bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Asqırmaqla öskürməyin əşəddu-fərqi

Fəxrəddin Hacıbəyli Fəxrəddin Hacıbəyli
., Mövqe
23 Noyabr 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Screenshot 173.original
Paylaş

“Ata Abdullayev olayı”na sözardı

Bu günlərdə növbəti biabırçılığın hal şahidi olduq. Ata Abdullayev adlı vətəndaşın İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisəsi sosial şəbəkələrdə dərin müzakirə mövzusuna çevrildi. Bu kadrlara baxarkən utanc hissini keçirməmək mümkün deyildi.

İndi bu Ata Abdullayev kimdir, nəçidir – bu sualları bir anlıq kənar edək, amma bu tip hallar dəfələrlə təkrarlandığı üçün, bu mövzuda bəzi fikirləri bölüşmək zərurəti yaranıb. Şəxsi təcrübəmdən yola çıxaraq soydaşlarımızın bəzi ortamlarda, necə deyərlər “fors-major” situasiyalarda hansı tərzdə davranmalı olduqlarına dair vacib və gərəkli bildiyim qeydləri paylaşmaq istərdim.

Qara-qura dilənçilər

İlk öncə onu bilmək lazımdır ki, bizimkilər Avropada, ümumiyyətlə Qərbdə özlərini biz tərəflərdə apardıqları tərzdə aparmamalıdırlar.

Əvvəllər Bakı bulvarında qoşa-qoşa gəzən, balaca-balaca, qara-qura dilənçilər olardı. Bilmirəm indi var yoxsa yığışdırıblar. Yaxınlaşıb pul istəyərdilər. Yanında dost-tanışın, xüsusən də bir xanım olarsa yaxınlaşıb “sən bu qızın anasının canı” deyib dilənərdilər. Verməsən ya qarğış edib, ya da söyüb qaçırdılar. Adamın abrını tökərdilər. Canımın dərdindən yaxınlaşdılarsa dərhal, heç ağzını açmağa qoymadan, bir şey verib uzaqlaşdırardım.

Bu Ata Abdullayev nədənsə müdhiş şəkildə mənə o zəhlətökən, söyüb/qarğayıb-qaçan bulvar dilənçilərini xatırlatdı.

Öncəki hazırlıq

İllər öncə baş vermiş situasiyadan əldə etdiyim təcrübəyə əsasən gəldiyim qənaətə görə, hamının çar-naçar hal şahidi olduğu “Ata Abdullayev” dramaları təkrarlanmasın deyə, bu tip tədbirlərə dəvətsiz və gözlənilmədən qatılan insan hazırlıqlı olmalı, nə deyəcəyini və necə deyəcəyini öncədən ölçüb-biçməli, emosiyalarını kontrolda saxlamalı, həmçinin də qarşılaşa biləcəyi mümkün situasiyalar haqqında müəyyən təsəvvürü olmalıdır. Yaxud da belə biri seçilməlidir (əgər ümumiyyətlə kimsə seçilib göndərilirsə).

Əks arqumentlə qarşılaşdıqda (bu lap qırmızı yalana söykənsə də) ən az itkiylə çıxmağı bacaran, qarşı tərəfə divident qazanmaq imkanı tanımayan, öz təbliğatını aparmağa fürsət verməyən, el dilində deyildiyi kimi “bərkə-boşa düşmüş” adam olmalıdır.

Bu tip yerlərin bir qəribə aurası olur. Özü də bu yer dini mərkəz – kilsə ola, ətrafında da tünd geyimli, qara “kapyuşonlu” “allah adamları” dolaşa… Adamı lap vahimə basar. Sanki davamlı bir basınc altında olursan, özünü nişangahdaymış kimi hiss edirsən. Sözə başlayıb özünü təqdim etdiyin, kimliyini bildirdiyin andan sənə yönəlmiş qəzıbli, kinli, çaşqın, diqqətyayındırıcı, nitqkəsici baxışlar elə bil sənə “sus! danışma! demə! çıx get!” təlqin edir.

O baxışların, nəzərlərin istisini üzündə hiss edirsən. Emosiyasız danışmaq, fikri cəmləşdirmək olduqca çətin olur. Bu halda özünü ələ ala bilmək xüsusi psixoloji hazırlıq tələb edir.

Bu kimi aksiyaların bəlli bir hədəfə yönəlmiş dəqiq məqsədi olur, effekti də gözlənilməz ola bilər, maksimum çalışmaq lazımdır ki, aqressiya olmasın, fikirlər abırlı-həyalı tərzdə ifadə olunsun. Bunlarsız gözlənilən effekt alınmayacaq, qaş düzəltdiyin yerdə vurub göz çıxardacaqsan.

Əsas məqsəd qarşı tərəfi hazırlıqsız yaxalayıb, onun gözləmədiyi situasiyaya salıb, şaşırdıcı fakt qarşısında qoymaqla psixoloji tarazlığını pozub səhv buraxmağa, yanlışa təhrik etməkdir. Yəni, gözlənilməzlikdən yaranmış ani şok əsas faktordur və gərək bunu məqamında hədəfə yönəldə biləsən. Əks halda özünə qarşı işləyər, öz qurduğun kombinasiyanın gərməncinə özün düşə bilərsən. Bundan qaçınmaq üçün hazırlıqlı olmaq, psixoloji tarazlığı əldən verməmək, daxili sakitliyini qoruyub saxlamaq lazımdır ki, qarşı tərəfin səbrini zorlayıb onu normal durumdan çıxara biləsən; az zaman sərf etməklə lakin aramla, qısa cümlələr və yaddaqalan tezislərlə, emosiyasız danışmaq, xüsusən də aqressiya nümayişi, sentimental, melanxolik duyğuların ifadəsindən çəkinmək lazımdır.

Təsirlilik amili kimi cümlənin semantikasına, fikrin məntiqlə ifadə tərzinə konsentrasiya olmaq, vicdana təsir, duyğulara translyasiya etmək, sentimentallıqdan qaçınmaq mütləqdir.

Ekspromt, yoxsa quraşdırılmış səhnə?

Milanda baş verən olayın bədahətən (ekspromt) olmasına inanacaq deyilik. Bunun bir quraşdırılmış səhnə olduğu aydındır və bu fakt özüylə bir quraşdırıcının olduğu zərurətini də gətirir. Demək ki, ağıl, yön və çəki-düzən verəni olub. Bu sayaq olub, amma olub…

Məşhur filmimizdə qəhrəmanın dediyi kimi; bəs bunu göndərəndə, bir baxmazdılarmı ki, bu şəxs bu iş üçün yararlıdır, uyğun qabiliyyətlərə qabildir ya yox?!

Bunu öncədən bir hazırlayan, bir deyib, başa salan olmalıydı axı, a bala, bax birdən sənə belə deyərlər, ona bu cürə cavab ver, ya nə bilim, onlar hansısa iddia səsləndirsələr, ona qarşı filan əks arqument mövcuddur.

Bir “siyasi-diplomatik məşşatə” bu boyda əməliyyata göndərilən adamın bir qaşını-gözünü düzəldib abıra salmazmı, əlinə bir tezisdən-zaddan verib, onların nədən ibarət olduğunu, nəyə yaradığını ətraflı izah etməzmi? Ki, az vaxtda hansı məsələlərə toxunmaq lazımdır, vurğunu nəyin üzərinə salmaq, hansı məsələni necə təqdim etmək, sualı hansı şəkildə qoymaq, ritorikanı necə qurmaq, nədən çəkinmək lazımdır və s.

Ya hazırlamayıblar, ya da hazırlamalı olanların özlərinin hazırlığa ehtiyacı var.

Əks arqumentlər və onların əhəmiyyəti

Erməni baş nazir Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovdan sitat gətirib Xocalı qırğınını azərbaycanlıların özünün hakimiyyəti dəyişmək üçün törətdiyini iddia edir. Belə bir ifadəni sabiq prezident işlədibmi, ya bu bir fake-dir, bunu aydınlaşdırmağı buraxaq sonraya. Həmin anda, kilsədəcə bunu aydınlaşdırmaq mümkün deyil, zaman qıtlığı var. Bu bir yalandır və ancaq həmin an psixoloji üstünlük əldə etmək üçün hesablanıb.

Lap tutaq ki, cənab Mütəllibov onu devirmiş, hakimiyyətdən qovmuş siyasi güclər üçün daha çox daxili auditoriyaya hesablanmış belə bir iddiada bulunub. Bu mövqe nə qədər mötəbər, yoxlanılmış, təsbit olunmuş faktdır? Bunu da qoyaq bir kənara. Orada əks arqument kimi səsləndirilməli olan çox tutarlı, şübhə götürməyən fakt var.

Elə sualı ünvanladığın şəxsin özünün bir neçə ay öncə devirdiyi dövlət başçısının, sələfi Sarkisyanın britaniyalı jurnalist-təhlilçi Tomas de Waal’a müsahibəsində Xocalı qətliamı ilə bağlı səsləndirdiyi fikrlər kifayət edir: “Xocalıyadək azərbaycanlılar dinc sakinlərə qarşı güc tətbiq edəcəyimizə inanmırdılar. Bunu etməklə biz bu stereotipi sındırdıq.”

Paşinyanın üzərinə basaraq “heç bir erməni jurnalisti belə rahat şəkildə Azərbaycan dövlət başçısına yaxınlaşıb sual verə bilməzdi” tezisinə qarşı isə, bir neçə ay öncə erməni jurnalistlərin Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovla uçuş zamanı, təyyarədə baş tutmuş mükaliməsini fakt kimi səsləndirmək, erməni baş nazirinin özündən hamıya açıq, əlçatan obrazı yaratma cəhdini çürütmək olardı. Həmin mükalimənin videoyazısı erməni blogerləri tərəfindən internet resurslarına yüklənib və nazirin gözlənilməz situasiyada özünü necə təmkinlə, ləyaqətlə aparmasını, suallara bəzən gülərək, yumorla cavab verməsini misal çəkmək olardı.

Əgər “o nazirdir, mənsə hökumət rəhbəri – baş nazirəm” dəqiqləşdirməsi edərsə, buna qarşı da idman tədbirində Azərbaycan prezidentinin erməni idmançıya ödül verməsini, bu zaman zaldan yüksələn fit səslərini əlinin bir işarəsiylə dayandırıb alqış istəməsini qısa şəkıldə diqqətə çatdırmaq olardı.

Düşünürəm ki, həmin an bundan tutarlı arqumentlər ola bilməzdi. Ancaq bizim mitinqlərdə adamları odun parçası kimi, haça-paça edib maşınlara daşıyan “nümayəndəmiz”in belə intellekt savaşında, söz güləşində yeri yoxdur. Onun təyinatı başqadır, mahir olduğu başqa istiqamətlər var və elə o yöndə istifadə olunması daha yaxşıdır.

Yoxsa mənzərə belə olacaq: məqsəd guya ki, asqırıb harasa düşmək idi, amma öskürüb hara diyirləndi adam…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör