Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Frankfurtda “Tarixdən əvvəl həyat” – Abbas Atilayın fotosessiyası

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
28 İyul 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
1 min
Paylaş

Bəzi şəhərlər var ki, gedib görməmişdən məni artıq həyəcan basır. Xüsusilə qısa müddətə getdiyim zaman. Gedib görməli olduğum yerlərin hamısına vaxtım çatacaqmı və ya görəcəyim yerlərdən umduğum təəssüratlarla dönəcəyəmmi? Bu fikirlərlə çıxdığım səfər, daha həyəcanlı olur.

Amma “Frankfurt am Main” belə şəhərlərdən deyil. Bu şəhərdə mənə iki gün artıqlaması ilə bəs etdi. Main çayının ətrafı, modern göydələnlər arasında hələ də gözəlliyini saxlamış Opera binası, dünyaca məşhur şair və təbiət araşdırmaçısı Götenin ev muzeyi, şəhərin qədim hissələrində ailə ilə gəzinti üçün iki gün kifayətdir (sözssüz ki, bu qeydlər turist qeydləridir, yoxsa bu şəhərin də unikal bir çox cəhətləri əlbəttə var).

Amma bu şəhərdə bir yer var ki, təbiət tarixi və “Tarixdən əvvəl həyat” həvəskarları üçün əvəzedilməzdir – Senkenberg Təbiət Muzeyi (“Senckenberg Naturmuseum”). Bu muzeydə bir dəfə olmaq üçün, bu şəhərə gəlməyinə dəyər. Buranı sizə kiçik detalları ilə göstərəcəyəm, amma əvvəl muzey haqqında qısa məlumatla sizi tanış edim.

Muzey öz sahəsində Almaniyanın ən zəngin muzeyi sayılır. Həm eksponantların çoxluğu, həm də başqa muzeylərdən fərqli olaraq burdakıların əsl – original olması xüsusi diqqət çəkir.

Muzey 1817-ci ildə yerli şəhər əhalisindən olan 32 təbiət araşdırmaçısı tərəfindən qurulub və muzeyin qurulmasında təkanvericilərdən biri də Göte olub.

Muzey böyüdükcə böyüyüb, zənginləşib, amma II Dünya Müharibəsindən də öz payını alıb. Belə ki, 1944-cü ilin martında hava bombardımanı zamanı bombalardan biri muzeyə düşərək qapı-pəncərələri, muzeyin tavanını, eksponat rəflərini dağıdıb. Həmin vaxt dəyərli eksponatların mühafizəsi təşkil edildiyindən, muzey böyük itki verməyib.

Muzeyin əsas konsepti dörd mövzu üzərində qurulub: Bəşəriyyət, Dünyamız, Kosmos və Gələcək.

Vaxtınızı almadan sizə burdakı eksponatları göstərəcəyəm, amma əvvəlcə bu muzeyi mənim üçün xüsusi edən bir neçə səbəbi deyim:

– Yuxarıda qeyd etdiyim kimi, bu muzeydə eksponatların mütləq əksəriyyəti həqiqidir. Fosillərin bir çoxu Almaniyanın cənub mədənlərində tapılıb. Bundan əlavə başqa ölkələrdən müvəqqəti gətirlib sərgilənən fosillər də var. Yeni nə tapılırsa burada da bir müddət tamaşaya çıxarılır;

– Müzey dünyamızı dolğun təsvir edir. Bu günün demoqrafik vəziyyəti, iqlim problemi, bu problemi yaradan səbəblər, təbii fəlakətlər, zəlzələlərə səbəb olan yerin dərin qatlarındakı proseslər, vulkanların fəaliyyət mexanizmi görüntülü formada izah edilir. Yeri gəlmişkən, muzeyin bir salonunda günboyu uşaqlar üçün “workshop”lar təşkil olunur, uşaqlara mikroskoplardan istifadə öyrədilir.

– Muzeydəki bəzi eksponatlar istisna olmaqla, əksəriyyətinə əsasən uşaqların əl vurmasına icazə verilir. Mədəni təhsil sistemlərində anlayırlar ki, ziyarətçi tarixə əlini sürtüb onu hiss etməlidir. Təmasla, mövzü daha rahat anlaşılır. Xatırlayırsınızsa bir dəfə sizə Tiflis Tarix Muzeyində yaşadıqlarımızı təsvir etmişdim. Uşaqlar 1-2 əsr əvvələ aid olduğu deyilən top gülləsinə əl vurmuşdular deyə, muzey nəzarətçilərindən ibarət ordu bizi gözümçıxdıya salmışdı. Mədəni toplumlarda isə hətta bir neçə 10 milyon illik fosillərə belə əl vurmağa icazə verilir, amma ehtiyatlı olmaq şərti ilə.

– Bu muzeydə uşaq və gənc ziyarətçilərə insanın yaranma prosesini əvvəldən sona qədər və real görüntülərlə izah edirlər. Mənimkilərin yaşı hələ çatmadığı üçün, onlara bu bölməni göstərmədim.

Əziz oxucular, bu fotosessiyada siz, tanıdığınız bir çox canlının (qurbağa, kərtənkələ, kəpənək, milçək, əqrəb, balıq, krevet və s.) milyon illər əvvəl yaşamış ilk əcdadlarının həqiqi fosillərini görə və uşaqlarınıza göstərə bilərsiniz.

Muzeyin bir mərtəbəsi isə müasir dövrümüzdə yaşayan canlılara həsr olunub. Bəzi canlılar ana bətnindən çıxarılıb, yarılaraq daxili orqanları ilə birgə nümayiş etdirilir. Quzu, ayı balası eksponatlarını fotolarda görəcəksiniz…

 

1 - 31
- +
IMG 2608a min
IMG 2603a min
IMG 2602a min
IMG 2598a min
IMG 2573a min
IMG 2570a min
IMG 2569a min
IMG 2567a min
IMG 2562a min
IMG 2559a min
IMG 2554a min
IMG 2543a min
IMG 2541a min
IMG 2539a min
IMG 2533a min
IMG 2530a min
IMG 2527a min
IMG 2522a min
IMG 2520a min
IMG 2517a min
IMG 2516a min
IMG 2515a min
IMG 2511a min
IMG 2508a min
IMG 2507a min
IMG 2506a min
IMG 2503 min
3 Muzey min
2 min
1 min
IMG 2510a min

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör