bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycansayağı ölüpərəstlik

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
25 İyul 2019
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Image 750x 5c99c4e473185
Paylaş

Yaxud həyasızlığın daha bir pik nöqtəsi haqqında

Cavan yaşda dünyasını dəyişən qələm dostlarımın – ürəyi partlayan İkinci Mahmudun, intihar edən Mövlud Mövludun unudulmaz xatirəsinə…

Sovet Azərbaycanının tanınmış şairlərindən birinin (Cabir Novruz) “Sağlığında qiymət verin insanlara!” adlı məşhur misrası var.

Elə həmin tanınmış, “xalq şairi” titullu şair haqqında sonralar milli azadlıq hərəkatının öncüllərindən və çağdaş demokratik mətbuatımızın yaradıcılarından olan Ağamalı Sadiq Əfəndi 70-ci illərin sonunda İsmayıl Şıxlıya ünvanladığı açıq məktubda görün nə yazırdı: “…bu adamın yaxasından tutub deyən yoxdur ki, cənab Cabir əfəndi, Siz özünüz sağlığınızda hansı qiymətli adamlara qiymət vermisiniz? Nə üçün bütöv bir xalqın ədəbiyyatını təkcə öz zövqünüzlə ölçürsünüz? Sizin zövqünüz Azərbaycan ədəbiyyatı üçün estetik meyardır məgər? Hansı haqla Azərbaycan ədəbi gəncliyini bu jurnalın (Azərbaycan Yazıçılar İttifaqının (hazırda – Birliyinin) ədəbi orqanı olan “Azərbaycan” jurnalı nəzərdə tutulur – E.A.) üzünə həsrət qoymusuz və sonra katiblikdə oturub: “Üç min misra çap olunmadan ittifaqa üzv keçmək olmaz” deyə qışqırırsız? Necə başa düşək bunu, paraya dəymə, bütünə dəymə, doğra doyunca ye? Qəribədir, özünü bu xalqın oğlu hesab eləyən adam qıyıb öz balalarının başından necə basa bilər?”

Ədəbiyyatımızda epistolyar janrın ən yaxşı nümunələrindən biri sayıla bilən həmin məktubu (məktub-harayı!) yazanda Ağamalı bəy xeyli gənc, buna baxmayaraq, dövrünün ən istedadlı, sovet tənqidçilərinin təbirincə desək, ümidverici şairlərindən biri hesab edilirdi. Lakin şeirlərində yüksək bəlağətlə “insanlara sağlığında qiymət verməyə çağıran” cabir novruzların bütün qapıları parlaq istedad sahiblərinin üzünə qapatması sayəsində uzun zaman kölgədə qaldı. Təkcə Ağamalı bəymi? Daha neçələri…

Ağır həyat şərtləri, məişət qayğıları və ümumi biganəlik bu istedadların hərəsini bir yana sovurdu, ya ədəbiyyatdan tamam uzaqlaşdırdı, ya da mənəvi böhrana saldı: kimi içkiyə qurşanıb məhv oldu, kiminin ürəyi dözməyib partladı, kimi intiharacan yürüdü.

Haqlarında xoş sözlər də ondan sonra deyildi, imzaları da bundan sonra qiymətə mindi, əziz tutulmağa başlandı.

Ancaq hələ də “Sağlığında qiymət verin insanlara!” misrasını şüara çevirib tutuquşu kimi təkrarlayanlar tapılır.

XX yüzil Azərbaycan şeirinin ən qüdrətli simalarından biri Əli Kərimin taleyini xatırlayın. Ailəsi ilə ağır şəraitdə zirzəmidə yaşayan, ömrünün son çağları iş axtarmaqda keçən Əli Kərim:

Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi? –

misralarını başqa kontekstdə yazmışdı, ancaq onun ağrılı taleyinə ən yaxşı işıq tuta biləcək misralar da budur.

Yaşlı “ədəbi əjdaha”ların başı üstünü kəsdiyi “bulaq”dan su içməyə təşnə olan neçə-necə böyük istedad sahibindən biri idi Əli Kərim.

Həyatını çulğayan burulğanlardan çıxış yolu tapmayınca içkiyə qurşanan bu əvəzsiz şair ölümündən sadəcə günlər əvvəl həmyerlisi olan yüksək mənsəbli və nüfuzlu xalq şairinin (Rəsul Rzanın) qapısını döyür, iş üçün yalvarıb-yaxarır.

“Yox” cavabı alır, üstəlik, tənə, tənbeh eşidir.

Ürəyi partlayıb ölüncə mənzərə 180 dərəcə dəyişir: həmin xalq şairi Əli Kərimin dəfnini təşkil etmək üçün yaradılan komissiyanın sədri olur. Dəfn mərasimində alovlu çıxış edir, Əli Kərimi yerə-göyə sığdıra bilmir.

Bu yaxınlarda təsadüfən saytların birində başqa bir xalq yazıçısının (əslində biz bu titul daşıyıcılarını bir qayda olaraq xalqsız xalq şairi, xalqsız xalq yazıçısı kimi görmüşük!) – sovetdənqalma Yazıçılar Birliyinin 30 illik sədri Anar Rzayevin Şərqin şəxsiyyəti ilə yaradıcılığı örtüşən nadir qüdrətli sənətkarlarından biri İmadəddin Nəsimi haqqında nə vaxtsa yazdığı palaz boyda cızma-qarasını şairin 650 illiyi münasibətilə yenidən tirajladığını gördüm. Oxumağa nə maraq, nə həvəs, nə vaxt vardı, ötəri nəzər saldım. Sitata baxın, mən ölüm: “Böyük şairlər də qəhrəmanlardır, mənəviyyat cəngavərləridir, amansız dövranların zülmətində Xeyir, Səadət, Azadlıq çırağını yandıranlardır və bu hünərlərinin cəfasını çəkənlərdir. Təqiblər, qeybətlər, sürgünlər və ölüm… budur yaşadıqları zaman onların payına düşənlər. Onlar yad ellərin, acı çörəyini də dadıblar, “qürbətin ağır pilləkanlarını” da qalxmalı olublar. Dövrlərində çəkdiklərini çəkiblər, amma əsrlərdə onlar əyilməz fikir qiyamçıları kimi yaşayır və onların hünəri faciəli ömür sürməklə yox, poeziyaları ilə ölçülür. İnsanlığın iftixar etdiyi bir çox gözəl sənətkarlar igid kimi yaşamış və ölmüşlər, ancaq ilk növbədə onlar şair kimi yaratmışlar”.

Bu cümlələrin sahibinin özü isə həyatını saraya yalmanmaqda keçirib, ictimai-siyasi ədalətsizliklərə səs çıxarmayıb, korrupsiya əleyhinə bircə kəlmə danışmayıb, əksinə, həmin korrupsiyadan bəhrələnib, özünə, övladlarına saysız-hesabsız imtiyaz qazanıb, “Azərtac”ın xüsusi müxbiri olan oğlunu səfir vəzifəsinəcən yüksəldib, 30 ildir eyni kresloya yapışıb qalıb, haqqında ən xırda tənqidə qarşı kin, nifrət qusub, ətrafına istedadsız adamları toplayaraq, istedad sahiblərini dışlayıb, xor görüb.

O və rəhbəri olduğu AYB Nəsimi sağ olarkən böyük ehtimalla qüdrətli sənətkarın edamına, dərisinin soyulmasına fərman verər, ən yaxşı halda qıraqdan səssizcə tamaşa edər, səsini çıxarmaz, lazım gəlsə, lap cəlladın baltasını itiləyərdi.

Lakin indi Nəsimi haqqında bəlağətli məqalə yazır, üstəlik, adı da: “Şairin hünəri”.

Öz hünərini isə, məsələn, Rafiq Tağı kimi son illər ədəbiyyatımızın ən görkəmli simalarından birini Yazıçılar birliyindən çıxarmaqla göstərmişdi.

Beləcə, Rafiq Tağının qətlinəcən uzanan yola mərmər döşəməkdən çəkinməmişdi.

Qətlindən sonra bu dəhşətli, mənfur cinayəti pisləməyi belə özünə rəva görməmişdi.

Əmin olun, özü, təşkilatı Nəsiminin sağlığında yaşasaydı da mənzərə başqa cür olmazdı.

Və ya şeirimizin parlaq nümayəndələrindən biri, 1937-ci ilin “qırmızı terror”unun qurbanlarından, sonralar Azərbaycan sovet ədəbiyyatının görkəmli nümayəndələrinə çevrilmiş, ad-san, kürsü qazanmış qələm “dostlarının” donoslarına qurban gedən Mikayıl Müşfiqin həyat yoldaşı olmuş Dilbər xanımın ikinci evliliyindən olan qızı Leyla Axundzadənin təzəlikcə “teleqraf.com”da yayımlanmış müsahibəsindən:

Sual: Dilbər xanımın yazdığı “Müşfiqli günlərim” kitabını vərəqlədikdə Səməd Vurğunla Mikayıl Müşfiqin yanaşı fotosu diqqətimizi çəkdi. Yazılanlara, danışılanlara münasibətiniz necədir? Dilbər xanım deyirdimi kimsə bizim əleyhimizə nəsə yazdı, ifadə verdi?

Cavab: O barədə danışmırdı, çünki hamı hər şeyi bilir, deməyə ehtiyac yoxdur. 1988-ci ildə Müşfiqin 80 illiyində şairlər Süleyman Rüstəm və digərləri yığışmışdı, anam da onlarla söhbət edirdi. Müşfiqin bir dostu vardı, pərdənin arxasından Süleyman Rüstəmə dedi ki, sən eləmisən!.. Amma anam heç nə demirdi.

Mənzərəni təsəvvür edirsinizmi: sağlığında Müşfiqdən “donos” yazanlar ölümündən sonra yubileyinə təşrif buyura, tərifli ürək sözlərini rahatlıqla söyləyə bilirmişlər!

Daha neçə belə örnək göstərə bilərəm. Ki, bizim ölkədə istedadlı və ağıllı adamlar sağlığında gözardı ediliblər, gerçək dəyərlərini ala bilməyiblər, dışlanıblar, məhrumiyyətlər, məşəqqətlər içində təkbaşına çapalamalı olublar, ancaq ölümlərindən sonra vaxtilə bütün qapıları onların üzünə qapadanlar, fiziki məhvlərində hər hansı formada rol oynayanlar sanki bunların heç biri baş verməyibmiş kimi həmin adamlara dəyər biçməyə başlayıblar.

Utanmazlığın bu pik nöqtəsinə, bilmirəm, dünyanın başqa harasında rast gəlmək olar.

Ancaq Azərbaycanda onunla addımbaşı qarşılaşmaq olar.

Bizdə ağıllı və istedadlı adamları öldürüb sonra sevmək, çərlədərək, canından bezdirərək torpaq altına göndərib sonra qiymətləndirmək artıq normativə çevrilib. Heç kimi təəccübləndirmir, heç kimi heyrətləndirmir, heç kimi qıcıqlandırmır.

Sanki elə bu cür də olmalı imiş!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör