Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Arşın mal alan” Türkiyədə

AzLogos AzLogos
Kültür
02 May 2019
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
Üzeyir Hacıbəyov
Paylaş

Mayın 3-də Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası Türkiyənin Sparta şəhərində, Süleyman Dəmirəl Universitetinin səhnəsində konsert versiyasında ifa ediləcək.

Bu haqda AzLogos-a tədbirin təşkilatçısı və dirijoru, Süleyman Dəmirəl Universitetinin dosenti, bəstəkar Əli Əlizadə məlumat verib. O deyib ki, bu əsərin Sparta şəhərində konsert premyerası olacaq, səhnədə ifaçılardan başqa iki deklamator da olmalıdır – onlar tamaşaçılara baş verənləri bir növ şərh edəcəklər.

“Komik hissələri olacaq bu deklamasiyaların” – Əli Əlizadə söhbətində qeyd edib – “Məsələn, dinləyicilərə müraciətlə deyiləcək ki, baxın bu Əsgər evlənmək istəyir, amma o zaman WhapsApp yox, Messenger yox, sosial şəbəkələr yox, qızın fotosu yox, bəs o nə etməlidir, necə tanısın qızı?” kimi şərhləri olacaq səhnədəki deklamatorların.

Əsəri Universitetin müəllim heyətindən ibarət kamera orkestri ifa edəcək, solistlər isə bütün Türkiyədən, müxtəlif opera teatrlarından dəvət edilmişdirlər. Əsgər rolunu Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin laureatı tenor Ömer Türkmenoğlu, Gülçöhrə rolunu isə Antalya Dövlət Opera və Balet Teatrının solisti, sopranoçu Nuray Çevikere ifa edəcəklər.

Əli Əlizadə söhbətində onu da vurğulayıb ki, 3 may ölməz bəstəkarımız, Azərbaycan musiqisinin klassiki Aqşin Əlizadənin (1937-2014) vəfatı günüdür və bu onun çox-çox sevdiyi bu əsərin premyerasını atasının işıqlı xatirəsinə ithaf edir.  

Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası olan “Arşın mal alan” operettası 1913-cü ildə bəstəkar tərəfindən qələmə alınmış və o zamandan müstəsna bir uğurla dünyanın bir çox teatrlarında səhnələşdirilmişdir. Operetta yazıldığı andan bir çox dillərə çevrilmiş, 5 dəfə filmləşdirilmişdir. Əsərin 1945-ci ildə lentə alınmış versiyasi 86 dilə dublyaj edilmiş və 136 ölkədə nümayiş etdirilmişdir. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör