Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ağlamayana pəpə yoxdur

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
14 Oktyabr 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Pennews 2019 10 26e90876 3092 4689 9a8c 8caf85997cd6
Paylaş

AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfərdə qarşılaşan milli komandamız 0:1 hesabı ilə məğlub oldu.

Qarşılaşmaya damğa vuran məqam isə komandanızın oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vurduğu təmiz qolun hesaba alınmaması idi.

Belə ki, standart vəziyyət zamanı macar qapıçıdan dönən topu qarnı ilə qapıdan keçirən Bəhlul Mustafazadənin qol sevinci bir neçə saniyə çəkdi, çünki epizodu düzgün rakursdan görməyən, və ya görmək istəməyən hakim vəziyyəti əllə oyun kimi qiymətləndirib, qolu qeyd etmədi.

Düşünürəm ki, məsələ ilə tanışlıq üçün bu qədər intro yetər.

Yazının bundan sonrakı inkişafını üç istiqamətdə aparmağa çalışacam.

1. Əvvəlcə gəlin, düşünək, bu qol hesaba alınsaydı, bizə nə qazandıracaqdı?

– Çox böyük ehtimalla bir xal. Çünki matçın sonuna az qalmışdı və meydan sahiblərinin ruh düşkünlüyü, fiziki yorğunluğu fonunda növbəti qolu vuracağı inandırıcı deyildi.

– Millidə yenicə özünə yer edən gənc və istedadlı oyunçu Bəhlul Mustafazadə qol hesabını açmış olacaqdı ki, sonrakı karyerasında özgüvən baxımından təsiredici qüvvəyə malik faktdır.

– Azərbaycan millisinin Macarıstanla oyunlarındakı uğursuz seriyanın sonu olacaqdı ki, bu qarşılaşma da daxil olmaqla 6 dəfə üz-üzə gəldiyimiz macarlara bütün görüşlərdə uduzmuşuq.

– Seçmə mərhələnin nəticəsi və millimizin qrupdan çıxması üçün 1 xal həlledici olmasa da, bu epizodik uğur hazırkı AFFA rəhbərliyinin əlində “kozır”a çevriləcəkdi və onların fəaliyyətini tənqid edənlərə qarşı bir müddət müdafiə arqumenti kimi istifadə ediləcəkdi. Hərçənd qolun hesaba alınmamış olmasından da, istənilən halda əks arqument kimi yararlanmaq olar. Biz oynayırıq, hakimlər imkan vermir, misalı…

2. Bu, beynəlxalq oyunlar zamanı Azərbaycan komandalarına qarşı ilk belə haldırmı? Əlbəttə ki, xeyr.

Zaman-zaman oyun daxilində bəzi epizodlarda hakimlər qərar haqlarını rəqiblərimizin xeyrinə istifadə etsələr də, bu cür kobud şəkildə haqqımızı pozulması ikinci dəfə baş verir.

Yəqin ki, futbol azarkeşləri yaxın keçmişdə Bakıda baş tutmuş “Qarabağ” – “İnter” (Milan) görüşünü və son dəqiqələrdə ağdamlıların təmiz qolunun hesaba alınmamasını yaxşı xatırlayırlar. Onda vəziyyət indikindən daha dramatik, həmin sayılmayan qol isə daha həlledici rola malik idi. Çünki evdə əldə edilən bir xal “Qarabağ”ı ilk dəfə Avroliqanın qrupundan növbəti mərhələyə çıxaracaqdı. Ancaq zalım hakimlər oyundankənar vəziyyət iddiası ilə qaydalar çərçivəsində vurulmuş qolu hesaba almayaraq həm ümidlərimizi, həm də perspektivlərimizi məhv etmişdilər.

3. Bəs yaxşı, bu kimi hallarla mübarizə aparmaq, mümkün haqsızlıqlardan xilas olmaq üçün nə etmək lazımdır?

Birinci növbədə etiraz etmək. Futbol da cəmiyyətin digər sahələri kimidir. Sənə qarşı edilə haqsızlığa səs çıxarmasan, davamlı şəkildə əziləcəksən. Loru dildə desək, ağlamayana pəpə yoxdur!

“Qarabağ”la bağlı vəziyyətdə istər klub özü, istərsə də AFFA gərəkli rəsmi etirazları etdilər, müəyyən qədər rəsmi və qeyri-rəsmi vasitələrlə haqlarını aradılar. Bundan “Qarabağ”ın adının, təmsil etdiyi regionun və bu adın Azərbaycanın beynəlxalq siyasətində hansı önəmə sahib olmasının təsiri də var idi əlbəttə ki.

Doğrudur, etirazlar yekunda nəticəni dəyişmədi. Sözügedən görüşün hakimləri bir neçə oyunluq cəzalandırıldı, vəssalam. Amma bununla belə Avropa futbol elitasında sözümüz dinlənildi, haqqımızda danışıldı və sonrakı proseslər üçün təkan oldu.

Bir haşiyə çıxım, Türkiyə futbolunda bu prosesə “algı operasyonu” deyirlər. Yəni “təəssürat əməliyyatı”.

Hazırda Türkiyə Super Liqasında bu metod xüsusilə də böyük klublar tərəfindən geniş istifadə edilir.

Haqsızlığa məruz qalan və ya qaldığını düşünən komanda bir həftə, bəzən həftələrlə gündəm yaradır, süni ajiotaj çıxardır, mətbuat, sosial şəbəkələr, azarkeşlər və digər rıçaqlar vasitəsilə üst quruma təzyiq edir.

Sonrakı periodda hansısa bir mübahisəli məqamda artıq qərar onların xeyrinə verilir. Bunu həm “sus payı”, həm “kompensasiya”, həm də “haqq” kimi qəbul etmək olar.

Son günlər belə məşhur hadisələrdən birində “Fənərbaxça” klubu “Alanyaspor”la oyundakı bir epizodla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) “kural hatası” iddiası ilə şikayət edib, oyunun nəticəsinin ləğv olunmasını və müəyyən dəqiqədən etibarən yenidən keçirilməsini tələb etdi.

Təbii ki, TFF bu iddianı qəbul etmədi. Əks halda öz hakimini ayağa vermiş olacaqdı ki, bu da federasiya adına heç də xoş fakt deyil.

Amma Fənərbaxça rəhbərliyi növbəti dəfə bir üst quruma apellyasiya şikayəti vermək fikrindədir.

Əslində prezident Ali Koç da, digər klub rəsmiləri də yekunda onların xeyrinə qərar çıxmayacağını bilirlər, amma əsas məsələ idarəedici qurumlar üzərində təzyiq yaratmaq, yuxarıda da dediyim kimi, növbəti mübahisəli epizodlarda potensial üstünlük qazanmaqdır.

İndi isə növbə bizimdir. Əlimizdə faktımız, video görüntülər var. Hakim özü oyundan sonra səhvini etiraf edib və üzr istəyib. Qalır bunları UEFA-da bərk şəkildə lazımi ünvanlara “qışqırmaq” və haqqımızı tələb etmək.

Qitə futbol qurumunun rəhbərliyi ilə arası əla olan AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov üçün bu, o qədər də çətin olmamlıdır.

Yekunda nəticə dəyişməyəcək, amma növbəti oxşar hallar üçün zəmin yaratmaq olar.

Ağlamayana pəpə yoxdu axı…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör