Azlogos
  • Qaydalar
  • Kimlər var

Yeni tarixi hekayə və yenidən özünüdərk Qoy işığı söndürüm Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi Bakı Jazz şəhəridirmi? Əsl dinin kitabı olmur Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Asılısınız?

Orxan Zamanlı Orxan Zamanlı
., Elm
10 Fevral 2020

AzLogos bu gündən etibarən, psixiatriya doktoru Orxan Zamanlının (Norderstedt Asklepios Xəstəxanası, Almaniya) maddə asılılığı mövzusunda qələmə aldığı məqalələrin dərcinə başlayır. 

Asılılıq anlayışı deskriptiv psixiatriyada həm müəyyən bir asılı davranış forması, həm də nozoloji bir vahid – xarakterik simptomatika və gedişi olan xəstəlik – kimi başa düşülür.

Asılılığı bu mənada hər hansı bir maddəni (sakitləşdirici, ağrıkəsici, psixotrop, yuxugətirici) və ya xüsusi daxili hiss, rahatlıq vəziyyəti gətirən adətləri yaxud meylləri (qumar, mərc/bəxt/kompyuter oyunları, ifrat qida qəbulu və ya əksi, alış-veriş, pervers cinsi meyllər) zərərli nəticələrinə baxmayaraq davamlı, intensiv, qarşısıalınmaz şəkildə təkrar etmək impulsu kimi təyin etmək olar. Belə davranışa həm də mütəmadi olaraq tezliyi və miqdarı – dozanı artırma tendensiyası aiddir. Asılılığı bir konsepsiya olaraq sosial qəbul olunmuş (çay, kofe, alkoqol, tütün) istifadədən başlayaraq zərərli istifadə üzərindən keçib və tam asılılıqla (əsasən də fiziki olaraq) bitən bir kontinuum kimi görmək olar.

Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışına görə aşağıdakı kriterilərdən son bir il ərzində 3 və daha çoxu varsa asılılıq diaqnozu qoyula bilər:

– maddə qəbulunu təkrarlamağa intensiv istək – craving,

– qəbulun başlaması, bitməsi və maddənin miqdarında nəzarət qabiliyyətinin zəifləməsi,

– abstinent sindrom – kəsmə sindromu – və bu simptomları azaltmaq üçün maddə qəbulu,

– istifadə olunan psixoaktiv maddəyə qarşı tolerantlıq – eyni effekt üçün daha çox maddə qəbulu,

– digər maraqların və sosial fəaliyyətlərin azalması, maddənin cəmiyyətdə hakim davranış normalarını nəzərə almadan istifadəsi (iş yerində, avtomobil idarə edərkən),

– açıq-aşkar psixoloji, somatik və ya sosial mənfi nəticələrə baxmayaraq maddə qəbulunun davam etdirilməsi.

Bu kriterilər sırf maddə asılılığına aid olsa da, onları bir az fantaziya köməyi və müəyyən kənaraçıxmalarla – altda yatan bio-psixo-sosioloji model konsepti olduqca oxşar olduğundan – digər asılılıq fenomenlərinə (bəxt / qumar / mərc / kompyuter oyunlarına) də aid etmək olar. Belə ki, totalizatorda edilən növbəti bet/mərcə, hər gün işdən gələndən sonra yorğunluğu çıxarmaq bəhanəsilə divanda içilən yarım şüşə çaxıra, ya elə iş yerinin tualetində gərgin iş rejiminə fiziki tab gətirmək üçün istifadə olunan kokainə sinir sistemi oxşar reaksiyalar verir.

Psixodinamik nəzəriyyədə isə asılılıq probleminə deskriptiv psixiatriyadakı kimi yalnız təsviri yox, həm də təhlili yanaşılır. Bu anlayış asılı olunan maddənin və ya davranışın əslində hansısa daha fərqli – “əsl” daxili tələblərin “əvəzi olması” kimi başa düşülür. Ümumiyyətlə psixodinamika simptomlara hər zaman bir funksionallıq aid edir.

Məsələn, psixoanalitika ilk illərində asılılıq fenomenini basdırılmış seksual meyllərin əvəzi kimi izah edirdi. Belə demək olarsa psixoaktiv maddə sərxoşluğu hansısa mümkün olmayan orqazmın ekvivalentidir – hansı ki, bu gün artıq vaxtı keçmiş bir fikir hesab olunur. Sonrakı illərdə eqo (mən)-psixoloji yanaşma daha önə keçmişdi. İndi deyilirdi ki, asılılıq dözülməz daxili gərginliyə, həll olunmamış daxili konfliktlərə qarşı bir disfunksional müdafiə mexanizmidir. Yəni maddə bağımlısı olan şəxs həmin maddə ilə bu daxili gərginliyi – günah, utanc, qorxu hissini – azaldır, müvəqqəti yox edir, onunla konfrontasiyadan qaçır, fikrini dağıdır, bir növ “dərdindən içir”.

Daha sonralar yaranan self (öz, şəxs)-psixologiya məktəbi asılılıqla narsissizm arasında sıx əlaqəni qabardaraq bu fenomeni belə izah edirdi ki, asılılıq şəxsin narsisstik defisitinin müxtəlif yollarla kompensasiyasıdır. Bu məsələn reqressiv yolla baş verə bilər – maddə bağımlılığı olan şəxsin maddənin psixotrop təsirindən asılı olaraq yaşadığı diffuz, passiv, “nirvana vəziyyəti” adlandırılan sərhədsiz və səbəbsiz həzz, arzusuzluq vəziyyəti nəzərdə tutulur. Bu vasitə ilə dözülməz narsisstik küskünlüklər, natamamlıq kompleksi, nifrət və ya acizlik, zəiflik hissi kompensasiya olunur, müvəqqəti yaddan çıxır ya da çox daha əhəmiyyətsizləşdirilir. Bir də psevdoproqressiv yol təsvir olunur – bununla əsasən sərxoş özünüböyütmə ideyaları nəzərdə tutulur. Məsələn, iş ya şəxsi həyatda olan nailiyyətlər, uğurlar mübaliğəli təqdim olunaraq şəxsin öz dəyər hissi artırılır. Çox gərgin və monoton iş rejimi, bitməyən karyera və daha çox uğur yarışı və ya şəxsi həyat konfliktlərində bir növ zədələnmiş narsissizm bu cür öz daxili tarazlığını qoruyur. Buna bir “özünümüalicə cəhdi” də demək olar.

Asılılığa səbəb həm genetik həm də ətraf mühit amilləri (kritik həyat hadisələri, psixoloji travmatizasiya, somatik və ya digər psixi xəstəliklər) ola bilər. Sonuncuya misal olaraq təşviş ya depressiv pozuntusu olan insanın sakitləşdirici dərmanlar və alkoqola meylliliyini, xroniki ağrıları olanların ağrıkəsicilərdən sui-istifadəsini gətirmək olar.

Məşhur “rat park” adlı elmi araşdırmalar toplusu da ətraf mühitin və fərdi inkişaf yolu, həya şərtlərinin asılılıq davranışının yaranmasında rolunu təsdiq edirdi. O zamana qədər asılılıq haqda olan eksperimentlərdə adətən tədqiqat obyekti olan siçanları tək qəfəsə salıb, onlara bir şüşədə su, digərində isə heroin və ya kokain təqdim edirdilər. Siçanlar böyük say üstünlüyü ilə psixoaktiv maddə olan şüşəyə üstünlük verir və dozanı yavaş-yavaş artıraraq sonunda ölürdülər. 70-ci illərdə isə kanada psixoloqu Bryus K. Aleksandr tərəfindən həyata keçirilən eksperimentlərdə siçanlar tək yox, öz ailə üzvləri və digər qruplardan olan siçanlar ilə birlikdə, daha geniş, təmiz yerlərdə – rat parklarda – saxlanılır, bol qida ilə təmin edilirdilər. Bu parkların siçanları şüşə seçimində əvvəlkilərdən fərqli olaraq yalnız adi suya üstünlük verir və ya psixoaktiv maddə dolu şüşədən nadir hallarda istifadə edirdilər.

Əkizlərlə aparılan elmi araşdırmalara əsasən asılılıqda irsilik faktoru 30-70% arasında dəyişir. Bu genetik asılılıq riski həm də hər hansı maddəyə spesifik deyil, yəni burda söhbət asılılığın bir biopsixoloji meyl kimi nəsildən nəslə ötürülməsindən gedir. Lap kobud götürsək, alkoqolizmdən əziyyət çəkən valideynlərin övladları genetik olaraq məhz alkoqola deyil, ümumiyyətlə asılılıq yarada biləcək bütün leqal, qeyri-leqal psixoaktiv maddələrə və davranışlara meylliliyin də varisi olurlar.

Psixoaktiv maddələr öz effektlərini sinirlər arasında informasiya axınına (neyrotransmissiya) – əsasən də dopamin sisteminə – təsir etməklə göstərirlər. Lokal olaraq bu baş beynin bazal qanqlionlar və əsasən də nucleus accumbens, limbik sistem və alın payından təşkil olunmuş motivasiya, “mükafatlandırma” mərkəzi adlanan hissəsində baş verir. Bu mərkəzlər xaricdən bədənə qəbul olunan müxtəlif psixoaktiv maddələrin təsirinə davamlı məruz qaldıqda getdikcə digər normal, təbii qıcıqlara qarşı həssaslığını itirirlər – yəni əvvəllər insana xoş hisslər, zövq verəcək fəaliyyətlər artıq darıxdırıcı, cansıxıcı, mənasız olaraq qavranılır. Bununla maddə asılılığı olan insanların sosial həyatdan getdikcə uzaqlaşmaları, passiv həyat tərzinə, tənhalığa çəkilmələrini qismən izah etmək olar.

Asılılıq sindromu – üzə çıxma formasından asılı olmayaraq – müalicəsi bu gün hələ də çətin hesab olunan terapevtik problemlərə aiddir. Bir tərəfdən də bu problem mövzunun özünün bir çox cəmiyyətlərdə tabulaşdırılması ilə daha da çətinləşir.

Almaniya səhiyyə sistemində bunu mərhələli müalicə konsepti ilə həyata keçirirlər. Erkən və ya kontakt fazasında diaqnoz dəqiqləşdirilir, müalicəyə motivasiya gücləndirilir, müalicənin forması və alternativləri barədə informasiya verilir. Sonra lazım olan halda abstinent sindrom stasionar müalicə olunur. Daha sonra müalicəyə psixoedukativ elementlər və psixoterapiya daxil olur. Sonuncu mərhələdə rehabilitasiya mərkəzlərində intensiv kompleks müalicə və ehtiyac olan hallarda, bəzən hətta ömür boyu, daimi dəstəkləyici sosioterapevtik və müşahidə tədbirləri görülür.

İnsanlığın mədəniyyət tarixində minilliklərdən bəri psixoaktiv maddələr istər gündəlik həyatda, istərsə də spiritual-ənənəvi olaraq böyük rol oynayırlar. Hansı maddənin “hakim – trend” olması regional, coğrafi, moral və dini normativlərə və dövrə görə dəyişir. Məsələn, qərb sivilizasiyasını alkoqol, tütün və kofeinsiz təsəvvür etmək mümkün deyil. Hər bir cəmiyyət özü psixoaktiv maddələrlə necə davranacağını permissiv və prohibitiv adlı iki qütb arasında təyin edir. Bu günümüzdə bu bir çox qərb ölkələrində alkoqol və kofeinə qarşı permissiv, tütünə qarşı get-gedə daha restriktiv, opioid, kannabinoid, kokain və digər stimulyantlara qarşı prohibitiv mövqedə özünü biruzə verir.

Get-gedə artan tendensiyalardan biri isə “yüngül” psixoaktiv maddələrin leqalizasiyası və tibbi faydalarından yararlanmadır. Bütün tibbi problemlər kimi asılılıq problemi də tam şəffaflıq, stiqma və tabulaşmadan azad olduğu zaman öz həllini daha rahat tapa bilər.

Ədəbiyyat:

Lehrbuch Psychiatrie, W. Wolfgang Fleischhacker, Hartmann Hinterhuber, 2012

Lehrbuch der Psychodynamik, Stavros Mentzos, 2015

Facharztwissen Psychiatrie, Psychosomatik und Psychotherapie, Frank Schneider, 2017

ATLAS on substance use

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022

Redaktorun seçimi

Məsud Pənahi: “Dominant qadın olmalıdır, kişi yox”

Qələbə – 75

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

Şəhid biznesi

Köpək dişi

Kişi alimlərin özünüreklam məharəti

Putinin 10 məğlubiyyəti

Əmilən oksigen və digital perspektivlər

Qəbristanlıq nə üçün lazımdır?

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Axundovla Zərdabinin tarixi məktublaşması

Yad gözü ilə Azərbaycan

Dialoq böhranı

MOSSAD – uğurlu və uğursuz əməliyyatlar

Berlin Divarının “bərpası”

Firudin Allahverdi: “Dövlətin incəsənətə müdaxiləsi ironik nəticə verir”

Almanların Azərbaycanda iqtisadi və humanitar fəaliyyəti

H. Z. Tağıyevin “qələm qoçuları”

Mənsimovun vurulan gəmisi

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Təkamül tozu daha təhlükəli edir

Dağlıq Qarabağın sərhədləri necə cızılırdı?

Ən yaxşı vaksinasiya strategiyası

Gürcü qambiti

Nifrət dili

“Arzular trilogiyası” haqqında

Bizim olmayan Maqomayev

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

İmperatorların həqiqi siması

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir”

Asılısınız?

Orxan Zamanlı Orxan Zamanlı
., Elm
10 Fevral 2020

AzLogos bu gündən etibarən, psixiatriya doktoru Orxan Zamanlının (Norderstedt Asklepios Xəstəxanası, Almaniya) maddə asılılığı mövzusunda qələmə aldığı məqalələrin dərcinə başlayır. 

Asılılıq anlayışı deskriptiv psixiatriyada həm müəyyən bir asılı davranış forması, həm də nozoloji bir vahid – xarakterik simptomatika və gedişi olan xəstəlik – kimi başa düşülür.

Asılılığı bu mənada hər hansı bir maddəni (sakitləşdirici, ağrıkəsici, psixotrop, yuxugətirici) və ya xüsusi daxili hiss, rahatlıq vəziyyəti gətirən adətləri yaxud meylləri (qumar, mərc/bəxt/kompyuter oyunları, ifrat qida qəbulu və ya əksi, alış-veriş, pervers cinsi meyllər) zərərli nəticələrinə baxmayaraq davamlı, intensiv, qarşısıalınmaz şəkildə təkrar etmək impulsu kimi təyin etmək olar. Belə davranışa həm də mütəmadi olaraq tezliyi və miqdarı – dozanı artırma tendensiyası aiddir. Asılılığı bir konsepsiya olaraq sosial qəbul olunmuş (çay, kofe, alkoqol, tütün) istifadədən başlayaraq zərərli istifadə üzərindən keçib və tam asılılıqla (əsasən də fiziki olaraq) bitən bir kontinuum kimi görmək olar.

Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışına görə aşağıdakı kriterilərdən son bir il ərzində 3 və daha çoxu varsa asılılıq diaqnozu qoyula bilər:

– maddə qəbulunu təkrarlamağa intensiv istək – craving,

– qəbulun başlaması, bitməsi və maddənin miqdarında nəzarət qabiliyyətinin zəifləməsi,

– abstinent sindrom – kəsmə sindromu – və bu simptomları azaltmaq üçün maddə qəbulu,

– istifadə olunan psixoaktiv maddəyə qarşı tolerantlıq – eyni effekt üçün daha çox maddə qəbulu,

– digər maraqların və sosial fəaliyyətlərin azalması, maddənin cəmiyyətdə hakim davranış normalarını nəzərə almadan istifadəsi (iş yerində, avtomobil idarə edərkən),

– açıq-aşkar psixoloji, somatik və ya sosial mənfi nəticələrə baxmayaraq maddə qəbulunun davam etdirilməsi.

Bu kriterilər sırf maddə asılılığına aid olsa da, onları bir az fantaziya köməyi və müəyyən kənaraçıxmalarla – altda yatan bio-psixo-sosioloji model konsepti olduqca oxşar olduğundan – digər asılılıq fenomenlərinə (bəxt / qumar / mərc / kompyuter oyunlarına) də aid etmək olar. Belə ki, totalizatorda edilən növbəti bet/mərcə, hər gün işdən gələndən sonra yorğunluğu çıxarmaq bəhanəsilə divanda içilən yarım şüşə çaxıra, ya elə iş yerinin tualetində gərgin iş rejiminə fiziki tab gətirmək üçün istifadə olunan kokainə sinir sistemi oxşar reaksiyalar verir.

Psixodinamik nəzəriyyədə isə asılılıq probleminə deskriptiv psixiatriyadakı kimi yalnız təsviri yox, həm də təhlili yanaşılır. Bu anlayış asılı olunan maddənin və ya davranışın əslində hansısa daha fərqli – “əsl” daxili tələblərin “əvəzi olması” kimi başa düşülür. Ümumiyyətlə psixodinamika simptomlara hər zaman bir funksionallıq aid edir.

Məsələn, psixoanalitika ilk illərində asılılıq fenomenini basdırılmış seksual meyllərin əvəzi kimi izah edirdi. Belə demək olarsa psixoaktiv maddə sərxoşluğu hansısa mümkün olmayan orqazmın ekvivalentidir – hansı ki, bu gün artıq vaxtı keçmiş bir fikir hesab olunur. Sonrakı illərdə eqo (mən)-psixoloji yanaşma daha önə keçmişdi. İndi deyilirdi ki, asılılıq dözülməz daxili gərginliyə, həll olunmamış daxili konfliktlərə qarşı bir disfunksional müdafiə mexanizmidir. Yəni maddə bağımlısı olan şəxs həmin maddə ilə bu daxili gərginliyi – günah, utanc, qorxu hissini – azaldır, müvəqqəti yox edir, onunla konfrontasiyadan qaçır, fikrini dağıdır, bir növ “dərdindən içir”.

Daha sonralar yaranan self (öz, şəxs)-psixologiya məktəbi asılılıqla narsissizm arasında sıx əlaqəni qabardaraq bu fenomeni belə izah edirdi ki, asılılıq şəxsin narsisstik defisitinin müxtəlif yollarla kompensasiyasıdır. Bu məsələn reqressiv yolla baş verə bilər – maddə bağımlılığı olan şəxsin maddənin psixotrop təsirindən asılı olaraq yaşadığı diffuz, passiv, “nirvana vəziyyəti” adlandırılan sərhədsiz və səbəbsiz həzz, arzusuzluq vəziyyəti nəzərdə tutulur. Bu vasitə ilə dözülməz narsisstik küskünlüklər, natamamlıq kompleksi, nifrət və ya acizlik, zəiflik hissi kompensasiya olunur, müvəqqəti yaddan çıxır ya da çox daha əhəmiyyətsizləşdirilir. Bir də psevdoproqressiv yol təsvir olunur – bununla əsasən sərxoş özünüböyütmə ideyaları nəzərdə tutulur. Məsələn, iş ya şəxsi həyatda olan nailiyyətlər, uğurlar mübaliğəli təqdim olunaraq şəxsin öz dəyər hissi artırılır. Çox gərgin və monoton iş rejimi, bitməyən karyera və daha çox uğur yarışı və ya şəxsi həyat konfliktlərində bir növ zədələnmiş narsissizm bu cür öz daxili tarazlığını qoruyur. Buna bir “özünümüalicə cəhdi” də demək olar.

Asılılığa səbəb həm genetik həm də ətraf mühit amilləri (kritik həyat hadisələri, psixoloji travmatizasiya, somatik və ya digər psixi xəstəliklər) ola bilər. Sonuncuya misal olaraq təşviş ya depressiv pozuntusu olan insanın sakitləşdirici dərmanlar və alkoqola meylliliyini, xroniki ağrıları olanların ağrıkəsicilərdən sui-istifadəsini gətirmək olar.

Məşhur “rat park” adlı elmi araşdırmalar toplusu da ətraf mühitin və fərdi inkişaf yolu, həya şərtlərinin asılılıq davranışının yaranmasında rolunu təsdiq edirdi. O zamana qədər asılılıq haqda olan eksperimentlərdə adətən tədqiqat obyekti olan siçanları tək qəfəsə salıb, onlara bir şüşədə su, digərində isə heroin və ya kokain təqdim edirdilər. Siçanlar böyük say üstünlüyü ilə psixoaktiv maddə olan şüşəyə üstünlük verir və dozanı yavaş-yavaş artıraraq sonunda ölürdülər. 70-ci illərdə isə kanada psixoloqu Bryus K. Aleksandr tərəfindən həyata keçirilən eksperimentlərdə siçanlar tək yox, öz ailə üzvləri və digər qruplardan olan siçanlar ilə birlikdə, daha geniş, təmiz yerlərdə – rat parklarda – saxlanılır, bol qida ilə təmin edilirdilər. Bu parkların siçanları şüşə seçimində əvvəlkilərdən fərqli olaraq yalnız adi suya üstünlük verir və ya psixoaktiv maddə dolu şüşədən nadir hallarda istifadə edirdilər.

Əkizlərlə aparılan elmi araşdırmalara əsasən asılılıqda irsilik faktoru 30-70% arasında dəyişir. Bu genetik asılılıq riski həm də hər hansı maddəyə spesifik deyil, yəni burda söhbət asılılığın bir biopsixoloji meyl kimi nəsildən nəslə ötürülməsindən gedir. Lap kobud götürsək, alkoqolizmdən əziyyət çəkən valideynlərin övladları genetik olaraq məhz alkoqola deyil, ümumiyyətlə asılılıq yarada biləcək bütün leqal, qeyri-leqal psixoaktiv maddələrə və davranışlara meylliliyin də varisi olurlar.

Psixoaktiv maddələr öz effektlərini sinirlər arasında informasiya axınına (neyrotransmissiya) – əsasən də dopamin sisteminə – təsir etməklə göstərirlər. Lokal olaraq bu baş beynin bazal qanqlionlar və əsasən də nucleus accumbens, limbik sistem və alın payından təşkil olunmuş motivasiya, “mükafatlandırma” mərkəzi adlanan hissəsində baş verir. Bu mərkəzlər xaricdən bədənə qəbul olunan müxtəlif psixoaktiv maddələrin təsirinə davamlı məruz qaldıqda getdikcə digər normal, təbii qıcıqlara qarşı həssaslığını itirirlər – yəni əvvəllər insana xoş hisslər, zövq verəcək fəaliyyətlər artıq darıxdırıcı, cansıxıcı, mənasız olaraq qavranılır. Bununla maddə asılılığı olan insanların sosial həyatdan getdikcə uzaqlaşmaları, passiv həyat tərzinə, tənhalığa çəkilmələrini qismən izah etmək olar.

Asılılıq sindromu – üzə çıxma formasından asılı olmayaraq – müalicəsi bu gün hələ də çətin hesab olunan terapevtik problemlərə aiddir. Bir tərəfdən də bu problem mövzunun özünün bir çox cəmiyyətlərdə tabulaşdırılması ilə daha da çətinləşir.

Almaniya səhiyyə sistemində bunu mərhələli müalicə konsepti ilə həyata keçirirlər. Erkən və ya kontakt fazasında diaqnoz dəqiqləşdirilir, müalicəyə motivasiya gücləndirilir, müalicənin forması və alternativləri barədə informasiya verilir. Sonra lazım olan halda abstinent sindrom stasionar müalicə olunur. Daha sonra müalicəyə psixoedukativ elementlər və psixoterapiya daxil olur. Sonuncu mərhələdə rehabilitasiya mərkəzlərində intensiv kompleks müalicə və ehtiyac olan hallarda, bəzən hətta ömür boyu, daimi dəstəkləyici sosioterapevtik və müşahidə tədbirləri görülür.

İnsanlığın mədəniyyət tarixində minilliklərdən bəri psixoaktiv maddələr istər gündəlik həyatda, istərsə də spiritual-ənənəvi olaraq böyük rol oynayırlar. Hansı maddənin “hakim – trend” olması regional, coğrafi, moral və dini normativlərə və dövrə görə dəyişir. Məsələn, qərb sivilizasiyasını alkoqol, tütün və kofeinsiz təsəvvür etmək mümkün deyil. Hər bir cəmiyyət özü psixoaktiv maddələrlə necə davranacağını permissiv və prohibitiv adlı iki qütb arasında təyin edir. Bu günümüzdə bu bir çox qərb ölkələrində alkoqol və kofeinə qarşı permissiv, tütünə qarşı get-gedə daha restriktiv, opioid, kannabinoid, kokain və digər stimulyantlara qarşı prohibitiv mövqedə özünü biruzə verir.

Get-gedə artan tendensiyalardan biri isə “yüngül” psixoaktiv maddələrin leqalizasiyası və tibbi faydalarından yararlanmadır. Bütün tibbi problemlər kimi asılılıq problemi də tam şəffaflıq, stiqma və tabulaşmadan azad olduğu zaman öz həllini daha rahat tapa bilər.

Ədəbiyyat:

Lehrbuch Psychiatrie, W. Wolfgang Fleischhacker, Hartmann Hinterhuber, 2012

Lehrbuch der Psychodynamik, Stavros Mentzos, 2015

Facharztwissen Psychiatrie, Psychosomatik und Psychotherapie, Frank Schneider, 2017

ATLAS on substance use

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Bildschirmfoto 2022-04-11 um 22.48.51
.

Qoy işığı söndürüm

12 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
vokal_241017_01
.

Bakı Jazz şəhəridirmi?

29 Mart 2022
1304830078
.

Əsl dinin kitabı olmur

28 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel