Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nevzorovun təhqirləri və bizim türkmən əslimiz

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
10 Sentyabr 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
15496515553890b71c69848966d6d0ac0eb4be4f3d05e
Paylaş

Bakıdan bir dostum, mənə Aleksandr Nevzorovun videosunun linkini atıb, fikrimi soruşur. Yaradıcının varlığına inanan dostum, Mütləqə çıxış kanalı kimi islamı seçib, amma intellekti, analitik zəkası, mütaliəsi imkan verir ki, hər şeyi çox yaxşı başa düşsün, odur ki, müstəsna dünyəvi adamdır, hətta sekulyar dövlətin əbədiliyi uğruna vuruşmağa da hazırdır. Allah və onunla münasibətlər isə, özünün də dediyi kimi, hərənin «şəxsi işi»dir.

Qayıdaq Nevzorova. İstəyən, əvvəl bu qısa videoya baxsın. Rusca bilməyənlər isə yazıya davam etsinlər.

Nevzorov burada müsəlmanları bəşəriyyətin «нахлебник»-i adlandırır. Bizim dillə desək – ortada yeyib qıraqda gəzən, özgə hesabına dolananlar. Diqqət edin, burada iqtisadiyyatdan getmir söhbət. Elmə, tərəqqiyə töhfə verməyən «müsəlmanların», elm və tərəqqinin nemətlərindən faydalanmasından danışılır. Əsas tezis budur ki, «müsəlmanların cəmi iki Nobel mükafatçısı var. Bəşəriyyətə heç bir yararları yoxdur».

Bu, Nevzorova islam haqqında verilən ilk sual deyil. Tez-tez soruşurlar ki, «sən bizim pravoslavlığı, ümumiyyətlə xristianlığı hər gün təhqir edirsən, din xadimlərini ələ salırsan, bəs islam haqqında niyə danışmırsan? Çünki müsəlmanlar bizim kimi tolerant deyillər, səni yaxınlıqdakı bir döngədə və ilk fürsətdə bıçaqlayarlar…»

Nevzorovun adətən cavabı belə olur ki, «əl çəkin məndən, mən pravoslavlıq üzrə master-əm. Bu, mənim işim, bildiyim sahədir. İslam haqda isə heç nə bilmirəm. Gedin islamı bilən bir islam tənqidçisi tapın…»

Əlbəttə, Nevzorov burada biclik edir, özü də yaxşı bilir ki, opponentləri haqlıdırlar və onun pravoslavlığı tənqid etdiyi kimi, kimsə çıxıb islamı tənqid etsə, onu doğrudan da bıçaqlayarlar. Bizdə Rafiq Tağını bıçaqladılar. İndiyə kimi də qatillər azadlıqdadır. Türkiyədə Turan Dursunu güllələdilər. Ərəb ölkələrindən tez-tez xəbərlər gəlir ki, hansısa mürtədi, ateisti edam etdilər.

Təhqir etmək sənətdir. İncəsənətdir. Nevzorov da bu sənətin içində ərimiş adamdır. «Gedin islamı tənqid edəni tapın» demək, həm də bir təhqirdir. Təkəbbürlə deyilmiş çox incə təhqirdir. «İslam dünyasının lideri», «qadınlara səs hüququnu hamıdan qabaq verdik», «Molla Nəsrəddin jurnalı», «opera» – yaxşı basıb-bağlamağımız var. Bizim ölkədə Rafiq Tağını öldürdülər. Nevzorovun dediyi naxlebnik-lərdən biri də bizim xalqdır. Biz də çox həvəsli deyilik verməyə, almağa isə həmişə hazırıq. Bacardığımız budur. Nankorluğumuz da öz yerində.

Dostuma dedim ki, heç müsəlmanlar Nevzorovun dediyinə təhqir kimi də baxmırlar. Onlar üçün bu, normadır, belə də olmalıdır. «Cəhənnəmdə yanacaq olan kafirlər, bu dünyada biz müsəlmanların xidmətində dayanıblar, onlar işləyir, biz isə yeyirik, istifadə edirik».

Bu təsəllinin əsas provayderləri olan körfəz ölkələrinin rəqqasə göbəyi yalayan şeyxləri, nahaq elə düşünürlər ki, bütün müsəlman ümməti min bir gecə nağıllarında yaşayır. Əksəriyyəti acdır və kafirlərin işləyib hazırladıqları nemətlərdən yararlana bilmirlər. Bütün dünya müsəlmanları hər il toplaşıb gedirlər Amerikadan silah alıb, din qardaşı Yəmənin başına atan dövləti ziyarətə. Meydanda baş kəsən, səfirlikdə adam doğrayan, Məkkə-Mədinə torpağı, islamın döyünən qəlbi, nəhayət anqlosaks layihəsi – Səudiyyə Ərəbistanına.

Azərbaycanlılar üçün, ermənilər demişkən «variant çka» – yəni variant yoxdur. Biz bundan sonra nə qədər dibə yuvarlansaq da, uzağı Türkmənistan ola bilərik. Heç ola da bilmərik. Söhbət də ondan gedir ki, o yetimlərin günahı Xəzərin o tayında qalmalarıdır. Türkmənlər – min il əvvəlin bizləridir. Onlar bizim orijinalımızdır. Gülmək lazım deyil, biz Xəzərin bu tayına gəlməsəydik, indi biz də orda Qurbanqulunun mahnılarına qol qaldırıb oynayır, gitarasını öpürdük.

Yəni mənası yoxdur oyun çıxartmağın, Türkmənistana çata bilməyəcəyik, yarımçıq hamiləlik isə olmur. Ya o yanlıq, ya bu yanlıq olmaq lazımdır. İnsanlara düzgün vektor göstərilməlidir, bu vektor tərəqqiyə olmalıdır, yoxsa bu işlərin sonu çox pis qurtaracaq.

Ölkədə son iyirmi-otuz ildə, heç nə bacaramayan, əlindən iş gəlməyən nəhəng bir ordu yetişib. İyirmi beş, otuz yaşı var, heç nə bacarmır, pulu yoxdur. Bu adam məscidin qapısından keçməsin neynəsin? Mütləq keçəcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör