bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Xalq içində xalq (Dağlıq Qarabağ və Naxçıvan)

Tural Həmid Tural Həmid
., Sərbəst
23 May 2022
Oxuma vaxtı:18 dəqiqəyə oxunur
MyCollages
Paylaş

Dağlıq Qarabağ ermənilərinin Ermənistan, Naxçıvan azərbaycanlılarının isə Azərbaycan milli kimliyində xüsusi rolu var. Hər iki regionun özünün tarixi idarəetməsi və dövlətçilik ənənəsi mövcud olub və bu ənənə hazırda da davam edir. Qarabağ ermənilərinin Sovet zamanı muxtar vilayət kimi Azərbaycan tərkibində qalması bu dövlətçilik ənənəsinin mahiyyətinə təsir etmədi. Həmin ənənə son nəticədə Qarabağ ermənilərinin 1988-ci ildə radikal bir hərəkat formalaşdırmasında əsas rol oynadı. O zaman sual ortaya çıxa bilər: Qarabağ erməniləri Ermənistanın, Naxçıvan azərbaycanlıları isə Azərbaycanın idarəetmə nomenklaturasını necə formalaşdırdı?

Bunun tarixi səbəbləri çoxdur.

Qarabağın qısa tarixi

Müasir dövrdəki Ermənistan rəsmi tarix konsepsiyasında Qarabağ erməniləri regionun aborigen əhalisi kimi qeyd edilir. Lakin reallıq başqa cürdür. Bu regionun yerli əhalisinin Hind-Avropa dillər qrupuna daxil olmayan tayfalardan ibarət olmadığı dəqiq faktdır. Ermənilərin regiona gəlişindən əvvəl Qarabağda qarqarlar, gellər, lupenlər, utilər və digər kiçik tayfalar yaşayırdı. Mənbəyini Şuşa rayonunun dağlarından götürən Qarqarçay bu adı inquşların ataları hesab edilən eyni adlı tayfadan alıb. Utilər isə indiki udinlərin ataları idi və onlar Qarabağla bərabər, indiki Şəmkir-Qazax zonasında (o vaxtkı adı ilə Utik) yaşayırdılar.

Qarabağ ərazisinin Ermənistan krallığının tərkibinə nə vaxt daxil olması haqqında mötəbər mənbə yoxdur. Lakin bu ərazinin 387-ci ildə Sasani və Bizans arasındakı təsir dairəsinə aid müqavilədən sonra Qafqaz Albaniyasının tərkibinə keçməsi dəqiqdir. 428-ci ildə Sasanilərin Ermənistan krallığının varlığına son qoymasından sonra Qarabağın Qafqaz Albaniyası tərkibində yeni bir dövrü başladı. Təxminən 3 əsrlik dövrdə Qarabağda erməni təsiri gücünü qoruyub saxladı və burada yaşayan digər kiçik xalqlar ermənilərin içində əridi. Bunu ermənilərin öz əlifbasını yaratması və Qafqaz Albaniyası kilsəsi üzərində dominant təsiri ilə əlaqələndirmək lazımdır. Erməni əlifbasını tərtib edən Mesrop Maştots eyni zamanda alban əlifbasının da qurucusu olmuşdu. O, ilk məktəbi Sos (indiki Xocavənd) kəndində yerləşən Amaras monastırında formalaşdırmışdı.

Məhz bu cür dini və mədəni yaxınlıq albanlar və erməniləri zərdüşt Sasanilərə qarşı birgə mübarizədə (Avarayr müharibəsi) birləşməsinə gətirib çıxardı. Qafqaz Albaniyası kilsəsi 590-705-ci illərdə müstəqil kilsə olsa da ərəblərin Azərbaycanı işğal etməsindən sonra avtokefallığı ləğv edildi və Erməni Apostolik kilsəsinin tərkibinə verildi.[1] Ərəblərin Azərbaycanda hakimiyyəti zamanı ermənilər Qarabağın düzən ərazilərindən (Bərdə) sıxışdırıldı və daha çox dağlıq hissələrdə yaşamağa başladılar. Bu faktı Abbasqulu ağa Bakıxanov özünün “Gülistian-i İrəm” əsərində qeyd edir. Ərəblər Zaqafqaziyanı işğal etdikdən sonra buranı 1-ci, 2-ci və 3-cü Ərməniyyə adlı ərazilərə böldü. İndiki Qarabağ 1-ci Ərməniyyəyə daxil edilmişdi. Abbasilərin zəifləməsindən sonra Qarabağ 9-11-ci əsrlərdə Sacilər, Salarilər və Şəddadilər tərəfindən idarə olunurdu. 1166-cı ildə formalaşan Xaçın knyazlığı Qarabağda ilk faktiki özünüidarəetməyə malik feodal dövlət idi. Bu knyazlığın qurulduğu ərəfədə Qarabağın düzən ərazilərinə türk tayfalarının köçü başlandı.

14-cü əsrdə region Çar Rusiyası işğalından əvvəlki etnik komponentə malik idi. Qarabağın dağlıq hissəsində ermənilər, düzən ərazisində isə türk tayfaları yaşamağa başlamışdı. Türk tayfalarının dominantlığı səbəbi ilə regionun adı da dəyişdi. Belə ki, “Qarabağ” adına ilk dəfə Həmdullah Qəzvininin “Nüzhət-əl Qulub” əsərində rast gəlinir.[2] Qarabağın düzən hissəsində etnik dəyişim regionun idarəetmə funksiyasına təsir etmədi. Belə ki, Xaçın knyazlığı Monqol imperiyası, Elxani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi tərkibində qalsa da öz daxili idarəetməsini itirmədi. Lakin daxili çaxnaşmalardan sonra bu knyazlıq XVI-XVII əsrlərdə dörd yerə bölündü. Gülüstan, Xaçın, Çiləbörd, Dizaq[3] və Vərəndə məliklikləri öz yarımavtonom xüsusiyyətlərini Nadir şahın hakimiyyəti dövründə də qorumağı bacardı. Nadir şahın ölümündən sonra isə Qarabağda ilk dəfə olaraq müstəqil xanlıq yarandı. Xanlığın qurucusu Pənahəli xan sarıcalı tayfasına mənsub idi. O, Qarabağdakı erməni məlikliklərini özünə tabe edərək xanlığı gücləndirdi. Şuşa şəhəri məhz onun hakimiyyəti dövründə salındı və regionun əsas mədəni, strateji şəhərinə çevrildi. Qarabağ 1805-ci ildə Azərbaycan xanlıqları içərisində Çar Rusiyasının tərkibinə könüllü olaraq daxil olan ilk xanlıq idi. İbrahimxəlil xanın bu siyasəti Qacarların regiona olan təhdidi ilə bağlı idi. Bu məsələdə Qarabağın tərkibində olan erməni məliklikləri onunla ittifaqda idilər. Lakin bir müddətdən sonra xanın məliklərlə, eləcə də Rusiya ilə münasibəti pisləşdi. XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda Çar Rusiyası ilə Qacar dövlətinin mübarizəsi son nəticədə genişmiqyaslı müharibə ilə nəticələndi. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə Qarabağın Çar Rusiyasına keçidi yekunlaşdı. Mehdiqulu xanın Şuşadan qaçaraq İrana sığınmasını bəhanə edən Çar rəsmiləri 1822-ci ildə Qarabağ xanlığını, eləcə də onun tərkibində olan erməni məlikliklərini ləğv etdi. Bununla da Qarabağda 656 il davam edən daxili idarəetməyə son qoyuldu.

Qarabağda növbəti idarəetmə isə 1917-ci ildə Rusiyada baş verən “Fevral inqilabı”ndan sonra formalaşdı. Qarabağ ermənilərinin Milli Şurası 1917-ci ilin oktyabr ayında regionda daxili seçkilər həyata keçirdi və de-fakto ərazini idarə etməyə başladı. Lakin bu dövrdə ərazi Zaqafqaziya komissarlığına tabe idi və regionun idarəetməsində OZAKOM əsas rol oynayırdı. Bu formada ikili idarəetmə Zaqafqaziya Demokratik Federativ Respublikasının qurulduğu zamanlarda da davam etdi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası və Erməni Milli Şurasının milli respublikaların müstəqilliyini elan etməsindən sonra Qarabağ uğrunda mübarizə başlandı. 1 ildən çox davam edən mübarizə nəticəsində Qarabağ ermənilərinin Milli Şurası 22 avqust 1919-cu ildə Azərbaycanın tərkibinə daxil olduğunu bəyan edən deklarasiyanı qəbul etdi. Deklarasiyada Qarabağın statusu ilə bağlı son qərarın Paris Sülh Konfransında veriləcəyi qeyd edilirdi. 6 ay sonra Qarabağ ermənilərinin yerli idarəetməsi siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar bu qərarı tanımaqdan imtina edərək Müsavat hökumətinə qarşı qiyam təşkil etdi. Üsyan uğursuz alındı və Müsavat bölmələri ermənilərin müqavimətini əksər bölgələrdə qıra bildi. Lakin bu əsnada Azərbaycanda iqtidar bolşevik çevrilişi nəticəsində devrildi. İqtidarın dəyişməsindən sonra həm Qarabağ ermənilərinin Milli Şurası, həm də qubernator Xosrov bəy Sultanov yeni hökumətin hakimiyyətini tanıdı. Bolşevik bölmələri 1920-ci ilin may ayında Şuşaya daxil oldu və beləliklə regionda Sovet hakimiyyəti quruldu. Ermənistanın da sovetləşməsindən sonra Qarabağ məsələsi Ermənistan və Azərbaycan arasında əsas ixtilaflı mövzulardan biri kimi qaldı. Qafqaz Bürosu 1921-ci il iyulun 5-də Qarabağın hüquqi statusu ilə bağlı yekun qərar verərək ərazini Azərbaycan tərkibində saxladı, 2 il sonra regionun etnik xüsusiyyətləri nəzərə almaqla MVDQ (Muxtar vilayət Dağlıq Qarabağ) quruldu. Bununla da Qarabağdakı muxtariyyətin formalaşdırılma prosesi başa çatdı.

Naxçıvanın qısa tarixi

Naxçıvan isə 11-ci əsrə qədər qeyri-türk dövlətlər tərəfindən idarə olunub. Region buna qədər Urartu, Midiya, Əhəmənilər imperiyası, Makedoniya imperiyası, Ermənistan krallığı, Sasanilər və Ərəb Xilafətinin tərkibində olmuşdu. Xilafətin zəifləməsi ilə Naxçıvan 9-11-ci əsrlərdə Sacilər, Salarilər və Şəddadilər sülaləsi tərəfindən idarə edildi. 1064-cü ildə Səlcuq sultanı Alp Arslan məhz Şəddadi tərkibində olarkən Naxçıvanı ələ keçirdi. Naxçıvanda ilk yerli türk dövləti 1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən yaradıldı. Azərbaycan Atabəyləri dövləti eyni zamanda 1918-ci ilə kimi rəsmi olaraq Azərbaycan adını daşıyan yeganə feodal dövlət idi. Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə paytaxt Naxçıvandan Həmədana köçürülsə də şəhərin mədəni inkişafı həmin dövrdə başladı.[4]

Orta əsrlər dövründə Naxçıvan Monqol imperiyası, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər tərkibində oldu. Xüsusilə Səfəvi hakimiyyəti dövründə Osmanlı ilə müharibələr regiona ciddi ziyan vurdu. Həmin dövrə qədər Naxçıvanda qarışıq formada yaşayan erməni və azərbaycanlıların milli nisbətində əsas dönüş Şah Abbasın hakimiyyəti illərinə təsadüf etdi. Şah Abbasın 1603-1605-ci illərdə Culfa və ətraf ərazilərdən 60 min ermənini İranın daxili ərazilərinə, xüsusilə də İsfahana köçürməsi bölgədə türk əhalinin dominantlığına gətirib çıxardı. Regionda ilk faktiki idarəetmə isə 1747-ci ildə Nadir şahın ölümündən sonra formalaşdı. Yeni qurulan Naxçıvan xanlığı 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra ləğv edildi və bu ərazidə “Erməni oblastı” quruldu. İrəvan xanlığından fərqli olaraq Naxçıvana həmin dövrdə çox az sayda erməni köçürüldü. Məhz bu amil regiondakı etnik balansa ciddi formada təsir göstərmədi.

1917-ci ilin fevralında Rusiyada başlayan inqilabın Naxçıvanda təsiri daha çox hiss edildi. Həmin dövrdə Naxçıvanın Osmanlı cəbhəsinə yaxınlığı regionda ideoloji qarmaşa yaratmışdı. Naxçıvan şəhərində Müsəlman Milli Komitəsi və Erməni Milli Komitəsi, Şaxtaxtı şəhərində isə bolşeviklərin güclü olduğu Əsgər Deputatları Soveti mövcud idi. Bu 3 idarəetmə de-yure Xüsusi Zaqafqaziya Komitəsindən asılı idi. Rus ordusunun ərazidən geri çəkilməsindən sonra Erməni Milli Komitəsi və Əsgər Deputatları Sovetinin təsiri zəiflədi. 1917-ci ilin payızında Naxçıvanı Milli Komitə rəhbəri Cəfərqulu xan idarə etməyə başladı. Naxçıvan 1918-ci ilin aprelində qurulan Zaqafqaziya Demokratik Federativ Respublikasına daxil olduğu dövrlərdə daxili idarəetməsini qoruyub saxladı. Mayın 28-də müstəqilliyini elan edən Azərbaycan və Ermənistan respublikaları Naxçıvanı öz ərazisi elan etdilər. Bu iddialara baxmayaraq Naxçıvan Osmanlı tərəfindən işğal edildi[5] və şəhərə daxil olan türk bölmələri Naxçıvan Milli Komitəsini ləğv etdilər.

Osmanlının müharibədə məğlubiyyətindən sonra Naxçıvan Milli Komitəsi yenidən formalaşdırıldı və daxili idarəetməni qoruyub saxladı. Region isə bu dövrdə əvvəlcə Böyük Britaniya, daha sonra isə ABŞ tərəfindən idarə edildi. 1920-ci ilin fevralından sonra Naxçıvan Milli Komitəsi faktiki müstəqilliyini elan etdi. Lakin qısa müddət sonra daşnaklar böyük ordu ilə hücuma keçərək komitənin nəzarət etdiyi əraziləri ələ keçirdi. Yalnız iyul ayının ortalarında XI Qızıl Ordu, Azərbaycan bolşevikləri və eləcə də Türkiyə inqilabçılarının birləşmiş qoşunları daşnakları Naxçıvandan çıxardı. Bu tarixdən etibarən regionda müstəqil Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) quruldu. Faktiki 4 il müstəqil olan NSSR 1924-cü ildə xüsusi dekret vasitəsi ilə Azərbaycan SSR-in tərkibinə muxtar respublika kimi daxil oldu. Bununla da Naxçıvandakı muxtariyyətin formalaşması prosesi başa çatdı.

Qarabağ və Naxçıvanın müasir Azərbaycan və Ermənistan idarəçiliyində rolu

Bu qeyd edilən tarixi remarklar Qarabağda və Naxçıvanda olan proseslərin indiki dövrdə təsirini anlamaq baxımından əhəmiyyətlidir. Qarabağda olan özünüidarəetmənin əsas mahiyyəti ondan ibarət idi ki, bu, ermənilərin Zaqafqaziyada öz daxili idarəetməsini qoruduğu yeganə yer idi. Çar Rusiyasının işğalına qədər indiki Ermənistanda əhalinin 80 faizə yaxını azərbaycanlılardan ibarət idi və ermənilər çoxluq olaraq yalnız indiki Üçmüədzin bölgəsində yaşayırdılar. Regionun etnik tərkibində transformasiya Çar Rusiyasının İrəvan xanlığını ləğv etdikdən sonra bura ermənilərin köçürülməsi ilə başladı. Qısa müddətdə süni köçürmə ilə indiki Ermənistanda ermənilər sayca azərbaycanlıları ötüb keçdi. Lakin bu ermənilərlə Qarabağ erməniləri arasındakı ideoloji fərq mövcud idi. Qarabağ ermənilərinin 600 ildən çox ətrafda yaşayan azərbaycanlılarla ortaq iqtisadiyyatı, eyni zamanda faktiki olaraq onların tərkibində qalması yerli idarəetmədə fərqli mentalitet yaratmışdı. Qarabağdakı erməni məliklikləri yeganə xristian idarəçilər idi ki, onlarda çoxarvadlılıq (hərəm) mövcud idi. Bundan başqa, Qarabağ ermənilərinin dilinə həddindən artıq çox fars və türk dilindən sözlər daxil olmuşdu. Ermənistan erməniləri ilə fərqlilik hərbi sahədə də özünü göstərirdi. Misal üçün, Sovet zamanı marşal rütbəsinə qədər yüksələn 5 erməninin hər biri Azərbaycan ermənisi idi.[6] Böyük Vətən müharibəsi zamanı Qarabağ regionunda Sovet İttifaqı Qəhrəmanı fəxri adı alan ermənilərin sayı ümumi Ermənistandan daha çox idi. Bu amil onlarda XX əsrdə DQMV nomenklaturasının köməyi ilə tamamilə fərqli xarakter formalaşdırdı.

Qeyd edilən nüanslar özünü Naxçıvan azərbaycanlılarında da göstərirdi. Naxçıvanın ADR tərkibinə daxil olmaması, 1918-1920-ci illərdə daşnaklara qarşı təkbaşına vuruşaraq uğur qazanması onlarda özlərinə məxsus xarakter formalaşdırmağa başladı. Naxçıvan Milli Komitəsi ADR-ə nisbətən daha millətçi idi və bu baxımdan “böyük qardaş”ından fərqlənirdi. Burda da eynilə Qarabağ nümunəsində olduğu kimi hərbi ənənə çox güclü idi. Çar Rusiyası dövründə 10 azərbaycanlı generaldan 6-sı naxçıvanlı idi. Onlardan Hüseyn xan Naxçıvanskinin Çar Rusiyasında general-adyutant rütbəsinə yüksəlmiş yeganə müsəlman olması ərazidəki hərbi ənənənin gücünü bir daha göstərir. Naxçıvan və Qarabağdakı yerli idarəçiliyin XX əsrin sonundakı siyasi proseslərdə təsiri aydın nəzərə çarpdı. 1988-ci ildə DQMV-nin Ermənistana birləşməsi (miatsum) üçün başladılan hərəkatda bu kimi amillər əsas rol oynadı. Dağlıq Qarabağ ermənilərinin Ermənistandan fərqli nomenklaturaya malik olması müharibə zamanı özünü daha çox göstərdi. Belə ki, “Daşnaksütyun” partiyası Ermənistanda təqib edilsə də Qarabağda iqtidarda idi. 1992-1993-cü illərdə Qarabağdakı de-fakto quruma daşnak Artur Mkrtçyan və Georgi Petrosyan rəhbərlik etmişdi. Ermənistan prezidenti Levon Ter-Petrosyanın 1992-ci ildə Qarabağda keçirilən seçkilərdə qalib gələn Artur Mkrtçyanı təbrik etməməsi tərəflər arasında gərginliyi nümayiş etdirirdi.

Maraqlıdır ki, eyni dövrdə Naxçıvan MR ilə Azərbaycan arasında da buna bənzər qarşıdurma hökm sürürdü. Naxçıvanın Azərbaycandan ayrı siyasəti hələ SSRİ dağılmadan hiss edilirdi. Belə ki, Azərbaycan SSR-in izni olmadan Naxçıvan MSSR 19 yanvar 1990-cı ildə SSRİ tərkibindən çıxaraq öz müstəqilliyini elan etmişdi. Beləliklə, Naxçıvan MSSR SSRİ tarixində ittifaqdan rəsmi olaraq ayrılan ilk respublika olmuşdu. Lakin bu qərar Azərbaycan SSR Konstitusiyasına zidd idi və hüquqi akt kimi qəbul edilmədi. 1991-ci il Azərbaycan SSR “SSRİ-nin saxlanması haqqında referendum”u dəstəkləsə də Naxçıvan MSSR həmin referendumu boykot etdi.

Azərbaycanın müstəqilliyini elan etməsindən sonra da bu siyasət davam etdi. Naxçıvan MR rəhbərliyi Türkiyə, İranla müstəqil formada müqavilələr bağladı. Hətta rəsmi Bakının icazəsi olmadan Ermənistanla separat sülh müqaviləsi imzalandı. Maraqlıdır ki, Bakıdakı Azərbaycan hökumətinə qarşı mübarizə aparan Azərbaycan Xalq Cəbhəsinin üzvlərinin əksəriyyəti də naxçıvanlılardan təşkil edilmişdi. Xalq Cəbhəsinin lideri Elçibəy və ətrafı nomenklatura üzvləri sayılmasa da Naxçıvan yerli idarəçiliyinin formalaşdırdığı siyasətçilər idi. Onlar ultra-millətçi kimi Bakı elitasını özlərinin düşməni kimi görürdülər və Qarabağla bağlı daha sərt adddımlar atılmasının tərəfdarı idilər. Bu, Qarabağ erməniləri və Ermənistanla eyni formalı ziddiyət idi.

Ermənistanla Qarabağ erməniləri arasındakı qarşıdurma ən çox Kəlbəcərin işğal edilməsindən sonrakı dövrdə hiss edildi. Ermənistan rəhbərliyi Kəlbəcəri Azərbaycana qaytarmağa razılaşsa da Qarabağ erməniləri buna sərt formada etiraz etmişdi.[7] Ermənistanla Qarabağ erməniləri arasındakı bu qarşıdurmalar növbəti illərdə də davam etdi. 1994-cü ildə “Daşnaksütyun” Ermənistanda qadağan edilsə də Qarabağda fəaliyyətini qoruyub saxladı. Maraqlıdır ki, “Daşnaksütyun” partiyası Ermənistanda 1998-ci ildə Qarabağ ermənisi Robert Köçəryanın prezident seçilməsindən sonra leqallaşdırıldı və hətta hökuməti formalaşdıran koalisiyaya daxil edildi. Ermənistanda leqallaşdırılmasına baxmayaraq bu partiyanın xalq içində nüfuzu demək olar ki, yox idi. 2018-ci ildə keçirilən seçkilərdən sonra parlamentdən kənarda qalan daşnaklar 2021-ci ildə keçmiş prezident Robert Köçəryanın blokuna qatıldılar. Lakin Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağda daşnakların xalq arasında nüfuzu yüksək idi. Onlar “DQR” parlamentində müxalifəti formalaşdıran əsas qüvvə kimi qaldılar.

Bu nümunələr ultra-millətçi Qarabağ nomenklaturası ilə yumşaq millətçi Ermənistan nomenklaturası arasındakı fərqi göstərir. Ermənistanın yumşaq millətçiliyini həm Paşinyan, həm də Levon Ter-Petrosyanın idarəçiliyindəki Ermənistanın Azərbaycan ilə apardığı daha uzlaşmacı siyasətdən görmək mümkündü. Eyni siyasi diskurs Qarabağ erməniləri Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyət illərində müşahidə edilmədi. Təxminən 100 il əvvəl formalaşmış Ermənistan nomenklaturasının 1998-2018-ci illərdə 800 ilə yaxın idarəetmə ənənəsi olan Qarabağ nomenklaturasına məğlub olmasına səbəb də bu idi. Ermənistan nomenklaturası Qarabağ kimi klan sisteminə, eləcə də daha despotik xüsusiyyətə malik deyildi.[8] Məhz bu amil son nəticədə 2018-ci il inqilabına gətirib çıxardı. Azərbaycanda isə 61 illik idarəedici nomenklatura 169 illik Naxçıvan nomenklaturasına məğlub oldu. Hər nə qədər rəqib olsalar da 1993-cü ildə başlayan siyasi böhran nəticəsində prezident Əbülfəz Elçibəy Surət Hüseynov və Əlikram Hümmətovun tələb etdiyi Ayaz Mütəllibovu deyil, Heydər Əliyevi Bakıya dəvət etdi və iqtidarı ona təhvil verdi. 1969-1982-ci illərdə dövləti idarə edən Heydər Əliyevə idarəedici nomenklaturanın formalaşmadığı siyasi sistemi yenidən rekonstruksiya etmək çətin olmadı. Hazırda bu sistem öz gücünü qoruyub saxlamaqdadır.

Qarabağ ermənilərinin Ermənistan nomenklaturasına təsirinə baxmayaraq bu regionun Azərbaycan tərkibində qalmasına tarixi zərurət kimi baxılmalıdır. Ermənilər Qarabağda yerli idarəetmə qursalar da 800 illik dövrdə heç vaxt müstəqil[9] olmadılar. Səlcuqlardan Qarabağ xanlığına qədərki dövrdə, eləcə də ADR və Azərbaycan SSR zamanı Qarabağ erməniləri daim asılı vəziyyətdə olub. Naxçıvanın isə 1747-1828 və 1920-1924-cü illərdə de-fakto müstəqil olduğu dönəmləri var idi. Hər nə qədər fərqli dövr keçsələr də hər iki ərazidəki idarəetmə institutlarının Azərbaycan milli kimliyinin formalaşmasına güclü təsir göstərib. Ümumiləşdirərək faktiki idarəçiliyin gətirdiyi sistem, tarixi miras və ideologiyanın Naxçıvan MR azərbaycanlılarını, eləcə də Qarabağ ermənilərini Azərbaycan içərisində 2 ayrı xalq olduğunu qeyd etməyimizə əsas verir. Hazırda Azərbaycanın qarşısında duran ən böyük problem Qarabağ ermənilərinin ölkə cəmiyyətinə reinteqrasiyasıdır. Bu prosesin uğurlu olub-olmaması isə Qarabağ nomenklaturasına olan təsirimizindən asılı olacaq.

 

[1] Alban katolikosluğu erməni kilsəsinin tərkibində 1836-cı ilə qədər fəaliyyət göstərib.

[2] Vladimir Minorski bu adın orada yaşamış və sonradan məhv olmuş bir tayfanın adı ilə bağlı olduğunu hesab edir.

[3] Bu məlikliyin böyük hissəsi daha sonra islamı qəbul etdi və türkləşdi.

[4] Onun anası Möminə xatunun şərəfinə tikdirdiyi abidə hazırda da Naxçıvanın əsas simvollarından biridir.

[5] Osmanlı rəsmi olaraq Naxçıvanı öz ərazisinə qatıb.

[6] Onlardan biri Sergey Ohanyanın ailəsi Qarabağdan idi. Ohanyan Astraxanda doğulmuşdu.

[7] Gəncə qiyamı bu prosesin həyata keçirilməsinə imkan vermədi.

[8] Bunu Ermənistanın yarıprezident idarəetmə sistemindən parlament sisteminə, Dağlıq Qarabağın isə yarıprezident idarəetmə sistemindən super prezident respublikasına keçidi ilə də müşahidə etmək olar.

[9] SSRİ dağılana qədərki dövr nəzərdə tutulur.

İstifadə edilən ədəbiyyat

Anchabadze, G. (2009). The Vainakhs.

Arslan, A. (1998). I. Dünya Savaşı Sonunda Nahçıvan’da Yapılan Millî Mücadele Ve Bugünkü Nahçıvanın Statüsünün Oluşumu. Atatürk Araştırma Merkezi Dergisi, 14(41), 522-546.

Aydoğmuşoğlu, C. (2011). Şah Abbas (1587-1629) Devrinde İran da Sosyal ve Kültürel Hayat. Türk Dünyası İncelemeleri Dergisi, 11(2), 261-276.

Bakixanov, A. K. A. (1991). Gjulistan-i Iram. Baku: Elm.

Bünyadov, Z. (2007). Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). ” Şərq-Qərb”.

Coene, F. (2009). The Caucasus-an introduction. Routledge.

Cornell, S. E. (1997). Undeclared War: The Nagorno-Karabakh Conflict Reconsidered. Journal of South Asian and Middle Eastern Studies, 20, 1-23.

Farrokh, K., SÁNCHEZ-GRACIA, J., & MAKSYMIUK, K. (2019). Caucasian Albanian warriors in the armies of pre-Islamic Iran. Historia i Świat, (8), 21-36.

Hewsen, R. H. (1982). Ethno-history and the Armenian influence upon the Caucasian Albanians. Classical Armenian Culture: Influences and Creativity, 27-40.

Hille, C. (2010). Chapter Nine. Disputed Territories: Nagorno-Karabakh, Nakhichevan And Zangezur. In State Building and Conflict Resolution in the Caucasus (pp. 159-169). Brill.

ISMAILOV, J. (2021). ORNAMENTAL FEATURES OF NAKHCHIVAN TOMBS. АКТУАЛЬНI ПИТАННЯ ГУМАНIТАРНИХ НАУК, 202139.

Kettenhofen, E., Bournoutian, G. A., & Hewsen, R. H. (1998). Erevan. In Encyclopaedia Iranica Online. Brill.

Lütem, Ö. E. (2015). Türkiye-Ermenistan ilişkilerinin güncel durumu. Ermeni Araştırmaları, (50), 231-373.

Minorsky, V. (1943). Tadhkirat al-mulūk. A Manual of Ṣafavid Administration (circa 1137/1725)(London, 183.

Muradxanlı, N. (2008). Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü).

ÖZAYDIN, A. (2018). Nizâmülmülk’ün Büyük Selçuklu İmparatorluğu’na Hizmetleri. Selçuk Üniversitesi Selçuklu Araştırmaları Dergisi, (8), 1-31.

Sanamyan, E. (2016). The Logic of Occupation in the Nagorno-Karabakh War: The Cases of Agdam and Shaumyan (Doctoral dissertation, Virginia Tech).

Smith, J. (2015). Nagorno Karabakh under Soviet Rule. The South Caucasus beyond Borders, Boundaries and Division Lines, 9.

Tchilingirian, H. (1998). Religious discourse on the conflict in Nagorno Karabakh. Occasional Papers on Religion in Eastern Europe, 18(4), 1.

Yoshimura, T. ON THE NAGORNO-KARABAGH HISTORY.

Yunusov, A. (2005). Karabakh: Past and present. Baku: Turan Information Agency.

Казвини, Х. (1983). Нузхат ал-кулуб. Материалы по Азербайджану). Пер. ЗМ Буниятова и ИП Петрушевского. Баку: Элм.

Кесаманлы, Ф. П. генерал регулярной армии императорской России в третьем поколении.

Мобили, Р. Б., & Пашаева, М. Т. (2018). Удины–неотъемлемая часть паствы Албанской (Кавказской) Апостольской Автокефальной Церкви.

Орбели, И. А. (1909). hАсанъ Джалалъ, Князь Хаченскiй. Известия Российской академии наук. Серия математическая, 3(6), 405-436.

Раффи (1991) «Меликства Хамсы» – классический труд по истории Арцах-Карабаха (1600-1827 гг.) Издательство: Наири.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör