Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Berlin savaşı – tarixin təkərləri mövcuddurmu?

Elmir Mirzəyev Elmir Mirzəyev
., Kültür
25 Sentyabr 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Berlin1945 a 1
Paylaş

Bu il bütün dünyada II Dünya müharibəsinin bitməsinin 75-illiyi qeyd edilir. Şübhəsiz ki, müttəfiqlərin qələbəsinin apofeozu məhz 1945-ci ilin aprelin 20-dən mayın 2-dək davam edən Berlin savaşı idi.

Əslində bu döyüş olmaya da bilərdi, almanların vəziyyəti Adolf Hitlerin 56-cı ildönümündə, yəni 1945-in 20 aprelində artıq tamamilə ümidsiz idi. Üzük qaşı kimi mühasirəyə alınmış şəhəri cənubdan marşal İ.Konevin tankları, şimal-şərqdən isə onu hər vəchlə qabaqlamaq istəyən obiri marşal G. Jukovun orduları bombardıman edərək tüm dünyadan təcrid etmişdi. İngilis və amerikalılar da şəhəri havadan aramsız bomba yağışına tutmuşdu.

Berlini bir müddət bu mühasirədə saxlamaq şəhərin süqutu üçün kifayət idi, lakin yoldaş Stalin kimi müstəbidə mütləq Berlinin alınması, onu tarixdə görünməmiş bir sərkərdə kimi əbədiləşdirəcək bir monumental əməliyyat lazım idi. Bu zaman bütün küçə döyüşləri lentə alınacaqdı, SSRİ-nin qeyri-rəsmi baş bəstəkarı D.Şostakoviçə də bu qələbəni vəsf edəcək 9 saylı simfoniya sifariş edilmişdi (bunun tarixi analogiyası Beethovenin yaradıcılığının zirvəsi olan 9-cu simfoniya idi), Stalin böyük orkestr, solistlər və xorun iştirakı ilə monumental bir əsərin yaradılmasını istəyirdi. 

III Reich süquta məhkum edilmişdi, amma şəhərdə mülki əhalidən başqa bunu sonadək anlayan və qəbul edən yox idi, çoxları taleyin hansısa əcaib dönüşünə, fürerin ad günündə “Wunderwaffe”nin (sehrli silah) işə salınacağına ümid edirdi. Şəhərin divarlarına“Wir kapitulieren nie!” (“Heç zaman təslim olmarıq”) kimi şüarlar yazılmış, şəhər xarabazarında hər yerə nasist bayraqları sancılmışdı.

AzAEVmRbSh52_640x360

Berlini müdafiə edə biləcək olan Wehrmacht (o zamankı alman ordusu) demək olar ki, tamamilə məhv edildiyindən, şəhəri “faşist internasionalı” müdafiə edirdi: sonuncu üç SS diviziyası – Waffen-SS “Norland” (skandinaviya, baltik, fin və ingilis (!) könüllülərindən ibarət), SS “Charlemagne” (fransızlardan (!) ibarət), SS-in latış batalyonu, uşaq və gənclərdən ibarət “Hitlerjugend”, mülki əhali, yəni əsasən yaşlılar və xanımlardan ibarət “Volkssturm”. 

Şəhərin bütün kvartallarında fanatiklər tərəfindən təslimçilikdə günahlandırılan mülkilərin asılmış meyitləri yellənir, cəhənnəmi xatırladan küçələrində isə partlayışdan tikə-tikə olmuş insan fraqmentləri ev heyvanları üçün yemə çevrilirdi. Tüstünün insanı kor etdiyi şəraitdə darmadağın edilmiş səhərin xarabalıqlarında barrikada quran qoca və uşaqların ruh yüksəkliyi üçün Hans Fritzsche (almanların “Levitanı”) radioda dayanmadan təbliğat aparır, Wagnerin musiqisi səsləndirilirdi.

Elə Wagner operalarını xatırladan bu tutqun atmosferdə nasional-sosializmin bütü; ölkəsi və xalqını tarixdə indiyədək görünməmiş, qurbanları bütün kontinentlərdə milyonlarla sayılan bir müharibəyə cəlb etmiş Adolf Hitler Berlindəki bunkerdə, xanımı Eva Braun ilə bərabər intihar etdi.

Ondan bir gün sonra bütün ailəsi (o cümlədən 6 azyalı uşağını – 5 qızı və oğlunu öldürərək!) ilə bərabər intihar edən doktor Goebbels bu hadisəni Wagnerin tetralogiyasının son operası olan “Tanrıların Qürubu”nun ismi ilə adladırmışdı. Hitlerin ölümü münasibəti ilə Berlin radiosu Anton Bruknerin 7-ci simfoniyasının 2-ci hissəsini (“Matəm marşını”) durmadan təkrar edirdi.

Lakin Hitler və nasional sosializm, onun rəmzləri unudulmadı. Cəmi 12 il ərzində (1933-45) Almaniya və sonra Avropada hakim olmuş bu diktator və cinayətkar ideologiya dünya tarixi, elmi və incəsənətində müstəsna bir iz buraxdı.

Maraqlıdır ki, bütün XX əsr boyu bu unikal tarixi fenomen incəsənətdə və xüsusilə kinematoqrafda öz obyektiv yerini ala bilməmişdi. İstər sovet, istər Avropa, və ya ABŞ kinematoqrafında yaradılmış II Dünya müharibəsi mövzulu filmlərdə Hitler və almanların obrazları komik, sarsaq, isterik, qeyri-adekvat, ən azından sadəcə fanatik idi. Bir zamanlar milyonluq kütlənin diktatorun önündə var gücü ilə “Heil Hitler, Sieg Heil” qışqırdığı, minlərlə qadının isterik halda “Fürerim, mən Sizdən uşaq istərdim” tipli məktub yazdığı Almaniyada isə bu mövzu demək olar ki, axır zamanlaradək tabu idi. 

XXI əsrin əvvəlində bu mövzuda (məhz Berlin savaşı optikasından) alman kinematoqrafında yaradılmış iki ciddi filmə diqqət yetirməyə dəyər – bunlardan biri rejissor Oliver Hirschbiegelin diktatorun son günlərini əks etdirən “Der Untergang” (“Qürub”, 2004), o biri isə Max Färberböck tərəfindən lentə alınmış və 1945-in aprel-mayında Berlində sovet əsgərləri tərəfindən törədilmiş kütləvi zorlanma zamanı alman xanımlarının acı taleyindən bəhs edən “Anonyma – Eine Frau in Berlin” (“Anonim – Berlində qadın”, 2008) filmidir.

43942617_303
“Anonyma – Eine Frau in Berlin” (“Anonim – Berlində qadın”, 2008) filmindən kadr.

Bu filmlərdə hər iki rejissor subyektivlikdən yan keçməyə çalışaraq mümkün olan bütün vasitələrlə bu məşum tarixi həqiqətə uyğun canlandırmağa çalışıblar. Belə əsərlərin alman cəmiyyətində yaranması, bu xalqın və ölkənin belə bir ağrılı tarixi mərhələni həqiqətən geridə qoyduğunun, nəhayət ki, uğurla keçdiyinin bariz sübutudur.

Mövzunu çox dərindən mənimsəmiş və bu hadisələrin daxili ontologiyasını açmağa nail olmuş belə müəlliflərin filmlərini izlədikdən sonra tarixin təkərlərinin bir daha geriyə dönməyəcəyinə yenidən əmin olursan.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör