Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bibliyada təsvir olunan hadisələr uydurma imiş

AzLogos AzLogos
., Elm
14 Avqust 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
117586589 695576114331413 8923639897733791714 n
Paylaş

İsrail arxeoloqları uzun illər boyu apardıqları qazıntılardan sonra əldə etdikləri bilgilər əsasında belə qənaətə gəliblər ki, müqəddəs kitabda təsvir olunan hadisələr heç vaxt baş verməyib. Bu barədə “La Repubblika” qəzeti yazıb.

Məsələn, arxeoloqlar iddia edirlər ki, İerixon şəhərini yəhudi din xadimlərinin trubalarının səsi dağıtmayıb, çünki o divarlar, ümumiyyətlə, mövcud olmayıb.

İsraillilərin həsrətini çəkdikləri Xanaana bölgəsi də Bibliyada deyildiyi kimi, nə “nəhəng” olub, nə də göylərə qədər ucalan divarların arasında yerləşib.

“Buna görə də guya sayca onlardan çox xananeylərlə döyüşən işğalçıların igidlikləri sadəcə teoloji rekonstruksiyadır və faktlara əsaslanmır, – Təl-Əviv universitetinin arxeologiya fakultəsinin ən məşhur professorlarından biri, arxeoloq Zeyev Hersoq deyir. –  Əldə etdiyimiz bütün nəticələrə əsasən, arxeologiya sahəsində çalışan, Bibliyanı və yəhudi xalqının tarixini araşdıran alimlərin böyük əksəriyyəti bir fikirdə razılığa gəlirlər: “Romul və Rem” əfsanəsi kimi Bibliyada təsvir olunan hadisələr də əfsanədir”.

Professor Hersoq bildirib: “Bu qazıntılar bir məsələyə aydınlıq gətirdi: israillilər heç vaxt Misirdə yaşamayıblar, heç vaxt səhrada dolaşmayıblar, heç vaxt torpaqlar işğal eləyib, sonra da onları  İsrailin on iki dirəyinə ötürməyiblər. Bizim tapıntıların heç biri yəhudi tarixindəki həlledici  hadisələri təsdiqləmir. Kitabda cəmi bir neçə ailədən söz gedə bilər. Ki, onların tarixləri sonradan teoloji səbəblərdən genişləndirilib və milliləşdirilib”.

Professor deyir ki, sözün əsl mənasında inqilabi olan bu qənaət bir çox insanlar tərəfindən çətinliklə qəbul olunur. Müqəddəs kitabda və “Çarlar kitabı”nda yazılanlara inansaq, İsrail xalqının siyasi, hərbi və iqtisadi qüdrətinin ən ali nöqtəsi olan Davidlə Solomonun  Fəratın sahillərindən Qəzzaya qədər uzanan nəhəng səltənəti “istioqrafik baxımdan əslində mövcud olmayan məkandır”.

“Davidlə Solomonun nəhəng səltənəti tarixi yox, epik xarakter daşıyır. Bunun axırıncı sübutu odur ki, biz hələ də onun adını öyrənə bilməmişik, – Hersoq söyləyir. – Yerusəlim başdan-ayağa qazıq-qazıq edilib. Qazıntılar Davidlə Solomonun birləşdirilmiş səltənətinin mövcud olduğu dövrə – ondan əvvələ və sonraya aid kifayət qədər material verib. Onların heç biri, heç bir gil parçası bu səltənətin mövcudluğunu təsdiqləmir. Bu, o demək deyil ki, arxeoloqlar yanlış yerdə axtarıblar. Əksinə, onlar Davidlə Solomonun zamanında Yerusəlimin böyük məskunlaşmış ərazi olduğu, lakin orda nə mərkəzi məbəd, nə də hökmdar sarayının olmadığı barədə kifayət qədər dəlil tapıblar. David və Solomon kiçik bölgələrə – David Xervonda, Solomon Yerusəlimdə – nəzarət edən tayfa knyazlıqlarının başçıları olublar. Eyni zamanda Samariyanın təpələrində ayrıca dövlət meydana çıxıb. İsraillə Samariya başlanğıcda hərdən bir-birilə düşmənçilik edən iki ayrı dövlət olub”.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör