bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev Elmir Mirzəyev
., Kültür
06 Aprel 2026
Oxuma vaxtı:16 dəqiqəyə oxunur
1960 lar
Paylaş

Bu qaranlıq, ağır və sarsıdıcı zamanda Rasim Balayev də bizi tərk etdi. Kinomuzun həqiqətən son nəhəngi.

Rasim Balayev ona görə nəhəng deyildi ki, görkəmli aktyor idi, yox. Aid olduğu nəsildə onun qədər qüdrətli sənətkarlar saymaq olar, Fuad Poladov, Şahmar Ələkbərov, yaxud onlardan bir qədər böyük Həsən Məmmədov, Həsənağa Turabov kimi aktyorlar, digərləri. Onlar sənətdə Rasim Balayevdən əsla geridə qalmırdılar. 

Məsələ burasındadır ki, Rasim Balayev sırf aktyor deyildi. O, bizim milli mifologiyanın yaranışında başlıca rol oynamış, ortaq tarixi narrativi təfəkkürlərdə formalaşdıran Nəsimi, Babək və Bamsı Beyrək kimi obrazları milli arxetipə həkk etmiş insan idi. Bütün XX əsr boyunca milli quruculuq işi ilə məşğul olan Azərbaycan toplumu üçün bu obrazlar nation-building, yəni millətin formalaşdırılması, ortaq milli kimlik, tarix və simvolların, qısası, milli mif hekayəsinin yaradılması prosesi baxımından müstəsna əhəmiyyət daşıyırdı.

Əsas rollarını 1970-ci illərdə alsa da, əslində Rasim Balayevi də 60-cılar nəslinə aid etmək olar. Məhz həmin dövrdə onun təhsili, dünyagörüşünün formalaşması və yetkinləşməsi baş verib.

60-cı illər fenomeni, “Böyük ümidlər dövrü”

Keçən əsrin 60-cı illəri ümumiyyətlə tarix və mədəniyyətimizdə çox mühüm rol oynayıb. Artıq getməkdə olan “60-cılar nəsli” ədəbiyyat və incəsənətimiz üçün xüsusi əhəmiyyət daşıyıb. Bu gün də tamaşaçılar həmin dövrün ağ-qara, müasir zamana görə çox sadə şəkildə lentə alınmış filmlərini və mahnılara çəkilmiş süjetlərini heyranlıqla izləyirlər. Məhz 60-cı illərdə kinomuzda neorealizm estetikası (“Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, ilk road movie olan “Sən niyə susursan?” və d.) meydana çıxmış, ədəbiyyat və incəsənətdə isə ideoloji pafosdan, ideal sovet adamından uzaq, canlı və mürəkkəb İnsan obrazı formalaşmağa başlamışdı.

“Nədən daha belə filmlər çəkilmir?”
“Getdi o sənətkarlar, onlardan yoxdur, bir daha olmayacaq da.”
“İndi heç belə səviyyədə sənət ola bilərmi, əsla!”

Sən niyə susursan
“Sən niyə susursan?” filmindən səhnə, rejissor Həsən Seyidbəyli (1966)

 

Belə tip mülahizələrə istər intellektual diskussiyalarda, istər sosial şəbəkələrdəki müzakirələrdə, istərsə də adicə məişət söhbətlərində tez-tez rastlayırıq. Bu fikirləri əsassız saymaq olmaz. Əgər onlar bunca fərqli platformalarda səsləndirilirsə və cəmiyyətin müxtəlif seqmentlərinə aid insanlar tərəfindən bölüşülürsə, deməli, bunun müəyyən səbəbləri var.

Yaxşı, bəs səbəb nədir? Doğrudan da deyildiyi kimi, niyə indi elə əsərlər yazılmır, elə filmlər çəkilmir və auditoriya (əslində cəmiyyət) özü də o zamankına uyğun deyil?

Bunun yeganə bir səbəbi var – əlahəzrət Zeitgeist, yəni zamanın ruhu.

Almancadan dilimizə “zamanın ruhu” (Zeit – zaman, Geist – ruh) kimi tərcümə edilən bu termin XVIII əsrdə Avropada maarifçilik dövrünün fəlsəfi-ədəbi mühitində yaranmışdı. O zamanın fikir adamları cəmiyyətin müəyyən bir dövrünü, onun ümumi ruhunu, baş ideyalarını və estetik təmayüllərini xarakterizə etmək üçün bu ifadədən istifadə edirdilər.

XX əsrdə Zeitgeist termini daha geniş yayılmış, müəyyən bir dövrün ideyalarını, sosial əhval-ruhiyyəsini və başlıca sənət vektorlarını ifadə edən əsas anlayışa çevrilmişdi.

İndi isə keçən əsrin 60-cı illərinin ümumi ruhuna bir nəzər salmağa çalışaq, bu necə bir zaman idi? Bu zamanı “Böyük ümidlər dövrü” kimi xarakterizə edə bilərikmi?

Bəli, geniş mənada belə ifadə etmək olar. Bu dövrün başlıca trendi XX əsrin əvvəllərində yaranmış totalitar rejimlər və ideologiyalardan qurtulma, nəhəng miqyasda dekolonizasiyanın başlanması zamanı idi. Hitler, Mussolini və Stalin və s. kimi müdhiş müstəbidlər artıq tarixə qovuşmuş, ölüm düşərgələri (Avropada nasizmin süqutu ilə bunlar muzeylərə çevrilmiş, sovetlər isə o zamana artıq “vegetarian olmuş, QALAQ əhəmiyyətdən düşmüşdü) və böyük müharibələr keçmişdə qalmış (yeganə ciddi problem, 1962-ci il Karib krizisi isə sülhlə həll olunmuşdu), Avropa və dünyada pasifizm meylləri geniş vüsət almış, “Müharibəyə əbədi yox!” şüarı hakim olmuşdu.

Əbəs yerdən deyildi ki, 60-cı illərin ümumi ruhunu ifadə edən məşhur ifadələrdən biri də hippi hərəkatlarının “Make love, not war” şüarı idi. Bu şüar həmin dövrün müharibəyə qarşı nifrət, azad sevgi, ümumiyyətlə total azadlıq anlayışı və alternativ həyat formalarına açıq atmosferini parlaq şəkildə əks etdirirdi.

1968-ci ildə tələbələrin Paris üsyanı bunun bariz nümunəsi idi. “Paris baharında” hadisələr sırf universitet problematikasından çox tez çıxaraq əski avtoritetlərə, patriarxal dəyərlərə, istehlakçı cəmiyyətə, bürokratiyaya qarşı ümumi bir üsyana çevrilmişdi. Həmin baharda tələbə və gənclər “daha yaxşı dünya mümkündür” fikri ilə barrikadalara “Qadağan etmək qadağandır!” («Il est interdit d’interdire!») kimi şüarlar ilə çıxmışdılar. Bu hərəkat istər kapitalizmi, istərsə də sovet tipli qartımış bürokratik sosializmi rədd edir, daha azad, daha humanist, faktiki anarxizmi ehtiva edən bir cəmiyyət arzulayırdılar.

Il est interdit d'interdireParalel olaraq dünyada geniş dekolonizasiya prosesləri gedirdi. 1960-cı ildə yalnız Afrikada uzun əsrlər boyu koloniya olmuş 17 ölkə (!) müstəqilliyini elan etmiş, bundan sonrakı illərdə fərqli kontinentlərdə 50-dək ölkə və idarə olunan ərazilər də kolonial asılılıqdan azad olmuşdu. 

Bu illərdə bəşər tarixində ilk dəfə qəbul edilmiş beynəlxalq hüquq normalarının işlək mexanizmə çevrilməsi prosesinə başladı. Müharibədən sonra, 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1949-cu ildə isə Cenevrədə mülki şəxslərin müharibə zamanı müdafiəsi haqqında qərarlar qəbul olunsa da, bunlar əsasən 1960-cı illərdə real funksional xarakter aldı. 1965-ci ildə isə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya qəbul edildi.

Bu sənədlər yalnız hüquqi aktlar deyildi,  onlar həm də gələcəkdə mümkün müharibələrin, soyqırımların, totalitar rejimlərin yaratdığı dəhşətlərə qarşı bəşəriyyətin bir növ mənəvi cavabı idi. İndi çox naiv görünə bilər, amma o dövrdə bəşər tarixində ilk dəfə olaraq İnsan yalnız dövlətin və ya imperiyanın subyekti deyil, müstəqil hüquqlara malik fərd kimi qəbul olunmağa başladı. Beləcə 1960-cı illər yalnız texnoloji tərəqqi, kosmosa uçuşlar və gənclik inqilabları ilə deyil, həm də insan ləyaqətinin, fərdi azadlıqların və bərabərlik ideyasının yeni mərhələyə daxil olması ilə tarixə düşdü.

Bəs o dövrün simaları, baş ikonaları kim idi? Günəş kimi parlaq təbəssümü olan Yuri Qaqarin və Che Guevara’nın beretkadakı çöhrəsi, irqçiliklə mübarizənin müqəddəsləri sayılacaq Martin Luther King və Nelson Mandela, musiqidə The Beatles qrupu, yaxud Müslüm Maqomayevin səsi və obrazı həmin zamanın ruhunu əks etdirirdi. Bu illər həm də texnologiya, mədəniyyət və sosial dəyişikliklərin sürətləndiyi, arxaik dinçiliyin geri çəkildiyi, humanistik, insanmərkəzçi ideyaların (xüsusən neomarksist “Frankfurt Məktəbinin”) qlobal miqyasda yayılmağa başladığı bir dövr idi.

Bəşərin kosmosa ilk uçuşu, ay üzərinə ilk ekspedisiya, çağdaş peyk texnologiyalarının yaranması da bu zamana təsadüf edir, bu dövrü ümumiyyətlə göylərə ucalma, “kosmos erası” adlandırsaq, yanılmarıq. Həmin illərdə populyar olan elmi-fantastik əsərlərdə bəşəriyyəti irəlidə gözləyən böyük ixtiralar və texnoloji sıçrayışlar əks olunur, eyni zamanda gələcəkdə baş verəcək böyük texniki perspektivlərə baxmayaraq bütün əsərlərdə humanitar, yəni İnsan aspektinin önəmi daima xüsusi vurğulanırdı. Qısaca desək, bu zamanın insanları həqiqətən gələcəyə böyük ümidlərlə baxırdılar.

1960 larMəhz bu dövrdə tarixdə ilk dəfə politkorrekt nitq və davranışın əsasları formalaşırdı. Siyasi xadimlər nitqlərində və ictimai münasibətlərdə humanist ideallara apelyasiya etməli, müharibə hədəsi, aqressiya, milli və irqçi diskriminasiyanın olmaması üçün uyğun ifadələr seçməli, eyni zamanda davranış tərzinə ciddi riayət etməli olurdular – bu onların reputasiyasının vacib hissəsi idi. Həmin illərdə siyasi sferada bu trend bir dominanta çevrildi, bu səbəbdən siyasi mövqeyi və mənsub olduğu ölkəsinin coğrafiyasından asılı olmayaraq bütün ictimai-siyasi xadimlər başlıca olaraq sülh və əmin-amanlıqdan danışır, nitqlərində kənar təsirlərə yol vermirdilər.

Yuxarıda bəhs etdiyimiz bizim “60-cılar” nəsli də məhz bu dövrün atmosferində, həmin Zeitgeist aurasında yetkinləşmiş, dünyagörüşünə yiyələnmiş və bu dalğaya köklənməklə yaşayıb-yaradan insanlar idi. Bu səbəbdən də onların dünyagörüşündə, estetikasının mərkəzində insan faktoru, böyük ümidlər, gələcəyə inam, humanizm və modernləşməyə inam kimi ideyalar xüsusi yer tuturdu. İndiki zamanın perspektivindən onların yaratdığı əsərlər bəlkə də naiv, hətta primitiv görünə bilər, lakin onlar öz nüvəsində məhz bu ideyalarla yüklənmişdi.

Kiçik haşiyə: Əsla keçmişin apologeti deyiləm və yaşadığım çağdaş zamanın insanıyam, lakin bu məqam gerçəkləri inkar etmək anlamına gəlmir. Həmin illər, indiki dövrdən fərqli olaraq, həqiqətən də “Böyük ümidlər dövrü” idi.

Çağdaş zaman – ideoloji boşluq, sürvivalizm dövrü

İndi isə keçək çağdaş dövrümüzə, o necədir? Niyə düşünək ki, ümidsiz olmalıyıq? Və dövrlər arasındakı fərqlər nədən ibarətdir?

Bugünkü dövrümüz çox ilginc bir zamandır. Onun qəribəliyi əvvəlki XX əsrdən fərqlidir, çünki o zamanla müqayisədə şübhəsiz ki, daha zəngin və texnoloji cəhətdən gəlişmiş bir dünyada yaşayırıq, lakin bunlara rəğmən indi heç bir böyük futuristik ideya və hətta gələcəyin özünün konkret obrazı belə yoxdur.

Biz elə bir zamanda yaşayırıq ki, 60-cı illərdə xəyal edilən texnogen fantaziyaların çoxu, hətta onlardan da ötəsi artıq reallaşıb və məişətimizə də gəlib, lakin bütün bunlar əsla “kollektiv xoşbəxtliyə” gətirib çıxarmayıb. Sonuncu böyük illüziya Fukuyamanın 1992-ci ildə yazdığı “Zamanın sonu” məqaləsindəki “Liberal dalan” tezisi olmuşdu, o da cəmi bir neçə il sonra elə müəllifin özü tərəfindən təkzib edilmişdi.

Əslində isə indi qərinələrin sınma nöqtəsidir, çünki faktiki olaraq Vestfal sülhü (1648) ilə başlamış dünya düzəni dağılmaqdadır. Qərbin aşağı-yuxarı 500 illik planetar miqyasda sivilizasion dominantlığı sona çatır, onun yerinə isə nəyin gələcəyi qeyri-müəyyəndir.

Hazırkı zamanı sürvivalist, yəni bir növ “başgirləmə dövrü” kimi xarakterizə etmək olar. Müasir toplumun həyatında daha çox şəxsi təhlükəsizlik, resurslara çıxış və həyatda qalma strategiyaları ön plana keçir, böyük ideyalar və kollektiv ümidlər isə əvvəlki illərlə müqayisədə demək olar ki, yox dərəcəsindədir.

Bu gün messian xarakterli (anti-)ideallar əsasən daş dövründən xortlamış, bir çox hallarda isə xüsusi xidmətlər tərəfindən yenidən dövriyyəyə buraxılmış arxaik ultra-dinçi hərəkatlar vasitəsilə özünü göstərir. Gələcəyə yönəlmiş dünyəvi utopiyalar artıq demək olar ki, tükənib, onların əvəzinə dünya toplumunda baş verənlərə nisbətdə dərin həyəcan, davamlı təlaş və bitməyən böhran hissi yer alıb.

Əgər II Dünya Müharibəsi zamanı III Reich və onun koalisiyası (Mussolini İtaliyası və digərləri) elan etdikləri irqçi ideologiya və işğalçı məqsədlərlə açıqca şərin simvolu, qaranlıq dünyanın rəmzi idisə, hazırda Körfəzdə gedən dünya müharibəsində hansı tərəfin “xeyir” rəmzi olması məsələsi əsla birmənalı deyil.

Yəni indiki seçim kimləri və hansı idealları təqdim edir və kimi tərəf seçməliyik: əsrin yarısı qədər bir müddətdə öz ölkəsinin vətəndaşlarına zülm edib yükqaldıranda asan, küçələrdə gülləbaran edən, boğazına kimi qan içində olan arxaik molla rejimini, yoxsa “Epstein koalisiyası” adlandırılan, həqiqi məqsədləri qeyri-bəlli, okkultizmlə-qlobalizmin qarışığında qaranlıq oyunlara bulaşmış texnokratik transmilli elitanı?

Maraqlıdır ki, bu koalisiya müharibəni legitim edəcək hətta yalandan hansısa bir casus belli uydurmağa cəhd də etməyib, sadəcə “kefim belə istəyir” prinsipi ilə başqa bir ölkəni işğal etmək, onun resurslarına sahib çıxmaq və bölgənin logistikasının ağasına çevrilmək həvəsi heç gizlədilmir də. Öncələr təmtəraqla bəyan edilən “bölgəyə demokratiya gətiririk, insan haqları uğrunda bu savaşı etdik” kimi gözdən pərdə asacaq şüarlar da daha səsləndirilmir. İrandakı molla rejimi barədə isə heç danışmağına dəyməz, bu ilin əvvəlində nəyə qadir olduqlarını çəkinmədən göstərdilər.

Qısası, seçim çox geniş deyil, ya arxaik dinçilər, yoxsa okkultistlər kimi alınır. Və bu müasir savaşdakı situasiyanın özü çağdaş dünyanın bir növ mini modeli kimidir, çünki burada heç bir tərəf “xeyir” deyil, hər ikisi fərqli “şər”i təmsil edir.

Yaşadığımız dövrün baş simaları kimdir bəs? “Müttəfiq” hesab etdiyi Səudiyyənin Vəliəhdi Məhəmməd bin Salmana publik nitqində “he didn’t think he’d be kissing my ass…” (tərcüməsini istəyənlər özləri edə bilər) deyən ABŞ prezidenti Donald Trump, yoxsa müharibənin başlanğıcında qarşı tərəfə heç bir beynəlxalq münasibətlərə sığmayan “no quarter, no mercy” (yəni ki, kimsəyə aman olmayacaq) ifadəsini işlədən ABŞ müharibə (!) naziri Pate Hegseth? Bəlkə mətbuat konfransında “… if you are strong enough, ruthless enough, and powerful enough, evil will overcome good” deyən Netanyahu? Əgər XXI əsrin əvvəllərində politkorrekt nitqin Rusiya prezidenti Vladimir Putin tərəfindən məhəl qoyulmaması sırf epataj kimi qəbul edilirdisə, indi bu tipli ifadə tərzi artıq siyasi leksikonda dominant təmayülə çevrilib.

MetamodernBeynəlxalq sferada baş verənlər də birbaşa ideoloji sahədəki boşluğun tam bir əksidir. XX əsrin ortasından bərqərar olmuş ikiqütblü dünyanın və “soyuq müharibə”nin gətirdiyi nisbi təhlükəsizlik illüziyasının cücərtdiyi postmodern ideyaların yaranmağa başladığı dövr, 60-cı illərdən fərqli olaraq  bizim zamanımız anti-utopiyanın qələbə çaldığı metamodernlə xarakterizə olunur.

Xatirimdədir, uzun illər öncə Həmid Herisçi ilə söhbətimizdə Jean Baudrillard-ın yaratdığı simulacre (yəni orijinalı olmayan saxta surət) anlayışının hər şeyi aşındırdığını, modern ideyalarını kökündən məhv etdiyini müzakirə edərkən o əlavə etmişdi: “Yalnız insan qanından başqa hər şey simulacre ola bilər, insan qanı isə heç vaxt.”

Metamodernin gəlişi hökmən böyük qanla müşayiət olunmalı imiş…

Hazırda dünyanın yenidən bölüşdürülməsi uğrunda ABŞ və Çin arasında bir dünya savaşı gedir, lakin qəribədir ki, öncəki dünya müharibələrindən fərqli olaraq digər iştirakçıların kimin tərəfdə vuruşduğu və kimlərin müttəfiq olduğu əsla aydın deyil.

Lakin burada məsələ yalnız bu savaşın nə zamansa bitirilib şərti bir sülhə gətiriləcəyində də deyil. Yuxarıda qeyd etdiyimiz kimi, ideoloji sfera artıq tamamilə boşluğa çevrilib, çünki İntibah dövründən XX əsrə qədər formalaşmış insanmərkəzçi mirası postmodernizm tamamilə məhv etdi, onun yerinə gələcək yeni bir messian ideya isə üfüqdə görünmür. Nəticədə bu boşluğu ya ifrat dinçilik, ya da açıqca, okkultizm, totalitar sektalar doldurur.

Sənət sferasında demək olar ki, bütün məkan sırf kütləvi mədəniyyətin əlindədir, istər audiovizual sahə, istərsə də digər sahələr olsun. Səmimi deyim ki, son illər bəzi nadir istisnalarla bədii ədəbiyyatı çox az mütaliə edirəm, yalnız elmi ədəbiyyata üstünlük verirəm. Çünki indi artıq gerçəkliyimizin güzgüsü olacaq antiutopiya janrı da tamamilə tənəzzül edib. Məsələ burasındadır Orwel, Kafka, yaxud elə Sorokinin təsvir etmək istədiyi qorxunc mənzərələri artıq çoxdan çağdaş gerçəkliyimizdə yaşamaqdayıq.

Belə bir atmosferdə yaradıcı insanlar qəribə bir durumla üzləşirlər. Aydındır ki, 200 ildən artıq müxtəlif formalarda davam edən Maarifçilik ideyaları artıq tamamilə tükənmişdir. Əlbəttə ki, onun nəticələri nisbi olaraq qalır, əks halda Ortega y Gassetin hələ 100 il əvvəl qələmə aldığı “Kütlələrin üsyanı” (La rebelión de las masas) essesinin postulatları, elə 60-cılar kimi bir dövr də ortaya çıxmazdı. Lakin bu da aydındır ki, hazırda bəşər inkişaf silsiləsinin növbəti halqasına daxil olub və arxaik anlayışlar yenidən, təzə qiyafələrdə dirçəlib. Belə bir şəraitdə yazmağa, yaratmağa davam etməliyikmi?

Şübhəsiz. Lakin bu necə bir ədəbiyyat və incəsənət olmalıdır? Əlbəttə ki, sırf ətalətlə 60-ların ilıq atmosferinin yaratdığı, indi də çoxlarının xoşladığı estetikada sənət nümunələrini yaratmaq olar, lakin indiki fonda bunlar naiv və saxta görünəcəkdir. Çünki 60-cı illər nümayəndələrini meydana məhz zamanın ruhu, Zeitgeist gətirmişdi. Tarixdə (və ya mədəniyyət tarixində) şəxsiyyətin rolu barədə istənilən qədər danışmaq olar, lakin bu məsələni dəyişməyəcək, aydındır ki, istənilən şəxsiyyəti zaman yaradır. 60-cılar təbii ki, istedadlı olmaqla yanaşı, həm də bu dövrün təlabatına və zərurətə uyğun yaranmışdılar, çağdaş sənət insanlarından isə eynisini tələb etmək doğru deyil, çünki hazırkı dövr tamam başqadır.   

İndiki Zeitgeist, Metamodernə adlamış “zamanın ruhu” daha mürəkkəb, paradoksal və çoxqatlıdır. Çünki burada bir tərəfdən keçmişin o böyük ümidləri tədricən buxarlanıb-incəlib yoxa çıxır, digər tərəfdən isə yenidən xortlamış arxaik obrazlar və XXI əsrdə sanki I Dünya Müharibəsi dövrünü xatırladan, illərlə səngərlərdə savaş aparacaq irrasional-infernal təfəkkür yeni libasda geri qayıdır.

60-ların ümidləri kontekstində digər suallar da ortaya çıxır: 60-cı illərin dekolonizasiya prosesləri nəticəsində müstəqillik qazanmış Afrika ölkələrindən heç olmasa birini, təxminən 70 illik müstəqillikdən sonra, tam oturuşmuş dövlət adlandırmaq mümkündürmü? Həmin o “Böyük ümidlər” doğruldumu?

Tanzaniya
Tanqanika (indiki Tanzania) Birləşmiş Krallıqdan müxtariyyət hüququ əldə etdikdən sonra sevincli izdiham baş nazir Julius Nyerereni çiyinlərində aparır (1960). Tanqanika plakatda yazıldığı kimi tam müstəqilliyini 9 dekabr 1961-ci ildə əldə etmişdi.

 

Belə bir mühitdə yaranan ədəbiyyat və incəsənət yalnız ənənəyə bağlı qalıb nostalji yaratmaqla kifayətlənə bilməz – o, həm də yeni, qorxunc, gözləmədiyimiz, anlamadığımız, dərk etməyidimiz dünyanı təzədən refleksiya etməyə, anlamağa, yenidən kəşf etməyə, yeni sorğular verməyə, fərqli ideyaları sınaqdan keçirməyə borcludur.

Qısası, hazırda ciddi ədəbiyyat və incəsənət sırf eksperimental ruhda olmalıdır. Bu isə cəmiyyətin ruhunu əsla oxşaya bilməz, illüziya olmasın, belə bir fonda yaranmış əsərlər əsla çox oxunmayacaq/dinlənməyəcək, “niyə kitablar oxunmur?”, “nədən adamlar meyxana dinləyir?”, yaxud “filan müğənninin milyonlarla fanatı var” kimi suallar bitməlidir. Xülasə, ciddi sənət yalnız və yalnız qapalı-məhdud getto içərisində olacaq və bu artıq baş verib.

Arnold J. Toynbee hesab edirdi ki, sivilizasiyalar “çağırış və cavab” prinsipi ilə inkişaf edir: cəmiyyətlər böhran, müharibə, sosial gərginlik və ya texnoloji dəyişiklik kimi çağırışlara yaradıcı cavab verə bilsələr, yüksəlirlər, əksi olarsa tənəzzül başlayır.

Hazırda bizim də qarşımızda bu suallar açıqdır, xüsusən mədəni sferada. Yaşadığımız Metamodern dövrünün ədəbiyyat və incəsənəti ilə məşğul olmaq riskli bir işdir, özünü bu sənətə fəda etmək istəyində olanlar yuxarıda qeyd edildiyi kimi, kütləvi mədəniyyətin basqısı fonunda kiçik bir gettoda yaşayıb-yaratmağa hazır olmalıdır. Çünki gözlə görünən bütün ictimai funksiyalar artıq kütləvi mədəniyyət, “klip təfəkkürü” ilə işğal edilib və səthi əyləncə ilə doldurulub. Bizə isə yalnız eksperimental getto içində, bəzən çarəsiz, bəzən əbəs, bəzən də mənasız görünən, olduqca məhdud məkanımızda nəhayətsiz insan psixikasının qorxunc dərinliklərinə enmək cəhdilərimiz qalır.

Əlahəzrət Zeitgeist indi bizə bunu hökm edir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör