Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azadlığı azadsızlıqda tapanlar

Gülnar Əhməd Gülnar Əhməd
Mövqe
19 Avqust 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
317
Paylaş

Günlərdir, sosial şəbəkələrdə, az qala, hər kəs belarus qızlarının Azərbaycan kişilərinin üzünü güldürən, qadınlarının könlünü bulandıran kreativ etiraz fotoları paylaşılır. Deyəsən, belarusların sərbəst geyimləri, cəsarətli davranışları, mədəni şəkildə öz səslərinə sahib çıxmaq cəhdləri ambivalent duyğular yaşayan bizlərə azadlığın simvolu təsiri bağışlayır. Necə deyərlər, qonşunun toyunun səsinə biz öz evimizdə oynayırıq.

Bəs niyə biz öz qapımızda “o toy”dan çaldıra bilmirik? Axı, şərqdə qadına ilk dəfə seçib-seçilmək hüququ verən pioner xalq bizik, gərək keçən 100 ildə bütün şərq xalqları, bütün qonşularımız bizdən dərs alaydı. Fəqət tarix dərsliyi yazır ki, qadınlarına bu hüququ bizdən sonra verən qonşularımız finişə bizdən öncə çatıblar. 1919-1920-ci illərdə Azərbaycan parlamentində bir nəfər də olsun qadın millət vəkili olmayıb. Halbuki həmin dövr Ermənistan parlamentində 3, Gürcüstan parlamentində isə 6 qadın millət vəkili vardı və o qadınlardan biri – Pərixanım Sofiyeva azərbaycanlı idi.   

Türkiyədə oxuduğum illərdə həftəsonları darıxdığım üçün avtobusa minib qonşu şəhərə, dostlarımın yanına gedirdim. Avtobusdakı sərnişinlərin çoxu tələbələrdən ibarət olurdu. Qəribədir, insan metroda, avtobusda olanda cəmiyyətdə baş verən dəyişiklikləri daha yaxından mənimsəyir. Avtobusla etdiyim hər səfərimdə gündən-günə gənc qızlar arasında hicab geyinənlərin sayının artdığını görürdüm. İki ildən sonra avtobusda, demək olar, məndən başqa hicabsız bir, ya iki qız qalmışdı.

Türkiyəli gənc qızlar arasındakı bu dəyişikliyin səbəbini o günlərdə mənə etikadan dərs deyən xanım müəllimimlə müzakirə elədim.

Müəllim, “bu geriləmə normaldır. Biz heç nəyi öz gücümüzlə qazanmamışıq. Bax, fransızlar beş dəfə respublika qurub və orada çox işi qadınlar görüb. Biz nə eləmişik?! Atatürk bizə haqlar, hüquqlar verdi. Nə olsun!? O hüquqları biz özümüz əldə eləməmişdik, çünki nəyə lazım olduğunu bilmirdik. İndi də bilmirik!?” dedi, sonra gülümsədi və davam elədi: “Bircə həmlə ilə geriyə yuvarlanmağımız çox normaldır.” (Qısa yazmağa çalışdım).

Problemə cəmiyyətin sosial inkişaf mərhələləri fonunda baxsaq, bu səbəb təkcə Türkiyəyə yox, elə bizə də aiddir. Azərbaycanlılar üçün seçki hüququ, ümumiyyətlə, nəyə lazım olduğunu bilmədikləri alətdir. Azad seçki prosesinin nəticələrinin onlara azacıq fayda gətirəcəyinə əmin olsalar (ki, etik faydaçılığın və seçkinin məqsədi də budur), o hüquqlarını belə dəyərsiz şəkildə sağa-sola paylamazlar. İl boyu mənasız keçirdikləri bazar günlərini ildə bir, yaxud iki ildə bir dəfə baş verən hansısa seçkidə səs verməyə sərf edərlər, bülletenlərinə onların yerinə başqaları barmaq eləməz. Bundan ötrü bir az analitik düşünmək, bir az da azad şəkildə nəyisə, kimisə seçməyi öyrənmək lazımdır.

“Nə xoşbəxtdir

Evdən işə, işdən evə tələsən.”

Adi insan kimi xoşbəxt olmağın ən primitiv yolu azadlıqdan qaçmadan, məsuliyyət daşımaqdan qorxmadan, yaxud sırf cəmiyyətin, ailənin tələblərinə uymadan peşə və ər (yaxud arvad) seçməyi, yaxud hamıya etiraz edib seçməməyi öyrənməkdən keçir. Azərbaycan qadını azad şəkildə, məhz zövq aldığı üçün dərziliyi (dərzilik əvəzinə hər hansı ixtisas ola bilər; mən, Ceyms Oldricin “Diplomat” əsərini oxuyandan sonra “poleontoloq olmaq istəyirəm” deyəndə anam etiraz eləmişdi) özünə peşə seçə bilərmi? Qadınları demirəm, hələ kişilər, ata-analarının razılığı olmadan azad şəkildə, bütün məsuliyyəti üzərlərinə götürərək özlərinə arvad seçə bilirlərmi? Ailə üzvlərinin razılığını ala bilmədiyinə görə həyat yoldaşı kimi öz istədiyi insanı seçmək iqtidarında olmayan, azadlığını hər hansı diktatora təslim edən, özünü hansısa makinanın bir parçasına çevirmiş insanlardan azad şəkildə prezident bir yana, adi bələdiyyə sədrini seçmələrini gözləməyin özü də sadəlövhlük olardı.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör