Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kəpənəklər öləcək

AzLogos AzLogos
Elm
31 May 2019
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
Painted lady butterfly 97568952 5c3ea99bc9e77c0001a81145
Paylaş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu Bakıda və bəzi bölgələrdə kəpənəklərin sayının artması ilə bağlı açıqlama verib. Bu haqda musavat.com bildirir.  

İnstitutun direktor müavini Elşad Əhmədov “Report”a açıqlamasında deyib ki, “Vanessa cardui” növünə aid olan kəpənəklərin kütləvi axınının heç bir zərəri yoxdur: “Kəpənəklərlə yumurta qoyduğu dövrdə kimyəvi mübarizə aparılmadığından onların Azərbaycanda kütləvi artımı müşahidə olunur. Bakı ətrafında müşahidə olunan kütləvi kəpənəklərin təbiətə və cəmiyyətə heç bir zərəri yoxdur. Ona görə də bu kəpənəklərin qarşısını almağa ehtiyac yoxdur. Onlar təqribən 15-20 gündən sonra məhv olacaqlar. Uçub gedənləri gedəcək, qalanları isə məhv olacaq. Bu kəpənəklərin ömrü bir aylıqdır. Ümumiyyətlə, həşəratların ömrü bir-iki ay aralığında olur. Təbii ki, onların arasında çox nadir hallarda qış dövründən keçid edən həşəratlar da mövcuddur”.

Direktor müavini bildirib ki, “Vanessa cardui” növünə aid olan gündüz kəpənəkləri mütəmadi olaraq Azərbaycana axın edirlər. Onun sözlərinə görə, demək olar ki, hər il bu kəpənəklərin miqrasiyası olur:

“Bu kəpənəklər “Vanessa cardui” növünə aiddir. Bu növ kəpənəklər, adətən, 5000 km məsafəyə qədər miqrasiya edə bilirlər. Bu kəpənəklər yalnız gündüzlər fəaliyyət göstərdiyi üçün onlara həm də “gündüz kəpənəkləri” deyilir. Azərbaycan gündüz kəpənəklərinin miqrasiya etdiyi yolun üzərində yerləşir. Bizim ölkəmizdən əlavə Türkiyə, Kipr və İsraildə də bu kəpənəklərin kütləvi artımı müşahidə olunur. Konkret olaraq, bu kəpənəklərin hansı ərazidən gəldiyini deyə bilmərik. Bir məsələni də qeyd edim ki, Azərbaycanda 25 minə yaxın həşərat növü, 100-dən çox isə kəpənək növü var”.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör