Azlogos
  • Qaydalar
  • Kimlər var

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Arıqlamaq üçün roman

Seymur Baycan Seymur Baycan
., Kültür
23 Avqust 2021

İnsanın içində, ruhunda bir musiqi səsləndiyini bilirdinizmi? Bilmirsinizsə, mən bunun necə olduğunu sizə anlatmağı bacarmayacam. İnsanın ruhunda səslənən musiqini siz duymazsınız ki, insanın ruhunun musiqi söyləməsini ancaq sevərək ayrılanlar bacarar… İnsanın içindəki musiqini ancaq sevərək ayrılanlar duyar. Sizin duymanızı heç arzu etmərəm.

“London saatı” romanından  

Romanın qəhramanı Dəniz adlı psixopat, mənasız, hər şeyi öz adıyla çağırsaq, düşük bir qızdır. Dəniz, öz mənasızlığına, düşük-düşük hərəkətlərinə “qadın sirli varlıqdır…” adı qoyub. Əslində isə ortada açılası heç bir sirr, heç bir sirli varlıq zad yoxdur. Dəniz sadəcə boşluqdur və boşluqdan ibarət olan bu qız (əksər qadınlar kimi) qəti şəkildə belə hesab edir ki, onun mənasız, səviyyəzsız şıltaqlıqları, hərəkətləri “qadın sirli varlıqdır” kimi qəbul edilməlidir, belə bir qızın mövcud olmasına görə hamı sevinməlidir.  

large_2021-07-13-11-29-261626161366Dəniz daima çemodan əhvalındadır. O, hər an kimisə, haranısa tərk edib, harasa gedə bilər. Sevgilisini, ailəsini, hətta xalqını və ölkəsini… Özü haqqında çox yüksək fikirdə olan bu qız haranısa, kimisə tərk etdisə, onu geri qaytarmaq çətin məsələdir. Çünki, Dəniz çox qürurludur, istəsə belə bağışlamağı bacarmır. 334 səhifədən ibarət olan kitabda, yalan olmasın, azı otuz dəfə qürur sözünə rast gəldim. Qürur, qürur, qürur… Kimə lazımdır bu qürur? Heç kimə. Dəniz çox gərgindir. Yəqin ki, bu gərginliyin içində yaşamaq onun üçün çox çətindir. İşin axmaq tərəfi ondan ibarətdir ki, Dənizin qürurunda, gərginliyində bir qram da olsun bəşərililik, ideya yoxdur. O, əbəs yerə özünə əziyyət verir. Əbəs yerə camaatın zəhləsini tökür. Bir sözlə, boş-bekar, alçalmağı, təhqir olunmağı xoşlayan bir adam lazımdır ki, daima, dayanmadan bu qızın nazı ilə oynasın, onu darıxmağa qoymasın, onun qüruruna toxunmasın.  Həyatda belə manyak, alçalmağı, təhqir olunmağı xoşlayan oğlanlar, kişilər var. Elə romanın digər bir qəhramanı, Yanar da belə manyak tiplərdən biridir. Yanar onu tərk edən Dənizi geri qaytarmaq üçün beş il əzab-əziyyət çəkir. Amma nə etsə də Dənizi heç cür geri qaytara bilmir. Beş il… Beş il bir igidin ömrüdür.  Görünür çox bekarçılıqdır. Hərə bu bekarçılıqdan yaxasını qurtarmaq üçün nələrsə etməlidir, həyatı birtəhər yola verməlidir. Deyilənə görə Volter də məşhur “Kandid” əsərini bekarçılıqdan yazıb…

Sevgilisini geri qaytarmaq üçün Yanarın necə dillər tökməsi ilə oxucuları tanış etmək istərdim. Məsələn, 259-cu səhifədə oxuyuruq:

“Şahzadəm (Yanar əsərdə sevgilisinə belə əttökən müraciət edir), bir şans ver. Bağışla, bağışla, layiq olmasam da. Belə susma, nə isə de. Acıla məni, de ki, mən alçaq adamam. Şahzadəm, mən sənsiz dözmərəm, bunu bilirsən sən… Bir şans istəyirəm…”

Bu sözlər qürurlu, özü haqqında yüksək fikirdə olan Dənizə təsir etmir. Dənizin özü haqda necə yüksək fikirdə olmasını oxuculara əyani formada göstərək:

“Apple-nin qurucusu Stive Jobsun evində Eynşteyinin bir tablosu, bir stul, bir ayaqüstü lampa və bir yataq olub. İş həyatında həmişə minimalizm fəlsəfəsinə əsaslanıb. Deyib ki, 30 və ya 300 dollar olan saatlar arasında heç bir fərq yoxdur. Hər ikisi eyni vaxtı göstərir… Mən heç zaman kiməsə bənzəməyə çalışmasam da, son aylar baş verən hadisələrdən Stive Jobsun nə qədər haqlı olduğuna inandım”.

Diqqətli oxucular “mən heç zaman kiməsə bənzəməyə çalışmasam da” sözlərini oxuyub vəziyyətin nə qədər acınacaqlı olduğunu yəqin ki, hiss etdilər. Kiməsə bənzəməyə çalışmadığını Dəniz iki daşın arasında mütləq deməli idi. İki daşın arasında adam Stive Jobsa minnət qoyur. Yəni, heç istəməzdim sənlə razılaşam, heç kimə bənzəmək istəmirəm, amma həyat məni səninlə razılaşmağa məcbur etdi Stive Jobs. Bu nə eqodur belə? Belə mənasız, heç bir ictimai-siyasi məzmunu olmayan eqoyla necə yaşamaq olar?  Bu kimi cümlələri, bu kimi abzasları oxuduqda ətim tökülsə də, ciddi əzab çəksəm də, bir qadının qeyri-ciddi daxili dünyası, gülməli arzuları ilə tanış olurdum. Ümumiyyətlə, əsərdə qəribə-qəribə arzularla qarşılaşırdım. 301-ci səhifədə oxuyuruq: “Yemək bişirməyi öyrənmək lazımdır. Hmmm. Bu heç yaxşı olmadı, amma yoluna qoyaram. Niyə alimlər bu qədər kəşflərin arasında bir dənə də “özü bişirən ağıllı qazan” icad eləmirlər – bu ki, ədalətsizlikdir”.

“London saatı” romanında real həyatdan əsər-əlamət yoxdur. Dialoqlar, təsvirlər sönük və koloritsizdir. Əsərin dili olduqca kasad , bərbad, enerjisizdir. Romanın süjeti, hadisələr bir oxucu kimə mənə çox süni, saxta, qurama təsir bağışladı. Stanisvalski sağ olsaydı bu romanı oxuyub, belə deyərdi: “Bir qram da inanmıram”.  

“London saatı”nı oxuduqca sözün həqiqi mənsında ətimin töküldüyünü hiss edirdim. Romana başlayanda çəkim 106 kilo idi. Romanı qurtaranda çəkim 96 kiloya düşmüşdü. Arıqlamaq istəyən şəxslərə bu romanı oxumağı tövsiyə edirəm.

Belə başa düşdüm ki, müəllif türk seriallarının ciddi azarkeşidir və baxdığı seriallardan bərk təsirlənib. Onun ədəbiyyat haqqında təsvvürləri çox səthi, üstəlik də kökündən səhvdir. “London saatı” ancaq elə Dəniz kimi səydəş, mənasız qızların xoşuna gələ bilər. “London saatı”ın müəllifi və bu qəbildən olan digər müəlliflər roman yazmazdan əvvəl bir az məsuliyyət hiss etməlidirlər. Hər şey bir tərəfə, heç olmasa roman yazmazdan əvvəl iyirmi Azərbaycan romanı oxumalıdırlar.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

patrick-tomasso-oaqk7qqnh_c-unsplash-1
.

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd

08 Avqust 2022
Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022

Redaktorun seçimi

Kitab oxumayan cahildir?

Rusiya-Ukrayna gərginliyi (Donbas konflikti)

Əmilən oksigen və digital perspektivlər

Elvin Adıgözəl: “Türkmənistana çevrilmir ölkə”

“Leninqrad”. Yeddinci Simfoniya.

Azadlığın ağrısı və həzzi

Daxili qəzəblə zahiri sakitlik arasındakı ziddiyyət haqqında

Koronavirus və qloballaşma

Çağdaş filosoflar koronavirusu necə müzakirə edirlər?

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

Azərbaycanda hər şeyin müxtəsər tarixi

Azərbaycanda əcaib işsizlik

Siyasi mədəniyyətin məziyyətləri

Ədliyyə naziri Fikrət Məmmədov cənablarına açıq məktub

Qaldığımız evlər

Elinanın qətli, ReAL, Notr Dam

Dillə bağlı iki əhvalat

Teymur Hacıyev: “Azərbaycanda operator tapa bilmirəm”

Azərbaycan multikultural ölkədirmi?

“Semiçka” və tamaşa, yaxud milli pop-korn

Millət nədir?

Məzardakı insanlar

Yuriy Sayutkin – Gecə dejavüsü və ya gips mərmərə qarşı

Yumor ictimai problem kimi

Turan Manafzadə: “Mənə demokratik rejim yaxındı”

Yuxulu kalaçililər

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

Söyüş

Zövqsüz olmaq haqqınızdır

İlham Əliyevin Rusiyaya verdiyi dərs

Arıqlamaq üçün roman

Seymur Baycan Seymur Baycan
., Kültür
23 Avqust 2021

İnsanın içində, ruhunda bir musiqi səsləndiyini bilirdinizmi? Bilmirsinizsə, mən bunun necə olduğunu sizə anlatmağı bacarmayacam. İnsanın ruhunda səslənən musiqini siz duymazsınız ki, insanın ruhunun musiqi söyləməsini ancaq sevərək ayrılanlar bacarar… İnsanın içindəki musiqini ancaq sevərək ayrılanlar duyar. Sizin duymanızı heç arzu etmərəm.

“London saatı” romanından  

Romanın qəhramanı Dəniz adlı psixopat, mənasız, hər şeyi öz adıyla çağırsaq, düşük bir qızdır. Dəniz, öz mənasızlığına, düşük-düşük hərəkətlərinə “qadın sirli varlıqdır…” adı qoyub. Əslində isə ortada açılası heç bir sirr, heç bir sirli varlıq zad yoxdur. Dəniz sadəcə boşluqdur və boşluqdan ibarət olan bu qız (əksər qadınlar kimi) qəti şəkildə belə hesab edir ki, onun mənasız, səviyyəzsız şıltaqlıqları, hərəkətləri “qadın sirli varlıqdır” kimi qəbul edilməlidir, belə bir qızın mövcud olmasına görə hamı sevinməlidir.  

large_2021-07-13-11-29-261626161366Dəniz daima çemodan əhvalındadır. O, hər an kimisə, haranısa tərk edib, harasa gedə bilər. Sevgilisini, ailəsini, hətta xalqını və ölkəsini… Özü haqqında çox yüksək fikirdə olan bu qız haranısa, kimisə tərk etdisə, onu geri qaytarmaq çətin məsələdir. Çünki, Dəniz çox qürurludur, istəsə belə bağışlamağı bacarmır. 334 səhifədən ibarət olan kitabda, yalan olmasın, azı otuz dəfə qürur sözünə rast gəldim. Qürur, qürur, qürur… Kimə lazımdır bu qürur? Heç kimə. Dəniz çox gərgindir. Yəqin ki, bu gərginliyin içində yaşamaq onun üçün çox çətindir. İşin axmaq tərəfi ondan ibarətdir ki, Dənizin qürurunda, gərginliyində bir qram da olsun bəşərililik, ideya yoxdur. O, əbəs yerə özünə əziyyət verir. Əbəs yerə camaatın zəhləsini tökür. Bir sözlə, boş-bekar, alçalmağı, təhqir olunmağı xoşlayan bir adam lazımdır ki, daima, dayanmadan bu qızın nazı ilə oynasın, onu darıxmağa qoymasın, onun qüruruna toxunmasın.  Həyatda belə manyak, alçalmağı, təhqir olunmağı xoşlayan oğlanlar, kişilər var. Elə romanın digər bir qəhramanı, Yanar da belə manyak tiplərdən biridir. Yanar onu tərk edən Dənizi geri qaytarmaq üçün beş il əzab-əziyyət çəkir. Amma nə etsə də Dənizi heç cür geri qaytara bilmir. Beş il… Beş il bir igidin ömrüdür.  Görünür çox bekarçılıqdır. Hərə bu bekarçılıqdan yaxasını qurtarmaq üçün nələrsə etməlidir, həyatı birtəhər yola verməlidir. Deyilənə görə Volter də məşhur “Kandid” əsərini bekarçılıqdan yazıb…

Sevgilisini geri qaytarmaq üçün Yanarın necə dillər tökməsi ilə oxucuları tanış etmək istərdim. Məsələn, 259-cu səhifədə oxuyuruq:

“Şahzadəm (Yanar əsərdə sevgilisinə belə əttökən müraciət edir), bir şans ver. Bağışla, bağışla, layiq olmasam da. Belə susma, nə isə de. Acıla məni, de ki, mən alçaq adamam. Şahzadəm, mən sənsiz dözmərəm, bunu bilirsən sən… Bir şans istəyirəm…”

Bu sözlər qürurlu, özü haqqında yüksək fikirdə olan Dənizə təsir etmir. Dənizin özü haqda necə yüksək fikirdə olmasını oxuculara əyani formada göstərək:

“Apple-nin qurucusu Stive Jobsun evində Eynşteyinin bir tablosu, bir stul, bir ayaqüstü lampa və bir yataq olub. İş həyatında həmişə minimalizm fəlsəfəsinə əsaslanıb. Deyib ki, 30 və ya 300 dollar olan saatlar arasında heç bir fərq yoxdur. Hər ikisi eyni vaxtı göstərir… Mən heç zaman kiməsə bənzəməyə çalışmasam da, son aylar baş verən hadisələrdən Stive Jobsun nə qədər haqlı olduğuna inandım”.

Diqqətli oxucular “mən heç zaman kiməsə bənzəməyə çalışmasam da” sözlərini oxuyub vəziyyətin nə qədər acınacaqlı olduğunu yəqin ki, hiss etdilər. Kiməsə bənzəməyə çalışmadığını Dəniz iki daşın arasında mütləq deməli idi. İki daşın arasında adam Stive Jobsa minnət qoyur. Yəni, heç istəməzdim sənlə razılaşam, heç kimə bənzəmək istəmirəm, amma həyat məni səninlə razılaşmağa məcbur etdi Stive Jobs. Bu nə eqodur belə? Belə mənasız, heç bir ictimai-siyasi məzmunu olmayan eqoyla necə yaşamaq olar?  Bu kimi cümlələri, bu kimi abzasları oxuduqda ətim tökülsə də, ciddi əzab çəksəm də, bir qadının qeyri-ciddi daxili dünyası, gülməli arzuları ilə tanış olurdum. Ümumiyyətlə, əsərdə qəribə-qəribə arzularla qarşılaşırdım. 301-ci səhifədə oxuyuruq: “Yemək bişirməyi öyrənmək lazımdır. Hmmm. Bu heç yaxşı olmadı, amma yoluna qoyaram. Niyə alimlər bu qədər kəşflərin arasında bir dənə də “özü bişirən ağıllı qazan” icad eləmirlər – bu ki, ədalətsizlikdir”.

“London saatı” romanında real həyatdan əsər-əlamət yoxdur. Dialoqlar, təsvirlər sönük və koloritsizdir. Əsərin dili olduqca kasad , bərbad, enerjisizdir. Romanın süjeti, hadisələr bir oxucu kimə mənə çox süni, saxta, qurama təsir bağışladı. Stanisvalski sağ olsaydı bu romanı oxuyub, belə deyərdi: “Bir qram da inanmıram”.  

“London saatı”nı oxuduqca sözün həqiqi mənsında ətimin töküldüyünü hiss edirdim. Romana başlayanda çəkim 106 kilo idi. Romanı qurtaranda çəkim 96 kiloya düşmüşdü. Arıqlamaq istəyən şəxslərə bu romanı oxumağı tövsiyə edirəm.

Belə başa düşdüm ki, müəllif türk seriallarının ciddi azarkeşidir və baxdığı seriallardan bərk təsirlənib. Onun ədəbiyyat haqqında təsvvürləri çox səthi, üstəlik də kökündən səhvdir. “London saatı” ancaq elə Dəniz kimi səydəş, mənasız qızların xoşuna gələ bilər. “London saatı”ın müəllifi və bu qəbildən olan digər müəlliflər roman yazmazdan əvvəl bir az məsuliyyət hiss etməlidirlər. Hər şey bir tərəfə, heç olmasa roman yazmazdan əvvəl iyirmi Azərbaycan romanı oxumalıdırlar.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

patrick-tomasso-oaqk7qqnh_c-unsplash-1
.

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd

08 Avqust 2022
Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel