Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanlı mühacirlər vətənə qayıtsınmı?

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
12 Dekabr 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Unnamed (1)

Əli Əkbər. İsveçrə, 2018

Paylaş

Bu çətin, lakin həyati sualı cavablandırmaq öhdəliyini üstümə götürmək istəməzdim. Qələbə eyforiyasının başlarda dolaşdığı bu günlərdə xüsusilə. İndi elə bir andır ki, yalnız emosional cavab və reaksiyalar hörmətdədir, qalanları könül bulandırır, qulağını tıxayıb qaçmaq, uzaqlaşmaq, eşitməmək istəyirsən. Odur ki, cavabımın ürəkaçan olmayacağını bəri başdan bildirmək istəyirəm. Qulağa xoş gələn sözlər yazmaq fikrim yoxdur.

Şəxsən “qayıdaq-qayıtmayaq?” sualları ilə üzləşdiyimdən, mühacirlərin vətənə mümkün qayıdışını iki baxımdan təhlil etmək istəyirəm – biri Azərbaycandakıların, digəri isə mühacirlərin özlərinin ovqatı nöqteyi-nəzərindən.

Azərbaycandakı qohum-əqrəba, dost-aşna, ictimaiyyət (tanınmış mühacirlərə ünvanla), qonum-qonşu “artıq qayıdın gəlin, qələbə də qazandıq, hər şey yaxşı olacaq” deyir, mühacirləri təhrik edirlər. Razılaşaq ki, olduqca cəlbedici səslənir, adamın ürəyini əridir, qarnını qıdıqlandırır. “Can!” hayqırıb təyyarəyə minmək istəyirsən. Ən azından “korona bitsin, qayıdacam” deyib, pandemiyanın sonlanmasını gözləyirsən. Bəs, sonra?

Avropadakı mühacirlərə verdiyim cavabı burada, olduğu kimi təkrarlamaq və bu bəndi sonlandırmaq istəyirəm, çünki uzatmağın mənası yoxdur: şayəd qayıtsanız, üç gün, üç gecə unudulmaz anlar yaşayacağınıza zəmanət verirəm. Sevincinizin bir adı olacaq – lülə kabab. Bəli, üç gün, üç gecə lülə kabab. Azərbaycanın, azərbaycanlılığın, vətən həsrətinin, dostun-aşnanın, qohum-əqrəbanın kvintessensiyası, cövhəri kimi lülə kabab. Dördüncü günün səhəri oyandığınızda dərin bir boşluq, mənasızlıq, heçlik sizi gözləyəcək. Heç lülə kabab da olmayacaq. Olsa da ilk üç gün, üç gecənin dadını verməyəcək.

Geriyə də yol yox, bütün körpülər yandırılıb, dərin peşmanlıq, kimlər üçünsə depressiya, ola bilsin hətta ağır forması…

Mənzərə aydın oldumu? Sonra demədi deməyin. İndi isə keçək vətənda faydalı ola biləcəyinə inanan, vətən üçün nəsə etmək istəyən, yaşadığı ölkədə işi-gücü, stabil gəliri, komfortlu həyatı olan peşəkar mühacirlərimizin gözləntilərinə.

Əzizlərim, Heydər Əliyev Havalimanında sizi bir dəstə gül və “Maybax”la qarşılamayacaqlar. Bunu sözgəlişi yazdım, demirəm ki, gül dəstəsi və maşın xəyal edirsiniz, amma etiraf edin ki, lazımlılığınıza dair içinizdə bir inanc var. Mən isə həmin o inancı narahat etmək, o inancınıza sataşmaq, sizi məyus etmək istəyirəm. İlk üç gün, üç gecə sizi də lülə kabab gözləyir. Dördüncü günün səhəri telefonunuz artıq susub, nə yazan var, nə zəng edən, nə dəvə qutabı yeməyə çağıran, nə bazlığa aparan. İçinizdə elə bir boşluq, elə bir kədər hiss edəcəksiniz ki, yalquzaq kimi aya ulamaq istəyəcəksiniz. Bəlkə də ulayacaqsınız.

Geriyə də yol yox, bütün körpülər yandırılıb, dərin peşmanlıq, kimlər üçünsə depressiya, ola bilsin hətta ağır forması…

“Bəs, nə edək? Axı vətənə faydalı olmaq istəyirik, azad edilmiş torpaqlarımızda bizim də bir əməyimiz, yurdumuza bir faydamız olsun istəyirik. Aramızda qaçqınlar var, torpaqlarımıza qayıtmaq istəyirik. Niyə arzumuzu qursağımızda qoyursan; bədbinliyini, qaramatlığını ülvi arzularımızın üstünə qusursan?”

Sualınızı eşitdim. İcazə verin cavablandırım.

1. Olduğunuz yerdə də faydalı ola bilərsiniz. Bunu İkinci Qarabağ müharibəsi dövründə, hətta ondan öncə və ondan sonra da gördük, görürük. Sizin media, ictimaiyyət, maraq qrupları ilə işləməyiniz Azərbaycana böyük, əvəzolunmaz dəstəkdir. Doğrudur, biz heç vaxt ermənilərin diasporası kimi diasporaya malik olmayacağıq. Bunun üçün sosio-tarixi səbəblərimiz olmayıb. Olanımız budur – “bir ovuc” adamla dünyada təmsil olunuruq, Avropada isə sayımız gülməli sayılacaq qədər azdır. Bu sayını itirməyə haqqımız yoxdur. Biz məhz harada, necə faydalı oluruq, yaxud ola bilərik – bu haqda dastan açmaq istəmirəm, onsuz da hamıya məlumdur. Bax, həmin o zərurət bizi burada saxlamalı, emosiyalarımıza məğlub olmağa qoymamalıdır. Olduğunuz yerdə qalın. Olduğunuz yerdə lazımsınız.

(Mənasızlar, lazımsızlar, “İlham istefa” qışqıranlar isə özləri bilərlər – onlar nə Azərbaycanda olanda bir yaraya dərman deyildilər, nə də Avropada olanda bir poxa yaramırlar).

2. Təsəvvürünüzün əksinə (əgər belə təsəvvürünüz varsa), Azərbaycanda kifayət qədər peşəkar kadr var və onlar demək olar ki, bütün strateji nöqtələrdə oturub işlərini görürlər. Yeri gəlmişkən, əldə olunmuş qələbədə həmin azərbaycanlıların əməyi ölçüyə sığmazdır. Arxa cəbhə, azı əsgərlərimiz qədər, bu qələbəni yaxınlaşdırmaqla məşğul idi.

Yəni, Azərbaycanda keyfiyyətli kadr partlayışı, profisiti yaşanmasa da, hər halda qıtlıq da yoxdur. Siz mühacirətdə ikən, ölkədə inkişaf gedib. Birini bilirsiniz, əlli birini bilmirsiniz. (Öz payıma da deyirəm bunları, sadəcə bir çoxunuzdan fərqli olaraq daxildən səhih məlumat toplamaq imkanım bir qədər çoxdur.) Odur ki, “mən peşəkaram, vətənə qayıtsam yüz faiz özümü realizə edə bilərəm, dövlət mənə bu imkanı yaradacaq” deyib təyyarəyə minməmişdən əvvəl, dediklərim haqda düşünün. Dövlətin hər bir peşəkara özünü realizə etdirmək kimi bir potensialı təəssüf ki, yoxdur. Yüz nəfərdən beşinə kabinet və portfel veriləcəksə, qalan doxsan beşi acığa düşüb küsəcək, dünənə qədər dərdindən öldüyü vətənini, dövlətini söyməyə başlayacaq.

Xülasə, özbaşınalıq sizə baha başa gələ bilər. İstədiyiniz qədər oksfordlu, kembricli, yelli olun, diplomunuza sadəcə təbəssüm edərlər, bu da ən yaxşı halda. Qəhqəhə ilə gülmələri də mümkündür.

3. “Qayıdış heçmi mümkün deyil? Axı, bu nə deməkdir? Bu nə dəhşətli bədbinlik, şeytani qaramatlıqdır?”

Kim dedi ki, mümkün deyil? Əlbəttə mümkündür. Sadəcə olaraq səbrli olmaq, gözləmək və ümid etmək lazımdır. Bircə ümidinizi itirməyin siz. Erkin Qədirli demişkən “yaxşı işlər yavaş-yavaş görülür”.

Azərbaycan savaşdan yenicə çıxıb. Ölkənin çiyinlərində bərpasını gözləyən nəhəng ərazilər var. Bizim üçün böyük perspektivlər açıldığı qədər, böyük əziyyətlər də bizi gözləyir. Sizin qayıdışınız tamamilə dövlətdən, onun ehtiyacından və sifarişindən asılıdır. Bu, yeganə mümkün opsiyadır. Dövlət sizi çağırmadıqca; qayıdış proqramını işləyib, hazırlayıb, elan etmədikcə; Azərbaycana döndüyünüz halda işlə və bütün zəruri ehtiyaclarınızla təmin olunacağınıza dair sizə zəmanət vermədikcə, yaşadığınız ölkəni atıb qayıtmağınızın bir adı olacaq – emosional idiotizm. Dövlət isə özü bilər – kimi seçib çağırar, kimi çağırmaz. Siz hamınız onun qərarından asılınız.

Bağışlayın, əgər sərt oldusa. Praqmatizmdən güclü silahımız olmamalıdır. Daşnaklara da praqmatizmlə qalib gəldik, çünki onlar özlərini emosional ceyranlar kimi aparırdılar, ona görə belə birabırcasına uduzdular.

Salamat qalın, ümidlə qalın.

Qarabağ Azərbaycandır!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör