Azlogos
  • Kimlər var
  • Bizi tanı

Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanlı alimə 5.3 milyon euro

AzLogos AzLogos
Elm
10 Dekabr 2019

Nüfuzlu Lundbeck fondu dünyanın altı aparıcı nevroloqunu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon euro) məbləğində mükafatla təltif edib. Bu haqda Danimarkanın Lundbek Fondunun rəsmi saytı xəbər yayıb. Mükafata layiq görülənlərin üçü Aarhus universitetinin, digər üçü isə Kopenhagen universitetinin professorudur. Onların arasında həmyerlimiz, AzLogos-un ideya müəllifi Məsud Aşina da var. O, 5.3 milyon euro məbləğində mükafata layiq görülüb. 

Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edən və tarixdə mislinə az rast gəlinən böyüklükdə qrantın qalibi olan Məsud Aşinanın tədqiqatları, baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə yönəlib. Onun elmi işi miqren tutmalarını stimulə edən faktorları daha yaxşı anlamağa yardım edən kliniki araşdırmalara və başqa tədqiqat metodlarına fokuslanıb. Onun tədqiqatlarının məqsədi miqren tutmalarının yaranmasında neyroiltihab proseslərinin rolunu izah etməyə və kalium kanalları altqrupunun aktivləşdirilməsinin gələcəkdə miqrenin müalicəsində tamamilə yeni müalicə üsullarının yaradılmasında istifadəsinə yönəlib.

Azərbaycanlı alimə 5.3 milyon euro

Fondun rəsmi məlumatında bildirilir ki, Danimarkanın aparıcı nevroloqlarına bu mükafatı verməkdə məqsəd, beyin problemlərini gündəmdə saxlamaqdır.

“Beynimiz bizim ən mürəkkəb orqanımızdır. Bu orqan bizim ətraf mühitlə qarşılıqlı əlaqəmizi idarə edir. Həmçinin beynimiz bizim psixoloji mənliyimizin mənbəyidir. Beyin o qədər mürəkkəbdir ki, biz hələ də onun dəqiq necə işlədiyinə və bəzi xəstəliklərin yaranma mexanizmlərinə dair bir çox fundamental suallara cavab tapmamışıq. Buna görə də biz qərara gəldik ki, qrantlarımızın əsas hissəsini məhz bu istiqamətdə araşdırmalara yönəldək.” Bu sözləri Lundbeck fondunun araşdırmalar direktoru Jan Egebjerg deyib.

“Beyin patologiyaları həm bundan əziyyət çəkən insanlar, həm də ölkəmizin iqtisadiyyatı üçün ciddi təhlükədir. Burada dünya əhalisinin yaşlanmasının da payı az deyil. 

LF Professoships proqramının məqsədi beynəlxalq nüfuza malik mütəxəssislərin rəhbərlik etdiyi əsaslı beyin tədqiqatlarına şərait yaradan mühitin inkişafına dəstək olmaqdır. Bu proqramın professorları fundamental beyin problemlərinin araşdırmalarına fokuslanmış şəxslərdir. Onların bu istiqamətdə rolu həm bilavasitə araşdırmalara nəzarət etmək, həm də növbəti nəsil yeni, gənc alimlərin yetişdirilməsidir.

Məsud Aşinadan başqa, mükafata layiq görülmüş beş professor aşağıdakılardır:

Poul Nissen, Molekulyar biologiya və genetika fakültəsi – DANDRITE, Aarhus Universiteti

Poul Nissen, spesifik zülalların atomar səviyyədən tutmuş hüceyrəaltı səviyyəyədək üç ölçülü strukturunu öyrənəcək. O, neyron və neyron əlaqələrini təşkil edən və onların yaranmasına yardım edən zülaların əsas mexanizmlərini daha yaxşı başa düşməyə imkan verəcək zülal strukturu modellərini analiz edəcək və quracaq. 

Jelena Radulovic, Biotibb fakultəsi, Aarhus universiteti

Jelena Radulovic`in tədqiqatları sırasında ortogenetika və xemogenetika kimi mürəkkəb texnikalar var. Siçanlar üzərində apardığı tədqiqatlarda o, xoşagəlməz xatirələrin dəqiq molekulyar mexanizmlərini və onların depressiyaların yaranmasına təsirini öyrənir. 

Andreas Kjær, Biotibb elmləri fakultəsi, Kopenhagen universiteti və Rigshospitalet

Andreas Kjær`in tədqiqatlarının məqsədi beynin ən bəd xassəli şişlərindən olan qlioblastomanı müəyyən etməyə və müalicə etməyə kömək edən molekulların yaradılmasıdır.

Ole Kiehn, Nevrologiya fakultəsi, Kopenhagen universiteti

Ole Kiehn`in araşdırmaları isə əsasən hərəki funksiyaları idarə edən beyin mərkəzlərini və üsusi neyronal zəncirləri izah etməyə istiqamətlənib.

Leif Østergaard, Kliniki tibb fakultəsi, Aarhus universiteti

Leif Østergaard`ın elmi işi beynin ən xırda damarlarının, kapilyarların beyin hüceyrələrini oksigen və qida maddələri ilə təmin etməsi prossesinin pozulmasının hansı nəticələrə gətirdiyini öyrənməyə yönəlib.

Mənbə: lundbeckfonden.com

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Il-manipolatore-affettivo-torna-sempre
Elm

Narsistlər. Kiçik dağları yaradanların dünyası

06 Noyabr 2020
suni et4
.

Süni ət – gələcəyin qidası

21 Sentyabr 2020
brain-wiring-vanweeden
.

Sosial beyinə doğru

11 Sentyabr 2020

Redaktorun seçimi

Cem Yılmaz və stereotiplər

Müharibə və milli efir

Elçibəy KQB arxivlərini niyə açmadı?

Teymur Daimi: “Arxasında ideya dayanmayan işlər mənasızdır”

Sabirin Ömər Faiq Nemanzadəyə yazdığı satiranın tarixçəsi

Qulu Məhərrəmli: “Nə qədər qucaqlanmalı insan var”

Cerald Koen: Mən niyə kapitalizmin əleyhinəyəm?

İctimai təmayül kütləvi təhtəlşüur kimi

Millilik ya bəşərilik – Kosmopolitanizmin tənqidi

Biznesdə kitabların yazmadığı şeylər – II Hissə

Göydən yerə

Avropanın tərk edilmiş məkanları

Gülüstan və Türkmənçay müqavilələrinin müsbət tərəfləri

«Taxt-tac oyunları»na niyə baxırsan?

Azərbaycan nefti – 1965-ci ildə

Kəpənəklər öləcək

Kərimlinin oynayan göz-qaşı və Qarabağ “dərdi”

Liberalizmin rus və türk optikasından Azərbaycan

5 əsas dinin yayılışı

Tolstoy və Şekspir

Fuad İbrahimov La Folle Journée festivalında

Samir Mirzəyevin yeni kitabı

“NoWar” – Qəhbəliyin bir başqa adı

Ruhun sintetik qidası

Seymur Baycandan incilər

Koqnitiv dissonans

Yemək və Yazı

Kitab oxumayan cahildir?

Sol və sağ liberalizm – ortaq məxrəc və ixtilaflar

Zülfiyyə Qurbanova: “Bizim cəmiyyətdə qadının ən böyük düşməni elə qadındı”

Azərbaycanlı alimə 5.3 milyon euro

AzLogos AzLogos
Elm
10 Dekabr 2019

Nüfuzlu Lundbeck fondu dünyanın altı aparıcı nevroloqunu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon euro) məbləğində mükafatla təltif edib. Bu haqda Danimarkanın Lundbek Fondunun rəsmi saytı xəbər yayıb. Mükafata layiq görülənlərin üçü Aarhus universitetinin, digər üçü isə Kopenhagen universitetinin professorudur. Onların arasında həmyerlimiz, AzLogos-un ideya müəllifi Məsud Aşina da var. O, 5.3 milyon euro məbləğində mükafata layiq görülüb. 

Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edən və tarixdə mislinə az rast gəlinən böyüklükdə qrantın qalibi olan Məsud Aşinanın tədqiqatları, baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə yönəlib. Onun elmi işi miqren tutmalarını stimulə edən faktorları daha yaxşı anlamağa yardım edən kliniki araşdırmalara və başqa tədqiqat metodlarına fokuslanıb. Onun tədqiqatlarının məqsədi miqren tutmalarının yaranmasında neyroiltihab proseslərinin rolunu izah etməyə və kalium kanalları altqrupunun aktivləşdirilməsinin gələcəkdə miqrenin müalicəsində tamamilə yeni müalicə üsullarının yaradılmasında istifadəsinə yönəlib.

Azərbaycanlı alimə 5.3 milyon euro

Fondun rəsmi məlumatında bildirilir ki, Danimarkanın aparıcı nevroloqlarına bu mükafatı verməkdə məqsəd, beyin problemlərini gündəmdə saxlamaqdır.

“Beynimiz bizim ən mürəkkəb orqanımızdır. Bu orqan bizim ətraf mühitlə qarşılıqlı əlaqəmizi idarə edir. Həmçinin beynimiz bizim psixoloji mənliyimizin mənbəyidir. Beyin o qədər mürəkkəbdir ki, biz hələ də onun dəqiq necə işlədiyinə və bəzi xəstəliklərin yaranma mexanizmlərinə dair bir çox fundamental suallara cavab tapmamışıq. Buna görə də biz qərara gəldik ki, qrantlarımızın əsas hissəsini məhz bu istiqamətdə araşdırmalara yönəldək.” Bu sözləri Lundbeck fondunun araşdırmalar direktoru Jan Egebjerg deyib.

“Beyin patologiyaları həm bundan əziyyət çəkən insanlar, həm də ölkəmizin iqtisadiyyatı üçün ciddi təhlükədir. Burada dünya əhalisinin yaşlanmasının da payı az deyil. 

LF Professoships proqramının məqsədi beynəlxalq nüfuza malik mütəxəssislərin rəhbərlik etdiyi əsaslı beyin tədqiqatlarına şərait yaradan mühitin inkişafına dəstək olmaqdır. Bu proqramın professorları fundamental beyin problemlərinin araşdırmalarına fokuslanmış şəxslərdir. Onların bu istiqamətdə rolu həm bilavasitə araşdırmalara nəzarət etmək, həm də növbəti nəsil yeni, gənc alimlərin yetişdirilməsidir.

Məsud Aşinadan başqa, mükafata layiq görülmüş beş professor aşağıdakılardır:

Poul Nissen, Molekulyar biologiya və genetika fakültəsi – DANDRITE, Aarhus Universiteti

Poul Nissen, spesifik zülalların atomar səviyyədən tutmuş hüceyrəaltı səviyyəyədək üç ölçülü strukturunu öyrənəcək. O, neyron və neyron əlaqələrini təşkil edən və onların yaranmasına yardım edən zülaların əsas mexanizmlərini daha yaxşı başa düşməyə imkan verəcək zülal strukturu modellərini analiz edəcək və quracaq. 

Jelena Radulovic, Biotibb fakultəsi, Aarhus universiteti

Jelena Radulovic`in tədqiqatları sırasında ortogenetika və xemogenetika kimi mürəkkəb texnikalar var. Siçanlar üzərində apardığı tədqiqatlarda o, xoşagəlməz xatirələrin dəqiq molekulyar mexanizmlərini və onların depressiyaların yaranmasına təsirini öyrənir. 

Andreas Kjær, Biotibb elmləri fakultəsi, Kopenhagen universiteti və Rigshospitalet

Andreas Kjær`in tədqiqatlarının məqsədi beynin ən bəd xassəli şişlərindən olan qlioblastomanı müəyyən etməyə və müalicə etməyə kömək edən molekulların yaradılmasıdır.

Ole Kiehn, Nevrologiya fakultəsi, Kopenhagen universiteti

Ole Kiehn`in araşdırmaları isə əsasən hərəki funksiyaları idarə edən beyin mərkəzlərini və üsusi neyronal zəncirləri izah etməyə istiqamətlənib.

Leif Østergaard, Kliniki tibb fakultəsi, Aarhus universiteti

Leif Østergaard`ın elmi işi beynin ən xırda damarlarının, kapilyarların beyin hüceyrələrini oksigen və qida maddələri ilə təmin etməsi prossesinin pozulmasının hansı nəticələrə gətirdiyini öyrənməyə yönəlib.

Mənbə: lundbeckfonden.com

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Il-manipolatore-affettivo-torna-sempre
Elm

Narsistlər. Kiçik dağları yaradanların dünyası

06 Noyabr 2020
suni et4
.

Süni ət – gələcəyin qidası

21 Sentyabr 2020
brain-wiring-vanweeden
.

Sosial beyinə doğru

11 Sentyabr 2020

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel