Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Azərbaycanda memuar ədəbiyyatına dair

Toğrul Maşallı Toğrul Maşallı
., Kültür
06 Noyabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
18768466 1664369083591355 6281179291623724544 o
Paylaş

Son illər memuar ədəbiyyatına maraq ciddi surətdə artıb. Kitab mağazaları futbolçulardan başlamış, keçmiş narkobaronların memuarları və ya onlar haqda kitablarla doludur. Hətta iqtisadi kitablar rəfinə baxsaq, adətən ya Stiv Cobs, ya da Bil Qeyts-in uğur hekayəsini görəcəyik. Hansısa nəzəri kitab tapmaq çətindir.

Məhz bu şəraitdə, AzLogos-da Günel Mövlud “Azərbaycanlılar niyə memuar yazmır?” sualını verdi, Əli Novruzov isə cavab olaraq “Azərbaycanlılar həqiqətənmi memuar yazmır?” yazdı. Bu diskussiyada mən daha çox Əlinin tərəfindəyəm və şəxsi təcrübəmdən yola çıxaraq, mövzuya dair bir neçə qeydimi paylaşmaq istəyirəm. İlk əvvəl qeyd etməliyəm ki, Azərbaycanda memuar yazılıb, hətta çoxlu sayda. Sadəcə, təəssüflər olsun bu memuarları oxuyan olmayıb.

Vaxtilə mən, “Azərbaycan 1918-ci ildə” layihəsi üzərində çalışarkən bir çox ya dərc olunmamış, ya da geniş auditoriyaya bəlli olmayan mənbələri tapmışdım. Misal üçün, 1918-1920-ci illərdə Naxçıvan barədə tarixşünaslığımız adətən dəqiq məlumat verə bilmir. Dövr ya buraxılır, ya ümumi vəziyyət barədə 1-2 səhfəlik məlumat verilir. Ümumiyyətlə, bizim tarix elmi bölgələri yox, daha çox Bakını tədqiq etməyə çalışır. Amma bu, bir qədər başqa məsələdir. Müvafiq olaraq 1918-ci ildə Naxçıvanda baş verənləri başa düşmək üçün mənbələr axtarışına düşdüm və 1993-cü ildə Bakıda dərc olunmuş M.B. Əliyevin “Qanlı günlərimiz” adlı əsəri ilə rastlaşdım. Müəllif gündəlik formatında apardığı qeydləri bir əlyazmaya toplamışdı və 1993-cü ilə kimi bu əlyazma Elmlər Akademiyasının Əlyazmalar institutunda saxlanılırdı. Bununla belə, eyni dövrə aid olan daha bir əsəri tapmaq mümkün oldu – bu da Lətif Hüseynzadənin 1933-cü ildə dərc etdiyi xatirələr idi. Bu siyahıya 1919-cu ildə “Azərbaycan” qəzetində dərc olunmuş Nağdalizadənin də xatirələrini əlavə etmək olar. Başqa sözlə – eyni bölgə və eyni dövr haqqında ən azı bir-birindən fərqli 3 mənbə mövcuddur.

Azərbaycan tarixində ümumiyyətlə hər hansı bölgə və ya dövr (Bakını çıxmaq şərti ilə) haqqında bir-birindən asılı olmayan və real hadisə iştirakçılarının qələmə aldığı üç memuarın olması xüsusi haldır (müqayisə üçün, Göyçay və ya Masallı bölgəsi haqda heç nə tapa bilməyəcəksiniz). Bu mənbələrə sənədləri də əlavə etsək, real hadisələrin tam görüntüsünü əldə edə biləcəyik. Yəni hətta belə çətin dövr üçün biz, tarixi mənbələr cəhətindən çox “zənginik”.

Başqa məsələ ki, bu mənbələr ya dərc edilmir, ya da məşhur deyil. Misal üçün, Ə. Novruzov qeyd edir: “Bəzi ədəbiyyat və mədəniyyət xadimləri özləri yazıb, yazmaq istəməyənləri isə Sovet İttifaqı az qala silah gücünə məcburən yazdırıb. Xüsusən də sovetin ilk dövrlərində…”. Buna əlavə olaraq deyə bilərəm ki, yalnız ədəbiyyat və mədəniyyət xadimlərinə yox, ümumiyyətlə o dövrdə baş verən hadisələrdə iştirak edən hər bir kəsə xatirə yazmaq məcbur edilmişdi. Misal üçün, Sovet dövründə dərc olunmuş bir çox kitablarda arxivlərdə qalan Həmid Sultanovun xatirələrinə istinad var (1918-ci ilin mart hadisələrinə dair). Amma bu xatirələri nə indiki dövrdə (siyasi baxışlara görə), nə də sovet dövründə (repressiya olunduğuna görə) heç kim dərc etməyib.

Eyni vəziyyət bir çox başqa mənbələrdə də müşahidə olunur. Ən absurdu, 1918-1919-cu illərdə mövcud olmuş Muğan Respublikasına aiddir. Bizim tarixşünaslıq yalnız Sovet dövründə dərc olunmuş rəsmi məlumatlara, bəzən də dövrün “Azərbaycan” qəzetindəki məqalələrə əsaslanır (hətta bu məqalələr arasında seçim edilir. Bəzi məqalələr rəsmi mövqeyi əks etdirmədiyinə görə “buraxılır”). Nəticədə Muğan bölgəsinin o dövrünə dair ən səhih məlumat Rostovda fəaliyyət göstərən alimlər – O.M. Morozova və T.F. Yermolenkonun kitablarında var.

Don universitetinin alimləri Bakıya gəlib, burada arxivdə olan hadisə iştirakçıların memuarlarını və hətta 20-ci illərdə hər hansı hadisəyə həsr olunmuş “xatirə gecə”-lərinin stenoqramlarını toplayıb, kifayət qədər dəqiq və ətraflı məlumat verməyi bacarıblar. Yəni bütün memuarlar var. Memuar yazanlar sırasında bölgədə yaşamış azərbaycanlılar da var: Q.A. Məmmədov, Ş. Axundzadə, Sadıxov və digərləri. Amma bu adlar bizə heç bir şey demir, çünki onların yazdıqları adətən arxivlərdə və ya Əlyazma institutundadır. Dərc etməyə gah siyasi konyuktura, gah vəsaitsizlik, gah da digər məsələlər mane olur.

Məhz buna görə, azərbaycanlılar ilə müqayisədə bizdə o dövrdə Bakıda yaşamış ingilislər və ya digər millətlərin nümayəndələri «daha çox memuar yazan xalq» təsəvvürü yaradır. Hətta XXI əsrdə olmağımıza baxmayaraq, biz bu xatirələrdən istifadə edə bilmirik. Misal üçün, Britaniya, Avstraliya və Yeni Zelandiya öz arxivlərini tədricən rəqəmsallaşdırırlar. Nəticədə biz, sıravi Avstraliya əsgərinin Bakı barədə xatirələrini oxuya bilirik. Azərbaycanda bunu edən yoxdur (Əlyazmalar institutu bunu çox məhdud şəkildə edir).

Burada yeri gəlmişkən, Ə. Novruzovun qeyd etdiyi ikinci məsələyə keçirik. O qeyd edib ki, ““İkinci Respublikanın sonu” kitabı əslində iki hissədən ibarətdir, amma mənim üçün qeyri-müəyyən qalan səbəbdən hər kəs bu kitabın Rasim Ağayev tərəfindən yazılmış ikinci hissəsini unudur”.

Səbəb çox sadədir. Vaxtilə Zərduşt Əlizadə bu kitabın özünə aid hissəsini internetdə yerləşdirməyə icazə vermişdi, amma Rasm Ağayev müvafiq icazəni verməmişdi. Ona görə kitabı oxumaq üçün ən azı Axundov kitabxanasına getmək lazımdır. Z. Əlizadənin hissəsi isə azeribook saytında var. Yəni ən əsas məsələ əlçatımlılıqdır. Eyni məsələ 90-ci illərə aid bütün xatirə və memuarlara da aiddir. Vaxtilə meydan.tv-də Zərduşt Əlizadə Zaur Qurbanlının verdiyi eyni suala cavabında bildirmişdi ki, 1989-1990-cı illər hadisələrinə dair bir sıra kitablar var (kifayət edir, ya etmir bu artıq başqa məsələdir). Amma məsələ ondadır ki, bu kitabları ya hardansa əldə etmək lazımdır, ya da kitabxanalarda axtarmaq lazımdır. Bizim dövrümüzün əsas mənbəsi olan internetdə onları tapmaq demək olar ki, mümkün deyil.

Nəticə etibarilə insanlarda çox da adil olmayan bir təəssürat yaranır ki, azərbaycanlılar ümumiyyətlə memuar yazmır. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, başqa bir tendensiya mövcuddur. Məhdud olaraq 80-90-cı illəri araşdıra bilsək də, 90-cu illərin sonunu araşdıra bilmirik? 2000-ci illəri bəs? Ola bilər vacib hadisələr baş verməyib, amma hətta bu illər də tədqiqatçılar üçün maraqlıdır. Qəzet məqalələri və ya sənədlər tam təsəvvür yarada bilməz. Daha aydın başa düşmək üçün bizə memuarlar da lazımdır.

Bununla belə, indi fikrimcə həm Günel Mövlud, həm Əli Novruzov da memuar yaza bilərlər. Misal üçün, Əli Novruzov AFU barədə xatirələrini bölüşə bilər. Hətta mən belə düşünürəm ki, 5-10 ildən sonra REAL ilə bağlı bütün fikirlərimi və xatirələrimi toplayıb, memuar tipli bir əsər yazım. Yəni indiki dövrdə hər şey bizim əlimizdədir.

Yeri gəlmişkən, gündəlik məsələsinə dair, babam bir çox əsərlərini məhz gündəliklərinə əsasən yazıb. O, uzun illər, müxtəlif formatlarda gündəliklər aparıb və bəzən hadisələr barədə xatiratını gündəliklər əsasında bərpa edib. Nəticə etibarilə onun adəti onun oğluna – atama, ondan sonra isə mənə keçib. Müvafiq olaraq, ailədə müəyyən mənada həm gündəlik, həm kartoteka aparmaq ənənəsi yarandı. Qonşu Rusiyada bu adət 17-18-ci əsrlərdə yaranmışdı. Bizdə obyektiv amillərlə bağlı bir qədər gecikmə var. Fikrimcə müəyyən qədər zaman keçəndən sonra, Azərbaycanda da memuar əlindən tərpənmək olmayacaq. SadəcəfFacebook və internet hesabına onlar tam başqa formatda olacaq və insanlara yalnız bu məlumatları toplamaq qalacaq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör