Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Müharibədən sonra BİZ

Sevda Sultanova Sevda Sultanova
., Vətən müharibəsi
05 Oktyabr 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Unnamed (1)
Paylaş

Son bir həftədə Azərbaycan ordusunun işğal olunmuş ərazilərimizin azad edilməsi prosesinin təsiri insanların üzündə, davranışında aydın sezilir. Adət etdiyimiz aqressiya, kəmhövsələlik nəzərəçarpacaq dərəcədə azalıb, onun yerini təmkin və özgüvən tutub. Şəhərin ab-havasında qəribə, yaxşı mənada izahedilməz hüzur duyulur. Və anlayırsan ki, bu qədər sosial poblemlərin olmasına rəğmən vətəndaş üçün daha vacibi bu imiş: uzun müddətli alçaltma, aşağılama aktından nə olursa-olsun qurtulmaq, ondan təmizlənmək istəyi. İndi yaşadığımız emosiyaya görə borclu olduğumuz itkilərimiz haqda danışmaq isə mənəvi cəhətdən çox ağırdır və şəhidlərimizi sevgi ilə anırıq…

Artıq görünən odur ki, tam qələbə qazanacağımız təqdirdə biz müharibədən fərqli xalq kimi çıxacağıq, ən azı Mirzə Cəlil satirası ilə özümüzə amansız tənqidi münasibət azalacaq, torpaqlarımızla yanaşı özümüzü də natamamlıq kompleksindən xeyli azad edəcəyik. İndi baş verənlərin fonunda müxtəlif vaxtlarda emosional mübahisə və təhqiramiz tonda keçən rayonlu-şəhərli, rus sektoru-Azərbaycan sektoru, yerlibazlıq, iqtidar-müxalifət qarşıdurmaları isə sanki heç vaxt olmamış kimi görünür. İnanmaq istəyirəm ki, daxili siyasətdə bundan sonra heç olmasa müəyyən yumşalmalar, milli barışığa əhəmiyyətli addımlar olacaq, hakimiyyətin təmsilçiləri arasında Hikmət Hacıyev kimi ciddi bioqrafiyaya malik savadlı kadrlar çoxalacaq.

Alber Kamünün “Əsas qalibiyyət yox, ləyaqətdir” fikrini zəruri məqamlarda xatırlayıram. Məğlubiyyət nəticəsində çoxsaylı problem yaşasaq da, heç bir halda mərhəmət, mənən böyük ola bilmək hissini itirmədiyimizi düşünürəm. Rejissor Yavər Rzayevin “Sarı gəlin” ekran əsərini, müharibə reallığını fərdlərin həyat təcrübəsi vasitəsi ilə açmasına və vizual dilinə görə Qarabağ savaşı haqda ən yaxşı filmimiz sayıram. Bir neçə il öncə çəkilsə də premyerası 1998-ci ildə baş tutmuş filmlə bağlı resenziyasında rejissor Əli İsa Cabbarov sərrast fikirlər deyir: “Minlərlə şəhid vermiş, ərazisinin 20 fazi düşmən tapdağı altında olan xalqın nümayəndəsi özündə güc tapıb bu filmi çəkdi. Müharibənin qurtarmadığı bir vaxtda belə addımı ancaq qalibiyyətinə əmin olan xalq ata bilərdi”.

de3e9ad5073a
“Sarı gəlin”, rej. Yavər Rzayev

Dorğudan da, həmin dönəmdə – əhvalatın qəhrəmanı Qədirin timsalında sülhpərvər, ədalətli obraz yaratmaq, üstəlik, “Sarı gəlin”i hər iki xalqın ortaq mədəniyyəti kimi təqdim etmək mənəvi gücü olan, özgə torpaqların işğalını ağlına gətirməyən xalqın rejissoru çəkə bilərdi.

Bunu ona görə yazıram ki, indi bizim üçün vacib davranışlardan biri əldə olunan qələbələrə layiq davranmaq öhdəliyidir. Sosial şəbəkələrdə erməni qadınlarının seksual anlamda və ümumiyyətlə təhqiri, mülki şəxslərə alçaldıcı münasibət və s. yolverilməzdir. Yəni biz qələbələri və bundan sonra əldə olunacaq uğurları (ki, buna çox ümid edirəm) həqarətlərimizlə kiçiltməməliyik, əksinə, silahsız adamlara, əsirlərə qəzəbimizi yenib qanun çərçivəsində davranmağı bacarmalıyıq. Ancaq nə gizlədim, bəzi rus kanallarında Xankəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin, uşaqların qorxulu-hürkülü görüntüləri məndə mərhəmət hissi oyatmaq gücündə deyil. Çünki süjetlər açıq-aşkar duyğu sümrücülüyünə yönəlib və ermənilərdən yenə primitiv şəkildə əzabkeş xalq obrazı yaratmağa hesablanıb. Və indi hara gedəcəklərini bilmədiyini deyən erməni sakinlər mövcud vəziyyətə, həmvətənlərimizin oradan qovulmasına görə erməni hərbçiləri qədər məsuliyyət daşıyırlar.

Adekvat olmayan başqa davranışı bir neçə gün əvvəl Az.TV-nin efirində informasiya proqramında gördüm. Aparıcı qəfildən ortaya belə bir remarka atır: Puşkin deyirdi ki, “Sən qorxaqsan, sən köləsən, sən ermənisən!” Doğrudanmı, informasiya proqramının yaradıcı heyətində bir savadlı adam tapılmadı desin ki, əvvəla bunu Puşkin yox, onun “Tazit” poemasındakı ata obrazı deyir. İkincisi, xəbərlər proqramının konsepsiyasına bayağı publisistik-ədəbi yanaşma, ritorika uyğun deyil axı.

Yaxud, Gəncənin atəşə tutulmasından sonra sosial şəbəkələrdə “İrəvanı vurmaq lazımdır” kimi qaragüruh fikirlər yersizdir. İcazə verin, necə bir adekvat addım atacağını dövlət özü müəyyənləşdirsin.

Hər halda yaxşı ki, ümumən həqarətli və qaragüruh mövqeyə qarşı çıxan vətəndaşlarımız da az deyil və bunu bizim siyasi yetkinliyimizin zamanla formalaşması kimi qəbul edirəm.

Bundan başqa, ATV kanalı demək olar ki, müəyyən saatlarda hər gün keyfiyyətəsiz, zövqsüz vətənpərvər mahnılarla (xüsusən, rokçu Vüsal Rzasoyun “Döyüş Tanrısı” kompozisiyası ilə müqayisədə bu mahnıların səviyyəsi arasında uçurum lap aydın göründü) tamaşaçıya işgəncə verməkdənsə, analitik, müzakirə, debat proqramları təşkil etsin.

Başqa bir nüans da var ki, bizim düşmənə münasibətdə həqarət nitqi irad etməyimizə ehtiyac yoxdur. Çünki son hadisələrdən sonra ermənilərin hər cür məntiqsiz, banal fəndlərə əl atması onların çarəsiz, zavallı durumda olduğunu göstərir. Erməni əsilli rus jurnalisti Marqarita Simonyanın “Moskva kuluarlarında bunu müzakirə edirlər ki, Ermənistan ya Rusiyaya qayıtmağa məhkumdur, ya da məhkumdur” statusunun altında bəzi rus istifadəçiləri Ermənistanın Moskvadan üz döndərməsi səbəbindən təhqiramiz şərhlər yazıblar. Ermənilər isə cavabında Rusiyanın onları tərk etməmək yalvarışları ilə özləri-özlərini alçaltmaqla məşğuldurlar: “Ermənistan heç vaxt Rusiyadan uzaqlaşmayıb. İndiki hakimiyyət Amerikanın təsiri ilə antirus siyasəti aparıb. Biz çox kiçik ölkəyik və ona görə yardım üçün Rusiyanı seçmişik. Biz hələ də Rusiya ilə anlaşmağa ümid edirik. Biz həmişə Rusiyanı yeganə müttəfiq saymışıq” və s.

Ermənistan İctimai Şurası adlı qurumun isə Azərbaycan və rus dillərində yaydığı mətndə ölkəmizdə yaşayan xalqları bir-birinə qarşı qoymaq cəhdi son anda qurtulmaqdan ötrü hər cür murdarlığa əl atan qorxağın durumudur. Həmçinin, saxta respublikanın beynəlxalq qurumlar tərəfindən tanınmasına çağırış cəhdi də.

Başqa bir məsələ bugünlərdə yerli pasifistlərin sülh çağırışlarına digərlərinin aqressiv reaksiyalardır. Pasifizmlə bağlı bir neçə ay öncə yazdığımdan (“Sülhə və sevgiyə susamışlar”) artıq nəsə deməyə ehtiyac duymuram. Bütün hallarda ölkədə demokratiyanın bərqərarını istəyənlər əks fikirlərə nifrət nitqlərinin yayılmasına imkan verməməlidir. Hər kəsin fikir azadlığı toxunulmaz olmalıdır. Bu mənada Ələkbər Əliyevin “Qardaş olub Hayastan-Azərbaycan?” kimi yazıların çox olmasını vacib sayıram.

Hətta əks fikirdə davamlı söyüş, nifrət varsa və qarşı tərəf ünsiyyətin yeganə forması kimi təhqiri məqbul sayırsa, o zaman sadəcə iqnor edin və doğru bildiyiniz işə davam edin. Mən həmişə belə edirəm.

Yeri gəlmişkən, yaxın rəfiqələrimdən biri vətən anlayışını məkana bağlamır, vətən onun üçün hüzurlu bir yerdə yaşaması, doğmalarının yanında olmasıdır. Biz bir-birimizin mövqeyinə hörmətlə yanaşırıq və kəskin fikir ayrılığı dostluğumuza mane olmur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör