Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

Sahil Qənbərli Sahil Qənbərli
., Dizayn
05 Mart 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Bildschirmfoto 2021 03 05 um 12.14.22
Paylaş

İslam dininin özünəməxsus sadəliyi onun bədəvi çölündə meydana gəlməsi deyil. Bu dinin başlıca tələbi kainatı dərk edərək, hər növ eqodan təmizlənmək, yaradıcını tək, vahid güc kimi qəbul etməkdir. Dörd bir tərəfi səhralar ilə əhatələnmiş bu ucqar yerdə Məhəmməd peyğəmbərin başlatdığı inqilabın mərkəzində məhz sadəlik dayanırdı. Getdikcə genişlənən, yayılan bu dinin məbədləri standart formalarda deyildi. Bunu ilk inşa olunan məscidlərdə də görmək olar. İndiyə qədər bir çox məscid həm interyer, həm də eksteryer olaraq məni valeh etmişdi. Lakin bu gün danışacağımız bu məscid bütün standartlardan kənardır, öyrəşdiyimiz ənənəvi məscid formalarına qətiyyən bənzəməməkdədir.

Bildschirmfoto 2021-03-05 um 12.14.55

Büyükçəkməcədə, şəhər kənarında bir bölgədə dizayn edilən Sancaklar Məscidi müasir İslam memarlığının ən əhəmiyyətli nümunələrindən biri olaraq qəbul edilir. Bütün qəliblərdən çıxmaq istəyən müəllif Emre Arolat Osmanlı memarlıq üslubunun günümüzdə inşaat texnikaları və texnoloji inkişaf nəticəsində köhnəlmiş olması səbəbindən İstanbula sadə və təsiredici bir məscid gətirdi.

Bildschirmfoto 2021-03-05 um 12.14.26

Bu dizaynın ən vacib başlanğıc nöqtəsi ibadət yerinin hər hansı bir təmiz yer ola bilməsi və məscidin xüsusi bir formaya sahib olmamasıdır. Formaya əsaslanan nümunələrdən kənara çıxaraq fiziki və emosional qavrayışlara xitab edən bir məscid yaratmağa cəhd edildi. Məscidinin dizaynında Hz. Məhəmmədə ilk vəhyin alındığı yer olan Hira mağarasından ilhamlandığı da deyilir.

Bildschirmfoto 2021-03-05 um 12.14.49

Binanın ən vacib dizayn xüsusiyyətlərindən biri, yerləşdiyi maili kənd ərazisi ilə əlaqəsidir. Məscidin yamacla birlikdə yoxa çıxması və kənardan baxıldığında məscidin minarədən başqa heç bir hissəsinin görünməməsi ən vacib hədəflərdən biri idi. Deyə bilərəm ki, olduqca uğurlu alınıb. Tədricən ərazinin yamacı ilə birlikdə enən pilləkənlər məscidin giriş yolunu müəyyən edir.

Bildschirmfoto 2021-03-05 um 12.14.52

Sancaklar Məscidinin dizaynındakı sadəliyi daxili memarlıqda da görmək olar. Məscidin daxili dizaynında istifadə olunan materiallar şişirtmədən və lazımsız bəzəkdən uzaq sadə və zərif bir mühit yaratmışdır. Bu sadəlik İslam dininin və ibadətin sadəliyini və saflığını əks etdirir.

Bildschirmfoto 2021-03-05 um 12.14.22

Ümumi qapalı sahəsi 1300 kvadratmetr olan Sancaqlar Məscidi 650 nəfərin eyni vaxtda namaz qılması üçün nəzərdə tutulub. Məscidin ən vacib xüsusiyyətlərindən biri, məscid memarlığında ilk dəfə qadın və kişilərin ibadət sahələrinin ayrılmamasıdır. Digər məscidlərdə olduğu kimi arxada namaz qılmaq əvəzinə qadınlar kişilərlə eyni hissədə ibadət edə bilərlər.

Bildschirmfoto 2021-03-05 um 12.15.04

Sonda memarların incələmələri üçün kəsikləri, planları və görünüşləri texniki rəsmxətt ilə təqdim edirəm.

Bildschirmfoto 2021-03-05 um 12.15.38 Bildschirmfoto 2021-03-05 um 12.15.23 Bildschirmfoto 2021-03-05 um 12.15.20 Bildschirmfoto 2021-03-05 um 12.15.07

Layihənin yeri: İstanbul

Layihə növü: Məscid

Layihə Tipi Qrup: Dini

İşə götürən: Sancaklar Vəqfi

İşıqlandırma Layihəsi: Studio Lighting Design

Statik Layihə: Balkar Mühəndislik

Mexanik Layihə: Setta Mühəndislik

Elektrik Layihəsi: HB Teknik Elektrik Mühendislik

Layihənin başlama ili: 2011

Bitmə ili: 2013

Ümumi inşaat sahəsi: 1050 m2

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör