bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Azərbaycanda ilk respublika: Car-Balakən camaatlığı

Tural Həmid Tural Həmid
., Sərbəst
22 Dekabr 2020
[/vc_column][vc_column width="1/2"]
Qalacha
[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Car-Balakən camaatlığının formalaşması

Car-Balakən camaatlığı həm idarəetmə, həm etnik rəngarənglik, həm də apardığı müharibələrdəki uğurlar baxımından Azərbaycan ərazisində mövcud olan digər feodal xanlıqlardan fərqlənir. Bu camaatlığın qurulması prosesi 14-cü əsrdən başlayır. Buna qədər regionda camaatlığı formalaşdıran ayrı-ayrı icmalar yaranmağa başladı. 16-cı əsrdə bu icmalar azad cəmiyyətlərə – camaatlıqlara birləşməyə başladılar. Car camaatlığının formalaşması XVI əsrin ortalarına təsadüf edir. Ancaq bu dövrdə regiondakı icmalar Kaxetiyadan asılı vəziyyətdə idi. Kaxetiya krallığı regiondakı avarların gücündən Səfəvilərə qarşı istifadə etmək üçün Dağıstandan əraziyə dağlı xalqların köçməsinə etiraz etmədi. Gürcüstan tarixçiliyində bu köç siyasətinin regionda gürcülərin azlıqda qalmasına gətirib çıxardığı qeyd edilir. Reallıqda isə bu köçdən əvvəl də ərazidə gürcülərin sayı az idi və onlar yalnız indiki Qax şəhəri və ətrafında mütləq əksəriyyət təşkil edirdi (Mustafayev, 2005:6).

17-ci əsrdə Səfəvilərin Gürcüstana hücumu Kaxetiya krallığının parçalanması, avar və saxur camaatlıqlarının Kaxetiya asılılığından qurtulması ilə nəticələndi. Bu dövrdən etibarən camaatlıqlar güclənərək Kaxetiyanın ərazilərini tutmağa başladı. Səfəvilər bu mübarizədə camaatlıqlara siyasi dəstək verirdi. Beləcə, XVI əsrin ortalarında formalaşan Car-Balakən camaatı XVII əsrin əvvəllərində tam olaraq müstəqil oldu. Maraqlıdır ki, gürcü feodallardan narazı olan Kaxetiya kəndlilərinin bir çoxu könüllü olaraq Car-Balakən camaatına qoşuldular. Bütün bunların nəticəsi olaraq Azərbaycanın müasir Zaqatala və Balakən bölgəsində güclü siyasi qurum meydana gəldi.

Azad camaatların, xüsusən də Car camaatının Gürcüstana, Şimali Azərbaycan və Dağıstan xanlıqlarına güclü təsiri vardı. Carın artan siyasi təsiri azad camaatların feodalizasiyası prosesi ilə birlikdə baş verirdi. 17-ci əsrin sonunda Azərbaycanın şimal qərbində Balakən, Katex, Car, Tala, Muxax, İlisu, Qaradolaq, Baş Suvagil və Saxur adlı avar, saxur və muğalların birlikdə formalaşdırdığı azad camaatlıqlar mövcud idi. Son 4 camaatlıq İlisu sultanlığının tərkibində idi. İlisu sultanlığı və Car-Balakən camaatlığı dostluq münasibətləri saxlayırdı. Hazıkı Qaxın Ləkit kəndi İlisu sultanlığı və Car-Balakən camaatlığı arasında sərhədi təşkil edirdi. Azərbaycanın şimal qərbində formalaşan bu qurumun sərhədlərini rus polkovnik Kotsebu belə qeyd edirdi:

“Şimaldan Carlılar Kaxetiya, İlisu sultanlığı və Nuxa vilayətinin ərazilərindən keçən bir dağ silsiləsi ilə həmsərhəddir, bu silsilənin arxasında müxtəlif xalqlar yaşayır. Balakəndə çurmutlar, Kaxetiyada keseruxilər, Carda qalallar, Muxaxda mişleşlər və Duşnixdə kusurilər. Regionun sərhədi şərqdə İlisu sultanlığı ilə sərhəd olan Qapıçaya qədər, cənubda Siqnaxi uyezdinin Alazan və Kizix çayı arasındakı ərazilərə qədər uzanırdı. Qərbdə isə Car- Balakənin nəzarət etdiyi regionlar tam dəqiq deyildi. Bəzi qaynaqlarda Kaxetiyanın tamamı, digərlərində isə Laqodex sərhəd kimi qeyd edilirdi. Dövr qaynaqlarının əksəriyyətində sərhəd Nağal Əmirə çayından hesablanırdı. Sərhədlə bağlı problem Balakənlə Kaxetiya arasındakı 60 verstlik ərazidə praktiki olaraq heç bir yaşayış olmaması ilə bağlı idi. (buralarda gizlənən quldurlar istisna).” (Əliyev və Umaxanov, 2001:245).

Rəsmi olaraq bütün bu camaatlıqlar vahid bir siyasi birləşməni təşkil etmirdi. Car camaatlığı bu regionda hakim camaatlıq idi və İlisu sultanlığı daxil digər bütün camaatlıqlar onun vassalı olmuşdu. Car camaatlığının təsiri o qədər güclü idi ki, təkcə regiondakı camaatlıqlar deyil, Dağıstanın qərbində yerləşən avar camaatlıqların bir çoxu onun təsirində qalmışdı. Bu siyasi formasiya Zaqafqaziyada xüsusi yer tuturdu.

Camaatlığın tərkibi

19-cu əsrin əvvəllərində Car-Balakən bölgəsinin azad camaatları bərabərhüquqlu avar (saxur)[1] kəndlərindən və onlara tabe olan ingiloy və muğal (azərbaycanlılar) kəndlərindən ibarət idi. Müxtəlif mənbələrin məlumatlarını müqayisə edərək 1830-cu ilə qədər cəmiyyətin tərkibinə dair aşağıdakı mənzərəni əldə edə bilərik.

1. Car camaatı

– Car, Göyəm, Matsexi (indiki Mazıx), Sumaylo, Qəbizdərə, Qarağaclı, Dardoqqaz. Ümumilikdə 7 kənddə 1500 ev var idi.

– Bu qrupdakı kəndlər – Çobankol, Boyəhmədli, Keymuri (indiki Qımır), Kürdəmir, Qarabaldır, Kətəlparaq, Padar, Qındırğa, Qarahacılı, Almalı, Babalı, Böyük Lahıc, Kiçik Lahıc, Yengiyan, Əliabad, Mosul, Lələli, Qorağan, Meşlit, Zəyəm, Tasmalı, Şotavar yuxarıdakı kəndlərə tabe idi. 22 kənddə ümumilikdə 2328 ev mövcud idi.

2. Balakən camaatı

– Balakən, Sabluani (Sablu-Əli) , Regetala (Rekatala), Cindrisxivi – 700 evi olan 4 kənd.

– Tabe kəndləri mövcud olmayıb. Yalnız yuxarıda qeyd edilən kəndlərdə yaşayan muğalların ayrı-ayrı evləri və Gürcüstandan yeni gələn kəndlilər camaata tabe idi.

3. Katex camaatı

– Katex, Qudaxar, Koybuloba, Tonquruçiy. Ümumilikdə 4 kənddə 400 ev var idi.

– Tabe kəndləri yox idi, ancaq Katex camaatına Car bölgəsinin ingiloy kəndlərinə daxil 100 ev bağlı idi.

4. Tala camaatı

– Tala, Kargər (Kargexi). Ümumilikdə 2 kənd və 900 ev var idi.

– Muğanlı, Faldarlı, Kosuri, Kəpənəkçi kəndləri Tala və Kargexi kəndinə tabe olmuşdu. Ümumilikdə 4 kənddə 370 ev var idi.

5. Muxax camaatı

– Aşağı Muxax, Yuxarı Muxax, Sapıncı. Ümumilikdə 3 kənddə 600-ə qədər ev var idi.

– Bazar kəndində 60 ev, Yengiyan kəndində isə 10 ev Muxax camaatının bir hissəsi olmuşdur. Bundan başqa Qalal və Kosuri kəndinin bəzi hissələri Muxax camaatlığına tabe idi. 330 evi olan və özlüyündə tam azad olan Çardaqlar kəndi də Muxax cəmiyyəti ilə ittifaqda olmuşdur.

6. Cinıx camaatı

– Cinıx, Gözbarax, Əliəsgər, Korş, Mamrux, Cimcimax, Baycinıx. Ümumilikdə 7 kənddə 900 ev vardı.

– Çüdüllü, Marsan, Lələpaşa kəndləri Cinıx camaatına tabe kəndlər idi. Bu 3 kənddə ümumilikdə 110 ev mövcud olmuşdur. Bu kəndlərdən başqa Suakim, Meşlit (Mişleş) və Qalal kəndlərinin bir hissəsi də Cinıx camaatının bir hissəsi idi. (Petruşevski, 1934:21-22).

Camaatlıqların ayrı-ayrı analizini aparan yeganə şəxs alman əsilli Çar polkovniki Kotsebu olmuşdur. Onun yazdıqlarına əsasən Car camaatı 23 kənddən ibarət idi, Car, Zaqatala və Göyəm kəndi 1 kənd sayılırdı. Bu səbəbdən camaata daxil olan kəndlərin 21 olduğu qeyd olunur.[2] Qeyd edilən kəndlərdən başqa camaata Çobankol, Keymur (indiki Qımır), Əliabad, Padar (2 ədəd), Tasmalı, Babalı, Qorağan, Almalı, Lələli, Boyəhmədli, Qındırğalı, Mosul, Verxiyan, Kürdəmir, Yengiyan, Göylər kəndləri daxil olmuşdur. Ən böyük kəndlər yuxarıda qeyd edilən Car, Zaqatala, Göyəm kəndləri idi. Bu 3 kənddə ümumilikdə 3121 təsərrüfat mövcud olmuşdur.

Cara daxil olan digər böyük kəndlər Almalı və Əliabad (hər ikisində 360 təsərrüfat), Lələli (300 təsərrüfat), Mosul (200 təsərrüfat) və Verxiyan (160 təsərrüfat) idi. Digər yerlərdə isə əhali az yaşadığı üçün 60 təsərrüfatdan çox kəndə rast gəlinmir. Misal üçün, Boyəhmədli kəndində cəmi 8 təsərrüfat mövcud olmuşdur. Ümumi hesabladıqda 20 kənddə 1861 təsərrüfatın mövcud olduğunu görürük. Balakən camaatı isə ümumilikdə 800 təsərrüfatı olan Balakən, Tseblovani və Cindrisxivi adlı 3 kənddən ibarət olmuşdur.

Tala camaatı Tala və Kargər adlı kəndlərin birləşdiyi ümumilikdə 800 təsərrüratdan ibarət cəmiyyət idi. Bu camaata bundan başqa Muğanlı (300 təsərrüfat) , Faldarlı (140 təsərrüfat) , Qandax (140 təsərrüfat), Kəpənəkçi (30 təsərrüfat) kəndləri daxil olmuşdur.

Muxax camaatına 800 təsərrüfatdan ibarət olan Muxax kəndi rəhbərlik edirdi. Bundan başqa cəmiyyətə Bazar (30 təsərrüfat ) və Çardaqlar (200 təsərrüfat) kəndləri də daxil idi. Ümumilikdə Muxax camaatında 1030 təsərrüfat mövcud olub.

Cinıx camaatına 800 təsərrüfatdan ibarət olan Cinıx kəndi rəhbərlik edirdi. Bundan başqa cəmiyyətə Lələpaşa (30 təsərrüfat ), Çüdüllü (40 təsərrüfat) və Marsan (20 təsərrüfat) daxil idi. Ümumilikdə camaatda 890 təsərrüfat mövcud olub. Rus tarixçisi Yaişnikov Car-Balakən camaatına Samur çayı boyunca yerləşən bir neçə kəndin də mənsub olduğunu qeyd edir. Belə ki, Tala cəmiyyətinə 150 həyəti olan Küçük Üsur kəndi, Muxax cəmiyyətinə 50 həyəti olan Yuxarı Muxax və 100 həyəti olan Qalal kəndi, Cinıx cəmiyyətinə 25 həyəti olan Alal, 40 həyəti olan Korç, 160 həyəti olan Mişleş kəndi daxil idi (Əliyev və Umaxanov, 2001:249-250).

Kotsebuya görə, Car-Balakən camaatlığında heç bir camaata aid olmayan həyətlər də mövcud olub. Bu həyətlərə daxildir: Katex (300 həyət), Mazıx (300 həyət), Mamrux (140 həyət), Qaracalı (50 həyət), Qapıdərə (30 həyət), Cimcimax (20 həyət), Əliəsgər (40 həyət), Sapıncı (40 həyət) və Kusur (10 həyət). Bu həyətlər hərbi təhlükə zamanı yaxınlıqda olan camaatla ittifaq qururdu. Misal üçün Katex, Mazıx, Qaracalı və Qapıdərə kəndlərinin azad həyətləri Car camaatı ilə, Cimcimax, Əliəsgər, Sapıncı və Mamruxun azad həyətləri Muxax camaatı ilə, Kusur kəndinin azad həyətləri isə Tala camaatı ilə ittifaqa girirdi (Əliyev və Umaxanov, 2001:250-251).

Ümumilikdə 27 azad kənddə 5330-a qədər ev, 34 asılı kənddə isə 3000-ə qədər ev var idi. Dövrün avar mənbələrinin qeyd etdiyi statistikada regionda yerləşən 8000-dən çox evdə 40.000-dən çox əhalinin yaşadığı qeyd edilir (Petruşevski, 1934:22).

Etnik tərkibi

XIX əsrin əvvəllərində Alazan vadisinə rus qoşunları gəlməmişdən öncə Car-Balakən regionunun əhalisi üç hissədən ibarət idi: avarlar (saxurlar), gürcülər və muğallar (azərbaycanlılar). Avar kəndləri bir qayda olaraq dağ və dağətəyi, muğal və ingiloy kəndləri isə düzən ərazilərdə yerləşirdi (Cavadova, 1999:34). Car-Balakən camaatına daxil icmaların böyük əksəriyyətini avar və saxurlar təşkil edirdi. Avarlar (saxurlar) Car, Göyəm, Mazıx, Sumaylo, Qəbizdərə, Qarahacılı, Dardoqqaz, Balakən, Sabluani, Regetala, Cindrisxivi, Katex, Qudaxar, Koybuloba, Tonquruçiy, Tala, Kargər, Aşağı Muxax, Yuxarı Muxax, Sapıncı, Cınıx, Qutparax, Çardaxlı, Əliəsgər, Qulax Mamrıx, Cimcimax, Baycınıx kəndlərində yaşayırdılar. Gürcü tarixçi Dmitri Bakradze avarların və saxurların regiona 17-ci əsrdə gəldiyini iddia edir. Müasir dövr Gürcüstan tarixçiliyində avarların və saxurların şimal-qərbi Azərbaycana son zamanlarda gəldiyini qeyd etmək, bu ərazilərin Gürcüstana məxsus olduğunu sübut etmək məqsədi daşıyır (Lətifova, 1999:50).

Petruşevski gürcü mənbələrində qeyd edilən regionda yaşayan avar və saxurların əraziyə I Şah Abbasın siyasi təsiri ilə gəldiyi fikri ilə razılaşmır və bu fikri tənqid edir. Dağıstanlıların qış üçün Baş Qafqaz silsiləsinin cənub tərəfində yerləşən qış otlaqlarına köç etmələrinin tarixi bir həqiqət olduğunu qeyd edən Petruşevski bu köçün kiçik qruplarla aparıldığını, kütləvi şəkildə köçün həyata keçirilmədiyini qeyd edir: “Şübhə yoxdur ki, Dağıstan (avar və saxur) icmaları Kaxetiyada XVII əsrdən çox-çox əvvəl mövcud olmuşdular. Məhəmməd Rəfinin XVI əsrdə yazdığı əsərdə regionu avar dilində “Qoloda” adlandırması ən azından dağlı xalqlarının XVII əsrdə gəldiyi iddiasını yalanlayır.” (Əliyev və Umaxanov, 2001:246-247).

XIX əsrin əvvəllərində gürcülər regionda əhalinin az bir hissəsini təşkil edirdi. Gürcülər (ingiloylar) Əliabad, Mosul, Şotavar, Tasmalı, Zəyəm, Lələpaşa, Marsan, Çudullu, Qorağan, Kəpənəkçi və Yengiyan kəndlərində yaşayırdı və onların çoxu torpağa təhkim edilmiş kəndlilərdən ibarət idi. (Cavadova, 1999:34). Verxiyanda gürcülər və muğallar qarışıq şəkildə yaşayırdı. Gürcülərin bir çoxu XVII-XVIII əsrlərdə islamı qəbul etdi və ingiloy (türk dilində “yeni çevrilən” deməkdir) adlandırılmağa başladı. Rus və gürcü tarixçiləri gürcülərin I Şah Abbasın və daha sonra yerli avarların təzyiqi nəticəsində islamı qəbul etdiyini qeyd edir. Reallıqda həm Səfəvilər, həm də avarlar islamın yayılmasında o qədər də maraqlı deyildilər.

Regionda yaşayan digər bir etnik qrup muğallar (azərbaycanlılar) idi. Çobankol, Keymur, Bazar, Almalı, Lələli, Göylər, Kətəlparaq, Qındırğa, Boyəhmədli, Faldarlı, Kürdəmir, Padar, Baydarlı, Muğanlı, Babalı, Qarabaldır, kəndlərində yaşayan əhali türk dilində danışırdı (Cavadova, 1999:34). 19-cu əsr tarixçiləri Hahn, Poserbski və fon Plotto əsərlərində muğalları regiona xalqların böyük köçü zamanı gələn monqolların nəsilləri hesab edir. Regionda monqol dövrünə xas toponimlər indi də qalmaqdadır. (Qaxın Cəlayer kəndi Cəlayer noyonun adından qalıb) (Lətifova, 1999:50).

Bundan başqa Kaxetiyanın parçalanması sonrası Gürcüstandan regiona muğalların köçü başlayır. Əvvəllər İori (Qabırrı) çayının qarşı tərəfində yaşayan muğal kəndləri olan Muğanlı və Faldarlı sakinləri çayı keçərək indiki yaşadıqları yerdə məskunlaşdılar. Muğallar təkcə Gürcüstandan deyil, digər regionlardan da Car-Balakənə axın edirdi. Bura köçən muğallar ingiloylarla birlikdə təhkimli kəndli statusunda idilər. Car camaatı gürcülərə qarşı dini dayaq yaratmaq üçün muğalların indiki yaşadıqları ərazilərə köçməsinə izn verirdi. XVIII əsrin Car salnaməsində Car-Balakəndə məskunlaşan muğalların əksəriyyətinin Alazanın sol sahilindəki müharibələr dövründə gəldiyi göstərilir. Buna baxmayaraq bu dövrə qədər də regionda muğallar var idi və onlar regionun ən cənubunda – Alazan və İori arasında yerləşən ərazidə məskunlaşmışdı. İlya Petruşevski də muğalların regiona gəlişi barədə təxminən eyni fikri bildirir. Petruşevski Car tarixi salnaməsinə əsaslanaraq yalnız Səfəvilər dövründə muğalların regiona köçürüldüyünü qeyd edir. Petruşevskiyə görə regionun sadəcə cənub hissələrində XIII əsrdə məskunlaşmış türklərin az sayda nəsli ola bilər (Petruşevski, 1934:31).

Sinfi və dini tərkibi

Car-Balakən camaatında idarəedici qurumda avarlar və saxurlar iştirak edirdi. Bu səbəbdən onlar vahid bir kütlə kimi qəbul edilir, ingiloylar və muğallar isə istismar edilən sinif kimi qruplaşdırılırdı. Yəni bu vəziyyətdə regiondakı sinfi münasibətlərə bir millətin digər milləti, bir tayfanın digər tayfanı istismar etməsi kimi baxılmalıdır (Juze,1931:4-5). XVIII əsrin sonundan başlayaraq avar icmasında nəsli qəbilə quruluşunun dağılması prosesi sürətləndi, bu isə torpaqdan ümumi istifadə qaydalarının pozulmasına səbəb oldu. Artıq XIX əsrin əvvəlində otlaq və meşəliklərdən başqa bütün əkilən torpaqlar, bağlar və üzümlüklər hər yerdə ayrı-ayrı ailələrin ixtiyarında idi. Əkilən torpaqlar icmalara məxsus olsa da bu yalnız formal xarakter daşıyırdı. Hər il əkinə yararlı torpaqlar tuxumlar[3] arasında bölüşdürülür, sonra isə evlər arasında bərabər paylanırdı. Torpağın həcmi əkilən torpağın ümumi sahəsindən, əhalinin sıxlığından və evlərin sayından asılı idi. Ayrı-ayrı ailələrin ixtiyarına keçən torpaq sahələri getdikcə həmin ailələrin irsi mülkiyyətinə çevrilirdi. İrsi keçən torpaq sahələlərinin tərkibinə əkilən sahələrin yaxınlığında olan malikanələr, üzümlüklər, tut bağları da daxil idi.

Bir avar ailəsinin ixtiyarında olan və onun irsi mülkiyyəti sayılan torpaq sahəsinin orta ölçüsü 10/12 desyatin təşkil edirdi. Fərdi mülkiyyətə keçən torpaq sahələri içərisində əvvəllər tuxumların ümumi istifadəsində olan kənd torpaqlarından kənarda yerləşən xutor torpaqları[4] da daxil idi. Xutor təsərrüfatı düzən ərazilərdə daha geniş yayılmışdı. Axu yerləri[5] üçün bir qayda olaraq Car əyalətinin şimal-şərq hissəsində yerləşən dağətəyi torpaqlar, meşəlik ərazi və yaxud dərələr seçilirdi. Avar icmasında torpağın alınması və satılması azad idi. Adətə görə bir çox icmalarda torpağı almaq təklifi əvvəlcə yaxın qohumlara təklif olunur. Yalnız onların etirazından sonra bu təklif digər şəxslərə edilə bilərdi.

Avar kəndlərində əhalinin başlıca məşğuliyyəti heyvandarlıq, əsasən qoyunçuluq idi. Əkinçilik bu ərazidə yardımçı təsərrüfat sahəsi hesab olunurdu. Avar icmalarının yay otlaqları Baş Qafqaz silsiləsinin şimal hissəsində yerləşirdi. Hər icmanın ixtiyarında müəyyən edilmiş əkin sahələri var idi. Yaylağa köçmə zamanı ərazilər püşkatma yolu ilə bölüşdürülürdü. Ərazilərə ümumi nəzarət tanınmış adamlara, bir qayda olaraq varlı heyvandarlara tapşırılırdı. Yaylaqlardan istifadə etmək istəyən muğallar və ingiloylar üzərinə xüsusi vergi qoyulurdu. Muğallar və ingiloylar yaylaqlardan istifadə etdiyi üçün hər 100 baş qoyundan 2-sini vergi kimi verməli idi. XIX əsrin əvvəlində Car-Balakən camaatlığında yaşayan əhalinin demək olar hamısı islam dininə sitayiş edirdi (Cavadova, 1999:34 ).

İdarəetmə forması

Region çox vaxt əhəmiyyətinə, sərvətinə, siyasi təsirinə görə Car adlanırdı. Car camaatı digərləri ilə müqayisədə həm zəngin, həm də daha güclü idi. Car gücünə görə birinci, Balakən ikinci, Tala üçüncü, Muxax dördüncü, Cinıx isə beşinci yeri tuturdu. Car-Balakən camaatı Dağıstanda yerləşən Unkratl, Andalal və Antsux avar camaatlarına da təsirini qoruyurdu. Petruşevski əsərində Car-Balakən camaatının müvəqqəti birləşən bir siyasi qurum olduğunu bildirir. Onun fikrincə regionun Səfəvi, Osmanlı, Gəncə, Şəki xanlıqları ilə əhatə olunması, habelə Gürcüstana yürüşlər etməsi səbəbi ilə 5 camaatlıq arasında uzunmüddətli müttəfiqlik münasibətləri yaranıb. Bununla birlikdə bu birlik tamamilə azad və bərabər hesab edilə bilməz. Car camaatının iqtisadi və siyasi gücü ona sadəcə liderlik deyil, eyni zamanda digər camaatların üzərində də təsir gücü vermişdir. Bütün azad camaatların birgə iclaslarında Car camaatının səsləri həlledici idi. İlisu sultanlığı və müəyyən zamanlarda Şəki xanlığı da bu baxımdan Car camaatının vassalları olmuşdu (Petruşevski, 1934:19).

Lakin həm Çar Rusiyası tarixçiləri, həm də müasir dövr tarixçiləri Petruşevskinin Car-Balakən camaatının idarəetmə quruluşu ilə bağlı fikirləriylə razılaşmır. Kənd icmalarının ittifaq yaratmasının əsas səbəblərindən biri təhlükəsizlik idi. Bu səbəbdən Car-Balakən camaatının qurulmasında bu amil həlledici rol oynayırdı. Petruşevski Car camaatının digər camaatlarla müqayisədə lider olduğunu, digər camaatların faktiki olaraq onun vassalı olduğunu qeyd edir. Bütün bunların olması belə idarəetmənin konfederativ birlik olmasına mane törətmir. Bu özünü Dağıstanda formalaşan Akuşa-Darqo və Axtıpara camaatlığında da göstərir (Əliyev və Umaxanov, 2001:248). Xapizov və Qalbatsev öz əsərində bu formada idarəetməni konfederasiya adlandırır (Xapizov və Qalbatsev, 2016:46).

1784-cü ildə anonim bir müəllif Car-Balakən camaatını “federativ respublika” adlandırırdı. Həmin müəllifə əsasən dövlət “kəndin başçısı, yaşlı insanlar məclisi, bütün icma-camaatın ümumi məclisi və nəhayət bütün xalqın məclisi” tərəfindən seçilən şəxslər tərəfindən idarə olunurdu. 1826-cı ildə “Car – Balakən camaatının təfərrüatlı təsviri”nin müəllifi olan polkovnik Kotsebu Carın idarəetməsini aristo-demokratiya vəya zadəgan demokratiyası adlandırırdı (Əliyev və Umaxanov, 2001:254). Kotsebu Car-Balakənlə bağlı yazdığı digər əsərində Car-Balakən camaatının idarəetməsini federativ respublika adlandırır. Hətta 1830-cu ildə Paskeviç tərəfindən idarəedilmə forması dəyişdirilən Car-Balakən ərazisinə 1841-ci ildə də respublika deyilirdi. Sovet tarixçiliyində belə Car–Balakənin idarəetmə forması federativ respublika kimi qeyd edilir (Juze,1931:4).

Car-Balakən camaatının daxili idarəetməsi də Azərbaycanın digər feodal xanlıqlarından fərqlənir. Regiondakı bütün kəndlər azad camaatlıqlar formasında qruplaşırdı. Camaat ehtiyac olduqda toplanırdı. Kənd toplantılarından fərqli olaraq camaatlar regionun xarici münasibətlərini tənzimləyən və bununla bağlı qərarlar verən iclaslar təşkil edirdi (Petruşevski, 1934:35). Dağıstanın müxtəlif bölgələrində məskunlaşma tipinə və idarəetmə üsuluna uyğun olaraq hər taypın (klanın) camaatda xüsusi statusu yox idi. Dövlətin idarəçiləri Ağsaqqallar Şurasına daxil olan nəsillərdən seçilirdi və idarəedicinin adı “çuxbi” adlanırdı. Car-Balakən camaatında yalnız belə bir hüquqa sahib olan klanlara “tuxum” deyilirdi. İdarəetmə qrupuna daxil olmayan digər klan nümayəndələri isə “aqlu” adlandırılmışdır (Aqlarov, 2014:145).

Məhkəmə divan üçün ayrılmış ağsaqqalların (onlara camaat deyilirdi), idarəedicilərin (çuxbi) və qazıların nümayəndələri tərəfindən həyata keçirildi. Camaat tərəfindən seçilmiş hərbi işlərlə məşğul olan rəhbər “tsevexan” adlanırdı. Tsevexana tabe olan hər bir dəstə rəhbərinin 30 atlı yasavulu və gözətçisi var idi. Yasavullar “qelal” adlanırdı və onlar iki hissəyə bölünürdü: “Bodul qulbi”- hərbi icraçılar və “Rosdal qelal”- kənd icraçıları. Onların ixtiyarında “manquşlar”[6] və təyin olunmuş vəzifələri olan şəxslər var idi. Bütün idarəçilərinin lideri “tsevexan” adlanırdı. Tsevexanın təcili döyüş hazırlıqları üçün sərəncamında mühafizəçilər və elçilər saxlanırdı (Aqlarov, 2014:207).

19-cu əsrin əvvəllərində Fransanın Tiflisdəki konsulu Qamba Car-Balakən camaatlığında olmuş və dövlətin idarəetmə formasını detallıca açıqlamışdır: “İclaslarda yaşlılar və kevxalar[7] dizlərini qatlayaraq dairəvi formada, gənclər isə silahlara və ya qalın çubuqlara söykənərək arxa sırada otururlar. Məsələni ilk olaraq məclisdə iştirak edən ən yaşlı şəxs açır və fikrini bildirir. İclasda iştirak edən hər bir kəs yaş dərəcəsinə görə danışır və tövsiyələrini verir. İclaslarda çox vaxt qarşıdurmalar olur. Radikal olan gənclərin bir çoxu yaşlıların ehtiyatlı fikirlərinə etiraz edir, bəzi hallarda isə dava-dalaşla yadda qalır. Gənclər yaşlılara qarşı olacaq birliklər yaratmağa meyllidirlər. Bu onları xüsusilə siyasi təmayüllü həbslərdən qorumaq üçün vacibdir. Ümumi səsvermədən sonra camaatın qərarı ərəb dilində yazılır. (Aqlarov, 2014:208).

Hakimiyyətin qanunverici və icraedici qolları ilə yanaşı camaatda məhkəmə sistemi də mövcud idi. Məhkəmədə hakimlərin sayı camaatda olan tuxumların sayından asılı idi. Məhkəmədə prosesə nəzarət üçün hakimlərlə birlikdə Ağsaqqallar Şurasının hörmətli üzvləri və camaat idarəçiləri də iştirak edirdi. Car – Balakən camaatında kənd hakimləri bütün konfederasiyanın ağsaqqalları tərəfindən bir il müddətinə təyin edilirdi. Hakimlər vəzifəyə gəlmədən öncə günahkarları cərimələməyə, günahsızlara cəza verməməyə, yazılmış yerli qanundan kənar işlərlə məşğul olmamağa söz verirdi. And içməyən şəxs camaata 1 qoyun verməklə bərabər hakim statusundan çıxarılır və onun yerinə başqası təyin edilirdi. Hakimlərdən əlavə hər camaat, hər federasiya və ya kənd ittifaqının el yığıncaqlarında şəriətə görə seçdiyi qazıları var idi. Bəzi kəndlərdə bu vəzifə mollalara verirdi. İctimai vətəndaş hakimiyyətinin iyerarxiyası cəmiyyətin hərbi təşkilatlanmasında da əks olunurdu, belə ki, təhlükəli vəziyyətlərdə camaatlıq vahid bir hərbi düşərgəyə çevrilirdi. Onların rəhbərliyində isə yuxarıda qeyd edildiyi kimi “tsevexan” dururdu (Aqlarov, 2014:230).

Car-Balakən camaatlığı ilə bağlı digər bir maraqlı fakt isə istər Car xronikasında, istərsə də dönəmin camaatlıqla bağlı rus mənbələrində icma liderlərinin adlarının çəkilməməsidir. Yalnız 1816-cı ilə aid mənbədə “Car ağsaqqalları” adından İbrahim Çotoroğlu, Tavadoğlu, Gəray Hacı və Mahmud adlı şəxslərin ruslarla danışıqlar apardığı qeyd olunur (Maqomedov, 1957:71).

Car-Balakən camaatlığının Osmanlı və İranla əlaqələri

Osmanlı və Səfəvilərin Zaqafqaziya və onun ticarət yollarına sahib olmaq uğrunda apardığı mübarizəsi 1606-cı ildən sonra Zaqafqaziyanın böyük bir hissəsi üzərində Səfəvi hökmranlığının bərqərar olması ilə nəticələndi. Şah Abbasın bu qələbəsi Car Balakən regionunda feodal təbəqənin tərkibində bəzi dəyişiklik yaratdı. Bir çox bölgələrdə xristian feodallarının yerini müsəlmanlar aldı. (Bölgə gürcülərinin müsəlmanlaşması bu dövrə aiddir).

18-ci əsrdə Car Balakən camaatlığının, xüsusilə də Carın siyasi təsiri bütün Zaqafqaziyaya yayılmağa başlayır. Car camaatlığı regionda Osmanlı və Səfəvi müharibələrinin gedişini nəzərə alaraq nominal olaraq bu dövlətlərin hökmranlığını tanıyırdı. Həm Osmanlı, həm də Səfəvilər Carla ittifaq quraraq bu qüvvələrdən digərinə qarşı istifadə etməyə çalışırdı. Əksər hallarda tam müstəqil olan Car camaatlığı daha çox Osmanlı meylli idi (Petruşevski, 1934:15). Bu, region əhalisinin mütləq əksəriyyətinin sünni olması ilə əlaqəlidir. Buna görə də Səfəvilər zəifləyən kimi camaatlıq Gürcüstan və Şirvana yürüşlər təşkil etməyə başladı. Belə hücumlardan biri 1710-cu ildə baş verdi. Bu hücum zamanı Şamaxını ələ keçirən carlılar Şirvanı qarət edirlər. Gürcüstana mütəmadi hücum edildiyi üçün Kaxetiya kralı İmamqulu xan 1714-cü ildə Cara illik 100 tümən xərac ödəməyi öhdəsinə götürdü. Lakin buna baxmayaraq 1722-ci ildə Car-Balakən ordusu təkrar Tiflisə hücum edərək şəhəri ələ keçirdi. Gürcülər Tiflisin geri verilməsi müqabilində Cara 6000 tümən vermək məcburiyyətində qaldı.

İranda Səfəvilərin dağılmasından sonra Car–Balakən camaatı Osmanlıyla ittifaq qurdu. Bu ittifaqın qurulması 1734-cü ildə Nadir xanın qardaşı İbrahim xanın rəhbərliyi altında Cara böyük bir ordu göndərilməsi ilə nəticələndi. Cinıx (indiki Güllük kəndi, Qax) kəndi ərazisində Car–Balakən ordusu birləşmiş İran-Kaxetiya ordusunu məğlub etdi, Nadir xanın qardaşı İbrahim xan döyüşdə öldürüldü. 1741-ci ildə Nadir şah bu dəfə 100 minlik qoşunla regiona gəldi. Car mühasirəyə alınsa da ona qətiyyətli zərbə vurmaq mümkün olmadı (Əliyev və Umaxanov, 2001:249).

Car-Balakən camaatının Rusiya tərəfindən işğalı

Yuxarıda qeyd edildiyi kimi regionun iqtisadi və hərbi mərkəzi Car idi. Bu səbəblə təkcə Azərbaycanın yarımmüstəqil xanları deyil, eləcə də İran və Osmanlı Car camaatlığına müraciət edərək onlarla siyasi müttəfiq olmağa can atırdı. Misal olaraq, 1742-ci ildə Osmanlı sədrəzəmi Nadir şaha qarşı ittifaq qurmaq məqsədi ilə Car camaatına müraciət etmişdi. 1826-cı ildə Rusiya-İran müharibəsindən əvvəl regiona gələn Britaniya imperiyasının nümayəndəsi polkovnik Montis Car camaatını bu müharibədə İrana dəstək verməyə çağırmışdı (Abdullayev, 1971:74).

Qafqazdakı Çar Rusiyasi generalları da daimi olaraq Car camaatı ilə əlaqədə idilər. Car-Balakən üçün Rusiya 18-ci əsrin sonunda real təhlükə olmağa başladı. Bu ərəfədə həm Osmanlı, həm də Car-Balakən tərəfindən sıxışdırılan gürcü feodallar Rusiyaya müraciət edərək onun protektoratı olmağı qəbul etdilər. Beləcə Rusiya Cənubi Qafqaza daxil oldu. İlkin dövrdə həm Rusiya, həm də Car-Balakən bir birinə qarşı ehtiyatlı siyasət aparırdı. İlkin toqquşma 19-cu əsrin əvvəlində baş verdi. 29 mart 1803-cü ildə Gürcüstanda toplanan general Qulyakov gözlənilmədən Cara hücum edərək regionu ələ keçirdi. Carlılar bu müharibəyə hazırlıqlı deyildi, bu səbəblə Sisianovun diqtə etdiyi şərtlərlə Qulyakovla müqavilə imzaladılar. Müqavilənin şərtlərinə görə, Car Rusiyaya 2 dəfə ödənilməsi şərti ilə 24.200 pud ipək verməli idi. Müqavilə imzalanmasına baxmayaraq Car-Balakən camaatı Rusiyaya demək olar ki, heç bir ödəniş etmədi. Əvəzində Rusiyaya qarşı birləşmək üçün digər Dağıstan xanlıqları ilə ittifaq formalaşdırılmasına başlandı. Sisianov mütəmadi olaraq Car-Balakən camaatından xəracını ala bilmədiyi üçün ilk olaraq məktub yazaraq ipəyin göndərilməsini tələb etdi. Xəracın verilməyəcəyini görən Sisianov Carı tamamilə ələ keçirmək üçün 1804-cü ildə general Qulyakovun rəhbərliyində 2500 nəfərlik hərbi ekspedisiya göndərdi. Car-Balakən camaatı rusların hücumunu dayandırmaq üçün Qazıqumuxlu Surxay xana müraciət etdi. Qulyakov sürətlə irəliləyərək boşaldılmış Carı ələ keçirdi. Regionu tam ələ keçirmək istəyən Qulyakov Zaqatalaya doğru yönəldi. Pusqu quran Car və Qazıqumux ordusu rus ordusunu mühasirəyə aldı. 15 yanvar 1804-cü ildə baş verən döyüşdə general Qulyakov öldürüldü, rus ordusu böyük itki verərək mühasirəni yarıb qaça bildi (Petruşevski, 1934:88).

Qeyd edim ki, bu döyüş Çar Rusiyasının indiki Azərbaycan ərazisində yeganə məğlubiyyətidir. Bu məğlubiyyət Sisianovu Carı ilhaq etmə fikrindən daşındırdı. Qulyakovun ölümü sonrası Sisianov regiona hərbi komandan kimi general Orbelianini göndərdi. General Orbeliani Car-Balakən içindəki qarışıqlıqdan istifadə etmə qərarına gəldi. Muxax, Tala, Cinıx camaatlığı və müstəqil Çardaqlar kəndi nümayəndələri general Orbeliani ilə görüşərək Car camaatına qarşı ittifaq qurdu. Orbeliani üçün bu təklif gözlənilməz oldu və bunu məmnuniyyətlə qarşıladı. Bu ittifaqa Carın tabeliyində olan İlisu sultanlığı da qoşuldu. Bu ittifaq nəticəsində Car general Orbeliani ilə vassallıq müqaviləsini imzalamağa məcbur oldu. Rusiyadan asılı vəziyyətə düşsə də Car camaatı əvvəlki siyasi nüfuzunu qoruyurdu. Carlılar 1804-1813-cü illərdə başlayan Rusiya-İran müharibəsində rusların Qafqazdakı hakimiyyəti üçün ciddi təhlükə idi. Ruslar bu müharibə dövründə Car-Balakən camaatlığına müharibəyə qarışmaması üçün daxildən müxtəlif yollarla müdaxilə etməyə çalışdılar. Ən təsirli vasitələrdən biri əsasını ingiloy və muğallar təşkil edən keşkəl[8] kəndlilərinin azad camaatlıqlara qarşı təhrik edilməsi idi. Buna baxmayaraq regionda, xüsusən də kevxalar arasında anti-Rusiya əhvalı yüksək idi. Car-Balakən kevxaları adından Hacı Mahmud Abbas Mirzəyə məktub göndərərək İran ordusunun regiona gəlib çatacağı təqdirdə Qazıqumux, İlisu və Şəki xanlığı ilə birlikdə güclü ittifaq yaradıla biləcəyini bildirmişdi. Lakin müharibədə İran ordusunun uğursuzluğa düçar olması səbəbi ilə Car-Balakən camaatı Rusiyaya qarşı müharibəyə qoşulmur. General Yermolov şəxsən Cara gələrək camaatlara müharibəyə qarışmama barədə xəbərdarlıq etmişdi. (Petruşevski, 1934:100).

Car-Balakən camaatı Rusiyadan asılı vəziyyətdə qalsa da Dağıstanla bağlılığı səbəbi ilə Rusiya üçün təhdid rolunu oynayırdı. Bu dövrdə Dağıstanda Rusiyaya qarşı müridizm hərəkatı yayılmağa başlamışdı. Paskeviç Dağıstanda müridizmin yayılması barədə heç bir şey bilmirdi. Buna baxmayaraq, dağlıların Car-Balakən camaatına mümkün kömək etməsinin qarşısını almaq üçün 1830-cu ilin fevral ayında Cara hərbi ekspedisiya təşkil edilməsi qərara alındı. Carda bu ekspedisiya barədə şayiələr yayıldıqdan sonra camaatlıq Dağıstanda müridizmin lideri Qazi Məhəmmədə yardım üçün müraciət etdi (Əliyev, 2006:184).

İmam Qazi Məhəmməd Paskeviçin fikrini dağıtmaq üçün müridizmə qarşı çıxan və Rusiya ilə ittifaqda olan Avar xanlığının paytaxtı Xunzaxa hücum etdi. Bu müharibədə dağlılar ağır məğlubiyyətə uğradı. İmamın köməyindən məhrum olan Car-Balakən camaatı Rusiya ilə müharibədə yalnız qaldı. 17 fevral 1830-cu ilədək Kaxetidəki Stepantsminda düşərgəsində toplanan Rusiya ordusu Cara doğru hücuma başladı. Tala, Muxax, Balakən, Katex camaatı öz nümayəndələrini göndərərək təslim olacaqlarını bildirdilər. Siyasi izolyasiyada qalan Car camaatı müqavimətin faydasız olduğunu anlayaraq təslim oldu. Ancaq bununla belə ruslar Car-Balakən camaatını tam olaraq ram edə bilmədilər.

Regionda aparılan müridizm təbliğatı ilə Rusiyaya qarşı 1830-cu il qiyamı başlandı. Şeyx Şabanın rəhbərlik etdiyi Dağıstan müridləri Car camaatının köməyinə gəldilər. 1830-cu ilin oktyabrında üsyançılar rus ordusunu məğlub etdi. Lakin 1 ay sonra yenidən ordu toplayan ruslar üsyançıların müqavimətini qırdılar. Beləcə, Rusiyaya qarşı 27 il davam edən mübarizə bununla sona çatdı. Ruslar üsyanı yatırdıqdan sonra Zaqatala, Car, Balakən, Sabluani, Regetala kəndlərini dağıdaraq əhalini başqa yerə köçürdü. Ləğv edilən Car-Balakən camaatlığı ərazisində knyaz Fyodor Bekoviç-Çerkasskinin rəhbərliyi altında Car-Balakən oblastı formalaşdırıldı. 1859-cu ildə isə regionun tarixi adı dəyişdirildi və oblastın ərazisində eyni sərhədlərdə Zaqatala dairəsi yaradıldı (Petruşevski, 1934:110). Cəza tədbirlərinə baxmayaraq regionda üsyanlar Çar Rusiyası dağılana qədər davam etdi.

Car-Balakən və İlisu sultanlığı münasibətləri

Yuxarıda qeyd edildiyi kimi İlisu sultanlığı ilk qurulduğu zamanlarda Car-Balakən camaatı ilə ittifaqda idi. Daha sonra Carın güclənməsi nəticəsində İlisu sultanlığı Car-Balakən camaatlığından asılı vəziyyətə düşmüşdü. Qafqaz Arxeoqrafiya Komissiyasının aktlarında İlisu sultanlığı Car-Balakən camaatlığının tərkib hissəsi kimi göstərilir. Car camaatlığının 1803-cü ildə Rusiya tabeliyinə keçdikdən sonra qəbul etdiyi öhdəliklər arasında İlisu hökmdarı Əli sultanın Rusiyaya bağlılıq andı da mövcud idi. Bundan başqa İlisu sultanı Car camaatı vasitəsi ilə Rusiyaya xərac ödəməli idi. Car camaatı isə öz növbəsində Rusiyaya verəcəyi xəracı İlisu sultanının üzərinə qoyur. 1805-ci ildə Car camaatı general Sisianova göndərilməsi nəzərdə tutulan xəracın ödənilmədiyinə görə Əli sultanı taxtdan endirdi. General Orbelianinin Rusiya komandanlığına verdiyi hesabatdan aydın olur ki, Car camaatı İlisu camaatının fikirlərinə məhəl qoymadan sultanı taxtdan endirmişdi. (Petruşevski, 1934:61).

18-ci əsrdən etibarən İlisu sultanlığı o qədər zəifləmişdi ki, İlisu, Qaradolaq, Baş Suvagil və Saxur camaatı tərəfindən seçilməli olan sultan faktiki olaraq Car camaatı tərəfindən təyin edilirdi. Seçkilərdən əvvəl sultan ailəsinin nüfuzlu üzvləri Cara gedərək orada hədiyyələr və vədlərlə kevxaları öz tərəfinə çəkməyə çalışırdı. Car camaatı tərəfindən qəbul edilən sultan İlisu camaatı tərəfindən qəbul edilməli idi. Car camaatı İlisu camaatının etirazı zamanı onları hərbi müdaxilə ilə qorxudurdu. Sultan Car camaatına xərac ödəməsə də dövlətin bütün sahələrinə müdaxilə edildiyi üçün real hakimiyyəti itirmişdi. Məhz bu səbəbdən İlisu sultanları daha sonra Rusiya ilə ittifaqa girərək Car-Balakən camaatının 1830-cu ildə ləğv edilməsində əsas rol oynadılar. Rusiya ilə ittifaqda İlisu sultanlığı isə Azərbaycanda ən son ləğv edilən yarımmüstəqil feodal dövlət idarəetməsi olmuşdur (Lətifova, 1999:88).

Çar Rusiyası zamanı regionun etnik durumu

Car Balakən camaatlığında və İlisu sultanlığında yaşayan əhalinin ümumi sayı haqqında ilk məlumat 1803-cü ilə aiddir. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbə olan Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında göstərilir ki, 1803 ildə Car-Balakəndə 16 min ev, 90 min əhali, İlisu sultanlığında isə 4 min ev, 20 min əhali var idi (Cavadova, 1999:34). Lakin sonrakı illərdə əhalinin sayı haqqında mövcud olan rəqəmlər bu məlumatın həqiqətə uyğun olmadığını göstərir. Belə ki, 1871-ci il siyahıyaalınması zamanı Zaqatala dairəsinin əhalisi 56.802 nəfər idi. Petruşevski belə hesab edir ki, Rusiya işğal olunmuş ərazidə yaşayan əhalinin sayını artırmaqla əslində Car Balakən üzərinə qoyulan 24.200 pud ipək vergisinin bu qədər əhali üçün ağırlıq etmədiyinə inandırmağa çalışırdı. Rusiya imperiyası tərəfindən regionda aparılan ilk statistik materiallarda Car-Balakən və İlisu Sultanlığında 47 minə qədər əhali yaşadığı qeyd olunur. (Bunlardan 35 mini Carda, 12 mini isə İlisuda qeyd edilmişdir). 1826-cı ilin məlumatlarına görə 47 min əhalinin 2/3 hissəsini avarlar təşkil edirdi (35 min nəfər).

Qeyd etmək lazımdır ki, bu dövrdəki Çar Rusiyası statistik materiallarında saxurlar avarlarla birlikdə qeyd edilmişdir. Bu baxımdan 35 min nəfər təkcə etnik avarları yox, eləcə də regionun qafqazdilli əhalisinin sayını göstərirdi. 1830-cu ildəki regional statistikada isə Car-Balakən oblastında 6713 təsərrüfatın 4740-ı avarların, 1137-si muğalların, 840-ı isə gürcülərin olduğu göstərilir. 1886-cı ildə Çar administrasiyası tərəfindən tərtib edilmiş əhalinin kameral təsvirinə görə Zaqatala okruqu ərazisində 40 mindən bir qədər çox avar yaşayırdı. 1897-ci ildə Rusiya imperiyasındakı ilk ümummilli siyahıyaalmanın nəticələrinə görə, regionda 35 min nəfər öz ana dilini avar kimi, 7400 nəfər isə dargin kimi qeyd edən əhali yaşamışdır. Burda çox güman ki, dargin dili kimi saxur dili nəzərdə tutulur. Qafqaz tatarlarının (azərbaycanlıların) sayı isə 28.950 nəfər olmuşdur. Muğallar ümumi əhalinin 34,4%-ini təşkil edirdi. 1912-ci ildə Zaqatala okruqunda aparılan yerli siyahıyaalmaya görə bölgədə 81.100 nəfər əhalinin yaşadığı qeyd olunur. Bu əhalinin 64,7% -ni qafqazdillilər təşkil edirdi. (Xapizov və Qalbatsev, 2016:46-47). Beləcə Çar Rusiyası siyahıyaalmalarında 100 ildən sonra regionda azərbaycanlıların sürətli artımı müşahidə olunur. Bu həm köç, həm də qafqazdilli xalqların assimilyası ilə əlaqələndirilə bilər.

Nəticə

Beləliklə, yuxarıda yazılanları ümumiləşdirsək, Car-Balakən camaatlığının Azərbaycan ərazisində ilk respublika, ilk federasiya, ilk demokratiya (aristokratik formada) olduğunu görə bilərik. Azərbaycan ərazisində digər feodal xanlıqların, imperiyaların heç birində bu formada idarəetməyə rast gəlinmir. İran idarəetməsinə xas sərt mərkəziyyətçilik və iyearxiya yalnız Qaraqoyunlu və Ağqoyunluda müşahidə edilmir. Bu dövlətlər türk idarəetməsinə xas konfederativ boyların birləşməsi nəticəsində yaranmışdı. Güclü dövlət anlayışını sərt mərkəziyyətçilikdə görən Azərbaycan tarixçiliyi bu səbəblə bu dövlətlərə yad münasibət göstərir. Eyni şeyi 19-cu əsr Azərbaycan xanlıqları və Car-Balakən müqayisəsini apararaq görmək olur. Məsələn, ruslara qarşı ciddi müqavimət göstərməyən Cavad xan xalq qəhrəmanı edilsə də, ruslara Azərbaycanda yeganə məğlubiyyəti yaşadan Car-Balakən camaatı barədə eyni münasibəti görə bilmirik. Bu münasibəti həm Azərbaycan regionuna xas olmayan yad idarəetməyə, həm də regionun etnik komponentinə bağlamaq lazımdır. Car-Balakən camaatı Çar Rusiyası tərəfindən ləğv edilməsinə baxmayaraq onun idarəetmə forması (federasiya forması istisna) unudulmadı. Belə ki, Çar Rusiyası dağıldıqdan sonra Zaqatala okruqunda Zaqatala Milli Şurası yaradıldı. Milli Şuranın fəaliyyətdə olduğu dönəmlərdə də idarəetmə Car-Balakən camaatlığında olduğu kimi aparılırdı. Dağıstan, Gürcüstan, Azərbaycan arasında 4 il ərzində davam edən mübarizə nəticəsində əhalinin də istəyi ilə region Azərbaycan SSR-ə birləşir. Bu barədə ətraflı bu məqalədə oxuya bilərsiniz. 

Qeydlər

[1] Saxurlar bu dövrlə bağlı mənbələrin əksəriyyətində avarlarla eyni xalq kimi göstərilib.

[2] Qeyd edim ki, Kotsebunun yazdıqları ilə Petruşevskinin yuxarıda qeyd etdikləri arasında bəzi fərqliliklər var.

[3] Tuxum – Dağlı xalqlarında ailə icması, qohum kollektivi belə adlanır.

[4] Xutor-içərisində sahibinin evi və təsərrüfatı olan ayrıca mülk.

[5] Axu(lar) – meşəliklərdən təmizlənmiş və əkinə yararlı torpaq sahələri

[6] Cənubi Dağıstanda kənd polisi belə adlanırdı.

[7] Gündəlik iş və iclaslarda camaata rəhbərliyi üçün seçilən nüfuzlu şəxslər. Car-Balakən camaatında tanınmış tuxumlar arasından seçilirdi.

[8] Torpaq sahibləri belə adlanırdı. Rusların gəlişi ərəfəsində muğal və ingiloylar içində də keşkəllər formalaşmağa başlamışdı.

İstifadə olunan ədəbiyyat

Rus dilində ədəbiyyat

Петрушевский, Илья (1934) Джаро-Белоканские вольные общества в первой трети XIX в. Внутренний строй и борьба с российским колониальным наступлением.

Агларов, Мамайхан (2014) Сельская община в Нагорном Дагестане в XVII – начале XIX в. (Исследование взаимоотношения форм хозяйства, социальных структур и этноса).

Летифова, Эльвира (1999) Северо-западный Азербайджан: Илисуйское султанство.

Алиев, Багомед и Умаханов, Магомед-Салам (2001) Историческая география Дагестана XVII – начало XIX в. : (Историческая география Южного Дагестана), Книга II.

Хапизов, Шахбан и Галбацев, Сурхай (2016) Аварский Цор

Жузе, Пантелеймон (1931) Хроника войн Джара в XVIII столетии. ( с предисловием В. Хулуфлу).

Алиев, Багомед (2006) Традиционные институты управления и власти Дагестана (XVIII – первая половина XIX в.).

Абдуллаев, Фатхулла (1971) Из истории русско-иранских отношений и английской политики в Иране в начале XIX в

Магомедов Р. М. (1957) Общественно-экономический и политический строй Дагестана в XVIII – начале XIX в.

Azərbaycan dilində ədəbiyyat

Mustafayev, Arif (2005) İngiloyların maddi mədəniyyəti: tarixi-etnoqrafik tədqiqat.

Cavadova, Zərinə (1999), Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat).

 

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör