Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Azərbaycanda diktaturanın tarixi kökləri

Tural Həmid Tural Həmid
., Mövqe
31 Avqust 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Unsanctioned meeting in lenin Square, Baku

Image: 0037998561, License: Rights managed, Multi-thousand-strong meeting, organized by the initiative of the Preople's Front of Azerbaijan, in Lenin Square, Baku, Azerbaijan as a Soviet republic., Place: Baku,Azerbaijan, Model Release: No or not aplicable, Credit line: profimedia.cz, Topfoto

Paylaş

Ölkədə bir çox şəxsin Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisəsini apararaq “niyə orada bu, belədir, ancaq bizdə belə deyil” sualları ilə qarşılaşırıq. Azərbaycanlıların əksəriyyəti Qərb ölkələrindəki demokratiyanın rahatlıqla bu ölkədə də tətbiq edilə biləcəyinə inanır. Onların düşüncəsinə görə, bunun üçün sadəcə iqtidar dəyişikliyi olması və rəhbərliyə xalqın qeydinə qalacaq bir siyasi elitanın gəlməsi yetərlidir. Reallıq bu qədər sadədirmi? Deyil. Hər bir ölkənin idarəetmə sistemi onun tarixində gedən proseslərin nəticəsində formalaşır. Buna təsir edən 2 vacib amil var.

1- Kapitalizmin ən yüksək mərhələsinə çatılması

2- Qədimdən gələn dövlətçilik ənənəsi

1-ci sıradakı dövlətlərə inkişaf etmiş ölkələr daxildir. Bu dövlətlərdə tarix boyunca güclü mərkəziyyətçilik və dövlətin başında mütləq hakim krallar durduğu zamanlarda indiki Asiya ölkələrindən (o cümlədən Azərbaycanın içində olduğu İrandan) xüsusi bir fərqləri yox idi. Çünki həm Avropa, həm də Asiya dövlətləri eyni ictimai iqtisadi formasiyada (feodalizmdə) yaşayırdılar.

16-cı əsrdə Avropada burjua inqilabının baş verməsi təkcə kilsəni deyil, eyni zamanda idarəetmə sistemini də tamamilə dəyişdirdi. Dövlətin başında duran kralların gücü getdikcə azaldı, xalqın hakimiyyətə təsir etmə imkanları çoxaldı. İctimai-iqtisadi münasibətlər sənayenin formalaşması ilə yeni bir ictimai iqtisadi formasiyaya (kapitalizmə) çevrildi. Beləcə, kapitalizmin yaranması və inkişafı dövlətin idarəetmə sistemini dəyişdirdi. Bu dəyişiklik özündə demokratiyanı da gətirdi. Hazırda Avropada bu formada idarəçilik inkişaf etmiş kapitalizmin yaratdığı ənənədir. Kapitalizmin zəif inkişaf etdiyi və yaxud demək olar ki, inkişaf etmədiyi Şərqi və Cənubi Avropanın bəzi ölkələrində demokratik idarəetmədə problemləri indiki dövrdə də görürük. Məsələn, Bolqarıstan, Çernoqoriya, Rumıniya, Albaniya, Polşa kimi dövlətlərdə Qərbi və Şimali Avropa ilə müqayisədə kapitalist iqtisadi münasibətlərin yarımçıq inkişafı onlarda tam demokratik institut yaratmağa mane olur. İndiki dövrdə bu ölkələrdə nisbi demokratiya da Avropa İttifaqının təzyiqi (təsiri) vasitəsi ilə formalaşıb.

Azərbaycanda isə heç vaxt Qərbi Avropanın yolu keçilməyib. Azərbaycan Sasanilər imperiyası tərkibində Avropadan əvvəl feodalizmə keçsə də, bu münasibətlər 19-cu əsrin sonlarına qədər dağılmadı. 1828-ci ildə Çar Rusiyasının tərkibinə keçdikdən sonra yalnız 19-cu əsrin sonlarında Bakıda neft sənayesinin hesabına kapitalist iqtisadi münasibətlər formalaşdı. Buna görə də, Azərbaycan tarixində yeganə seçkili demokratik idarəetmə qurumu olan Bakı Soveti məhz burada formalaşdı. Azərbaycanın digər regionlarındakı feodal ictimai münasibətlə 1917-ci ildə Bakıdakı kimi demokratik idarəetmə forması yarada bilmədi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulması ərəfəsində həm yazıb-oxuma baxımından, həm də siyasi aktivlik baxımından Bakı və regionlar arasında dərin bir uçurum var idi. Sovet hakimiyyəti dönəmlərində bu uçurum aradan qaldırılmağa başlandı.

İlk olaraq 1940-ci illərin əvvəllərinə qədər ölkədə savadsızlıq ləğv edildi, digər regionlarda yaradılan sənaye sahələri və digər iqtisadi tədbirlər nəticəsində Bakı və regionlar arasında uçurum praktiki olaraq yox oldu. Ancaq yox olmayan bir şey var idi: feodal patriarxal ənənələr. Sovet dövründə də dövlət aparatı feodal qalıqlardan qurtula bilmədi. Bu, özünü dövlət əmlakından keyfi istifadə, rüşvət, qohumbazlıqla göstərirdi. Azərbaycan SSR-dəki qeyd etdiyim bu nüanslar keçmiş SSRİ-nin hər yerində var idi (kapitalist münasibətlərin inkişaf etdiyi regionlar-Baltikyanı ölkələr və Sankt Peterburq istisna). Yuxarıda qeyd etdiyim Avropa dövlətləri olan Rumıniya, Bolqarıstan kimi ölkələrdə rüşvətin bu qədər çox olması, Azərbaycan kimi yarımçıq kapitalizm dövrü keçməsi və feodal münasibətlərdən tam olaraq qurtula bilməməsi ilə bağlıdır. Misal olaraq, Rumıniyanın kommunist lideri Çauşeskunun öz xanımı Yelenaya layiq olmadığı halda dövlət vəzifələri verməsi, 1990-lardan sonra siyasi sistemin dəyişdiyi Rumıniyada prezident Trayan Beseskunun öz qızı Yelenanın Avropa parlamentinə seçilməsinə şərait yaratması göstərilə bilər. Bu feodal münasibətlər açıq aydın özünü Kommunist blokun çökməsi ilə göstərməyə başladı. SSRİ-yə daxil olan Baltikyanı ölkələr çox rahatlıqla demokratik idarəetmə sistemini formalaşdırdılar. SSRİ-yə daxil olan digər 12 respublika isə bu nailiyyəti əldə edə bilmədi. Azərbaycanda indiki idarəçilik bir çox azərbaycanlının fikrinə görə SSRİ-nin mirasıdır. Reallıqda bütün bunlar feodal ictimai münasibətlərin qaldığı bütün ölkələrdəki tarixi qanunauyğunluqdur.

2-ci punktda olan dövlətlər isə tarixi inkişaf mərhələsi baxımından kapitalist ictimai-iqtisadi münasibətləri keçməmiş, ancaq buna baxmayaraq tarixi idarəetmə ənənələrə görə demokratik olan dövlətlərdir. Bu dövlətlərə dair misal çəkmədən öncə tarixi idarəetmə ənənələrinin nə olduğunu qeyd edim. 1-ci punktda qeyd etdiyim dövlətlər tarixi olaraq mərkəziyyətçi idarəetmə quruluşundan keçdikləri üçün onlarda xalqın dövlət idarəetməsində iştirakı üçün müxtəlif zaman aralığı lazım oldu. Bu idarəetmə inqilablar, kilsənin gücünün zəifləməsi, feodal ənənələrin kapitalizmin inkişafı ilə məhvi və s. səbəblərdir.

Tarixi idarəetmə baxımından mərkəziyyətçi olmayan dövlətlərdə isə bu kimi mərhələ keçməyə ehtiyac yoxdur. Misal üçün qədim türk xalqlarını götürək. Türklərin qurduğu Göytürk, Uygur, Qırğız, Xəzər xaqanlığında (monqol dövlətlərində də bu formada dövlət ənənəçiliyi var idi) dövlətin başçısı müxtəlif tayfa liderlərinin birlikdə iştirak etdiyi qurultay vasitəsi ilə seçilirdi. Burada mərkəzləşmiş dövlətlərdə (İran misalında) olduğu kimi idarəçilik atadan oğula keçid prinsipi ilə getmirdi. Dövləti idarə edəcək şəxsin bacarıqlı sərkərdə olması və böyük ərazilər fəth etməsi də xan (xaqan) seçilməsi üçün kifayət deyildi. Misal üçün, Çini fəth edən Kubilay xan digər monqol boyları ilə münasibətləri kəskinləşdirdiyi üçün Münke xanın ölümündən sonra xan seçilmədi. Monqol boylarının hərəsinin ayrıca qurultay formalaşdırması ölkədə ikihakimiyyətlilik yaratdı. Beləcə, xan (xaqan) seçilməsi üçün qurultayda iştirak edən boyların ümumi səsverməsi vacib idi. Güc yolu ilə hakimiyyəti ələ keçirmə dövlətin bölünməsi, digər tayfaların ayrıca bir dövlət qurması ilə nəticələnirdi. Bu, step demokratiyasının xüsusi bir nümunəsidir.

Türk xalqlarında bu dövlətçilik ənənəsi İran coğrafiyasına girənə qədər davam etdi. İlk dəfə Qaraxanilər dövləti step demokratiyasından imtina edərək, mərkəzləşmə və aşağıdan yuxarı iyerarxik tabeçilik sisteminə keçidi başlatdı. Bu ənənəni daha sonra Qəznəvilər, Səlcuqlar, Osmanlılar, Hülakülər, Şirvanşahlar, Səfəvilər, Qacarlar, Şeybanilər, Teymurilər və s. türk dövlətləri davam etdirdi. Beləcə, 10-cu əsrdən etibarən türk xalqlarında olan ənənəvi idarəçilik sistemi təkcə qırğız, uyğur və monqollarda qaldı. İndiki Azərbaycanı formalaşdıran oğuz türkləri də Oğuz yabqu dövlətinin içərisində konfederativ boylar formasında təmsil edilirdi. Oğuz türkləri Səlcuq türkləri adı ilə cənuba doğru hərəkət etdikdən sonra İranı ələ keçirdi və keçmiş ənənəvi sistemi tamamən unutdu. Beləcə, İran coğrafi arealı türklərin əlinə keçsə də türklər bu arealın içərisində step mədəniyyətini itirdilər və iranlılara çevrildilər.

Bu tarixi transformasiyanı müasir dövrdə də görürük. İran coğrafi arealına daxil olan Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan kimi dövlətlərdə dövlət sisteminin sərt şəkildə inzibatçı, mərkəziyyətçi və iyerarxik olması bu sistemin qalığıdır. Bu dövlətlərin bütün səlahiyyətləri əlində cəmləmiş super prezident respublikaları olması, dövlət idarəçiliyində qohumbazlığın, orta əsrlər İranında hakimiyyətin irsi şəkildə atadan oğula keçməsinin bir başqa formada təzahürüdür. Bu kimi ölkələrdə diktatura olması tarixi qanunauyğunluqdur. Başqa bir formada desək, xalq yumşaq idarəçiliyi hakimiyyətin zəifliyi kimi görür və bütün bunlar hərc-mərcliklə nəticələnir. Bunu Mirzə Fətəli Axundov “Aldanmış kəvakib” povestində çox ustalıqla göstərir.

Qırğız və monqollarda isə tarixi ənənəvi idarəçilik heç bir zaman dəyişmədi. Bu səbəblə Sovet İttifaqı tərkibində olan Qırğızıstan və “Kommunist blok”-da olan Monqolustanda demokratik idarəçiliyə keçid rahat baş verdi. Qırğızıstanda bir müddət Əsgər Akayevin diktaturası olsa da sonda bu iqtidar xalq tərəfindən devrildi, prezident Kurmanbek Bakiyevin devrildiyi ikinci inqilabdan sonra ölkə parlament respublikasına keçidi tamamladı. Hazırda Qırğızıstan demokratik cəmiyyət qurma yolunda inamla irəliləyir. Monqolustan isə Qırğızıstanla müqayisədə keçid dövrünə ehtiyac duymadı və 1991-ci ildən etibarən demokratik idarəçiliyə keçid başlandı. Hazırda Monqolustan dünyanın ən demokratik ölkələrindən biri hesab edilir.

Nəticə

Azərbaycan tarixində mərkəziyyətçi İran idarəetmə sistemi ilə formalaşmayan dövlətlər də mövcud olub. Misal üçün Qaraqoyunlu və Ağqoyunlu. Həm Qaraqoyunlu, həm də Ağqoyunlu köçəri türk tayfalarının konfederativ birləşməsindən formalaşmış dövlət idi. Qaraqoyunlu və Ağqoyunlunun ilkin türk dövlətlərindən fərqi dövləti idarə edəcək şəxsin tayfa başçıları tərəfindən seçilməməsi idi. Bu mənada Qaraqoyunlu və Ağqoyunlu dövlətləri iyerarxiya baxımından İran, tayfa konfederasiyası baxımından isə ilkin türk dövlətlərinin idarəetməsini saxlayırdı. Azərbaycan, tarixdə mərkəziyyətçi olmadığı üçün bu iki dövlətə yad münasibət var. Vladimir Minorskiyə görə, həm Qaraqoyunlu, həm də Ağqoyunlunun saray və ədəbi dili türk dili (Azərbaycan dili) olsa da bu reallığa müasir tarixçiliyimizdə bir o qədər də əhəmiyyət verilmir. Həm Azərbaycan xalqının formalaşması, həm dövlət idarəçiliyinin əsası və rəsmi dil baxımından Səfəvilər əsas bazis kimi götürülür.

Azərbaycanda digər konfederativ idarəetmə isə Car Balakən camaatlığı olub. Car, Balakən, Tala, Cinıx və Muxax camaatlarının birləşməsindən formalaşan idarəetmə federativ demokratik respublika nümunəsini xatırladırdı. Bu dövlət Çar Rusiyasına Azərbaycanda yeganə məğlubiyyəti yaşatmışdı (1804-cü il, Car döyüşü). Buna baxmayaraq, Çar Rusiyasına ciddi bir müqavimət göstərməyərək məğlub olan Cavad xan qəhrəman kimi ideallaşdırılsa da, Çar Rusiyasına qalib gələn Əliskəndi haqqında demək olar ki, heç nə danışılmır. Bu amili həm regional, həm də digər səbəblərlə izah etmək mümkündür. Fikrimcə, bu dövlətlərə yad münasibət, onlara güclü mərkəzləşmiş dövlət ənənəsindən kənar olan yad ünsürlər kimi baxılmasının nəticəsidir. Güclü dövlət xalq ənənəsinə görə, qeyri-məhdud səlahiyyətlərə malik, minimal şəkildə belə regional idarəetməyə izn verməyən liderin formalaşdırdığı dövlətdir. Bu təfəkkürdə olan toplum üçün hakimiyyət səlahiyyətlərinin minimal şəkildə xalqa təhvil verilməsi dövlətin dayaqlarına təhlükədir.

Beləcə, Azərbaycanda diktaturanın qanunauyğunluğunu kapitalist ictimai-iqtisadi münasibətləri tamamlamadan birbaşa sosializmə keçməsində və İran idarəetməsinə xas mərkəziyyətçi despot ənənə ilə izah edilməlidir. Tarixi ənənə dəyişilmədiyi üçün yalnız kənar təsir bu idarəetməni müəyyən dövr ərzində dəyişmə imkanına malikdir. Bu isə zamanın işidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör