Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

QKÇP – Son çırpınış

Erkin Qədirli Erkin Qədirli
., Mövqe
19 Avqust 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Пресс конференция ГКЧП, 1991г.

MOSCOW. Acting President of the USSR Gennady Yanayev (second R) holds a press conference on August 19, 1991. Members of the the State Emergency Committee of the USSR A. Tizyakov, V. Starodubtsev, B. Pugo and First Deputy Chairman of Defence Council O. Baklanov (L-R) also take part in the press conference in the press center of the Ministry of Foreign Affairs of the USSR. (Photo ITAR-TASS / Vladimir Musaelyan and Alexander Chumichyov) Москва. 19 августа 1991 года в Пресс-центре МИД СССР состоялась пресс-конференция исполняющего обязанности президента СССР Геннадия Янаева (на снимке второй справа). В ней также приняли участие члены Государственного комитета по чрезвычайному положению в СССР (слева направо): А.Тизяков, В.Стародубцев, Б.Пуго и первый заместитель председателя Совета обороны при президенте СССР О.Бакланов. Фото Владимира Мусаэльяна и Александра Чумичева /Фотохроника ТАСС/.

Paylaş

Bugün, 19 avqust, SSRİ-nin ilk və son Prezidenti olmuş Mixayıl Qorbaçovu devirməyə qalxmış QKÇP (Государственный Комитет по Чрезвычайному Положению) adlı bir qurumun hakimiyyəti öz əlinə aldığını elan etdiyi gündən 28 il ötür.

QKÇP-nin elan olunmuş məqsədi SSRİ-ni qoruyub-saxlamaq olub. Onların yanaşmasına görə Qorbaçov SSRİ-ni dağıdırdı. Qorbaçovun SSRİ-ni dağıtmaq kimi bir məqsədinin olmasıyla bağlı gümanın özü yanlış olsa da, fakt odur ki, Qorbaçovun gördüyü işlərin nəticəsində SSRİ dağılırdı (dağıldı da). Amma burada, Qorbaçovun gördüyü işlərlə SSRİ-nin dağılma səbəblərini eyniləşdirməyin doğru omadığını da unutmamalıyıq. Bununla belə, Qorbaçovun siyasəti kökündən yanlış olub, QKÇP də buna görə onu devirməyə qalxmışdı.

QKÇP-də birləşənlər önəmli vəzifələri tutmuş adamlar olub. Aralarında, SSRİ-nin Vitse-Prezidenti, Müdafiə Nazirir, Daxili İşlər Naziri, KQB sədri kimi şəxslər vardı. Onlar Qorbaçovu Kırımda istirahət etdiyi Foros kurortunda faktiki həbs etmişdilər. Buna baxmayaraq, çevriliş alınmadı. Maraqlıdır ki, çevrilişin qarşısını almaqda Qorbaçovun heç bir rolu olmayıb. Əsas işi Boris Yeltsin gördü. Qorbaçovun da, SSRİ-nin də mənəvi gücü qalmamışdı. Hakimiyyətin mənəvi gücü qalmayanda, ortaya fiziki güc qoysa belə, özünü qoruya bilmir.

Mənəvi güc çox önəmlidir. Bu gücün mənəviyyatla birbaşa əlaqəsi yoxdur. Burada “mənəvi güc” legitimilik anlamında işlədilən söz birləşməsidir (Veberin işlətdiyi mənada). Fiziki güc mənəvi gücdən qaynaqlanmasa da, ona bağlıdır. Toplum hakimiyyəti qəbul edirsə, onun gücünü də qəbul edəsidir, hətta ondan gücün tətbiqini də gözləyəsidir. Toplum hakimiyyəti qəbul etmirsə, onun gücündən çəkinməyəcək. Qorbaçovu yıxmağa girişmiş adamların hamısında fiziki güc vardı. Yuxarıda yazdığım kimi, aralarında müdafiə və daxili işlər nazirləri, eləcə də KQB sədri vardı. Alınmadı, çünki fiziki güc yetərli olmadı. Qorbaçovu devirməyə qalxmış adamların da mənəvi gücü olmayıb. Üstəlik, SSRİ-nin də mənəvi gücü tükənmişdi.

Mənəvi güclə fiziki gücün birliyi məsələsinə bir tarixi örnək verim.

Amerikadakı kolonistlərin Britaniyaya qarşı üsyan səbəbini bilirsiniz – razılaşdırılmamış vergi. Amerikadakı vergi ödəyicilərinin təmsil olunmadığı hakimiyyətin (qərar Londonda verilmişdi) təyin etdiyi əlavə vergiyə görə müstəqillik tələb olundu, ardınca müharibə oldu, sonrasını da bilirsiniz – ABŞ yarandı. Çox çəkmədi, ABŞ federal hökuməti də vergi yığmaq ehtiyacıyla üzləşdi. 1791-ci ildə viski adlanan alkohol içikisinə əlavə vergi təyin olundu. Pensilvaniyada buna qarşı üsyan başladı. Tarixdə bu üsyanın adı “Viski Üsyanı” kimi qaldı.

Üsyançılar hesab edirdilər ki, federal konqres belə bir vergini təyin edə bilməzdi. Onların dediklərinə görə, belə səlahiyyət ancaq ştat konqreslərində ola bilərdi. Bu yanaşmaya görə, federal hökumət təməl anlaşmanı pozmuş sayılmalıdır, təməl anlaşmanı pozmuş hakimiyyətə qarşı isə üsyan haqqı vardı. O dönəmdə ABŞ Prezidenti olmuş Corc Vaşinqton öncə görəvləndirlimiş adamlar vasitəsilə üsyançılarla danışığa girdi. Danışıqlar üç il sürdü və nəticə vermədi. Sonra, üsyançılar vergi yığmağa gəlmiş məmurları öldürəndə, Vaşinqton onlara qarşı güc tətbiq etmək qərarına gəldi.

Heç bir general Vaşinqtonun əmrini yerinə yetirmək istəmədi. Generallar üsyançıların haqlı olduğunu bildirdilər. Razılaşdırılmamış vergiyə görə Britaniyaya qarşı üsyan etmiş bir toplumun öz hökumətinin eyni siyasətinə qarşı üsyanına haqq qazandırdılar. Bunu görən Vaşinqton çox da böyük olmayan bir hərbi dəstə ilə özü üsyançıların üzərinə getdi. Üsyanı yatırmaq üçün gələn gücün başında Vaşinqtonun olduğunu bilən üsyançıların çoxu silahları atdı və dağılışdı. Təslim olmayanlara isə güc tətbiq olundu.

Vaşinqton çox böyük bir riskin altına girmişdi. Generalların çəkingənliyi, orduda narazılıq, toplumda üsyana haqq qazandıranların çoxluğu – bütün bunlara baxmayaraq, üsyançıların üzərinə özü getmişdi. Həmin dönəmdə Vaşinqtonun şəxsi nüfuzu (mənəvi gücü) yetərli ola bildi.

SSRİ-yə qayıtsaq, nə Qorbaçovda, nə QKÇP-də, nə də SSRİ-nin özündə mənəvi gücün qalmadığını aydın görə bilərik.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör