bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycan ədəbiyyatının yuxu xəstəliyi

Seymur Baycan Seymur Baycan
Kültür
02 Avqust 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Seymur Baycan yazıçı
Paylaş

Bu haqda başqa bir yazıda yazmışdım. Zövqünə və səmimiyyətinə inandığım bir neçə yaxın insan bu mövzunu ayrıca yazı şəklində işləməyimi təklif etdilər. Buna ehtiyac var dedilər. Belə başa düşdüm ki, deyəsən həssas mövzuya toxunmuşam. Bu mövzuya toxunmağıma səbəb isə Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” əsərini oxumağım oldu.

Bu əsər də Əkrəm Əylislinin başqa əsərləri kimi yuxularla zəngindir. Bu isə birmənalı olaraq yazıçının zəifliyidir. Əkrəm Əylisli heç cür bu qədər yuxu bolluğuna haqq qazandıra bilməz. O tərəfi, bu tərəfi yoxdur. Bu yazıçı zəifliyidir, vəssəlam. Qurtarmaq lazımdır bu yuxu söhbətini. Niyə? Yuxu bir dəfə olar. İki dəfə olar. Özü də yerində. Adamın yaddaşına hopar. Əslində “Dağlar deyir ki, soyuqdur” əsərində yuxuda görülənlər hadisə kimi maraqlı olsa da bu hadisələrin yuxu kimi müəllif tərəfindən təqdim olunması hadisələrin maraqlılıq dərəcəsini aşağı salır.

Yəni Əkrəm müəllim elə bilir ki, bolluca yuxu yazmaqla yaxşı iş görür, amma əslində özü öz zəhmətini yerə vurur, gül kimi mövzuları yuxu adıyla sözün həqiqi mənasında zay edir, bir nəsr nümunəsi kimi qiymətini aşağı salır. Şəxsən mən nəsrdə yuxunu sevmirəm. Tirajından, məşhurluğundan, yaşından, cinsindən asılı olmayaraq bunu yazıçının qorxaqlığı və tənbəlliyi kimi qəbul edirəm.

Əgər nəsrdə yuxudan söhbət gedirsə xoşladığım çox az istisnalar var və bu istisnalardan biri də Qonçarovun “Oblomov” əsərində Oblomovun yuxusudur. Bu çox yerində və ustacasına işlənmiş yuxudur və bu yuxu əsərin ruhuna, süjetinə, mövzusuna, ümumilikdə əsərin qəhrəmanının ruhuna çox uyğundur. Bu o qədər gözəl və ustacasına işlənmiş bir yuxudur ki, oxucu onu yuxu kimi yox, qəhrəmanın həyatının ayrılmaz parçası kimi qəbul edir. Eləcə de Knut Hamsunun “Misteriyalar” əsərində Nagelin yuxusunu xatırlamaq olar.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı yuxularla zəngindir. Az qala bütün obrazlar yuxu görürlər. İsa Hüseynovun “Tütək səsi” povestində, Yusif Səmədoğlunun “Qətl günü” əsərində, Mövlud Süleymanlının “Köç” əsərində, Anarın əsərlərində, Afaq Məsudun “Azadlıq” və “İzdiham” romanlarında yuxudan geniş istifadə olunub. Sanki yazıçılar hadisələrin real həyatda baş verdiyini yazmaqdan ya qorxurlar, ya utanırlar, ya da oxucuların bu hadisələrin real həyatda baş verməsinə inanacağına müəlliflərin özləri belə şübhə edirlər.

Yəni müəlliflər özləri öz yazdıqlarına inanmırlar. Bir sözlə, yuxu Azərbaycan nəsrinin ən böyük problemlərindən, bəlalarından biridir. Yuxu Azərbaycan ədəbiyyatının xəstəliyidir desək heç bir mübaliğəyə yol vermərik. “Kim yatmış, kim oyaq” sualı bir qram da aktual deyil. Məlum olur hamı yatıb. Hətta Cırtdanın özü belə…

Sanki bizim adamların həyatında, reallıqda heç bir əhəmiyyətli hadisə baş vermir, hər şey yuxuda baş verir. Hətta bizim nəsrdə obrazların gördüyü yuxularda sirlər və düyünlər açılır, məsələlərə, problemlərə birdən-birə aydınlıq gətirilir. Elə bil hekayə, povest, roman yox, sirlər dünyası üçün ssenari yazırlar.

Düzdür, azərbaycanlılar bir xalq olaraq sözün həm həqiqi, həm də məcazi mənasında yatmağı, əsnəməyi, mürgüləməyi, özünü yuxululuğa vurmağı sevən xalqdır, amma bu o demək deyil ki, onların hamısı ucdantutma maraqlı yuxular görürlər. Azərbaycan yazıçılarının əsərlərini oxuduqda adamda belə bir təəssürat yaranır ki, bizim camaat dünyada ən maraqlı yuxular görən xalqdır.

Doğrudan da başa düşmək çətindir. Necə olur ki, maraqsız və mənasız bir həyat yaşayan adam başını yastığa qoyub gözünü yuman kimi maraqlı yuxular görməyə başlayır. Nədir bunun səbəbi? Necə baş verir bu? Xahiş edirəm psixoloqlar, sosioloqlar, antropoloqlar və digər LOQ-lar bu məsələyə aydınlıq gətirsinlər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör