bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Mirzə Fətəli Axundov – paniranizmin banisi kimi

Tural Həmid Tural Həmid
., Sərbəst
08 Sentyabr 2022
Oxuma vaxtı:15 dəqiqəyə oxunur
F4245f6b4436ea24a1c23e72ba0c35ee
Paylaş

Azərbaycanda dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundovun fikirləri cəmiyyətimizdə öz təsirini hələ də saxlayır. O, Azərbaycanın bilinən ilk materialisti və sekulyar dövlətçilik tərəfdarı idi. Axundovun ictimai düşüncələri arasında İran millətçiliyi xüsusi yer tutur. SSRİ-də, eləcə də müasir Azərbaycanda İrana qarşı ictimai düşüncənin mənfi olması nəticəsində əhalinin əksəriyyəti Axundovun bu fikirlərindən yetərincə məlumatlı deyil.

Axundovun siyasi fikirləri və düşüncələrini yazdığı məktublarda və “Kəmalüddövlə məktubları” əsərində müşahidə etmək mümkündür. Onun düşüncələrini formalaşdıran əsas nüans soykökü ilə bağlılıq idi. Mirzə Fətəli Axundov 1871-ci ildə Tehranda yaşayan zərdüşt dostu Manukci Sahibə yazdığı məktubda qeyd edir : “Qoy bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladıyıq, İran bizim vətənimizdir. Hümmət sahibi olmaq, ülviyyət axtarmaq, qeyrət və namus sahibi olmaq bizdən öz həmnəsillərimiz, həmdillərimiz və həmvətənlərimizin təəssübünü çəkməyi tələb edir. Mən özüm zahirən türk olsam da, əslim fars nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib, Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmməd Təqi və mən özüm Azərbaycanda doğulub, böyümüşük”. (Axundovun seçilmiş əsərləri, III cild, 2005:142). Axundov 1874-cü ildə yazdığı tərcümeyi-halında əslinin fars olduğunu bir daha təsdiqləyir: “Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalının Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qızı ilə evlənmişdir ki, 1 il sonra mən dünyaya gəlmişəm (Axundovun seçilmiş əsərləri, III cild, 2005: 215).

Axundovun düşüncələrinin formalaşmasına ən güclü təsiri Molla Şəfi Vazeh və Xaçatur Abovyan göstərmişdi. Molla Şəfi Vazehin fikirləri ilə dindən tamamilə uzaqlaşan Axundov Tiflisdə yaşayarkən tanış olduğu Xaçatur Abovyanın vasitəsilə Azərbaycan dilində purizm hərəkatı başlatdı. Molla Şəfi Vazehin, eləcə də Xaçatur Abovyanın dinə mənfi münasibəti Axundovu tamamilə dəyişdirdi və Tiflis mühitinin təsiri ilə rus və fransız ədəbiyyatına meyllənən mütəfəkkirdə sekulyar və materialist fikirlər formalaşmağa başladı (Tahmasb və Zarvani, 2017: 103-104).

Axundovda yaranan yeni fikirlər qədim İran tarixi ilə bağlı mütaliə nəticəsində paniranist ideologiyaya çevrildi : “Bütün dünyaya məlumdur ki, qədim Persiyanın sərhədləri şimalda Ceyhun (Amudərya çayı), Aral dənizi və Dərbəndə, cənubdan Fars körfəzi və Oman dənizinə, qərbdən Bosfor və Mərmərə dənizinə, şərqdən isə Sind və Hindistana qədər uzanırdı. Bəlucistan, Əfqanıstan, Kabulistan, Qur, Sistan, Kəşmir, Sind-Bəlx vadisi, Xivə, Ürgənç, Dəşti-Qıpçaq, Şirvan, Diyarbəkir, Ermənistan və Suriyada fars hakimiyyəti var idi. Bu regionların əhalisi xoşbəxt və firavan yaşayırdı. Hanı sənin böyüklüyün və əzəmətin, ey böyük Persiya? Hanı sənin əvvəlki xoşbəxtliyin və oğullarının hünəri?” (Axundov, 1962:35). Axundov İranın mədəni baxımdan geriliyini ərəblərin Sasani mədəniyyətini məhv etməsində görürdü: “Elə ki, ərəblərin bəxti əcəmə üstün gəldi. Sasanilərin bəxti qaralmağa üz qoydu. Dolanan çərxin siması dəyişdi, igidlərdən məhəbbətini tamamilə kəsdi. İranlıların halına acı-acı ağladım. Sasanilər üçün də yanıb-yaxıldım. O başa, taxta, taca hayıflar olsun. O böyüklüyə, bəxtə və şövkətə təəssüflər olsun.”(Axundov, 1962:37). O, bu səbəbdən İranın inkişafını islam təsirindən uzaqlaşmasında görürdü: “Heyif sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət? Ac, çılpaq ərəblər səni min iki yüz səksən ildir bədbəxt etdilər. Sənin torpağın xarabdır, əhlin nadandır, sivilizasiyadan bixəbərdir və azadlıqdan məhrumdur. Padişahın despotdur və despot zülmünün təsiri və üləma fanatizminin zoru səni zəif və natəvanlığına bais olubdur, sənin qabiliyyətini məhv edibdir və cövhəri-əqlini paslandırıbdır. Yüz-yüz illər keçəcəkdir ki, sən rövnəqə düşməyəcəksən, asayişə və səadətə çatmayacaqsan, sivilizasiya tapan millətlərlə bərabər ola bilməyəcəksən.” (Axundovun seçilmiş əsərləri, II cild, 2005:23). Axundov şiə fanatizminə, eləcə də təziyədarlığa qarşı idi: “Əgər əhli-İran sahibi-qeyrət və təəssüb olsaydılar, gərək idi Sasaniyan dövlətinin zavalına və Mehbadiyanın qəvaninin ifnasına və vətənlərinin xarabalığına və millətlərininin zillətinə və korluğuna təziyədar olaydılar, nəinki kəmali-biqeyrətlikdən və binamusluqdan bir qövmün müsibətinə əzadar olublar ki, bular ilə nə həmvətəndirlər və nə həmzəban və nə həmcinsdirlər və nə həmməşrəb. Bəlkə hər cəhətdən bulara biganə və cəmi sifatda bulara müğayir və qiyamətədək buların tirəbəxtliklərinə baisdirlər” (Ələkbərli, 2018:344).

Mirzə_Fətəli_Axundov_1

1876-cı ildə Axundov Manukci Sahibə yazdığı məktubda isə İranın 1290 il əsarətdə qalmasını ata-babalarının qeyrətsizlik və uzaqgörməməzliyinin nəticəsi olduğunu qeyd edirdi (Axundovun seçilmiş əsərləri, III cild, 2005:198). Bununla belə, O, İranın yenidən əzəmətli olacağına inanırdı: “Nə qədər ki, o səbəb yerindədir, dünya durduqca nə Ərdəşir, nə fərhəng sahibi Keyxosrov meydana gələcəkdir. Bu cür şahların, habelə Firidunun və Ənuşirəvanın meydana gəlməsi “Peymani-fərhəng”in sayəsində idi. İran torpağı öz xasiyyətini dəyişdirməmişdir. İran əvvəldə olduğu kimi, yenə də behişt kimi bir ölkədir. Lakin bizə məlum olan bu səbəb onun əhalisinin təbiətini xarab etmiş, xarab edir və nə qədər ki, o, aradan qaldırılmamış, yenə də xarab edəcəkdir.”(Axundovun seçilmiş əsərləri, III cild, 2005:143). Axundov bu əzəmətin farslar tərəfindən yenidən formalaşdırılacağına inanırdı : “Sən təəccüb etmə ki, mən parsilərə bu qədər gözəl sifətləri istinad edirəm. İnkar edilə bilməz ki, parsilər və zərdüştilər və İranın bütün farsdilli müsəlmanları fitrətən hüsn-əxlaqda və hərəkətlərində bütün millətlərin qabaqcıllarıdır”. (Ələkbərli, 2018:346).

Axundovun türklərə münasibəti

Axundov türk (azərbaycanlı) olsa İranın min il tarixi ərzində türklərin ölkəyə heç bir fayda vermədiyini, əksinə dövləti tamamilə yozlaşdırdığını qeyd edirdi: “Sənin xalqından iki yüz minə qərib zükurən və ünasın əyal və ətfalları ilə türkmanların əlində məşəqqəti-əsirlikdə giriftar olub, həmişə nalə və əfqan ilə ruzigarlarını başa aparırlar və bir kəs onların dadına yetişmir və onları xilas etmək xəyalına düşmür.”(Axundovun seçilmiş əsərləri, II cild,2005:23-24). Axundov Səlcuqluları Deyləm bölgəsində formalaşan protestantizmi məhv etdiyi üçün nadan adlandırmışdı (Axundovun seçilmiş əsərləri, II cild, 2005:88).

1871-ci il mayın 20-də Cəlaləddin Mirzəyə yazdığı məktubunda isə türk padşahlarını ləyaqətsiz adlandırır: “Çingiz xandan tutmuş Səfəvilərə qədər padşahların şəkillərini axtarıram. Əgər tapsam, göndərməyi əsirgəməyəcəm. Amma çətin ki, tapılsın. Eyni zamanda mənim əqidəmə görə bu padşahların ləyaqəti yoxdur, onların şəkli sizin əsərinizdə çap edilsin.” (Axundovun seçilmiş əsərləri, III cild, 2005:123). Axundovun Qacar sülaləsinə qarşı da münasibəti mənfi idi. O, Qacar hökmdarlarını öz xalqından bixəbər ədalətsiz hökmdarlar kimi xarakterizə edirdi. Axundov xüsusilə hökmdarların ulduzlar vasitəsilə öz başlarına gələcək müsibətləri analiz etmələrini, eləcə də Yer kürəsinin öküzün belində olduğuna inanmalarını ələ salırdı. Buna görə Axundov Qacarları farsların əfsanəvi şahı Cəmşid ilə müqayisə oluna bilməyəcəyini qeyd edirdi (Axundovun seçilmiş əsərləri, II cild, 2005:36). İran millətçisi kimi Axundovun Osmanlıya da münasibəti mənfi idi. O, Osmanlı türklərini tənbəl, nə ölüyə, nə də diriyə hay verən insanlar kimi xarakterizə etmişdi (Axundovun seçilmiş əsərləri, II cild, 2005:208). Axundov ümumilikdə “İran” xalqının xoşbəxtliyini üç amildə görürdü:

1) Farsların şan-şövkətini, tarixini, fars şahlarının ədalətini yenidən farslara xatırlatmaqda, ən əsası ərəblərdən, müəyyən qədər də türklərdən üstün xalq olmalarını onlara başa salmaqda.

2) “İran” millətini bu günə salan islam, eləcə də bu dinin qurucusu olan Məhəmməd peyğəmbəri “ifşa” etməkdə.

3) Qərb-Avropa mədəniyyətinə tamamilə təslim olmaqda (Ələkbərli, 2018:345).

Axundovun İran elitasına təsiri

Mirzə Fətəli Axundovun İran xalqına (milləte İran) mənsub olan fars soyundan (nezade İrani) olması ilə fəxr edirdi. Onun fikirləri İran hökmdarı Fətəli şah Qacarın oğlu Cəlaləddin Mirzəyə ciddi təsir etmişdi. Cəlaləddin Mirzə (1827-1872) Qacar hökumətinin transformasiya edilməsi tərəfdarı idi. O, İranın islamdan əvvəlki keçmişi haqqında ilk tarixi dərslik yazdı. Ərəb dilindən alınma sözlərin istifadə edilmədiyi “Hökmdarların kitabı” əsəri Əhəməni imperiyasından Zənd xanədanlığına qədərki dövrü əhatə edirdi. Cəlaləddin Mirzə Axundovdan təsirlənərək öz əsərində İran mədəniyyətinin məhvini ərəblərin işğalı ilə əlaqələndirmişdi (Borumand,2016:80) Mirzə Fətəli Axundov 1870-ci ildə Cəlaləddin Mirzəyə yazdığı məktubda əsəri tərifləmişdi: “Bu kitab ona görə təqdirə və tərifə layiqdir ki, bu əsəri yazarkən ərəb sözlərini bütünlüklə fars dilindən atmışsınız. Kaş, başqaları da sizin kimi edəydilər və dünyanın ən şirin dillərindən olan dilimizi ərəb dilinin istilasından azad edəydilər. Həzrət-əşrəfiniz fars dilini ərəb dilinin istilasından azad edirsiniz, mən də xalqlarımızı ərəb əlifbasının əsarətindən xilas etməyə çalışıram. Kaş üçüncü adam tapılaydı ki, xalqları ərəblərin gətirdiyi bir çox pis adətlərdən azad etməyə çalışaydı. Bu ərəblər bizim minillik tarixi olan yüksək şöhrətə malik ədalətli dövlətimizi zavala uğratdılar, yer üzünün cənnəti sayılan vətənimizi xarabazara döndərdilər, bizi isə başıaşağı, miskin hala saldılar. Kaş , elə bir şəxsiyyət olaydı ki, bizi bu vəziyyətdən xilas edəydi.” (Axundovun seçilmiş əsərləri, III cild, 2005:107). Axundovun bu paniranist fikirləri babi dini təliminin nümayəndəsi Mirzə Ağa xan Kirmaniyə təsir etdi. Kirmani 19-cu əsrdə İran millətçiliyinin ən məşhur nümayəndəsinə çevrildi. O da Axundov kimi islamdan əvvəlki İranı ideal cəmiyyət olaraq xarakterizə edirdi (Soltaninejad, 2018:493). Axundovun babilərə münasibəti mövcud İran siyasi sisteminə müxalif mövqedə durmaları və paniranist fikirləri səbəbi ilə müsbət idi.

Axundovun fikirləri qadın azadlığı üzərində formalaşdığı üçün İrandakı qadın hərəkatına da güclü təsir etdi. O, qadınların təhsili məsələsini saf İran xarakteri ilə əsaslandırmağa çalışırdı. Onun dünya görüşündə dünyəvi təhsil müasirliyə deyil, qədimliyə doğru hərəkat kimi təqdim edilmişdi (Marashi,2008:75). Axundovun paniranist düşüncələri Azərbaycan ictimai elitasına da təsir göstərdi. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, professor Brenda Şaffer Azərbaycan milli kimliyi haqqında yazısında “Kitab yüklü eşşək” əsəri ilə ölkəmizdə tanınan Mirzə Əbdürrəhim Talıbovun fars millətçisi olduğunu qeyd edir. Şaffer öz əsərində hər iki ədibin fikir baxımından qərb mərkəzli yanaşma, İran millətçiliyi və dünyəvilik olduğunu bildirir (Shaffer,2020: 157-158).

Polyak tarixçi Tadeuş Svetoxovski Axundzadənin İran millətçiliyinə təsirini belə qeyd edir: “Azərbaycanda kimlik məsələsi yeni qrup kimliyinin yaranmasının əlamətləri deyildi. Rusiya Azərbaycan türklərini Zaqafqaziya tatarları adlandırdığı halda, onlar özlərini həmin bölgənin yerli idarələrindən biri olan Şirvanilər adlandırırdılar. Axundzadənin yazıları onun iranlı kimliyini ortaya qoyurdu və həqiqətən də onu müasir fars millətçiliyinin öncüllərindən biri olduğunu göstərirdi” (Swietochowski, 1991:177).

Bundan başqa, Axundovun paniranist düşüncələrindən Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə də təsirlənmişdi. Solmaz Rüstəmova-Tohidi yazır: “XIX əsrin ortalarından başlayaraq özünü ənənəvi “iranlı kimliyinə” aid edən Qafqaz Azərbaycanı türkləri toplumunun yetişdirdiyi 3 nəhəng fikir adamı bu “kimlik” sualına başqa bir cavab verməklə həmin toplumun ictimai-siyasi şüurunda və ədəbi-mədəni baxışlarında böyük çevriliş edirlər: Mirzə Fətəli Axundov, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə. Mirzə Fətəli Axundovun digər adı çəkilən xələflərinə nisbətdə əslinin bilavasitə İran Azərbaycanı ilə bağlı olması və uşaqlıq illərinin bu mühitdə keçdiyi də nəzərə alınmaqla Azərbaycan daxil İranı “Vətən”, özünü isə “iranlı” bilməsi təəccüb doğurmur və bu “Vətən-kimlik” sulana cavabı onun əsərlərində və özünün yazdığı tərcümeyi-halında əks olunmuşdur. Bundan əlavə M.F.Axundovun məşhur “Kəmalüddövlə məktubları”nın mərkəzində də Şərq məmləkətinin timsalı kimi İran durur, İslam dininin tərəqqisi və tənəzzülü məsələləri məhz İranın qədim və ilkin orta əsrlər tarixi nümunəsində müqayisə, təqdir və tənqid edilir, bu zaman Mirzə Fətəlinin Əhməd bəydən daha əvvəl “vəhşi ərəblərin qədim və zəngin Sasani mədəniyyətini” məhv etmələri barədə yanğı və təəssübkeşlik nümayiş etdirməsi də diqqətdən yayınmır. M.F.Axundovdan sonrakı nəsillərdə öz “iranlı kimliyi”ni nümayişkaranə şəkildə etiraf edən ən böyük fikir adamı Əhməd bəy Ağayevdir. Lakin bu məsələdə Əhməd bəyin ictimai görüşlərində dönüş çox kəskin surətdə, onun xarakterində artıq üzə çıxmaqda olan “maksimalizmi” fonunda baş verir. Eyni dövr ərzində İran milli kimliyindən təsirlənənlər arasında Məhəmməd Əmin Rəsulzadə də var idi. Həmin dövr Məşrutə hərəkatının rəhbərlərindən biri Həsən Tağızadənin dəvəti ilə onunla birlikdə Təbrizdən Tehrana gəlmiş Rəsulzadə burada İran Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilmiş, eyni zamanda onun mərkəzi mətbuat orqanı, fars dilində buraxılan “İran-e nou” (Yeni İran) qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Məhz bu qəzetdə İrana dair yazdığı məqalələrində “məmləkətimiz İran”, “biz iranlılar” və s. bu kimi ifadələr onun müəyyən dövr ərzində paniranist olduğunu göstərir[1].” (Tohidi, 2019:192-197).

20-ci əsrin əvvəllərində Axundovun fikirlərinin Şimali Azərbaycan elitası üzərində təsiri zəifləsə də Cənuba Azərbaycanda güclənməyə başladı. Axundovun fikirləri Məşrutə inqilabı öndərləri və eləcə də sekulyar İran millətçiləri üzərində güclü təsirini qoruyub saxladı. Onlardan biri də əslən azərbaycanlı olan Həsən Tağızadə idi. Onun redaktoru olduğu “Kaveh” jurnalı Avropada, Osmanlı İmperiyasında, Hindistandakı mühacirlər arasında geniş yayıldı. Siyasi jurnalistikanın almanpərəst brendini müdafiə edən Tağızadə İranın islamdan əvvəlki keçmişinə dair tarixi, mədəni və ədəbi parçaları özündə birləşdirərək hadisələri “fars” üslubunda işıqlandırdı (Mechkat,2012:14). Məşrutə inqilabının uğursuzluğundan sonra İranda sivil millətçilik zəiflədi və etnik millətçilik güclənməyə başladı. Bu etnik millətçiliyinin ideoloji rəhbəri Axundov idi. Bu tip millətçilik sonralar Pəhləvi sülaləsinin rəsmi dövlət ideologiyasına çevriləcəkdi (Elhan, 2019:28). Pəhləvi və Qacar tarixi üzrə mütəxəssis Məhəmmədəli Əkbəri qeyd edir: “Qədim İran coğrafiyası əsasında İran milli kimliyi müəyyənləşdirən ən mühüm şəxs Mirzə Fətəli Axundzadədir. Şübhəsiz ki, Axundzadənin İran milli kimliyinə bənzərsiz yanaşması sonrakı onilliklərdə İran ziyalılarına böyük təsir göstərmişdir. Belə bir şəraitdə hakimiyyəti ələ keçirən Rza xan tam müasir dövlət yaratmaq üçün milli kimlik diskursunu məhz onun formulasına əsasən həyata keçirdi. Bu “İran kimliyi” qədim İran dövrünü tərənnüm etmək, İran daxilindəki müxtəlif qrupların mədəni, dini və məzhəb ölçülərini sıxışdırmaq, eləcə də Qərbpərəstlik əsasında formalaşmışdı” (Əkbəri, 2006:66).

Məhz Pəhləvilərin ideologiyasına təsirinə görə Axundov İran millətçiləri tərəfindən əsas fiqur kimi qəbul edilir. Ankara üniversiteti doktorantı Hüseyn Həsənpaşayi yazır: “Axundzadənin yanaşmaları İran milli kimliyinin əsaslarını formalaşdırılması baxımdan çox vacibdir. Belə ki, onu paniranizmin atası adlandırmaq olar” (Hassanpashaei,2022:216). Təxminən eyni fikirlər iranlı millətçi Əli Morşedizad tərəfindən səsləndirilir: “Axundzadə qeyrətli paniranistdir.” (Morshedizad, 2004:150).

İstifadə edilən ədəbiyyat

Axundzadə, M. F. (2005). Əsərləri. Üç cilddə. II cild.

https://www.ebooks.az/view/hXHr8kdV.pdf

Axundzadə, M. F. (2005). Əsərləri. Üç cilddə. III cild.

https://www.ebooks.az/view/fwLhgWoS.pdf

Borumand, S. (2016). Historical Perspectives on Iranian Cultural Identity. In Iran Revisited (pp. 75-102). Springer, Cham.

https://www.researchgate.net/profile/Safura-Borumand-2/publication/301573933_Historical_Perspectives_on_Iranian_Cultural_Identity/links/5f8c090ba6fdccfd7b68b837/Historical-Perspectives-on-Iranian-Cultural-Identity.pdf

Cole, J. R. (2005). The Baha’i minority and nationalism in contemporary Iran. Nationalism and minority identities in Islamic societies, 127-163.

https://bahai-library.com/pdf/c/cole_bahai_minority_nationalism.pdf

Elhan, N. (2019). Pehleviler dönemi’nde İran’da ulus-devlet: Milli kimlik ve geleneğin icadı. İran Çalışmaları Dergisi, 3(2), 13-37.

https://dergipark.org.tr/en/pub/iranian/article/630767

Ələkbərli F. (2018) Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). I hissə. “Elm və təhsil” nəşriyyatı

https://www.academia.edu/41454897/AZ%C6%8FRBAYCAN_T%C3%9CRK_F%C6%8FLS%C6%8FF%C4%B0_V%C6%8F_%C4%B0CT%C4%B0MA%C4%B0_F%C4%B0K%C4%B0R_TAR%C4%B0X%C4%B0_XIX-XX_%C6%8FSRL%C6%8FR_I_HISS%C6%8F

HASSANPASHAEİ, H. İran-Fars Milli Kimliğinin Oluşumu ve Türk Sorunu: 1800-1940. Bölgesel Araştırmalar Dergisi, 6(1), 209-252.

https://dergipark.org.tr/en/download/article-file/2251158

Marashi, A. (2008). Nationalizing Iran: Culture, Power, and the State, 1870–1940.(Studies in Modernity and National Identity). Seattle: University of Washington Press.

Mechkat, S. S. (2012). Politics of Persian Purity: Great power Rivalry and the Emergence of Linguistic Nationalism in Early Twentieth Century Iran.

https://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.260.294&rep=rep1&type=pdf

Muzeyi, M. A. T. of International Symposium dedicated to the 150th anniversary of the birth of Ahmed bey Agaoglu Baku, 2-3 October, 2019 / Rüstəmova-Tohidi, Solmaz. Əhməd Ağaoğlu və İran. “İranlı Kimliyi”nin qaynaqları, s.169-210.

PEHLİVAN, Z. N. Brenda Shaffer, Sınırlar ve Kardeşler, İran ve Azerbaycan Kimliği. İran ve Turan Tarihi Araştırmaları Dergisi, 3(4), 156-163.

https://dergipark.org.tr/en/download/article-file/1155054

Siegel, E. (2004). Rawshanfekran-e Azari va hoviyat-e melli va qawmi, Ali Morshedizad, Tehran: Nashr-e Markaz, 1380/2001, ISBN 9643056120.(cloth) 365 pp., bibliography, index. Iranian Studies, 37(1), 150-154.

https://www.jstor.org/stable/4311606

Soltaninejad, M. (2018). Iran and Egypt: Emotionally Constructed Identities and the Failure to Rebuild Relations. Journal of World Sociopolitical Studies, 2(3), 483-506.

http://journal.ut.ac.ir/article_69041_d4ffe631d315a509e55d1456cb85546d.pdf

Swietochowski, T., & GÖMEÇ, S. (1991). 1920 Öncesinde Rus Azerbaycan’ında Milli Kimliğin Yükselişi ve Edebi Dil Politikası. Tarih Araştırmaları Dergisi, 22(34), 3-10.

https://dergipark.org.tr/en/download/article-file/782530

Tahmasb, A., & Zarvani, M. (2017). Enlightenment and Islam in Iran: The Case of Mirza Fath Ali Akhundzadeh. Religious Inquiries, 6(12), 103-122.

https://ri.urd.ac.ir/article_54836_64a8e634002548fab2784aee0a51e4ea.pdf

Ахундов, М. Ф. (1962). Избранные философские произведения. Азербайджанское государственное издательство.

http://anl.az/el_ru/a/564729.pdf

[1] Həm Ağaoğlu, həm də Rəsulzadənin fikirləri Osmanlıda yaşadığı dövrlər ərzində dəyişdi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör