ABŞ-ın Rice Univeritetinin yaydığı məlumatda deyilir ki, Yerdə həyat 4,4 milyard il bundan qabaq, planetimizin Mars böyüklüyündə bir obyektlə toqquşması nəticəsində yaranıb. Bir milyarda yaxın müxtəlif ssenariləri nəzərə alan kompüter simulyasiyası göstərib ki, bu hadisə baş verməsəydi Yerin özündə olan kimyavi maddələrin nisbəti həyatın yaranması üçün yetərli olmazdı.
Yerin yeganə təbii peyki olan Ay da bu toqquşma nəticəsində əmələ gəlib.
Yerlə toqquşan kosmik cismin nüvəsi kükürdlə zəngin imiş. Kükürd müxtəlif uçucu birləşmələrin həllolma xüsusiyyətinə mane olduğu üçün karbon və azot kimi qazları nüvədən atmosferə doğru itələyir. Buna görə də Yerlə toqquşma zamanı həyatın yaranması üçün vacib olan karbon qazı və azot kimi elementlər həmin obyektin səthində daha çox olub.







