bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Hisslərin təhqir olunması

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
20 Aprel 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
File 20180816 2906 1rgv7qv
Paylaş

Vaxt var idi, dindarların hisslərinin təhqir olunması dəbdə idi. Dindarların hissləri tez-tez təhqir olunurdu. Onlar artıq abırlarına qısılıb oturublar. Vəhhabizm mikrobunun başı əziləndən sonra, bu ünsürlərin real və virtual terroru demək olar ki, bitib. Ənənəvi sünni və şiə qardaşlarımız isə zamanla maarifləndilər, oxudular, gördülər-götürdülər, dünyanı gəzdilər və dünyəvi dövlətdə yaşamağın yaxşı bir şey olduğunu anladılar. Onsuz da mədəni insanlar – dindar, yaxud qeyri-dindar – arasında problem yaşanmır, onlar bir-birlərini «yola verirlər».

Dindarların tez-tez təhqir olunması ənənəsi mövqe itirən kimi, boş qalan yeri tez-tez təhqir olunmağa bənd solçular, feministlər, liberallar, LGBT nümayəndələri və s. kimi qruplar doldurdu. Onsuz da virtualda «milli hissləri» təhqir olunanların, xalqı müdafiə edən xalq vəkillərinin dominasiyasından əziyyət çəkənlər, gündən-günə səsləri yüksələn solçular, feministlər, liberallar, LGBT nümayəndələri və s. kimi qrupların əlində əsir-yesir qaldılar. Hamı bir-birinin həyatını zəhərə çevirməklə məşğuldur, hamı bir-birinə qənim kəsilib, hamı gərgindir, hamı gic olub qalıb. Fakt budur ki, yeni virtual şizofreniya, postmodern despotizm çoxluğu əzməkdə, gözükölgəli etməkdədir. «Homofob, qadın düşməni, seksist, irqçi, yanıq» görünməmək, damğa yeməmək üçün insanlar ağızlarını açmağa qorxurlar.

Əvvəla ondan başlayaq ki, qəzəbli olanlar, hisslərinin təhqir olunduğunu deyənlər, gözlərinin içinə qədər yalan danışırlar. Fərdi, şəxsi hansısa hücumdan, təhqirdən getmir söhbət, onlar aydındır. Məsələn, hansısa ideyanın, hobbinin texniki olaraq təhqir oluna bilməsi ehtimalını şübhə altına alıram. Təhqir olunanlara, təhqir oluna bilənlərə isə cəsarətlə fırıldaqçı deyirəm. Tez-tez təhqir olunanlar «mən də varam», «mənim də mneniyam var» demək üçün fürsət gözləyənlərdir.

Dünyada bu tendensiya ilə artıq mübarizə başlayıb. Maraq qrupları, hobbilər, ideologiyalar bu gün dinə, sektalara çevrilir, insanların psixikasını, rahatlığını pozurlar. Səsləri gur çıxır deyə, absurd tələb və şıltaqlıqlarını müqəddəs ayə kimi cəmiyyətə yeridirlər; insanlar geridəqalmış görünməməkdən ötrü, zərurət olmadığı halda təbiətlərinin, düşüncələrinin, qənaətlərinin ziddinə getməli olurlar.

Bütün bunlar, onsuz da gərgin olan cəmiyyətdə daha da gərgin mühit yaradır.

Təhqir olunanın gəyirməsi

Hissləri tez-tez təhqir olunanların fırıldaqçı, saxtakar olduğunu dedim. Əksini düşünən, ehtimal edən sadəlövhlər varsa azacıq məntiqlərini işlətsinlər. Hissləri tez-tez təhqir olunanların ümumiləşdirilmiş obrazı necədir? Onun portreti varmı beyninizdə? Gəlin mən, bu portreti sizin üçün çəkim.

Təhqir olunmuş, qəzəblənmiş adamı biz necə təsəvvür edirik? Nəyisə oxuyandan sonra «aaa!» eləyib əllərini üzünə aparır, 10 saniyə ağzı açıq vəziyyətdə donub qalır, udqunur, su içir, əlləri əsə-əsə, əsəbindən partlaya-partlaya şərh yazır? Əlbəttə yox. Hamımız kimi, o da əyləşib, ya da uzanıb xayasını, ya da başqa yerini qaşıya-qaşıya, əsnəyərək, boynunu şaqqıldadaraq, «maamaaaa çay gətir dəəə» anqıraraq, gəyirərək, qaz buraxaraq, hətta mahnı zümzümə edərək yazır: «Cındırlar! Tvarsınız, tvar! Hisslərim təhqir olundu!»

Halbuki ortada nə qəzəb, nə təhqir olunmuş hiss var, nə də könül bağının qəm divarından düşmüş kərpic.

Bu mənada, virtualda aqressiya əsl simulyakrdır. Həqiqətdə olmayan bir qəzəbin imitasiyasıdır. İnanırsınız inanın, inanmırsınız öz işinizdir – qəzəbli şərh yazanların, hissi təhqir olunmuşların portreti mənim cızdığım kimidir və bu portretə iman edərcəsinə inanmaq məsləhətdir, çünki qəzəbli şərhlərin yazılması anında bundan qeyri bir psixoloji hal, bədən dili mövcud deyil. Monitor arxasındakı yeniyetmələrin də, beyni doqquz yaşlı infantil yetkinlərin də halı budur.

Beləliklə, hissi təhqir olunmuşların sərt reaksiyasının arxa planında qaşınan xaya, əsnəmə, boynu şaqqıldatma, «maamaaaa çay gətir dəəə» anqırma, gəyirmə, qaz buraxma, hətta zümzümə var.

Bir də onları sosial statuslarından asan tanımaq olar. Hissləri tez-tez təhqir olunmağa meylli toplumlar və qruplar, bir qayda olaraq və hər baxımdan uğursuzdur. Hissləri tez-tez və asan təhqir olunan adam naqisdir. Burada çox ciddi markerdən danışırıq. Naqis kimi tanımadığınız, amma tez-tez və həvəslə təhqir olunan tanışınız varsa, deməli onu yaxşı tanımırsınız. Ən azından naqis adamdır, hətta siz, onun çox ağıllı olduğuna əmin də olsanız, deməli o, həm naqis, həm də əxlaqsızdır ki, hisslərin təhqir olunmasının bir fiksiya olduğunu bildiyi halda, bu oyunu oynayır.

Özümüzü onlardan necə qoruyaq?

Köhnə dəyərləri aşırmaq iddiasında olanların, öz yeni dəyərlərini təsis edərkən seçdikləri üsul və üsluba diqqət edin, despotik davranışın izini, xırda işarəsini görən kimi uzaqlaşın, amma hər şeydən əvvəl heç kəsə, heç bir halda heyranlıq duymayın. Heç kimə və heç nəyə heyranlıq duymasanız görəcəksiniz ki, sizin hissləriniz heç vaxt təhqir olunmur. Daha doğrusu hisslərinizin təhqir olunması haqda os…rağa basmaq, artistlik eləmək ehtiyacı hiss etməyəcəksiniz. Yəni, düsturu budur – heç kimə və heç nəyə heyran olmayan adam gərgin olmaz, gücənməz, artistlik eləməz, fanatikləşməz.

Misal üçün, Ruslan Abbasovun “Üç bacı dolma” anime işindən qıcıqlanmaz, burda seksizm axtarmaz. 

Maraq, ideya, hobbi qruplarından, icmalardan, azlıqlardan bu dərəcədə qorxmaq, ən çox yaradıcı adamlar üçün ölümə bərabərdir. Çərçivələr təhlükəlidir, ölüm saçır. Yaradıcı adam bu çərçivələrdə qalanda quruyur, şirəsini itirir, mexanikləşir, robotlaşır. İndi müasir, çılğın dünyada milyonlarla maraq qrupları var və onların hamısı homofobiya, seksizm və s. kimi qəşəng terminləri əllərində bayraq edib, hər yerdən, hər küncdən hücum edirlər. Dünyamız, həyatımız terminologiya zibilliyinə çevrilib. Onlar da bu zibilliyin qağayılarıdır.

Estetik baxımdan pis quş deyil, amma səsi iyrəncdir.

«Anime çəkməyəcəksən, film çəkməyəcəksən, kitab yazmayacaqsan, bizim dediyimiz kimi olacaqsan. Biz səni yaşadırıq, biz olmadan sən də yoxsan». Bunun adı terrordur, qağayı səsli bir ovuc azlığın terroru.

Etiraz qəbul etməyən, çoxluğu özünə tabe etdirməyə, həqiqətin son instansiyası olmağa iddialı aktivistlərin despotizmi.  

Qağayı kimi anqırmaqdan başqa, heç bir faydaları yoxdurmu?

Əlbəttə var. Onlar bizim boz reallığımızı az da olsa rəngləndirirlər; filatelistlər, numizumatlar qədər urbanistik kültürümüzü zənginləşdirirlər. Cəmiyyətdə gotlar da olmalıdır, emolar da. Onların hüquqularını qoruyanlar da. Və gotların hüquqlarını qoruyanların hüquqularını qoruyanlar.

Şən qızlar və oğlanlar, rəngli şarflar, göyə buraxılan şarlar, hətta heykəl yazmalar. Hamısı olmalıdır. Patriarxlar qıcıqlanmalıdır, əsəbiləşməlidir, amma onlar da gec-tez razılaşmalıdır ki, kimlərsə bulvarda kəpənək, kimlərsə homofob, kimlərsə seksist, kimlərsə irqçi qovalasa həyatımız daha şən, daha maraqlı keçər.

Yəni siz hamınız bu ağır reallığımızda bizi şənləndirən, rəngləndirən çox vacib elementlərsiniz və olduğunuz yerdə qalın, çünki öz yerinizdə gözəlsiniz. Sakit-sakit işinizi görün, maarifləndirmə işləri aparın, çay partiləri təşkil edin, kəndlərdə prezervativ paylayın, kəndlərə neqr aparıb azərbaycanlılara göstərin ki, gözləri öyrəşsin, irqçiliyin daşını atsınlar. Çalışın hər gün göylərə şar buraxın.

Bunların hamısı cəmiyyətdə normaya çevrilməlidir. Güclü dövlət də belə şeylərdən qorxmaz. Qorxursa deməli güclü deyil.

Siz neynirsiz eləyin, amma bircə təhqir olunmayın. Çünki sizin şənliyiniz həyasızlıqla, girdirmə qəzəblə, əsəblə, təhqir olunmaqla bir araya heç sığmır.

Hamınıza bol sevişməli, yeyib-içməli və rəqs etməli dəli bir gün arzulayıram.

 

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör