bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycan iqtisadiyyatı 1996-cı ildə

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
19 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
1446653437 baki bulvari
Paylaş

Uzun illərdir Azərbaycan maarifçi və intellektualları ölkədə rüşvətxorluğun səbəbini başa düşməyə çalışırlar. Kimsə bunu Rusiya ilə, kimsə isə hətta Şah Abbas ilə əlaqələndirir. Bəzən bunu milli mentalitetin bir hissəsi kimi də qəbul edirlər. Bu diskussiyaya, keçmiş səhiyyə naziri Əli İnsanov da ucundan qoşuldu.

Bu yaxınlarda verdiyi müsahibələrindən birində rüşvətxorluq haqqında suala cavab verərkən, onun səbəbini belə göstərdi: “1996-ci ilin büdcəsini qaldırıb baxsanız, Azərbaycanın hər bir vətəndaşının müalicəsi üçün il ərzində səhiyyə nazirliyinə 1 dollardan bir az artıq vəsait ayrılırdı. Həkimlərin aylıq maaşı isə 6,5 dollar idi. İndi siz özünüz nəticə çıxarın belə bir şəraitdə əlbəttə ki, rüşvət, o dediyiniz neqativ hallar – elə bil mühitdir ki, orada mütləq yarana bilər”.

Ə. İnsanov maraqlı 1996-ci ili yada saldı. Düzdür, rüşvətxoluğun səbəbləri heç də 1996-ci ildə baş vermiş hadisələrlə bağlı deyil. Amma müasir Azərbaycanın iqtisadi tarixində bu il, vacib hesab olunur. Misal üçün, Vikipediyaya görə 1996-ci ildə “makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü” başlayıb. Ölkə yalnız dünya neft bazarına Bakı-Novorossiysk neft kəməri ilə çıxmağa hazırlaşırdı. Hər hansı iri neft gəlirləri barədə söhbət belə yox idi. Yaxşı, bəs indiki Azərbaycanla, 1996-ci ilin Azərbaycanı arasında hər hansı iqtisadi fərq varmı?

Adətən dövrlərin müqayisəsində, ilk əvvəl Ümumi Daxili Məhsul (ÜDM) və bir sıra digər makroiqtisadi göstəricilər nəzərdə tutulur. Bu cəhətdən əlbəttə ki, ciddi fərq var. 1996-ci ildə insanlar hələ “denominasiya” (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi) anlayışı ilə tanış deyildilər və bütün məsələlər “məmməd”, “şirvan” ilə həll olunurdu. Nəticə etibarilə, 1996-ci ilin ÜDM-i 13 663 milyard manat təşkil edirdi. Rəqəm cəhətdən çox yüksək görünsə belə, indiki pula çevirəndə bu 2 732,6 milyon manat edir. Ümumiyyətlə o zaman dövlət büdcəsi və bir sıra digər göstəricilər milyon manat ilə ölçülürdü.

Bunun da əsas səbəbi kimi yüksək inflyasiya göstərilirdi. Belə ki, 1994-cü ildə 1887 %-lik inflyasiya səviyyəsi qeydə alınmışdı. 1995-ci ildə bu göstərici bir qədər endi və 511,8% təşkil etdi. Sabitlik dövrünün başlanğıcında isə inflyasiya “sabit” səviyyəyə – 19,9%-ə kimi enmişdi. Bu da müəyyən qədər uğur idi (müqayisə üçün 2017-ci ili qiymət artımı cəhətdən əhali ağır keçirmişdi və yüksək inflyasiya qeydə alınmışdı – 12,9%).

Daha bir makroiqtisadi göstərici – ÜDM-in artımı və ya iqtisadi artımdır. 1996-ci ilin nəticələrinə görə, iqtisadiyyat 1,3% artmışdı. Düzdür, 2018-ci ildə də 1,4%-lik artım müşahidə olunmuşdu, amma 79 milyard manatlıq və 2,7 milyard manatlıq ÜDM artımı arasında ciddi fərq var. Bunu biz real göstəricilərdə də müşahidə edə bilərik. Rəsmi məlumata görə, 1996-ci ildə mövcud olan iqtisadiyyat 1990-cu ilin 28%-nə bərabər idi. 1990-cu ildən normal səviyyədə (ən azı rəsmi rəqəmlərə görə) əsasən su təchizatı və kommunal xidmətlər qalmışdı (azalma 10-30% təşkil edirdi). Bu da əlbəttə ki, ehtiyac ilə bağlı idi. Kommunal xidmətlərin azalması digər problemləri yarada bilərdi. Ümumi vəziyyət isə müəyyən qədər bərbad idi. Adambaşına ÜDM 357,2 manat təşkil edirdi, 1 dollar isə 4295,5 manata (yeri gəlmişkən, indiki pul ilə 0,8591 AZN edir) bərabər idi.

Amma bir vacib məqam var idi. İqtisadi göstəricilərin zəif olmasına baxmayaraq, ölkə iqtisadiyyatının böyük hissəsi özəl sektor ilə bağlı idi. Rəsmi rəqəmlərə görə, müəssisələrin 48%-i qeyri-dövlət idi. Düzdür, indi bu göstərici daha yüksəkdir, amma ölkənin iri şirkətlərin böyük hissəsi dövlətə aiddir. Və əgər 1996-cu ildə “dövlət müəssisələrinin müqavilə əsasında idarəetməyə verilməsi haqqında” qanun qəbul olunmuşdusa, indi əksinə dövlətləşdirmə prosesi gedir (Azərbaycan Sənaye Korporasiyasının yaradılması, Beynəlxalq Bank məsələsi və s.). Hətta dövlət qurumları kommersiya hüquqi şəxs kimi çıxış etməyə başlayırlar (publik hüquqi şəxslər). Yəni 23 ilə Azərbaycanda proseslər əks istiqamət üzrə getməyə başladı. Bunun müsbət olub-olmamasını deyə bilmərik, amma ümumi proses bunu göstərir.

Məhz 1996-ci ildə torpaq və sosial sığorta islahatları başlanıldı. O zaman dövlət əksinə bütün mövcud olan torpaqdan qurtulub, onu necə gəldi özəl sektora verməyə tələsirdi. İndi biz bunun da əksini müşahidə edirik: dövlət böyük kənd təsərrüfatı komplekslərinin yaradılmasını sövq edir, Konstitusiyaya torpaq mülkiyyətinin məhdudlaşdırılması anlayışını əlavə edir və hətta kənd kooperativlərini (1995-1996-ci ildə ləğv olunmuş kolxoz və sovxozları) faktiki olaraq bərpa etmək niyyətindədir. Yeri gəlmişkən, sosial sığorta sistemində də islahatlar gedir. Başqa sözlə 20 illik dövr Azərbaycan iqtisadiyyatında dəyişiklik dövrüdür. Ola bilər ki, 20 ildən sonra biz yenə də dəyişiklik görək.

Əgər bu cəhətdən dövrlər arasında müəyyən oxşarlıq varsa, iqtisadiyyatın əsasını təşkil edən sənayeni təhlil etsək, biz tam fərqli quruluş görəcəyik. Biz əvvəldə qeyd etdik ki, neft gəlirləri Azərbaycana çatmamışdı və neft-qaz məhsullarını dünya bazarına çıxartmaq ilə problemlər yaşanırdı. Nəticə etibarilə, Azərbaycan gəlir əldə etmədiyinə görə, bir çox məhsulları özü istehsal etmək məcburiyyətində idi. Düzdür, sənaye sahəsində istehsal olunan məhsulun yalnız 7% özəl sektora aid idi. Amma dolayı olaraq məhsulun böyük hissəsi dövlət ilə bağlı deyildi (istehsalı, satışı və s.). 1996-cı il sonuncu il idi ki, indiki Azərbaycanın bünövrəsi olan mədənçıxarma sənayesi, istehsalın heç 1/3-ni təşkil etmirdi. Əgər 2018-ci ildə bu sənayenin payı 70-80% arasındadırsa, 1996-cu ildə onun payı 26% idi. Düzdür neft məhsulları istehsalı da əlavə olaraq 26,8% təşkil edirdi. Amma indiki Azərbaycanda biz yalnız xammal ilə məşğuluq, neft məhsulları istehsalı ümumi sənayedə 8% təşkil edir. Ümumən isə sənayenin 58% emal sənayesi ilə bağlı idi. Burada qida məhsulların istehsalı, toxuculuq, kimya sənayeləri, maşın və avadanlıq istehsalı daxil idi.

O dövrdən bu yana yalnız neft və qida məhsulları istehsalı müvafiq səviyyəyə yaxın səviyyədə qalıb. Qalan sahələr üzrə azalma müşahidə olunub. Bunu həmçinin işçilərin sayında da müşahidə etmək olar. Ümumi olaraq sənayedə 1996-ci ildə 310,2 min insan məşğul idi. 2017-ci ildə müvafiq göstərici 197,1 min təşkil edib. Misal üçün, avadanlıq istehsalında 8 dəfə, toxuculuq və geyim istehsalı sahələrində işçilərin sayı 5 dəfə, neft məhsulları, kimya sənayesində və mettalurgiyada 2 dəfə azalıb. Bu proses heç də texnoloji inkişaf ilə bağlı deyil. Bir çox sahələr ya tamamilə ölüb, ya da indi diriltməyə çalışırlar. Amma maraqlıdır ki, yeganə işçilərin artdığı sahə (əlbəttə ki, ticarət, ictimai iaşə və tikintini hesaba almasaq) kommunal xidmətlərdir. Misal üçün, su təchizatı sahəsində işçilərin sayı 2 dəfə artıb.

Sabitlik dövrü başlayandan bəri Azərbaycan öz iqtisadiyyatını neftə bağlayıb və beləliklə yaşamağa çalışıb. Bəs neft ya da qaz olmasa, sabitlik bitəcəkmi? Bu suala cavabı yalnız gələcək verə bilər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör