təkrarsız ədəbi abidələr hesab edirlər.

Toni Morrisonun ilk romanı “Ən göy gözlər” (1970), ən təqdir olunan romanı “Sevgili” (1987) və digər bir romanı “Caz” (1992) Azərbaycan dilinə tərcümə edilərək 150-cildlik Dünya Ədəbiyyatı Kitabxanası seriyasında nəşr olunub. Hər üç əsər Morrisonun Nobel nitqi ilə bir yerdə həm də sanki oxucunun rahatlığı üçün cəmi bir cilddə toplanıb.

Əsl adı Kloyi Ardeliya Uofford (Chloe Ardelia Wofford) olan Toni Morrison 1931-ci ilin 18 fevralında ABŞ-ın Ohayo ştatında dünyaya göz açıb. Onun valideynləri irqi zəmində zorakılığın tüğyan etdiyi cənub ştatlarından şimala köçərək ləyaqətli həyat axtarışına çıxmışdılar. Lakin irqi ayrı-seçkilik və afrikalı-amerikalılara həqarətli münasibət burada da Uoffordlar ailəsini rahat buraxmırdı.

Kloyi bütün çətinliklərə baxmayaraq məktəbdə dərslərinə can yandırır, debat və dram dərnəklərində fəal iştirak edir, afrikalı-amerikalıların zəngin folkloruna maraq göstərir, dayanmadan bədii ədəbiyyat oxuyurdu. Onun ən sevimli yazıçılarından biri Lev Tolstoy idi.

Kloyi hələ məktəbdə olanda katolik məzhəbini qəbul edib adını Toniyə dəyişir. Morrison soyadı isə fərəhsiz keçən qısa ailə həyatından ona yadigar qalacaqdı.

Morrisonun yazıçı kimi formalaşmasında təhsil aldığı və sonradan özünün də dərs dediyi Hovard universitetində formalaşmış afrikalı-amerikalı intellektuallar çevrəsinin böyük rolu olub. Həmçinin Morrisonun uzun illər nəşriyyat sistemində işləməsi, afrikalı-amerikalı ədəbiyyatı nümunələrini nəşrə hazırlaması, bu işdə qazandığı zəngin təcrübə də onun sonradan uğurlu yazıçıya çevrilməsinə təkan verib.

Morrison öz əsərləri üçün materialı afrikalı-amerikalıların həyatından və tarixindən götürürdü, həmçinin onun mətnlərində amerika qaralarının şifahi ədəbiyyat ənənələrinin güclü təsiri hiss olunurdu. Morrison yüz illər boyunca susan və susdurulan afrikalı qulların və onların xələflərinin səsini öz əsərlərinə gətirirdi. Təəccüblü deyil ki, Toni Morrison özü də ədəbiyyat sahəsində diskriminasiya ilə qarşılaşırdı.

Bütün dünyada böyük yazıçı kimi ad çıxarmasına, kitablarının həm öz ölkəsində, həm də xaricdə bestseller olmasına baxmayaraq ABŞ-ın ədəbi ictimaiyyəti onu görməzdən gəlir, nüfuzlu mükafatlar ondan yan keçirdi. Bu haqsızlığa görə 1988-ci ildə bir qrup afrikalı-amerikalı ədəbiyyat və incəsənət xadimi Nyu York Taymsda etiraz məktubu da dərc etmişdi.    

Lakin dünya dəyişirdi və bu dəyişən dünya Toni Morrisona öz dəyərini verəcəkdi. Elə həmin 88-ci ildə Morrison Ədəbiyyat üzrə Pulitser mükafatını əldə edəcəkdi. Son nəticədə Morrison öz sağlığında Amerikanın bütün mötəbər ədəbi mükafatları ilə yanaşı 2012-ci ildə ABŞ dövlətinin ən ali dövlət mükafatlarından sayılan Azadlıq üzrə Prezident medalına da layiq görüləcəkdi.

Toni Morrisonun ən böyük uğurlarından biri 1993-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı alması idi. Morrison bu mükafatı alan ilk afrikalı-amerikalı yazıçı və ilk qaradərili qadındır. Bu gün heç cür inanmaq olmur ki, belə sadə bir faktın baş tutması üçün mükafatın təsisindən 90 il keçməli idi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör