Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan Seymur Baycan
Mövqe
13 Avqust 2024
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Seymur
Paylaş

Azərbaycanda yüzlərə yazıçı, şair, publisist, redaktor, tərcüməçi, bir sözlə, yazı-pozu adamı var. Yüzlərlə adam azərbaycan dilinin hesabına ev, təqaüd, müxtəlif mükafatlar, maaş, honorar alıb. Yüzlərlə adam azərbaycan dilinin hesabına ad-san qazanıb, cəmiyyətdə özünə azdan-çoxdan yer tutub, söz, vəzifə, mənsəb sahibi olub, məclislərdə tamada seçilib, ailə saxlayıb, uşaq böyüdüb…

Azərbaycan dilinin hesabına adam olmuş yüzlərlə adamdan heç biri dil ətrafında gedən məlum müzakirələrdə qəti və açıq şəkildə azərbaycan dilinin tərəfini saxlamadı. Əksinə, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına verdilər. Bunu ciddi-cəhdlə əsaslandırmağa çalışdılar. Ən yaxşı halda nala-mıxa vurdular. Mus-mus dedilər, lakin Mustafa deməyə heç kimin cəsarəti çatmadı. Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına vermək məsuliyyətsizliyin, tənbəlliyin, qorxaqlığın, yaltaqlığın təzahürü olmaqla yanaşı, həm də nankorluğun, çörəyi dizinin üstə olmağın, yediyi qaba tüpürməyin göstəricisidir. Hər şeyi qoyaq bir qırağa, insan heç olmasa yemək yediyi, su içdiyi qaba hörmət edər.

Gəlin belə bir xəyali paralel aparaq. Təsəvvür edin ki, otuzuncu illərdə Stalin bir gün yuxudan kal oyanır, beyni qızır və dildə islahat aparmaq tapşırığı verir. Deyir ki, ərəb-fars sözləri dildən çıxarılmalı, bundan sonra ərəb-fars sözlərinin əvəzinə saxta, süni, uydurma sözlərdən istifadə olunmalıdır. Belə bir avantüra çox rahatlıqla baş verə bilərdi. Qılıncının qabağı da kəsirdi, dalı da. Kəsdiyi başa sorğu-sual yox idi. Kim bu avantüraya “yox” deməyə cəsarət tapa bilərdi? Səməd Vurğun, yoxsa Rəsul Rza? Bəlkə, Məmməd Rahim? Beləliklə, Stalinin tapşırığına əsasən ərəb-fars sözləri lüğətdən qovulur, bir dəstə adam oturub bu sözlərin əvəzinə saxta, süni sözlər yaradırlar.

Bəs bu avantüranın nəticəsi necə olardı?

O vaxta qədər yazılmış bütün vacib nəsr, nəzm nümunələri avtomatik olaraq öz əhəmiyyətini itirərdi, nəsillər arasında uçurum yaranardı, keçmişlə, köklə əlaqə kəsilərdi, xalqın formalaşmasında müstəsna rol oynamış əsərlərin sadələşdirilmiş (oxu: divan tutulmuş, anası ağladılmış) variantları nəşr olunardı…

Stalinin azərbaycanlılara etmədiyi dəhşətli pisliyi Atatürk türklərə etdi. Demirəm, qəsdən etdi. Atatürk xalqını, ölkəsini, əlbəttə, çox sevirdi. Buna zərrə qədər də şübhə ola bilməz. Sadəcə mütləq hakimiyyətin həmişə bir “hoqqası” çıxır. Tənqid, nəzarət mexanizimi, sağlam rəqabət olmayan yerdə hətta ən ağıllı, ən vətənpərvər, ən tərəqqipərvər, ən maarifpərvər, ən intellektual adam belə dəli olub, reallıq hissin itirib çox asanlıqla dəhşətli səhvlərə, avantüralara yol verə bilər. Əgər həmin vaxtlar Türkiyədə bir balaca söz və ifadə azadlığı olsaydı, Atatürk türk xalqının başına corab hörə bilməzdi. Atatürkün apardığı dil islahatı heç də dil islahatı deyildi, konkret, birmənalı olaraq, mədəni genosid idi. Mədəni genosidin buynuzu olmur. Ümid edirəm, türk xalqı nə vaxtsa bu acı və ağır həqiqətin gözünə dik baxmağa özündə güc, iradə tapacaq.

Gəlin daha sadə paralel aparaq. Təsəvvür edin ki, X. adlı bir allah bəndəsi bir gün səhər yuxudan oyanır. Görür yaddaşını itirib. Bilmir kimdir, adı nədir, neçənci ildə anadan olub, harada anadan olub, atası kimdir, anası kimdir, nənəsi kimdir, babası kimdir. Oxuduğu bütün kitabların məzmunu, süjeti, bütün vacib məlumatlar yaddaşından silinib. Atatürkün dil islahatının nəticəsində də türk xalqı yaddaşını itirmiş insanın vəziyyətinə düşdü.

İndi kiçik qardaş xəstəliyi, türkləri yamsılamaq mərəzi o dərəcədə tüğyan edir ki, azərbaycanlılar özləri özlərinə qarşı könüllü olaraq mədəni genosid törətməkdədilər. Çox güman, dünya tarixində ilk dəfədir belə bir hal baş verir. Bir xalq könüllü olaraq özü özünə qarşı mədəni genosid törədir. Azərbaycan yazıçıları, şairləri, jurnalistləri, qərəz, yazı-pozu adamları isə camaatı başa salmaq, camaata doğru yol göstərmək əvəzinə bu mədəni genosiddə həvəslə iştirak edirlər. Bu mədəni genosidin ağır nəticələri çox yox, cəmisi on-on beş ildən sonra kəskin şəkildə üzə çıxacaq. Amma onda çox gec olacaq. İndi, hal-hazırda, bu an, bu dəm yara istidir, ağrı vermir. Bu an, bu dəm yara nəinki ağrı vermir, hətta həzz verir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör