Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Pir bizimdir, kəramətinə bələdik

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
23 Avqust 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
942722b2 02f3 3a94 aed9 5f3b62e2469e
Paylaş

Vudi Allenin “To Rome with Love” filmində sevdiyim süjetlərdən biri xırda məmur senyor Pisanellonun əhvalatıdır. O, adəti üzrə işə gedəndə onlarla kamera və fotoaparatın obyektivinə tuş gəlir. Nə baş verdiyini anlamamış özünü bir televiziya proqramında görür. Pisanello bir gündə məşhurlaşır, tualetə getməyindən tutmuş alt paltarlarına qədər jurnalsitlərin sarsaq suallarını cavablandırır, ziyafətlərə dəvət alır, avtoqraf verir və zəngin qadınlar onunla yatmaq üçün növbəyə düzülürlər. Az sonra isə o, unudularaq, yenidən əvvəlki vəziyyətinə qayıdır. Beləcə, TV heç nədən və heç kimdən qəhrəman düzəldir.

İndi asan işlərdən biri televiziya və sosial şəbəkələrin məhz heç nədən və heç kimdən qəhrəman düzəltməsidir. Özü də bir günlük qəhrəman. Bunun üçün zəhmət, intellekt tələb olunmur: şəxs düyməni basıb canlı yayıma çıxır, intihar edəcəyini açıqlayır, efirdə damarını kəsir, kütlə coşqu ilə tragik tonda paylaşımlar edir. Sonra niyəsə o intihar aktı baş tutmur. Kütlə məyus olur, adam unudulur və onu başqa birisi əvəzləyir.

Özəlliklə, siyasətçilərin, millət vəkili seçilmədiklərindən cürbəcür performanslar göstərməklə radikallaşanların, ictimai sektorun – Kəramət Böyükçölü məlum videosundan dolayı qəhrəman və eyni zamanda söz azadlığının qurbanı elan etmələrinin əsas səbəbi yəqin ki, bu idi: növbəti qəhrəman-qurban axtarışı.

Məncə, burda daha bir nüans vardı. Kəramətin çıxışını siyasi etiraz motivi ilə yükləyənlər nəhayət ki, arzularına çatmışdılar: ölkədə bir yazıçı siyasətə qarışmışdı. Onun bunu içkili halda etməsinin, nəyi necə deməsinin məsələyə dəxli yoxdur. İnsan içəndə daha səmimi olur axı. Böyükçölün saxlanılması sosial şəbəkələrdə emosiyaları daha da coşdurdu. Hamı ona azadlıq istəyir, hakimiyyəti dözümsüzlükdə günahlandırırdı. Artıq onun siyasi məhbus bəyan olunması istiqamətində işlər gedirdi ki, ertəsi gün Kəramət buraxıldı. Arzuları puç elədi və qəhrəman olmaq istəmədi. Normal şəraiti olan xəstəxanada müalicəsi, üstəlik, üzrxahlıq statusu yazması ilə illüziyalara birdəfəlik nöqtə qoydu. “Bütün hallarda nə olur olsun, içkili bir vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim və inanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm.”

Maraqlı məqamlardan biri o idi ki, Kəramətin videosunun altında “qəhrəmansan, səninlə fəxr edirik” deyən oxucular, üzrxahlıq statusunun altında artıq başqa şeylər yazırdılar: “düz elədin, “tırkaya”getmə, əsərlərini yaz”.

Yaradıcı adamın etirazı da yaradıcı olmalıdır. Hərçənd, Kəramətin əsələrini oxumadığımdan haqqında yazıçı kimi dəqiq nəsə deyə bilməyəcəm. Amma bu günün ümumi mənzərəsində Kəramət ədəbiyyat hadisəsi yox, sosial şəbəkə trendidir. Ərgənlər üçün frikdir. Qəlbimiz, qulaqlarımız, hisslərimiz üçün spamdır. Gündəmə epataj və duyğu istismarı olan statusları ilə gələn, lakin hər halda yazıçı kimi qəbul edilən adamdır.

Demək istədiyim odur ki, içib söymək düşük klassik fənddir. Bizdə bu, tez-tez baş verir. Adamlar içəndə söyür, dalaşır, hətta qətl də törədir.

Qərbdə model bir az başqadır. XX əsr Amerika ədəbiyyatının əhəmiyyətli nümayəndəsi Uilyam Berrouz birbaşa narkotik maddə istifadə edir və onun təsiri altında maraqlı romanlar yazırdı. Heminquey, Bukovski, Folkner çox içirdi və yazdıqları məlumdur.

1960-ci illərin sonunda Londonda “Saçlar” adlı psixodelik müziklin nümayişi zamanı isə səhnədə qəribə hadisələr baş verirdi. Ənənəvi Britaniya teatrına qarşı olan tamaşa hippi hərəkatının məhsuluydu, cəmiyyətdəki senzuraya, əxlaqi dəyərlərə meydan oxuyurdu. Uzunsaçlı aktyorlar səhnəyə çıxaraq narkotik maddə qəbul edir, çılpaq bədənlərini, biseksuallığı, irqlər arasında intim münasibəti göstərir, antimüharibə etirazları nümayiş etdirirdilər. Aktyorlar Ceremi Ranyinin və Ceyms Redonun müəllif olduqları müziklin süjeti bir qrup gənc siyasi fəalın həyatını danışırdı. Qeyzlənən tamaşaçılar səhnədə baş verən “əxlaqsızlığa” etiraz kimi zalı tərk edirlər. İlk baxışdan çılpaqlıq, intimlik, narkotik maddədən istifadə vulqar təsir bağışlayır. Zira, bədii situasiyalar, səliqəli, savadlı quruluş, çoxmənalı kompozisiya və ən əsası təkilf olunan ideyanın gücü vulqarlığı sıxışdıraraq məqsədi bəlli edir. Başqa cür desək, bu, məqsədin intonasiyasını doğru vurğulamaq bacarığıydı.

Qısacası, Kəramət öz tərzi ilə siyasi hakimiyyəti söyəndə söz azadlığını, cürəti ifadə etmir. Bu, populizmin rahat, zəhmətsiz yoludur.

Çətin yolu öz peşələrinə əmək verən, intellekt və istedad xərcləyən – bu il Venesiya festivalının əsas proqramına düşən Hilal Baydarov, Kann festivalının iştirakçısı Teymur Hacıyev, Sarayevoda əsas mükafat qazanan Rüfət Həsənov seçib.

Yeri gəlmişkən, Rüfət Həsənov yaxınlarda Mədəniyyət Nazirliyinin kino şöbəsinin müdiri təyin olunub. Yəni hakimiyyətdə təmsil olunur. Rüfət bundan əvvəl direktoru olduğu, dövlət balansındakı “Debüt” studiyasında modern, yaradıcı ortam yaradıb və orada maraqlı işlər görülür. Ümid edirəm ki, yeni işində də faydalı ola biləcək.

Onların gördükləri işlər birgünlük qəhrəmanlıq deyil. Onların cəmiyyətə faydasını zamanla, tədricən görəcəyik. Lakin, bu, kütləyə maraqlıdırmı?!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör