bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Dağlıq Qarabağ Muxtar Vilayəti əraziləri

Tural Həmid Tural Həmid
., Vətən müharibəsi
22 Oktyabr 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
BneGeneric Armenia Azerbaijan Nagorno Karabakh Cropped

Şuşa

Paylaş

1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi qərarı ilə keçmiş Rusiya imperiyası uyezdləri olan Cavanşir, Şuşa və Cəbrayıl uyezdlərinin ermənilər yaşayan hissələrində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) formalaşdırıldı. İlk əvvəl qurulanda ərazinin inzibati mərkəzi Şuşa olsa da azərbaycanlıların bu şəhərdə çoxluqda olması səbəbi ilə daha sonra paytaxt Xankəndiyə köçürüldü və bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. DQMV qurulan ərəfədə ərazisi 4161 kvadrat kilometr olsa da zamanla bura müxtəlif ərazilər daxil edilərək 4400 kvadrat kilometrə qədər genişləndirildi.

DQMV ərazisinə aşağıdakı rayonlar daxil olmuşdu.

Bildschirmfoto 2020-10-21 um 22.15.14
Stepanakert (Əsgəran) rayonu ərazisi

Stepanakert rayonu (Əsgəran rayonu) – 1930-cu ildə formalaşdırılan bu rayonun mərkəzi eyni zamanda DQMV-nin mərkəzi olan Stepanakert şəhəri idi. 1978-ci ildə SSRİ Ali Sovetinin qərarı ilə Stepanakert rayonu ərazisində mərkəzi Əsgəran olan Əsgəran rayonu yaradıldı, Stepanakert şəhəri isə respublika tabeli xüsusi şəhər kimi ayrıldı.

1979-cu il statistikasına əsasən Əsgəran rayonunda 20.094 nəfər əhali yaşayırdı ki, bunların 73,5%-i erməni, 26,0%-i isə azərbaycanlılardan ibarət olmuşdu. Rayonda azərbaycanlıların ən böyük yaşayış məntəqəsi Xocalı kəndi idi.

 

Bildschirmfoto 2020-10-21 um 22.15.20
Mardakert rayonu ərazisi

Mardakert rayonu 1930-cu ildə Cerabert rayonu adı ilə formalaşdırılmışdır. 1939-cu ildə isə rayonun adı Mardakert olaraq dəyişdirildi. Sovet dövründə keçmiş Ağdərə kəndi Mardakert olaraq adlandırıldı və qəsəbə statusu ilə rayonun mərkəzi oldu. Rayonda Mardakert ilə yanaşı Madagiz və Leninavan kimi də şəhər tipli qəsəbələr mövcud idi. 1979-cu il statistikasına əsasən Mardakert rayonunda 44.586 nəfər əhali yaşayırdı ki, bunların 83,1%-i erməni, 15,8%-i isə azərbaycanlılardan ibarət olmuşdu. Rayonda azərbaycanlıların ən böyük yaşayış məntəqəsi Sırxavənd kəndi idi.

 

Bildschirmfoto 2020-10-21 um 22.15.25
Hadrut rayonu ərazisi

Hadrut rayonu 1930-cu ildə Dizaq rayonu adı ilə formalaşdırılmışdır. 1939-cu ildə isə rayonun adı Hadrut olaraq dəyişdirildi. Rayonun mərkəzi şəhər tipli qəsəbə olan Hadrut idi. Bu rayon DQMV rayonları içərisində sayca ən az əhali yaşayan region olmuşdu. 1979-cu il statistikasına əsasən Hadrut rayonunda 14.792 nəfər əhali yaşayırdı ki, bunların 84,4 %-i erməni, 15,1%-i isə azərbaycanlılardan ibarət olmuşdu. Rayonda azərbaycanlıların ən böyük yaşayış məntəqəsi Tuğ kəndi idi. İşğaldan əvvəl bu kənddə mindən çox azərbaycanlı yaşayırdı.

 

Bildschirmfoto 2020-10-21 um 22.15.28
Martuni rayonu ərazisi

Martuni rayonu 1930-cu ildə formalaşdırılmışdır. Rayonun mərkəzi şəhər tipli qəsəbə olan Martuni idi. Martuni Çar Rusiyası dövründə Aşağı Qaranlıq kəndi ərazisində yaradılmışdı. 1979-cu il statistikasına əsasən Martuni rayonunda 27.742 nəfər əhali yaşayırdı ki, bunların 79,3 %-i erməni, 19,8 %-i isə azərbaycanlılardan ibarət olmuşdu. Rayonda azərbaycanlıların ən böyük yaşayış məntəqəsi Qaradağlı kəndi idi. 1992-ci ildə bu kənddə Qarabağ müharibəsi dövründə Xocalıdan sonra ən böyük qətliam həyata keçirilmişdi.

 

Bildschirmfoto 2020-10-21 um 22.15.32
Şuşa rayonu ərazisi

Şuşa rayonu 1930-cu ildə formalaşdırılmışdır. Rayonun mərkəzi Şuşa şəhəri idi. Şuşa rayonu 1963-cü ildə ləğv edilərək Stepanakert rayonuna birləşdirilsə də 1965-ci ildə yenidən müstəqil rayona çevrilmişdir. Şuşa rayonu DQMV-yə daxil olan rayonlar içində azərbaycanlıların sayca çox olduğu yeganə rayon idi. 1979-cu il statistikasına əsasən Şuşa rayonunda 16.019 nəfər əhali yaşayırdı ki, bunların 80,9 %-i azərbaycanlı,18,0 %-i isə ermənilərdən barət olmuşdu. İnzibati mərkəz Şuşanın isə 85,5 %-i azərbaycanlı, 13,1 %-i isə erməni idi.

DQMV-yə daxil olan eksklav və DQMV içərisində olan anklav ərazilər

DQMV-yə Azərbaycan SSR ərazi vahidi olan rayonlarda bir sıra kəndlər daxil olmuşdur. Hadrut rayonuna Qubadlı rayonunun vaxtilə ermənilər yaşamış Tezxaraba kəndinin qəbristanlığı, Əsgəran rayonuna Ağdam rayonunun daxilində yerləşən Bağbanlar kəndinin cənub-qərb əraziləri və Əliağalı kəndinin qərbində Xaçınçayı boyunca yerləşən ərazilər (bu ərazidə Ovtaşen adlı erməni kəndi mövcud olmuşdur) daxil idi. DQMV-nin anklav əraziləri olduğu kimi DQMV daxilində də Azərbaycan SSR ərazi vahidinə tabe olan kəndlər mövcud idi. Kəlbəcər rayonuna daxil Ağdaban və Çayqovuşan kəndləri Mardakert rayonunun içərisində, Laçın rayonuna daxil olan Alıcan kəndi, Cəbrayıl rayonuna daxil olan Məzrə kəndi, Füzuli rayonuna daxil olan Yuxarı Veysəlli kəndi Hadrut rayonu içərisində, Füzuli rayonuna daxil olan Divanalılar kəndi Martuni rayonu içərisində, Mirbəşir (Tərtər) rayonuna daxil olan Qazaxlar kəndi isə Mardakert rayonu içərisində yerləşirdi.

DQMV-nin iddia etdiyi Azərbaycan əraziləri

1988-ci ildə DQMV-nin Ermənistana birləşdirilməsi məsələsi müzakirəyə çıxarılanda ermənilər Azərbaycan SSR ərazi inzibati vahidi olan və əhalisinin əksəriyyəti erməni olan Şaumyan rayonu və ona bitişik Xanlar rayonuna aid Getaşen və Martunaşen kəndlərinin DQMV-yə verilməsini tələb etdilər. Bu tələb təkcə Azərbaycan SSR deyil, eləcə də SSRİ Ali Soveti tərəfindən rədd edildi. Ərazidə yaşayan ermənilərin silahlanması ilə qarşıdurmalar başladığı üçün 1991-ci ilin aprelində Azərbaycan SSR Daxili qoşunları və SSRİ ordusu “Halqa əməliyyatını” həyata keçirərək burada yaşayan erməniləri deportasiya etdi. SSRİ dağıldıqdan sonra Getaşen və Martunaşendə yaşayan ermənilər əraziyə geri qayıtmasa da Şaumyan rayonunda yaşayan ermənilər yaşadıqları evlərə geri döndülər. 1992-ci ildə Azərbaycan ordusunun uğurlu Goranboy əməliyyatı sonrası bu ərazidə yerləşən erməni dəstələri məğlub edildi və erməni əhalisi regiondan qovuldu. Azərbaycan müstəqil olduqdan sonra Qasım İsmayılov və Şaumyan rayonları birləşdirilərək Goranboy rayonu formalaşdırıldı. Getaşen və Martunaşen kəndləri isə Çaykənd və Qarabulaq adı ilə Xanlar rayonuna daxil oldu. Hazırda Dağlıq Qarabağda qurulan separatçı respublika hələ də bu ərazilərə olan iddiasını davam etdirir.

DQMV-nin ləğv edilməsi və müharibə ərəfəsində vəziyyət

DQMV 1991-ci il 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə ləğv edildi. Bu qərar 20 noyabr Qarakənddə erməni qoşunları tərəfindən içərisində Azərbaycan SSR, Qazaxıstan SSR və SSRİ yüksək rütbəli siyasi xadimlərinin olduğu vertolyotun vurulmasından sonra baş verdi. Qeyd etmək lazımdır ki, Azərbaycan SSR müstəqilliyini elan etsə də faktiki olaraq SSRİ-nin bir parçası idi və bu səbəbdən SSRİ Konstitusiyasına əsasən muxtar vilayəti SSRİ Ali Sovetinin qərarı olmadan ləğv edə bilməzdi. Eyni şeyi 1991-ci ilin sentyabrın 2-sində öz müstəqilliyini elan edən DQMV Ali Sovetinin qərarına da şamil etmək lazımdır. Hər iki tərəfin SSRİ Konstitusiyasını pozması vəziyyəti mürəkkəbləşdirdi və müharibəni faktiki olaraq qaçılmaz etdi. 1991-ci ildə ləğv edilən DQMV ərazilərindən sadəcə Şuşa və Əsgəran rayonlarının sərhədlərinə toxunulmadı. Əsgəran rayonunun sərhədlərinə toxunulmasa da adı Xocalı rayonu olaraq dəyişdirildi. Mardakert rayonunun adı isə münaqişə başlayan ərəfədə Ağdərə rayonu olaraq dəyişdirildi. DQMV-nin ən böyük rayonu olan Mardakert rayonu aşağıdakı kimi bölüşdürüldü: “Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarına əsasən ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon, Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Talış, Seysulan, Suqovuşan kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. DQMV-nin digər rayonları Hadrut və Martuni rayonu isə ləğv edilərək onların ərazisində mərkəzi Xocavənd (Köhnə Martuni) olan böyük bir rayon formalaşdırıldı. Hadrut və Qırmızı Bazar şəhərləri isə Xocavənd rayonuna şəhər tipli qəsəbə statusunda birləşdirildi. Beləcə DQMV-nin inzibati baxımdan ləğv edilməsi sona çatdırıldı.

1-ci Qarabağ müharibəsi sonrası vəziyyət

Qarabağ müharibəsi ərəfəsində Azərbaycan ordusunun DQMV ərazisində əsas dayaq məntəqəsi Xocalı və Şuşa idi. Xocalı 1989-cu ilə qədər bir kənd ikən Qazaxıstandan gələn Axıska türkləri və digər Azərbaycan rayonlarından gətirilən azərbaycanlılar sayəsində böyüdü və əraziyə şəhər statusu verildi. Etnik dayaq yaratmağa baxmayaraq bu ərazi 1992-ci ilin fevralında işğal edilərək ərazidə yaşayan mülki şəxslərə qarşı qətliam törədildi. İkinci önəmli bölgə Şuşa isə 1992-ci ilin mayında işğal edildi. Xocalı və Şuşadan başqa keçmiş DQMV ərazisində azərbaycanlıların önəmli sayda olduğu Kərkicahan qəsəbəsi, Malıbəyli, Qaradağlı, Sırxavənd kimi kəndlər mövcud olmuşdur. Lakin bu kəndlərin bir çoxu 1992-ci ilin əvvəllərində işğal edildi. Azərbaycan ordusu 1992-ci ilin yay hücumlarında Ağdərə şəhəri də daxil olmaqla DQMV-nin təxminən 48 faizini geri alsa da bu uğurların davamı gəlmədi. Ermənistan ordusu 1993-cü ilin yay hücumlarında DQMV-nin demək olar ki, bütün ərazisində nəzarəti öz əlinə keçirdi. 1994-cü ildə Bişkek protokoluna əsasən müharibə dayandı. 1994-cü il cəbhə xəttinə əsasən DQMV-nin Mardakert rayonuna və Martuni rayonuna daxil olan ərazilərdən cüzi bir hissə Azərbaycan ordusunun nəzarətində qaldı. Keçmiş Mardakert rayonuna daxil olan, müharibə nəticəsində Azərbaycan ordusunun nəzarətində olduğu məntəqələr bunlardır : Marguşavan (Sovet dövründə Leninavan) qəsəbəsi (indiki Şıxarx qəsəbəsi), Buruç kəndi (indiki Həsənqaya), Maralyansarov, Çaylı. Bundan başqa Levonarx (indiki Göyarx) və Seysulan kəndlərinin bir hissəsi Azərbaycan ordusunun nəzarəti altındadır. Bu kəndlərin hər biri 1992-ci il ərazi bölgüsünə əsasən Tərtər rayonuna verilib. Bu kəndlər cəbhə xəttində yerləşdiyi üçün burada əhali yaşamır. Azərbaycan ordusunun nəzarətində olan keçmiş Martuni rayonu ərazilərində hələ ki, heç bir yaşayış məntəqəsi yoxdur. Bu ərazidə strateji baxımdan əhəmiyyətli Nərgiztəpəyə Azərbaycan ordusu nəzarət edir.

2020-ci il müharibəsinə əsasən Azərbaycanın nəzarətində olan DQMV əraziləri

Azərbaycan ordusunun 2020-ci il 27 sentyabrda başladığı əməliyyatların bir hissəsi keçmiş DQMV ərazilərində həyata keçirildi. İlk olaraq oktyabrın 3-də keçmiş Mardakert rayonuna aid Talış kəndi və Madagiz qəsəbəsi işğaldan azad edildi. Qeyd edim ki, Mardakert rayonu qurulan zaman onun tərkibində 3 şəhər tipli qəsəbə var idi. Bunlardan biri Mardakert digərləri isə Madagiz və Marguşavan olmuşdu. Madagizin azad olunması ilə rayonun 3 qəsəbəsindən 2-si Azərbaycan ordusunun nəzarətində qaldı. 9 oktyabrda keçmiş Mardakert rayonuna aid digər bir kənd olan Çaylı azad olundu. Beləcə 21 oktyabra əsasən Azərbaycan ordusu Dağlıq Qarabağın Mardakert rayonuna aid 2 kəndə və 1 qəsəbəsinə nəzarət edir. Cənub istiqamətində isə Azərbaycan ordusunun azad etdiyi ilk keçmiş DQMV ərazisi Hadrut rayonunun mərkəzi Hadrut qəsəbəsi oldu. 9 oktyabrda azad edilən Hadrutdan sonra 14 oktyabrda bu rayona daxil olan Bulutan, Məlikcanlı, Kəmərtürk, Təkə, Tağaser, 15 oktyabrda Edişə, Düdükçü, Edilli, Çiraquz, 16 oktyabrda Xırmancıq, Ağbulaq, Axullu, 20 oktyabrda isə Ağcakənd, Mülküdərə, Daşbaşı, Noraşen və Vəng kəndləri işğaldan azad edildi. Beləliklə oktyabr ayının 21-inə əsasən Azərbaycan ordusu keçmiş DQMV-yə daxil olan Mardakert rayonunun 1 qəsəbəsi və 2 kəndi, Hadrut rayonunda isə mərkəz Hadrut olmaqla 17 kəndə nəzarəti öz əlində saxlayır. Azərbaycan ordusunun keçmiş DQMV ərazilərində irəliləməsi öz növbəsində Ermənistanı sülhə məcbur etmək baxımından əhəmiyyətlidir. Azərbaycana aid işğal edilən digər rayonlarda heç bir infrastruktur qurmayan ermənilər yalnız keçmiş DQMV ərazisində müəyyən şərait yaradıblar. Bu xüsusən erməni ordusunun Hadrut uğrunda inadla mübarizə aparması ilə özünü göstərir. Bu səbəbdən gələcəkdə Azərbaycan ordusunun DQMV içərisində irəliləməsi müharibənin taleyinə də aydınlıq gətirəcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör