Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Bakılılar günü” – olsun, olmasın?

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
03 İyul 2020

Neçə gündür “Bakılılar günü”ndən danışılır. Şəxsən çox da əhəmiyyətli hesab etmədiyim üçün fikir vermədiyim mövzu ətrafında neqativ fikirlərin üstünlük təşkil etdiyini gördüm. Hazırda gündəmdə olan mövzular ilğım kimi parlayıb bir anda yoxa çıxmağa meylli olasalar da, dəfələrlə ictimai diskussiyaya çevrilən konkret bu mövzuya nöqtə qoymaq lazımdır.

İlk öncə şəxsi münasibətim: mənim üçün bakılılara xas bir günün ona görə əhəmiyyəti yoxdur ki, həyatımın çox böyük hissəsi Bakıda keçib və bizim nəslin taleyinə düşən müstəsna neqativ prosesləri məhz bu şəhərdə yaşamışam. Bəlkə elə bu səbəbdən mənim Azərbaycanın bölgələrinə tamam başqa, nostaljik hisslərim var, hansıların ki, illüziya olduğunu özüm də anlayıram.

Bakının sonuncu 30 ili, tarixin son əsr yarımlıq kəsiyində, tədricən azərbaycanlılaşma prosesi ilə yadda qalıb, amma o da bilinməlidir ki, sözügedən prosesin nəticəsi yoxdur, əslində, heç bir zaman bitməyəcək. Nədən? Çünki, bütün böyük meqapolislərin aqibəti budur, Bakı da bundan sonra heç vaxt əyalət şəhəri olası deyil.

Sənaye İnqilabının təsirləri

XIX əsrin 2-ci yarısında baş vermiş Sənaye İnqilabı dünyanın bütün bölgələrində, bu və ya digər formada təzahür etdi. İstisnasız bütün ölkələrə olan ən vacib təsirlərdən biri paytaxt şəhərlərinin hədsiz güclənməsi və sırf iqtisadi anlamda həm nəhəng kapitalı, həm də əyalətlərdən böyük kütlələri özünə cəlb etməsi oldu – inkişaf edən sənaye və xidmət sektoru bir çox yeni iş yerləri təklif edirdi.

Paytaxtlar böyüdü, ölkə sərhədlərini aşdı, növbəti XX əsr və onun kataklizmlərinin təsiri altında artıq hər biri çoxmillətli ölkə əvəzi oldu, məhz bu dövrdə Paris, Berlin, Vyana, Moskva, İstanbul və ya New York tədricən sırf ənənəvi şəhər olmaqdan çıxaraq, zəngin etnik tərkibli, çoxdilli, xüsusi subkulturası yaranmış  müstəqil coğrafi vahidlərə çevrildilər.

Berlin – şəhərmi, ölkəmi?

Məsələn, bu şəhərlərdən detallı şəkildə tanıdığım Berlin çox-çox böyük metamorfozalara uğradı, şəhərin əhali tərkibi tamamilə dəyişildi, hazırda şəhərdə demək olar ki, bütünlüklə türklər, ərəblər, ruslar, çexlər və polyaklardan ibarət, uzun illər ərzində kompakt şəkildə yaşadıqları rayonlar var, və bu şəhərdə anadan olmuş bu insanlar da hamısı, şübhəsiz ki, berlinlidir.

Beləcə “berlinli” anlayışının özü dəyişildi (Kennedy tərəfindən 1963-cü ilin yayında deyilmiş məşhur “Ich bin ein Berliner” (“Mən – berlinliyəm”) ifadəsini yəqin ki, çoxları xatırlayır), alman dilinin xüsusi Berlin ləhcəsi də hazırda demək olar ki, yoxa çıxıb, yerini sleng tipli danışıq dili alıb. Hazırda bu şəhərdə alman dili ilə yanaşı bir çox yerlərdə türk, ərəb və rus dillərində elanlar, posterlər, market adları, restoran menyusu və s. görə bilərsiniz.

Berlin, bir növ alman şəhəri olmaqdan çıxaraq çoxdilli, zəngin etnik tərkibli meqapolisə çevrildiyi üçün bunlar təbii sayılmalıdır, lakin “berlinli” anlayışı dəyişilsə də, mövcudluğunu saxlayır. Bu, eynilə Paris, New York, Moskva üçün də belədir. Amsterdam isə sakinləri təsdiqləyər ki, bu şəhərdə holland dilini bilmədən, öyrənmədən illərlə yaşamaq mümkündür.

Bakının meqapolisə çevrilməsi

Bu proseslər dünyanın bir çox şəhərlərində obyektiv olaraq baş verdi, bizim Qafqazda da Tiflis və Bakıda məhz belə oldu.

Bakı üçün bu proseslər xüsusi əhəmiyyət daşıyırdı, belə ki, Sənaye İnqilabının təsiri ilə neft strateji materiala çevrilmiş, nəticədə bütün Rusiya və dünya kapitalı bizim Bakıya hədəflənmişdi. Bu da şəhərin infrastukturu, əhali tərkibi, memarlığı və ümumi afmosferinin ildırım sürəti ilə böyük metamorfozalara uğramasına gətirdi. Maraqlıdır ki, bu proseslərə qədər Bakı şəhəri heç bir dövründə Azərbaycanın birinci şəhəri olmamışdı, biz, Təbriz, Şamaxı, Gəncə haqda bunu deyə bilərik, Bakı isə yalnız XIX əsrin sonlarında önə çəkildi.

Məhz bu dövrdən başlayaraq Sənaye İnqilabının təsiri ilə baş vermis qlobal tranformasiya nəticəsində Bakının tədricən nəinki Azərbaycan, nəinki Qafqaz, hətta Rusiya və dünya səviyyəsində bir meqapolisə çevrilməsi, bizim bu şəhərdəki dominasiyamıza çox uzun müddətlik fasilə verdi.

1afccd218bb7c7051c316abffc3f5d50

“Bakılı” indentifikasiyası sosial fenomen kimi

Belə olan halda, Azərbaycanın digər şəhərlərindən müqayisəyəgəlməz dərəcədə fərqlənən və beynəlxalq statuslu meqapolisə çevrilən Bakının XX əsrin əvvəlində paytaxtımız elan edilməsi müstəsna uğurumuzdur. Lakin yalnız bu faktın, bizim bu şəhərdə qeyd-şərtsiz üstün mövqedə olacağımızı şərtləndirəcəyini gözləmək də sadəlöhvlük olardı. XX əsr boyu baş verən proseslər və İttifaq miqyasında yaşanan çoxsaylı köç dalğaları nəticəsində kommunist fövqəldövlətinin bu neft paytaxtı daxilində xüsusi bir atmosfer yaratmışdı. Etnik və dil cəhətdən kifayət qədər zəngin bir mühitdə formalaşan insanları bu şəhər divarları yaxınlaşdırır, onlar özlərini “bakılı” adlandırırdı. Şübhəsiz, bu insanların da şəhərin formalaşmasında, iqtisadi və mədəni inkişafında böyük rolu və əməyi olub.

Bu anlamda “Bakılı” indentifikasiyası sırf sosial fenomendir və bu anlayışın hansısa konkret bir etnosla bağlılığı yoxdur. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, bütün dünyada gedən urbanizasiya proseslərinin orqanik bir hissəsi idi. Aktual olduğu üçün bu mövzu haqda daha ətraflı yazdığım “Bir daha rusdilli mövzusu haqda” məqaləsini maraqlananlara tövsiyə edirəm.

“Bakılı” anlayışı artıq tariximizin bir hissəsidir, deməli “Bakılılar günü”nün qeyd olunmasında da heç bir qəbahət yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021

Redaktorun seçimi

Mamba out…

İsa Qəmbər: “Hakimiyyət könüllü şəkildə heç bir islahata getməyəcək”

“Stansiya” – Oasys

Sülh! Nəhayət.

Bizim olmayan Maqomayev

“Qıraxdın” iqtisadiyyatı

İslahat hekayəsi

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Niyə dahi qadın rəssamlar olmayıb?

Propaqandanızı yesinlər

Zahid Oruc baş ideoloq kimi

Əsl kommunizm necə olur?

Qadın bədəni

Azərbaycanın Marşall planı

101 ilin nəticələri

Siyasət – mümkün ola biləcəklərin sənəti

Vaginal təbəddülatlar və içimizdəki Tükəzban

National Geographic-dən “Fotoqrafiya 2019”

Sülhə və sevgiyə susamışlar

Tarixi coğrafiya və bizim tarixçilər

Dəyərlər olmayanda

Qadınlar barədə 30 fakt

“Daşnak” Armine Adibekyana cavab

Putin: “Onlar xain və cəllad idilər”

Gürcüstan etirazları

Torpağın duzu

Prezidenti söyək, ya söyməyək?

Ermənistan yaralarını necə sağalda bilər?

“Mimino” filmində azərbaycanlı obrazı almasatan olmalı imiş

Fəryad

“Bakılılar günü” – olsun, olmasın?

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
03 İyul 2020

Neçə gündür “Bakılılar günü”ndən danışılır. Şəxsən çox da əhəmiyyətli hesab etmədiyim üçün fikir vermədiyim mövzu ətrafında neqativ fikirlərin üstünlük təşkil etdiyini gördüm. Hazırda gündəmdə olan mövzular ilğım kimi parlayıb bir anda yoxa çıxmağa meylli olasalar da, dəfələrlə ictimai diskussiyaya çevrilən konkret bu mövzuya nöqtə qoymaq lazımdır.

İlk öncə şəxsi münasibətim: mənim üçün bakılılara xas bir günün ona görə əhəmiyyəti yoxdur ki, həyatımın çox böyük hissəsi Bakıda keçib və bizim nəslin taleyinə düşən müstəsna neqativ prosesləri məhz bu şəhərdə yaşamışam. Bəlkə elə bu səbəbdən mənim Azərbaycanın bölgələrinə tamam başqa, nostaljik hisslərim var, hansıların ki, illüziya olduğunu özüm də anlayıram.

Bakının sonuncu 30 ili, tarixin son əsr yarımlıq kəsiyində, tədricən azərbaycanlılaşma prosesi ilə yadda qalıb, amma o da bilinməlidir ki, sözügedən prosesin nəticəsi yoxdur, əslində, heç bir zaman bitməyəcək. Nədən? Çünki, bütün böyük meqapolislərin aqibəti budur, Bakı da bundan sonra heç vaxt əyalət şəhəri olası deyil.

Sənaye İnqilabının təsirləri

XIX əsrin 2-ci yarısında baş vermiş Sənaye İnqilabı dünyanın bütün bölgələrində, bu və ya digər formada təzahür etdi. İstisnasız bütün ölkələrə olan ən vacib təsirlərdən biri paytaxt şəhərlərinin hədsiz güclənməsi və sırf iqtisadi anlamda həm nəhəng kapitalı, həm də əyalətlərdən böyük kütlələri özünə cəlb etməsi oldu – inkişaf edən sənaye və xidmət sektoru bir çox yeni iş yerləri təklif edirdi.

Paytaxtlar böyüdü, ölkə sərhədlərini aşdı, növbəti XX əsr və onun kataklizmlərinin təsiri altında artıq hər biri çoxmillətli ölkə əvəzi oldu, məhz bu dövrdə Paris, Berlin, Vyana, Moskva, İstanbul və ya New York tədricən sırf ənənəvi şəhər olmaqdan çıxaraq, zəngin etnik tərkibli, çoxdilli, xüsusi subkulturası yaranmış  müstəqil coğrafi vahidlərə çevrildilər.

Berlin – şəhərmi, ölkəmi?

Məsələn, bu şəhərlərdən detallı şəkildə tanıdığım Berlin çox-çox böyük metamorfozalara uğradı, şəhərin əhali tərkibi tamamilə dəyişildi, hazırda şəhərdə demək olar ki, bütünlüklə türklər, ərəblər, ruslar, çexlər və polyaklardan ibarət, uzun illər ərzində kompakt şəkildə yaşadıqları rayonlar var, və bu şəhərdə anadan olmuş bu insanlar da hamısı, şübhəsiz ki, berlinlidir.

Beləcə “berlinli” anlayışının özü dəyişildi (Kennedy tərəfindən 1963-cü ilin yayında deyilmiş məşhur “Ich bin ein Berliner” (“Mən – berlinliyəm”) ifadəsini yəqin ki, çoxları xatırlayır), alman dilinin xüsusi Berlin ləhcəsi də hazırda demək olar ki, yoxa çıxıb, yerini sleng tipli danışıq dili alıb. Hazırda bu şəhərdə alman dili ilə yanaşı bir çox yerlərdə türk, ərəb və rus dillərində elanlar, posterlər, market adları, restoran menyusu və s. görə bilərsiniz.

Berlin, bir növ alman şəhəri olmaqdan çıxaraq çoxdilli, zəngin etnik tərkibli meqapolisə çevrildiyi üçün bunlar təbii sayılmalıdır, lakin “berlinli” anlayışı dəyişilsə də, mövcudluğunu saxlayır. Bu, eynilə Paris, New York, Moskva üçün də belədir. Amsterdam isə sakinləri təsdiqləyər ki, bu şəhərdə holland dilini bilmədən, öyrənmədən illərlə yaşamaq mümkündür.

Bakının meqapolisə çevrilməsi

Bu proseslər dünyanın bir çox şəhərlərində obyektiv olaraq baş verdi, bizim Qafqazda da Tiflis və Bakıda məhz belə oldu.

Bakı üçün bu proseslər xüsusi əhəmiyyət daşıyırdı, belə ki, Sənaye İnqilabının təsiri ilə neft strateji materiala çevrilmiş, nəticədə bütün Rusiya və dünya kapitalı bizim Bakıya hədəflənmişdi. Bu da şəhərin infrastukturu, əhali tərkibi, memarlığı və ümumi afmosferinin ildırım sürəti ilə böyük metamorfozalara uğramasına gətirdi. Maraqlıdır ki, bu proseslərə qədər Bakı şəhəri heç bir dövründə Azərbaycanın birinci şəhəri olmamışdı, biz, Təbriz, Şamaxı, Gəncə haqda bunu deyə bilərik, Bakı isə yalnız XIX əsrin sonlarında önə çəkildi.

Məhz bu dövrdən başlayaraq Sənaye İnqilabının təsiri ilə baş vermis qlobal tranformasiya nəticəsində Bakının tədricən nəinki Azərbaycan, nəinki Qafqaz, hətta Rusiya və dünya səviyyəsində bir meqapolisə çevrilməsi, bizim bu şəhərdəki dominasiyamıza çox uzun müddətlik fasilə verdi.

1afccd218bb7c7051c316abffc3f5d50

“Bakılı” indentifikasiyası sosial fenomen kimi

Belə olan halda, Azərbaycanın digər şəhərlərindən müqayisəyəgəlməz dərəcədə fərqlənən və beynəlxalq statuslu meqapolisə çevrilən Bakının XX əsrin əvvəlində paytaxtımız elan edilməsi müstəsna uğurumuzdur. Lakin yalnız bu faktın, bizim bu şəhərdə qeyd-şərtsiz üstün mövqedə olacağımızı şərtləndirəcəyini gözləmək də sadəlöhvlük olardı. XX əsr boyu baş verən proseslər və İttifaq miqyasında yaşanan çoxsaylı köç dalğaları nəticəsində kommunist fövqəldövlətinin bu neft paytaxtı daxilində xüsusi bir atmosfer yaratmışdı. Etnik və dil cəhətdən kifayət qədər zəngin bir mühitdə formalaşan insanları bu şəhər divarları yaxınlaşdırır, onlar özlərini “bakılı” adlandırırdı. Şübhəsiz, bu insanların da şəhərin formalaşmasında, iqtisadi və mədəni inkişafında böyük rolu və əməyi olub.

Bu anlamda “Bakılı” indentifikasiyası sırf sosial fenomendir və bu anlayışın hansısa konkret bir etnosla bağlılığı yoxdur. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, bütün dünyada gedən urbanizasiya proseslərinin orqanik bir hissəsi idi. Aktual olduğu üçün bu mövzu haqda daha ətraflı yazdığım “Bir daha rusdilli mövzusu haqda” məqaləsini maraqlananlara tövsiyə edirəm.

“Bakılı” anlayışı artıq tariximizin bir hissəsidir, deməli “Bakılılar günü”nün qeyd olunmasında da heç bir qəbahət yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel