Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Vaksinasiya əleyhdarlarının axmaqlığı

Hacı Hacıyev Hacı Hacıyev
Elm
03 May 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
2019 01 30 11 44
Paylaş

Bu günlərdə Facebook elan etdi ki, vaksinasiya əleyhdarlarına qarşı tədbirlər görəcək. Bundan qabaq Youtube da vaksinasiyadan imtinaya çağıran videoların monetizasiyasını ləğv etmişdi. Buna səbəb heç də qlobal informasiya yayımçısı olan şəbəkələrin senzuraya meyl etməsi deyil. Əgər vaksindən imtina edənlər və bunu təbliğ edənlər yalnız özləri üçün təhlükə olsaydılar, buna göz yummaq da olardı. Sonucda hər kəsin bədəni, onun şəxsi mülkiyyətidi və əgər fərd yetkin və anlaqlıdırsa, öz vücudundan istədiyi kimi istifadə etməkdə azaddır. Lap gedib başını divara vursun. Özü bilər. Amma vaksinasiya məsələsi şəxsi məsələ deyil.

Haşiyə çıxaraq onu da deyim ki, şəxsən mənim ixtisasca ali təhsilli kimyaçı texnoloq, uzun illər kimya laboratoriyasında iş təcrübəsi olan anam məni inandırmağa çalışır ki, AKDS kimi tanınan adsorbsiya olunmuş göy öskürək, difteriya və tetanusa qarşı polivaksin uşaqlarda autizm yaradır. O birilərini olar, amma bunu vurdurma uşağa deyir. Yəni bunu hələ ali təhsilli kimyaçı deyir. Siz indi təsəvvür edin ki, ali təhsili olmayan və ya humanitar sahələrdə ixtisaslaşmış insanlar bu cür yanlış propoqandadan hansı nəticələrə gəlib çıxa bilərlər.

Məsələ orasındadır ki, vaksinasiya şəxsi sağlamlıq məsələsindən başqa və ondan daha ziyadə kütləvi təhlükəsizlik problemidir. Yəni siz öz uşağınızı vaksinasiya etməməklə təkcə onu riskə atmırsınız. Əgər nəticədə sizin uşağınız xəstələnərsə, bu ümumi epidemioloji şəraiti pisləşdirir, başqa insanların da yoluxma ehtimalını artırır. Çünki vaksinlər əslində xəstəlikdən 100% müdafiə etmir, sadəcə yoluxma riskini azaldır və ya yoluxma baş verdikdə, xəstəliyin daha yüngül keçirilməsini təmin edir. İmmun sistemimiz çox mürəkkəb bir sistemdir. Hər kəsdə də immun reaksiyalar eyni cür getmir.

Bir də infeksion xəstəliklərin törədiciləri əsasən təkhüceyrəli bakteriyalar və heç hüceyrə belə olmayan viruslardır. Bu isə o deməkdir ki, onlar çox tez mutasiyaetmə xüsusiyyətinə malikdirlər. Düşdükləri mühitə daha tez adoptasiya olunurlar.

İnsan 20-30 ildən bir nəsil artırırsa, bir bakteriya əlverişli şəraitdə və sahibinin orqanizmində 24 saat ərizində 34 trilliondan çox nəsil verə bilər. Viruslardan heç danışmağa dəyməz. Ona görə də əgər bir insanın deyək ki, quyruğunu itirməsi üçün milyon illər lazımdısa, qrip virusunun bir dərmana qarşı davamlılığının yaranması üçün bir xəstəlik mövsümü kifayət edir.

Beləliklə müxtəlif epidemioloji tədbirlər nəticəsində qarşısı alınmış xəstəlik hətta bir insanda belə yenidən inkişaf etməyə imkan tapırsa, bunun nəticələri hamı üçün çox dəhşətli ola bilər.

Bundan başqa vaksinasiya məsələsi həm də insan haqları məsələsidir. Vaksinlərin çoxu uşaq yaşlarında vurulmalı olduğundan bu barədə qərarı təbii ki, uşağın özü yox, valideynlər verir. Bu halda valideyn öz məsuliyyətini dərindən anlamalı və verdiyi qərarla övladı olsa da, başqa bir insanın sağlamlığı, bəzi hallarda isə həyatı barədə qərar verdiyini başa düşməlidir.

1980-ci ildə BMT tərəfində bütün dünya üzrə aparılmış qlobal immunizasiya tədbirləri nəticəsində Adi Ospa xəstəliyinin kökünün kəsildiyi elan edildi. Hər il minlərlə insanın ölümünə səbəb olan bu dəhşətli xəstəliyin törədiciləri günümüzdə yalnız iki laboratoriyada xüsusi təhlükəsiz mühitdə saxlanır. Maraqlananlar bu xəstəlik barədə 1982-ci ildə Goran Marković`in çəkdiyi “Variola Vera” filminə baxa bilərlər.

Siz təsəvvür edirsinizmi bu nə deməkdir? İnsanlıq bir xəstəliyin tamamilə kökünü kəsib. Zira bir növün kökünü kəsməkdə biz həmişə usta olmuşuq. Amma bu halda söhbət milyonlarla həyatın xilasından gedir.

Vaksinasiya sayəsində artıq minlərlə uşağın həyatına son qoyan difteriya, tetanus, insanı ömürlük əlil arabasına bağlayan poliomielit epidemiyaları baş vermir.

Bütün bunlar barəsində əsərlər yazılmış, filmlər çəkilmiş, bütün platformalarda ictimai müzakirələr keçirilmiş faktlardır.

Bu qədər aşkar və real arqumentləri görməzdən gələrək, bir uğursuz və ixtisasından qovulmuş ingilis həkiminin autizm barədə səfsətə fikirlərini əldə bayraq edib, minlərlə insanı təhlükəyə atmaq ən yaxşı halda axmaqlıq, əslində isə cinayətdir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör